Şənbə, 23 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Putin İttifaqı”nın erməni baş katibi dindirilməyə çağırıldı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (“Putin İttifaqı”) baş katibi, general-polkovnik Yuri Xaçaturov 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı aparılan istintaq çərçivəsində dindirilməyə çağırılıb


Bu barədə TASS agentliyi Ermənistan Xüsusi İstintaq Xidmətinə istinadən məlumat yayıb.

“Yuri Xaçaturov dindirilməyə çağırılıb. O bildirib ki, gərgin iş qrafiki ilə əlaqədar dindirilməyə yalnız iyulun axrı gedə bilər”, - məlumatda deyilir.

Xatırladaq ki, Yuri Xaçaturov 2008-ci il martın 1-də Ermənistan Silahlı Qüvvələrinin Yerevan qarnizonuna rəhbərlik edib. O, 2017-ci ildən KTMT-nin baş katibidir.

pia.az
Etiket:
loading...