Xəbər xətti

24 YANVAR

0:59 Obamanın qızı sevgilisi ilə belə görüntüləndi - Fotolar

0:47 İngiltərə millisinin 2017-ci ildə ən yaxşısı müəyyənləşib

0:34 “Samsung” telefonları bilərəkdən zəiflədib? - İddia

0:23 Van Dammdan Tolqahana film təklifi

0:11 “Bitcoin” 5 səbəbdən “çökə” bilər

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 YANVAR

23:59 Prezidentin Davosda görüşləri davam edir

23:53 Azərbaycan neftinin bareli 71 dollara satılır

23:47 Bakı-İstanbul aviareysində texniki problem yaranıb

23:41 Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”

23:35 AŞPA-da Dilqəmlə Şahbazın azadlığa buraxılması məsələsi qaldırıldı

23:29 “Suriyanın şimalında təhlükəsizlik zonası yaradaq” - ABŞ-dan Türkiyəyə təklif

23:22 Tanınmış jurnalist vəfat etdi - yenə ürəktutma...

23:15 “KXDR ABŞ-a nüvə zərbəsi endirməyə hazırlaşır!” - MKİ başçısı

23:09 67 yaşlı Ağsu sakini özünü asaraq intihar edib

23:02 “PYD/YPG Afrine doğru hərəkət edəcəyi təqdirdə...” – Pentaqon

22:56 Müffəttişlər avtobusları saxladı, sərnişinlər yolda qaldı - Video

22:50 Türk ordusu Afrində PYD postunu belə ələ keçirdi - Video

22:43 Prezident İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

22:35 Ərdoğanla Tramp arasında telefon danışığı olacaq

22:28 “Neft hasilatının azaldılmasına dair saziş...” - İlham Əliyev

22:21 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

22:14 İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşü olub

22:07 Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

22:00 Ən yaxşı baş məşqçilərin sıralaması açıqlanıb

21:55 Prezident: “Öhdəliklərimizi artıqlaması ilə yerinə yetiririk“

21:49 Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

21:42 Afrində keçirilən əməliyyatlar niyə “Zeytun budağı” adlanır?

21:35 2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı

21:28 Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

21:20 Maskerano “Barselona”dan ayrıldı - Rəsmi

21:13 BP prezidenti neftin qiyməti barədə

21:06 “İŞİD-ə qarşı mübarizə başa çatdı…” - ABŞ generalı

20:58 Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri ilə görüşüb

20:50 İlham Əliyev Rusiya ilə yeni hərbi müqavilə üzərində iş getdiyini açıqladı

20:43 Almaniyada kiçik təyyarə ilə helikopter toqquşdu - 4 ölü

20:36 Azərbaycandan Avropaya uçuşlar təxirə salınıb? - Açıqlama

20:29 Rəşad Sadıqovun komandası Gürcüstana qarşı

20:23 İlham Əliyev “VTB Bank”ın prezidenti ilə görüşüb

20:16 Ermənistanın baş naziri Qarabağ münaqişəsinin tənzimlənməsi barədə

20:08 Prezident: “Azərbaycanda medianın azad olmadığına dair tənqidlər əsassızdır”

19:59 Əbülfəs Qarayevin qızı “Qazprom”un sərgisinin kuratorudur

19:52 Milli komandamız Karate 1 Premyer Liqa turnirində iştirak edəcək

19:45 Bakı-Qazax magistralında iki yük maşını toqquşub, biri dərəyə aşıb

19:37 70 ildə 3,5 min sülhməramlı qətlə yetirilib

19:30 68 yaşlı qadın intihar etdi - Kürdəmirdə

19:22 Rusiyanın kəşfiyyat gəmisi ABŞ sahillərində!

19:15 Piyadanın ölümünə səbəb olan mikroavtobus sürücüsü həbs olundu

19:08 Azərbaycanda 2 məmur qəfil öldü - Adlar

19:01 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

18:54 Gözəl Bayramlı 3 il azadlıqdan məhrum edildi

18:49 “Bizim üçün ən yaxşı bazar qonşulardır” - Prezident

18:41 Serj Sərkisyan yeni postuna aprelin 17-də əyləşə bilər

18:33 Energetika Nazirliyinin icazələri “ASAN”-a verilir

18:23 “Bakı-Tbilisi-Qars regionun nəqliyyat xəritəsini dəyişdi” - Prezident

18:18 Ərdoğan: “Şəhidimizin vəsiyyətini yerinə yetirəcəyik”

18:14 İlham Əliyev: “Artıq Avropanın bəzi ölkələrinin neft təminatçısıyıq”

18:11 ABŞ və Rusiya ordu komandanları yanvarın 26-da Bakıda olacaq

18:05 Rusiya Xankəndində əyləncə kompleksi tikir

18:00 Rusiya məhkəməsi Azərbaycan vətəndaşına 21 il həbs cəzası verib

17:53 Sabah Millətlər Liqasının püşkü atılacaq

17:47 “Ağ ev”də daha bir skandal: Tramp özündən 42 yaş kiçik olan məsləhətçisi ilə eşq yaşayır

17:40 Azərbaycanlı məmur Türkiyədə 5 milyona sayt aldı - Müəmmalı satışın pərdəarxası

17:31 Təhsil naziri postuna əsas namizədlər: Rektor, yoxsa nazir əvəzi?

17:28 “Full” paketinə qoşul, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan!

17:20 Türkiyə ordusunun Afrində keçirdiyi əməliyyatların nə zaman başa çatacağı açıqlanıb

17:09 Energetika Nazirliyinin icazələri “ASAN”a verilir

17:03 Sezen Aksu məşhur şairin evini satışa çıxardı

16:57 Bu ixtisaslar üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb

16:51 “Bakcell” növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb

16:45 Ərdoğan: “Şəhidimizin vəsiyyətini yerinə yetirəcəyik”

16:13 59 yaşlı kişi fermada özünü asdı

16:05 Vidadi Əliyevin parnikində insanlar qul kimi işlədilir - Şikayət

16:00 İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

15:55 Gözəl Bayramlıya 4 il həbs tələbi

15:49 71 yaşlı Ajda ən böyük xəyalını açıqladı

15:43 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

15:37 PYD lideri: Ərdoğan Kərkükə qədər gedəcək...

15:32 Bakıda tikinti xaosu

15:26 Afrindən sonra Qarabağda “İLDIRIMSÜRƏTLİ” əməliyyat - Ermənistan planını açıqladı

15:20 Bu şəxslərin Azərbaycanda vətəndaşlıq alması asanlaşdırılır

15:14 Rabitə sektorunda yeni işdənçıxarma dalğası – Təfərrüat

15:07 Ərdoğan Təhlükəsizlik Şurasını çağırdı

15:00 “Siyahıdan kənarda qalanlar içərisində də ev almağa layiq olanlar az deyildi”

14:51 Novruz Məmmədov Prezident İlham Əliyevin Davos səfəri haqda yazdı

14:45 Rusiya müdafiə naziri: “Bir çox Asiya ölkələri S-400 almaq istəyir”

14:40 Duterte əmr verdi: “Məni güllələyin!”

14:34 “Bu gün YAP-ın namizədinin toplaya biləcəyi səsin 0.1 %-ni yığacaq şəxs yoxdur”

14:31 Davos forumu ölkə iqtisadiyyatı üçün hansı əhəmiyyətə malikdir?

14:26 Badamdar qəsəbə nümayəndəliyinin hesabat yığıncağı keçirilib

14:21 Satıcı robot bir həftədən sonra işdən çıxarıldı

14:16 Müğənni ilə dalaşdı, qardaşını işdən çıxardı

14:11 BMT: Ötən il 56 sülhməramlı həlak olub

14:06 QNET kimsəsiz uşaqları sevindirməyə davam edir – Video

14:02 Azərbaycan prezidenti OPEC-in baş katibi ilə görüşüb

13:57 Rüsum azaldı, kərə yağı ucuzlaşmadı, şirkətlər susur - Araşdırma

13:51 Vilayəti Qərbin yeni hədəfini açıqladı

13:46 Qadınlara halal kişi tapan molla

13:40 Azərbaycandan Ümrə ziyarəti səfəri ləğv olundu

13:35 Rusiya FTX Akademiyasının kursantı Bakıda tutuldu

13:29 Lənkəranda döyülərək öldürülən qadının anası da xəstəxanada ölüb

13:23 Röya ilə Aygünün 50 minlik davası - tərəflər məhkəməyə gəlmədi

13:23 Röya ilə Aygünün 50 minlik davası - tərəflər məhkəməyə gəlmədi

13:16 Azərbaycanda maşınların qiyməti bahalaşdı - Rəqəmlər

13:10 BVF: Azərbnaycan iqtisadiyyatı bu il 1,3% böyüyəcək

13:05 Neymar ən yaxşı oyunçu seçildi

12:59 Bir sıra yüksək vəzifələr boşdur - Siyahı

12:53 “Bu, Azərbaycana qarşı təhqirdir”

12:47 “Türkiyə Afrin əməliyyatı ilə Rusiya və İranın Suriya planlarını pozdu”

12:40 Vitse-prezident istefa verdi – “Azərsu” ASC-də dəyişiklik

12:35 Axtarışda olan 13 nəfər saxlanıldı

12:30 Davosa 1.5 metrdən çox qar yağıb, qonaqlar yollarda qalıb

12:30 Bəzi yerlərə qar yağacaq, duman, çiskin olacaq

12:25 Tərlan Əhmədov Rusiya komandasına 1:8 hesablı məğlubiyyətə görə üzr istədi

12:20 Mirzə Ələkbər Sabirin Azərbaycan nifrəti

12:15 Xəzərin dibindən Azərbaycana?

12:09 Yığmamız İranla üz-üzə

12:06 Kamal Sunalın oğlu azərbaycanlı vəkillə evlənir

12:01 “Reket” baş redaktor məhkəmədə özünü təqsirli bilmədiyini deyib

11:56 Universitetləri “ailə müəssisəsi”nə çevirənləri sərt cəzalar gözləyir



MÜSAHİBƏ

...

“Qarabağ məsələsi bizim də qanayan yaramızdır” - Ərdoğan

Tarix 30.10.17, 12:13

Font ölçüsü : - / +
bitmap-img6

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfəri öncəsi APA, "Trend" və "Azərtac" informasiya agentliklərinin suallarını cavablandırıb


PİA.AZ müsahibəni təqdim edir:

- Türkiyə-Azərbaycan əlaqələri və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bu dəfəki iclasının əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
 
- Azərbaycanla diplomatik əlaqələrimizin yenidən yaradılmasının 25-ci ildönümünü bu ilin yanvar ayında qeyd etdik. 25 il bundan əvvəl Can Azərbaycanla yenidən yaradılan əlaqələrimizin bu gün strateji müttəfiqlik səviyyəsində olması isə bizim xüsusi sevinc və qürur mənbəyimizdir.
 
Azərbaycan müstəqilliyini elan etməsindən bu günə qədər keçən müddət ərzində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi kurs və Prezident İlham Əliyevin səbatlı rəhbərliyi altında regionda stabillik və əməkdaşlığın, eyni zamanda mədəniyyətlərarası tolerantlığın  alınmaz qalasına çevrilib.
 
Türkiyə-Azərbaycan arasındakı strateji müttəfiqliyin ruhuna uyğun ikitərəfli əlaqələrimiz iqtisadiyyat, enerji, hərbi, müdafiə sənayesi və təhlükəsizlik məsələləri başda olmaqla bütün sahələrdə artmağa davam edir. Son olaraq qardaşım İlham Əliyevi D-8 Zirvəsində xüsusi qonaq statusunda İstanbulda qarşıladıq.
 
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında gündəliyimizdəki bu məsələlərə baxacağıq. Şuranın iclasında bir Protokol və bəzi sazişlər də imzalayacağıq. Bu sənədlər şübhəsiz ki, mövcud ikitərəfli əməkdaşlığımızın hüquqi bazasını daha da möhkəmləndirəcək. Şuranın iclaslarının hər il sistemli şəkildə keçirilməsindən böyük məmnunluq duyuruq. Gələn il 7-ci iclası ölkəmizdə keçirəcək, əziz qardaşım Prezident İlham Əliyevi bu münasibətlə ölkəmizdə qarşılamaqdan şərəf duyacağıq.
 
- Cənab Prezident, Türkiyə hər zaman Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Problemin həlli istiqamətində təəssüf ki, ikili  standartlar tətbiq olunur. Sizcə Dağlıq Qarabağ məsələsinin həlli üçün xüsusilə hansı ölkələrə üstünlük verilməlidir və problemin həllinin hələ də uzadılmasının başlıca səbəbləri nələrdir?
 
- Dağlıq Qarabağ məsələsi Azərbaycanın olduğu kimi, bizim də qanayan yaramızdır. Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymayana qədər əfsuslar olsun ki, bu məsələ həll oluna bilməyəcək. Azərbaycan ərazisinin bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında işğala dərhal son qoyulmalıdır.
 
Ermənistanın işğalçı siyasəti ilə yanaşı son dövrlərdə mülki əhalini hədəf seçən təxribatları da lənətləyirik. Belə hərəkətlər regionda sülhün təmin olunmasına heç bir halda kömək edə bilməz.
 
Minsk qrupu başda olmaqla beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha fəal işləməli olduğu qənaətindəyik. Biz hər məsələdə olduğu kimi bu məsələdə, Azərbaycanın bu haqq işində onun yanında olmağa davam edəcəyik.
 
- Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılış mərasimi keçirilir. Bu addım Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə nəqliyyat sahəsində yeni başlanğıc kimi qiymətləndirilir. Bu dəmiryolu xəttinin uzun illərdir ki, arzu edilən Yeni İpək Yolu layihəsinin bir hissəsi olması imkanını necə qiymətləndirirsiniz?
 
- Bu gün Türkiyə, Azərbaycan və Gürcüstan qədər regionumuz üçün də strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmiryolu xəttində ilk qatar yola düşür. Bununla  artıq Londondan Çinə qədər Orta Dəhliz vasitəsilə birbaşa dəmiryolu əlaqəsi yaradıldığını da elan etmiş oluruq.
 
Hazırda Cənub dəhlizində və Şimal dəhlizində dəniz də daxil olmaqla, Çindən İngiltərə, Fransa, Almaniya kimi Avropa ölkələrinə yük daşıma müddəti təxminən 45-62 gündür. Eyni yük BTQ-nin istifadəyə başlaması ilə Orta Dəhliz vasitəsilə 12-15 gün arasında Aİ ölkələrinə çatacaq. Başqa sözlə Çin tərəfindən Aİ-na göndərilən yüklər BTQ xətti ilə birlikdə əvvəlki dövrdəki müddətin dörddə biri qədər vaxt ərzində təyinat yerinə çatmış olacaq.
 
Hazırda Çin ərazisindən Avropaya daşınan yükün həcmi 240 milyon tondan çoxdur. Ölkələrimizin ərazisindən keçən Orta Dəhlizdən hətta bu yükün 10%-i daşınsa, 24 milyon ton əlavə yük daşınmış olacaq. Bu yükün Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınmasının digər dəhlizlərə nisbətən 30-45 gün daha az olması isə yükdaşıyıcılar üçün daha sərfəli hesab olunacaq.
 
BTQ-nın hətta sadəcə bu səbəblərlə Orta Dəhliz Nəqliyyat Xəttini tarixi İpək Yolunun mühüm əhəmiyyətli xəttinə çevirməyə kifayət edəcəyi qənaətindəyəm. Bununla yanaşı regionumuzda paralel olaraq üzərində işlənilən nəqliyyat layihələrinin bir-birini tamamlayıcı və gücləndirici xarakterdə olmasına inanırıq.
 
İqtisadi üstünlükləri ilə yanaşı siyasi baxımdan da sülh, təhlükəsizlik, sabitlik və  sosial rifahı yaxşılaşdıracaq, yük və sərnişin axını ilə yanaşı məlumat axını ilə də ölkələrimizin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcək.
 
- Cənub Qaz Koridoru layihəsinin bir hissəsi olan TANAPlayihəsinin tikintisi bu gün hansı mərhələdədir? Bəzən TANAP-ın “Türk Axını”na rəqib layihə olması fikirləri səsləndirilir. Bu fikirlərlə razılaşdığınız məqamlar varmı?
 
- TANAP Türkiyə və Azərbaycanın birlikdə işləyib hazırladığı, həmçinin Avropanın enerji təhlükəsizliyi baxımından da böyük əhəmiyyətə malik strateji layihədir. İnşaat işləri planlı şəkildə davam edir. İnşallah, yaxın vaxtlarda bu layihəmizi də istifadəyə verməyin sevincini yaşayacağıq.
 
Enerjiyə olan tələbatın artmasında İƏİT ölkələri arasında Çindən sonra ikinci sıradayıq. Bu baxımdan TANAP Türkiyənin hər il sürətlə artan təbii qaz ehtiyacının ödənilməsi baxımından həlledici əhəmiyyətə malikdir. Eyni zamanda “Şahdəniz” sahəsindəki qazı Avropaya nəql etməklə Avropanın enerji şaxələndirməsinə də töhfə verəcəyi birmənalıdır. Türkmən qazının da bu layihənin bir hissəsi olması üçün ciddi səylər göstəririk.
 
TANAP-ın birinci fazasından aldığmız qazın həcmi Türkiyənin qarşıdakı dövr üzrə qaz ehtiyacı hesabatında əksini tapıb. Digər tərəfdən Rusiyanın hal-hazırda Balkan ölkələri ərazisindən keçməklə aldığımız qazı birbaşa Qara Dəniz vasitəsilə ölkəmizə istiqamətləndirmək istəyi çərçivəsində formalaşan “Türk Axını Layihəsi”ndə də işləri davam etdiririk.
 
Şərqi Aralıq Dənizi və İraq başda olmaqla yeni layihələri də nəzərdən keçirməyə hazırıq. Aparılan araşdırmalarda Şərqi Aralıq dənizi qazı da mənbələri şaxələndirilmə işlərimizdə yeni alternativə çevrilib. Türkiyə bütün bu təchizat layihələri ilə təmin edilən qazın maliyyə baxımından ən sərfəli və qısa məsafədən Avropaya nəql edilə biləcəyi marşrutda iştirak edir. Ölkəmizin təbii qaz və enerji üzrə ticarət mərkəzinə çevrilməsi üçün yeni investisiya qoyuluşlarını davam etdirəcəyik.
 
- Türkiyə-Azərbaycan arasındakı iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək əməkdaşlıq sahələri məsələsi haqqında nə demək olar?
 
- Türkiyə və Azərbaycan hər şeydən əvvəl qardaş ölkələrdir və bu sahədəki əlaqələrimiz qardaşlıq bünövrəsi üzərində formalaşır. Faktiki olaraq reallaşan qarşılıqlı kapital qoyuluşlarımızın həcmi 2016-cı ilin sonunda 23 milyard ABŞ dolları səviyyəsində olub. İnvestisiyalarımızı beş il ərzində 30 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq imkanımız var.
 
Təbii ki, qlobal iqtisadiyyatdakı və regionumuzdakı geosiyasi proseslər hamımıza təsir göstərir. Bildiyiniz kimi Türkiyə son dörd ildir ki, onu zəiflətmə məqsədi güdən müxtəlif istiqamətlərdən gələn çoxsaylı hücumların hədəfinə çevrilib. Lakin yenə də dik dururuq. Azərbaycana isə neftin qiymətinin ucuzlaşmasının təsirləri oldu. Hər çətinliyin özündə müəyyən imkanlar da ehtiva etdiyinə inanırıq.
 
Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək cəhdlərinin cənab Əliyevin uzaqgörən rəhbərliyi altında uğurla artdığını müşahidə edirik. Xarici investisiyaların təşvik edilməsi,  böyük türk şirkətlərinin Azərbaycana investisiya qoyması və özəlləşdirmə məsələlərində azərbaycanlı qardaşlarımızla yaxın əməkdaşlıq şəraitində işləyəcəyik. Bu məqsədlə qarşıdakı günlərdə Türkiyədə Xarici İqtisadi Əlaqələr Şurasının da əməkdaşlığı ilə Road Show tədbirinin keçirilməsi üçün İqtisadiyyat Nazirliklərimiz arasında işlər davam etdirilir.
 
Həmçinin Naxçıvanla ticarət əlaqələrimizin canlandırılması, işadamlarımızın həvəsləndirilməsi üçün müxtəlif tədbirlər həyata keçirdik. 28 oktyabrda İqtisadiyyat nazirlərimiz İğdıra toplaşıb işadamlarımızla görüşdülər, bu məsələdə görülən işlərlə bağlı işadamlarımıza məlumat verdilər. Yaxın vaxtlarda Naxçıvanla ticarət həcminin artırılması istiqamətində konkret nəticələr əldə edəcəyimizə inanıram.
 
- Ölkələrimizin yerləşdiyi coğrafiyada gərginlik və terror təhlükəsi davam edir. Ölkələrimiz arasında bu sahədə əməkdaşlığı dərinləşdirmək və terror təhlükəsinə qarşı effektli tədbirlər görmək üçün nə kimi imkanlar var? Həmçinin FETÖ-yə qarşı mübarizə haqqında nə deyə bilərsiniz?
 
- DAEŞ, PKK, PYD, YPG, DHKP-C və MLKP terror təşkilatlarından birinin digərindən fərqi yoxdur. Onların məqsədi birdir, o da Türkiyəni zəiflətməkdir. Keçən il FETÖ tərəfindən 250 vətəndaşımızın ölümünə, 2 min 193 vətəndaşımızın isə yaralanmasına səbəb olan, tariximizin ən xain çevriliş cəhdini də millət olaraq terror və terror təşkilatları qarşısında bir bədən, bir can olmağımız sayəsində uğursuzluğa düçar etdik. Əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına da bu xain təşkilat qarşısında nümayiş etdirdikləri həmrəyliyə görə xüsusilə təşəkkür etmək istəyirəm. Azərbaycan xalqının 15 iyul gecəsində bizimlə eyni mövqedən çıxış edərək Türkiyədən daxil olan xəbərləri izlədiyini, xain çevrilişin uğursuz olmasını səmimi qəlbdən dilədiyini bilirəm. Bu da Türkiyə-Azərbaycan qardaşlığının nə qədər güclü olduğunu göstərir. FETÖ olduğu bütün ölkələr üçün təhlükə mənbəyidir. Buna görə də Azərbaycanın FETO strukturlarına qarşı gördüyü tədbirlərdən razı qaldığımızı bildiririk.
 
Bütün sahələrdə olduğu, kimi terrorizmə qarşı mübarizə sahəsində də Azərbaycanla yaxın əməkdaşlıq edirik. Səlahiyyətli orqanlarımız arasında kəşfiyyat və məlumat mübadiləsi, eyni zamanda əməliyyat sahəsində əməkdaşlığımız da artan sürətlə davam edir. Azərbaycan xarici terroristlərin Suriyaya keçməsinin qarşısını almaq sahəsində mühüm ölkədir və bu istiqamətdə faydalı işlər görür.
 
- Türkiyənin regionda baş verən proseslərlə bağlı mövqeyi hər kəs tərəfindən maraqla izlənilir. Suriya və İraqda yaşananlarla bağlı Türkiyənin ümumi mövqeyi haqqında nə deyə bilərsiniz? Xüsusilə DAEŞ-in məğlubiyyətə uğradılmasından sonra Suriyailə əlaqələr, İraq Kürdüstanı və Kərkükün taleyi ilə bağlı Türkiyənin nə kimi planları var? Bu kontekstdə PKK-ya qarşı mübarizə məsələsində fikirlərinizi bilmək istərdik.
 
- İraqın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasına böyük əhəmiyyət veririk. Şimali İraqda baş verən hadisələr sadəcə kürdləri deyil, eyni zamanda ərəbələri, türkmanları və digər qrupları yaxından maraqlandırır. Yaddan çıxarmayaq ki, İraq təklikdə kürd, ərəb və ya türkman dövləti olmadığı kimi, Kərkük və Mosul da təklikdə kürdlərin məskəni deyil.
 
İraq Kürdüstanı Regional Hakimiyyəti keçirdiyi qondarma referendumla beynəlxalq hüququ və İraq konstitusiyasını pozmuşdur. Təəssüf ki, Kürdüstan Regional Hakimiyyəti bizim və beynəlxalq ictimaiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, qondarma referendum keçirmək yolunu seçdi. Bu yolla yalnız İraqın deyil, bütün regionda sülh və sabitliyi təhlükəyə atdı. Keçən dövr ərzində verdikləri bəyanatlar tədricən də olsa,  səhvlərini başa düşdüklərini göstərir. Ən qısa müddətdə gözləntilərə cavab verəcək addımlar atmalarını istərdik.
 
İraq ərazisindəki PKK-nın mövcudluğuna son qoyulması kontekstində İraq hökuməti ilə hər cür əməkdaşlığa hazırıq. Kərkükdə ictimai asayiş və sülhü pozmağa cəhd edə biləcək PKK terror təşkilatının bu regionda sığınacaq tapmasına vasitəçi olanlar buna görə bizim tərəfimizdən cavabdeh hesab olunacaqlar. İraqhökumətinin Kərkükü geri almasını, eləcə də PKK terror təşkilatının hərəkətlərinə göz yumulmayacağı, bunların səfərbər edilməsinin müharibə elan olunması kimi qəbul ediləcəyinə dair bəyanatını razılıqla qarşıladıq. 
 
Türkiyə ölkədə daimi sülh və sabitliyin təmin olunması məqsədilə atacağı addımlarda İraq hökumətinin yanında olacaq.
 
Suriyada münaqişəyə yalnız siyasi həll yolu ilə son qoyulacağına olan inamımız dəyişməzdir. İstər Astana görüşü, istərsə Cenevrə görüşləri ilə Suriyada inkişaf etdirilməyə çalışılan siyasi keçid prosesinə olan güclü dəstəyimiz də davam edəcək.
 
İdlip-münaqişəsiz bölgə ilə bağlı müzakirə prosesində biz müxalifətin zəmanətçisi qismində razılıq əldə olunmasında müəyyənedici rol oynadıq. Bu zaman bölgədəki müxətlif qrupların məsələyə yanaşma tərzi və rəylərini də nəzərə almağa səy göstərdik.
 
Atəşkəsin davam etməsinə nail olmaq məqsədi ilə İdlib istiqamətində əməliyyat həyata keçirdik. Bu əməliyyatla, Fərat Qalxanı Əməliyyatı ilə özümüzə bölgəmizdə yaratdığımız sahəni İdlibin təhlükəsizliyini təmin etməyə dair yeni addımla daha da inkişaf etdirdik. Bu yolla təhlükəsizliyimizi təhdid edənlərə qarşı hər cür tədbir görə biləcəyimizi nümayiş etdirdik. Cənub sərhədimizdə terror dəhlizi yaradılmasına qətiyyən imkan verməyəcəyik. Suriyadakı münaqişənin siyasi yolla həll edilməsi üçün əlimizdən gələni etməyə davam edəcəyik.

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

Təhsil nazirinin müavini vəzifəsindən azad edilib

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru