rezonans

Xəbər xətti

23 İYUN

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb

20:27 Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək

20:21 Almanların 40 faizdən çoxu Merkelin kansler postundan getməsini istəyir

20:15 Şirvan sakini qətlə yetirildi

20:09 Əli Həsənov: “Azərbaycanda azad media formalaşıb”

20:03 Çavuşoğlu PKK terrorçularının gizləndiyi yeri açıqladı

19:58 Azərbaycan Premyer Liqasında növbəti mövsümün başlama vaxtı açıqlandı

19:52 Ağdamda kollec direktoru qəzaya düşdü

19:46 Bakıda yol polisləri sürücünü döyüb? - Rəsmi açıqlama+ Video

19:40 Kosta-Rika da mundialla qrupda vidalaşdı

19:34 Xəzəryanı ölkələr sualtı boru kəmərləri çəkə biləcək

19:28 Narkotacirlərin qənimi olan qəhrəman köpəklər... - Kinoloji Mərkəzdən Fotolar

19:22 Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi



MÜSAHİBƏ

...

“Oynadığım xarakterlərin gözü ilə dünyanı, həyatı kəşf etdim”

Tarix 25.05.18, 11:03

Font ölçüsü : - / +
bitmap-img6


Gökçe Bahadır: “Məni mən edən xəyallarımın arxasınca qaçmaq oldu”


Türkiyənin ən yaxşı qadın aktrisalar arasında adını tərəddüdsüz, əvvəldə qeyd edə biləcəyimiz sənətçilərdən biri də Gökçe Bahadırdır. Hər rolun öhdəsindən peşəkarlıqla gələn aktrisanın özünəməxsus duruşu, baxışı tamaşaçı sevgisini qazanıb. Türkiyə mətbuatına müsahibə  verən aktrisa yaradıcılığından və onu narahat edən məsələlərdən danışıb.  Gökçe Bahadırın Azərbaycanda da kifayət qədər sevildiyini nəzərə alıb, müsahibəni ixtisarla təqdim edirik . Biz onu ilk olaraq "Hayat bilgisi", "Yaprak dökümü" serialından tanıdıq.  Daha sonra "Sensiz olmaz", "Kayıp şehir", "Hatırla Gönül" serialları ilə sevildi. İndi isə Türkiyədə reytinqlərdə ön sırada yer tutan "Ufak Tefek Cinayetler" serialında müsbət qəhrəman - Oya obrazı ilə tamaşaçıların sevimlisinə çevrilib.  
 
- Uğurunuzu ekranlardan addım-addım izləyərkən, görünür ki,  siz kameralara önündə  inkişaf edirdiniz.  O kameralara baxdıqda nələr  görürdünüz?

- Əslində, geriyə baxdıqca ekranlarda böyüdüyümü hiss etdim. Yaşayarkən və həyatın içində ikən heç də bunun  fərqində deyildim. Həyat bilgisi hər şeyin başlanğıcıdır. Həyatı axarına buraxdım. İşimə uyğunlaşdım və uğur qazandığımın şahidi oldum. Mən tamaşaçılarla birlikdə böyüdüm. Hər gün daha çox insan tərəfindən sevildiyimi, daha çox insan tərəfindən tanındığımı gördüm.  Oynadığım xarakterlərin gözü ilə dünyanı, həyatı kəşf etdim. 
 
- Sizi siz edən nə oldu?
 
- Məncə, məni mən edən öz xəyallarımın arxasınca qaçmaq oldu. Bu, mənim həyatımın dönüş nöqtəsinə çevrildi. Qarşıma böyük hədəflər qoydum və bu hədəflər içərisində nələr edə biləcəyimi düşündüm. "Özümü necə yetişdirə bilərəm" deyib, iri addımlar atdım. 
 
- Hansı obrazınızdan sonra  özünüzü daha güvənli hiss etməyə başladınız?

- Canlandırdığım bütün xarakterlərin həyatımda yaratdığı təsir bambaşqadır. Amma "Kayıp şehir" serialında canlandırdığım Aysel obrazından sonra özümdə çox qəribə hislər baş qaldırdı. Düzdür, aktrisalıq baxımından fərqli xarakterlərlə tamaşaçının gözü önünə gəldim. Ancaq bu layihədən sonra özümü tamaşaçıların qarşısında daha rahat ifadə edə biləcəyimi hiss etdim. 
 
- Canlandırdığınız xarakterlərlə dolu bir otaqda olsanız, hansı obrazınızın yanına gedib söhbət etmək istəyərsiniz?
 
- Mən obrazlarımı ayırmıram. Hamısı ilə. 
 
- "Ufak Tefek Cinayetler"in karyeranızda necə bir səhifə olduğunu düşünürsünüz?
 
- Hazırda yer aldığım bu layihədə öz obrazımı sevirəm. "Ay Yapım" kino şirkətinin həyatımda yeri böyükdür. Onlarla təkrar çalışdığım üçün özümü şanslı hiss edirəm. İşinə diqqət göstərən bir insanın peşəkar insanlarla çalışmağı böyük bir şansdır. Hər kəsin eyni fikirdə olması hər zaman mümkün olmaya bilər. Eyni fikirdə olan insanlar bir araya gəldikdə isə xoşbəxtlikdən yoğurulan uğurlu işlər ortaya çıxır. "Ufak Tefek Cinayetler" bir qadın işi olduğu üçün daxilimdə xüsusi bir yer tutur. Xüsusən də, canlandırdığım Oya obrazı bir çox qadınlar üçün örnəkdir. Bu da məni həm xoşbəxt edir, həm də məsuliyyət hissimi artırır. 
 
- Bu obrazın sizə qatdıqları nələr var? Rolunuza dair sizi ən çox xoşbəxt edən nədir?
 
- Canlandırdığım xarakteri həqiqətən çox sevirəm. Onun həyatdakı duruşunu, baxışını, geyimini, özünə diqqət etməyini... Əslində, ondan öyrənəcəyim çox şey var. Normal həyatımda belə.. Oya çox incə və zərif qadındır. Hətta savaşmağı belə xanımsayağıdır. Savaşmağı bacarmamağına  rəğmən, bütün qadınlarla da bir savaş halında ola bilir. Zərifliyindən dolayı intiqam almaq duyğusu yoxdur. Onun öz savaşma üsulu var və mən bu üsulu çox sevirəm. Övladı olmamağına baxmayaraq, həkim olub insanları övlad sahibi etməyə çalışır. Zaman-zaman havalanmasını, dəli olmasını  beldə sevirəm. Onun geyim tərzi də fərqlidir. Çox doğru bir çıxış nöqtəsi var. Serialın kostyum seçimləri də dəqiq və zövqlüdür. Ən yaxşı kostyum seçimləri məhz bu serialdadır. Təşkilatçılar xarakteri analiz edirlər və bu analizə görə onların rənglərini seçirlər. Oyanın həkim olması, iş həyatının mövcudluğu, ev həyatı, eyni zamanda idman həyatının olması ortaya rəngli bir tablo çıxarır. Mənim ən çox o xoşuma gəlir. Amma qadın evdə olsa belə, yenə də zövqlüdür. Təkbaşına yaşamağına baxmayaraq, evdə özünə yemək bişirir. Keyfiyyətli yeməklərə üstünlük verir. Bu, mənə bir növ örnəkdir. Oyanın özünə verdiyi dəyəri, diqqəti görürəm. Məncə, bundan digər xanımlar da örnək götürməlidir. 
 
- Gökçe  xanım, güzgüyə baxanda orada necə bir insan görürsünüz?
 
- Haqsızlığa və yalana dözümü olmayan bir qadın görürəm.  Haqsızlığı qəbul edə bilmərəm. Mənim bir ədalət duyğum var. Həmişə doğru qərarı verməyə çalışıram. 
 
- Bilirik ki,  seriallarda çəkilən aktrisalar gərgin iş rejimində çalışır. Sizi bu gərginlikdən xilas edən səbəblər nədir?

- Mən çalışaraq istirahət edirəm. Həyatımda daima məşğul olmaq istəyirəm. İnsan durduqca, işləmədikcə passivləşir. Ona görə də, dayanmaq istəmirəm. Misal üçün, çəkilişlərimiz bitdikdən sonra "yoruldum, evə gedib istirahət edim" deməmişəm. Çəkilişdən sonra bir yerə gedib, həmin  günü dəyərləndirirəm, kiminləsə söhbət edirəm. Çalışaraq istirahət edən və özünü yaxşı hiss edən, həyata qarşı bu şəkildə uyğunlaşa bilən biriyəm. Tez-tez nələrisə itirdiyimi, heç bir işə yaramayan biri olduğumu düşünürəm. Oturduğum yerdə "hazırda görəsən nə əskikdir?" deyə fikirləşirəm. Ancaq işlədikcə daha gənc və dinamik qaldığımı özümə sübut edirəm. 
 
- Baxışlarınızdan sanki kədər tökülür. Bu, sizin həyata baxışınızlamı əlaqəlidir?
 
- Bu, mənim bədən dilimlə əlaqədardır. Kədərlənəndə üzümdə ciddi bir hüzn olur. Güləndə isə gözlərimlə gülürəm. Və bütün simam gülür. Bunların ikisinin ortaq nöqtəsi yoxdur. Əgər kədərlənirəmsə, kədərin ən pikini yaşayıram. Sevinirəmsə də, sevincimin ən zirvəsi olur. İkisinin bir ortası yoxdur. Sizin dediyiniz də onunla bağlı bir şeydir. Məni "nə qədər soyuq bir qızdır" və ya "nə qədər gülərüzlü bir qızdır" kimi xarakterizə edə bilərsiniz. 
 
- Hazırda çox pozitiv və xoşbəxt görünürsünüz. Bunun xüsusi bir səbəbi varmı?
 
- Xeyr. Yaşımın üzərinə yaş gəldikcə həyata tamam başqa gözlə baxıram. Gənc yaşlarımızda həyatımızda pis bir şey baş verdikdə onun kədərini, məyusluğunu, hadisənin özündən daha böyük yaşayırdıq. Amma indi bunun tam tərsini düşünürəm. Ən pis anlarımı belə, ən gözəl anlara çevirməyi öyrəndim. Həyat sənə bunu artığı ilə ödədir. Bir gün kefimin olmadığı vaxt evə gəldim və oturub düşündüm. Həyatımdan bir gün daha getdi. İndi nə oldu? Gün bitdi və sən o günü geri qaytara bilmirsən. Əlində isə böyük bir təəssüf hissi vardı. Bunu zamanla anlayırsan. Bu günü yaxşı da keçirsən, pis də keçirsən, son nəticədə gün bitəcək. Bir neçə saatdan sonra bu gündən əsər qalmayacaq. Ən azından geriyə dönüb baxanda bu günə dair gözəl xatirələrimin  qalmasını istəyirəm. Artıq həyatı elə yaşayıram. Bu həyatda hər şey keçicidir. Bir də yaxşı enerji ilə gördüyüm bir işin nəticəsinin də yaxşı olacağına inanıram. Mən möcüzələrə inanan bir insanam. Möcüzələrlə çox rastlaşmışam. 
 
- Bu mövzuda faydalandığınız kitablar varmı?
 
- Guy Finleyin "Vaz keçilmek" adlı bir kitabı var. Öz-özünüzü sərbəst etməyin nə demək olduğundan bəhs edir. Kimsə tərəfindən imtina edilmək çox çətin, amma doğru bir imtinadırsa, nə qədər sərbəstləşə biləcəyinizdən danışır. İnsan özü-özü ilə hesablaşmalı, öz səhvlərini görməli, başqalarını  günahlandırmaq yerinə dönüb özünə baxmalıdır kimi gözəl hislər yaratdı məndə bu kitab
 
- Bu aralar çox gündəmdəsiniz. Məşhur olmağın bu tərəfini necə qarşılayırsınız?
 
- Gündəm həyatımızın içində var, bunu bilirəm. Media nümayəndələri də öz işlərini götrürlər. Bu işin məni məyus edən tərəfləri də var. Ortada heç bir şəklin, heç bir sübutun olmadığı bir vaxtda heç nədən xəbər hazırlamaq adına bəzi şeylərin yoxdan yaradılması məni məyus edir. Mənasız bir hadisə üzərindən xəbər çıxanda, bu vəziyyət həm mənə, həm də çevrəmdəki yaxınlarıma pis təsir edir. 
 
- Bir neçə müddətdir ki, qadınların heç olmadığı qədər səsləri çıxmağa başlayır. Haqsızlıqlara, ədalətsizliklərə... Xəyallarını qurduğumuz Hollivudda təcavüz skandalları çıxdı. Dünyanın hər yerində qadınların yaşadıqları bu hadisələrə, haqsızlıqlara qarşı sizin mövqeyiniz necədir?
 
- Mən kişi və qadınların bərabər hüquqa malik olmasının tərəfindəyəm. Bizim problemlərimiz də ortaq məxrəcə gəlməməyimizdir. Təhsil, ailə, doğulub böyüdüyün yer, cəmiyyət təbii ki, buna çox təsir edir. "Hüquqlarımız  bərabərdir" deyərkən belə bu işin ortaq nöqtəsini axtarmalıyıq. Çünki əks təqdirdə qadın kişi işini də görməyə başlayır. Çox zaman qadınlar gücdən danışanda "öz pulumu qazanıram, sərbəstəm, maddi mənada heç kimə ehtiyacım yoxdur" kimi sözlər işlədirlər. Təbii ki, bu deyilənlər qadınlar üçün önəmlidir. Hər zaman qadınları müdafiə edirəm. Ancaq burada bərabərlik ortaya girir. Qadının güclü və sərbəst olması onun həyata tək davam etməsini tələb etmir. Qadının həyatda ailə qurmaq, ana olmaq kimi dəyərləri var. Önəmli olan, həyatın hər bir dönəmində güclü və sərbəst qala bilməkdir. 
 
- Uşaqlıq illərdə musiqi sizin xəyalların baş rolu imiş. Hazırda musiqi sizin həyatınızda hansı yeri tutur?
 
- Musiqi həyatımın önəmli bir parçasıdır. Bunu artıq hər kəs bilir və musiqi ilə bağlı bəzi planlarım var. Qoy bu da sürpriz olsun. (kaspi.az)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru