Xəbər xətti

23 YANVAR

11:56 Universitetləri “ailə müəssisəsi”nə çevirənləri sərt cəzalar gözləyir

11:50 Xəstələri şikəst edən Lor Hospital... - Özbaşınalıq

11:46 Teleqüllə yaxınlığında yeni çatlar yaranıb

11:41 Azərbaycan “Dünyanın ən yaxşı ölkələri” nin siyahısında 5 pillə irəliləyib

11:37 Rəşt-Astara dəmir yolu layihəsinə dair müqavilə gələn ay imzalanacaq

11:32 Zidan: “Neymar hamının xoşuna gəlir”

11:27 Şakiranı həbs gözləyir

11:23 Dövlət qulluğuna təkrar sınaq imtahanı keçiriləcək

11:18 Azərbaycanda 2 məmur qəfil öldü - Adlar

11:14 Türkiyə PKK mövqelərini bombalayır

11:07 Nazarbayevin ABŞ səfəri - Rusiyanın narahatçılığı üçün əsas varmı?

11:03 Piyadalar və sürücülərə tətbiq olunan cərimələrin məbləği açıqlanıb

10:59 “Alpinistlərin axtarışları hələ nəticə verməyib” – Klub rəhbəri

10:55 Ölkənin qida təhlükəsizliyi kimlər məşğul olacaq? - Diplomsuz mütəxəsislər ilə...

10:50 Dünyanın ən nazik noutbuku təqdim edildi

10:43 SOCAR-da vitse-prezident dəyişikliyi gözlənilir: Vasif Əmirov Rəhman Qurbanovu əvəzləyəcək?

10:39 Ukrayna Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatını boykot etməyə çağırıb

10:34 Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsi keçirilir

10:30 Çavuşoğlu: “ABŞ terrorçuların dili ilə danışır”

10:25 Bakıda toy yasa döndü

10:25 Mikayıl Cabbarov nazirliyə “Naz-Lifan” la gəlir

10:20 Putinin yaxın ətrafı dilemma qarşısında

10:16 Metrodan istifadə edənlərin sayı artıb

10:12 Afrin əməliyyatı - kiçik ərazidə oynanan böyük oyun

10:08 Ermənilər 4 rayonumuzu atəşə tutdu

10:04 “Zeytun budağı” əməliyyatında ilk şəhid

10:00 Dollar və manatın bugünkü məzənnəsi

9:57 Ermənistanda prezident - baş nazir qarşıdurması baş verə bilər

9:53 Hollivudun ən yaşlı aktrisası 106 yaşında vəfat edib

9:50 Tramp hökumətin işini iki həftə uzadıb

9:47 Ötən gün Azərbaycanda 108 cinayət faktı qeydə alınıb

9:44 Erməni mətbuatı ölkənin baş nazirini biabır etdi

9:40 Neft bahalaşdı

9:37 SSRİ-ni Qorbaçov, yoxsa xalq cəbhələri dağıdıb?

9:34 Bakıdan Tehrana böyük yaxşılıq - İrəvana bəd xəbər

9:30 Bu gün Davos Forumu başlayır

9:27 İlham Şaban: “Neftin qiyməti 50 dollardan aşağı düşməyəcək”

9:23 Xaləddin İsgəndərov Biləcəri sakinlərini ayağa qaldırdı

9:20 Alpinistlər tapılana qədər axtarılacaq

9:17 “Vətəndaşların siyasətçilərə inamı itib” - AŞ PA-nın yeni prezidenti

9:14 Körpəni xəstəxanaya qoyub qaçdılar - Sumqayıtda

9:07 Atalarının başını yeyən harın məmur övladları -bizdə və xaricdə

9:03 Səməd Seyidov yenidən vitse-prezident seçildi

9:00 Yanacaq və tütün məmulatlarına tətbiq edilən vergilər artdı

0:47 Gürcüstan Qış Olimpiadasını keçirmək istəyir

0:34 Kliniki ölümün sirri açılır: Yeni təcrübə…

0:21 Eyzenşteynin evliliyinin sirri: O, nəyi gizlədirdi?

0:11 Coli Breddən ayrılma səbəbini açıqladı - ilk dəfə

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 YANVAR

23:59 Kolumbiyada iki ağır yol qəzası baş verib: 18 ölü, 14 yaralı

23:54 Yaxın keçmişini bilməyən gənclər - kimi qınayaq...

23:48 Sumqayıt sakini özünü 16-cı mərtəbədən atmaq istədi

23:43 “Ola bilər ki, heç gəlməyim, deyib sağollaşdı” – “Aprel şəhidi”nin xanımı

23:37 İlham Əliyev “Chevron” şirkətinin vitse-prezidenti ilə görüşüb

23:30 Azərbaycanda hostel biznesinə maraq artıb

23:24 Bəkir Bozdağ: “Bu kimi xəbərlər qara təbliğatdır”

23:16 Azərbaycan Avropa Şurasını qınadı - Ermənistana görə

23:09 ABŞ Türkiyənin Suriyada təhlükəsizlik zonası yaradacağına ümid edir

23:01 Trampın Davosa səfəri sual altındadır

22:54 Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

22:46 Damla tənqid olunan fotosu haqqında: “Reklam hanı?”

22:39 Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırdı

22:31 Bakıda toy yasa döndü

22:23 “Hər 2 gündə dünyada bir yeni milyarder yaranır” - “Oxfam”

22:15 Gürcüstanda azərbaycanlı məktəbli nadir xəstəlikdən ölüb

22:07 ABŞ-ın “terror torbası”: Türkiyə “Zeytun budağı” ilə onu yırtmağa çalışır

21:59 Prezident Vahid Ələkbərovla görüşüb - Foto

21:53 Yaponiya güclü qar fırtınasına təslim oldu - 250 reys təxirə salındı

21:47 Bakının bu hissəsində dayanacaqların yerlərinin dəyişdirilməsi təklif olunur

21:40 Koreyada hərbçilərin sayı və xidmət müddəti azaldılacaq

21:33 Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti dayandırılıb

21:26 Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirib

21:19 İlham Əliyev Davosda mühüm görüşlər keçirdi - Yenilənib

21:12 Yaqland Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirib

21:10 Əsgəran-Ağdam istiqamətindəki hərbi hissədə işgəncələr və...

21:02 Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək

20:55 İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto

20:48 “Neftçi” böyük hesabla məğlub oldu

20:40 Beşiyində külə dönən körpə: Biləcəridə baş verən yanğın hamını ağlatdı

20:32 Vəkilliyə namizədlər üçün imtahana “buraxılış vərəqələri”nin çapına başlanıldı

20:24 Rusiyada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan oluna bilər

20:16 İngiltərə XİN başçısı: “Türkiyə haqlıdır”

20:09 Çayxanada dəhşət: tanışını qaynar su ilə yandırdı

20:00 Putinin seçkidə səlahiyyətli nümayəndələri arasında azərbaycanlı da var

19:53 Ermənistanın Müdafiə Nazirliyi çöküb

19:46 2017-ci ildə 2878 şəxs həbs olunub

19:39 “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq” - ABŞ dövlət katibi

19:31 AŞ baş katibi Azərbaycanda haqqında müsbət rəy verdi

19:23 Azərbaycandan çıxışına blok qoyulan şəxslərin sayı açıqlandı

19:15 Çavuşoğlu Tillersonla görüşəcək - Afrinlə bağlı kritik görüşmə

19:07 Əməliyyat Qərargahı alpinistlərin axtarışı ilə bağlı yeni məlumat yaydı

18:59 Yığmamızın baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

18:52 Elzanın bacısı: “Vaxt gələcək onu dahi şair kimi qəbul edəcəklər”

18:46 Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

18:44 “Rusiya kürdlərə Afrini Əsədin nəzarətinə verməyi təklif edib” - PYD nümayəndəsi

18:36 Gəncədə 80 yaşlı kişi intihar edib

18:29 Ötən il 30 min adam saxlanılıb - 3 mini dilənçidir

18:20 Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

18:12 Kərə yağının gömrük rüsumu azaldıldı… - Qiymətlər yenə düşmədi

18:05 Azərbaycana qanunsuz miqrasiya təşkil edən 15 nəfər saxlanılıb

17:38 Türkiyə və ASO vuruldu: 3 ölü, 15 yaralı

17:22 Bakıda itkin düşən qız tapılıb

17:10 Ərdoğan: “Afrindəki kürdlər bizə təşəkkür edəcəklər”

16:51 Tanınmış alim vəfat etdi

16:42 Rusiya Myanmaya 6 Su-30 qırıcısı verəcək

16:22 Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib

16:11 Qaxda canavarlar fermaya hücum edib, 37 qoyunu parçalayıb

15:57 Ərdoğan: “Afrindən geri çəkilməyəcəyik”

15:51 Bakıda İran vətəndaşının meyiti tapılıb

15:45 Ötən il 38,7 milyon ton neft hasil olunub – SOCAR

15:09 Azərbaycanın lüğət davası: Dilçilik İnstitutu quyuya bir daş atıb...

15:01 AŞPA-nın yeni prezidenti seçildi

14:47 Roma Papasına 350 kiloqramlıq heykəl bağışladılar

14:37 Nardaranda 15 hektarlıq torpağa kim göz dikib?

14:26 “ZEYTUN BUDAĞI” əməliyyatının daha bir sirri :Rusiya-Türkiyə qaz sazişi

14:18 Komadan ayılan deputat 9 saat əməliyyatda qalıb

14:05 Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı

13:52 Əlbir olub bir dələduz bir notarius ilə... - Abşeronda tikinti şirkətinin başına bu müsibəti gətirdilər

13:28 AŞPA prezidenti vəzifəsinə seçki keçirilməyəcək

13:22 Saratovda ov iti sahibini güllələyərək öldürüb



MÜSAHİBƏ

...

“Onlar əməlli-başlı ev iti olublar, artıq hürmürlər” - Qulu Məhərrəmli

Tarix 09.12.17, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış jurnalist və media eksperti, professor Qulu Məhərrəmli “Qafqazinfo”ya müsahibə verib


PİA.AZ həmin müsahibəni öz oxucularına təqdim edir:

– Jurnalistikanı necə sənət hesab edirsiniz? Doğuşdan insanla birgə gələn, yoxsa sonradan qazanılan?

–  Məncə, jurnalistika ilk növbədə peşədir, cəmiyyəti məlumatla təmin etmək, xəbər çatdırmaqla bağlı yaradıcı fəaliyyətdir. İkinci qatda cəmiyyətin bir sosial institutu, ictimai fəaliyyət sferasıdır. Üçüncü mərhələdə jurnalistika sosiologiya və kommunikasiyanın qovşağında dayanan bir elmdir. Amma praktik mənada jurnalistika daha çox peşədir.

– Bu gün  jurnalistikanın missiyası və rolu barədə müxtəlif mülahizələr söylənilir, bəs sizcə, bu peşənin əsas missiyası nədən ibarətdir? 

–  Jurnalistikanın əsas işi həqiqətə xidmətdir, əsas missiyası insanlara yaşadıqları ölkə və cəmiyyət haqqında doğru-dürüst məlumat çatdırmaqdır. Bu xəbərlər insanlara öz həyatları ilə bağlı qərar qəbul etməkdə kömək olmalıdır. Jurnalistika cəmiyyətin getdiyi yolu işıqlandırmalı, bu yolda qarşıya çıxan təhlükələrdən xəbər verməlidir. Təbii ki, yolu cəmiyyət özü seçir, jurnalistin vəzifəsi həmin yolu düzgün işıqlandırmaqdı.

Əlbəttə, cəmiyyət adından hakimiyyət üzərində ictimai nəzarətçi olmaq, nöqsanları tənqid etmək, auditoriyanı maarifləndirmək, bəşəri dəyərləri yaymaq, dialoq üçün tribuna olmaq və sosial harmoniya yaratmaq da jurnalistikanın missiyasına aiddir.

– Bəs, jurnalistin şəxsi mövqeyi olmalıdırmı?

– Burada bəzi şeyləri qarışdırırlar. Xəbərdə jurnalistin heç bir mövqeyi ola bilməz. Ona görə də peşəkar jurnalistika xəbəri rəydən qəti şəkildə ayırır. Bu məsələdə  “jurnalistin vətəndaş mövqeyi, yaxud şəxsi yanaşması olmalıdır” kimi yanlışlıqlar ideoloji məsələdir, daha çox jurnalistləri manipulyasiyaya həvəsləndirmək məqsədi güdür. Sözsüz ki, ölkədə gedən hansısa bir proseslə bağlı jurnalistin şəxsi  mövqeyi ola bilər. Amma o, hazırladığı materialda həmin prosesə simpatiyasını və ya antipatiyasını bildirməli deyil. Bunlar jurnalistikanın əlifbasıdır.

–  Bir çox sahələrdə olduğu kimi, jurnalistika da vicdan tələb edir. Çünki cəmiyyətdə baş verən prossesləri onlar işıqlandırıb bizə çatdırır. Bu gün jurnalistlərimizin dürüstlüyünə, vicdanına bel bağlaya bilərikmi?

– Vicdanlı olmağın ən yaxşı göstəricisi jurnalistikanın missiyasına münasibətlə bağlıdır. Bu gün həqiqətə xidmət edən jurnalistlərin sayı xeyli azalıb, televiziya bizə doğrunu demir, saytların çoxu manipulyasiya ilə məşğuldur. Xəbər portalları bəzən həqiqətə yox, məmurlara və oliqarxlara xidmət edir. Belə olduqda vətəndaş doğru xəbəri haradan və necə almalıdır? Məlumatlar dəqiq olmayanda bizim baş verən hadisələr və bütövlükdə mənzərə haqqında təsəvvürlərimiz dəqiq olmur. Sualınıza cavab olaraq deyim ki, indi çox az media qurumunun və jurnalistin dürüstlüyünə, vicdanına bel bağlamaq olar, çoxluq təbliğatla məşğuldur.

– Bu gün auditoriyanın bir qismi xəbərlərin məzmunundan da narazılıq edir. Sizcə, bu narazılığın əsası varmı?

– Təəssüf ki, xəbərlərin məzmununda da ciddi aşınma var və oxucu bundan narazıdır. Bəzən sayt boş qalmasın deyə, nə gəldi yazırlar. Belə media qurumları xəbər haqqında təsəvvürləri dumanlandırır. Ona görə də saytlar məişət, sensasiya, zorakılıq xəbərləri ilə dolub-daşır. Bunlar hamısı xəbər havasını, ümumilikdə jurnalistika ekologiyasını çirkləndirir. 10-15 il bundan əvvəl cəmiyyətə verilən xəbərlər daha keyfiyyətli idi. Düzdür, onda jurnalistlər mənbələrdən daha rahat xəbər ala bilirdilər, seçib daha ciddi xəbərləri verirdilər, bütövlükdə jurnalistika daha ciddi idi. Buna görə də oxucu, tamaşaçı jurnalistə daha çox inanırdı.

Xəbər gərək ictimai əhəmiyyət daşısın, cəmiyyətə yararlı olsun. Əgər bu, cəmiyyətə lazım deyilsə, onu yayımlamağın heç bir mənası yoxdur. Məsələn, o məişət, zorakılıq xəbərləri kimin üçündür? Nəyə görə biz qonşu və ər-arvad davalarını bu dərəcədə prioritet xəbərə çevirmişik?! Cəmiyyət bundan hansı faydaları götürür? Doğrudanmı, bunlar oxucu marağına xidmət edir? Bu barədə ciddi düşünmək lazımdır.

– Oxucu marağından söz düşmüşkən, bu gün zorakılıq, məişət, şou xəbərləri daha çox oxunur, nəinki ictimai əhəmiyyət daşıyan xəbərlər. Təkcə mədəniyyət sahəsinə nəzər salsaq görərik ki, çox da məşhur olmayan birinin yeni plastik əməliyyatı, qalmaqalları daha çox oxunur, nəinki hansısa bir ciddi sənətkarın yeni yaradıcılıq uğurları. Bu, nə ilə bağlıdır? Nəyə görə əsl mədəniyyət şounun içərisində itir?

–  Çünki biz 15 ildir ki, auditoriyanı bu şəkildə tərbiyə edirik. Əvvəllər şou xəbərləri qəzetlərin son səhifəsində olardı, indi isə ön səhifəyə gəlib çıxıb. Əgər bu gün şou xəbərləri manşetə çıxırsa, bu, artq şüurda, davranışda, əxlaqda yaranmış deformasiyanın nəticəsidir. Oxucu buna maraq göstərirsə, bu, artıq xəbərin auditoriyaya mənfi təsiri deməkdir. Məsələn, geniş auditoriyanın tanımadığı iki müğənninin söz davası heç bir ictimai əhəmiyyət daşımır, amma saytların bir çoxu bunu verir. Özü də addımını onunla əsaslandırır ki, guya, bunu auditoriyanın marağı tələb edir. Halbuki biz hansısa bir ciddi elm adamının ölkənin taleyi ilə bağlı hansısa fikirlərini ictimailəşdirsək, davamlı olaraq onun mülahizələrini yayımlasaq auditoriya da artıq buna meyl edəcək. Media qurumunun seçimindən, xəbərə yanaşmasından çox şey asılıdır. Amma təəssüf ki, artıq ox yaydan çıxıb. Situasiyanı düzəltmək üçün nümunəvi saytlar, layihələr hazırlamaq lazımdır. Məsələn, feysbukda tarixə, mədəniyyətə, iqtisadiyyata aid çox maraqlı layihələrə rast gəlirəm. Hesab edirəm ki, saytlar milli düşüncən qidalandıran belə layihələrə dəstək verməlidir.

Təəssüf ki, biz klassik mədəniyyəti deyil, yalançı şou-biznesin tör-töküntülərini yaymaqla məşğul oluruq. Amerikada da şou-biznes var, amma o, mədəniyyətə qarışmır. Bizim şou-biznes isə az qala mədəniyyətin yerini tutur.

– Bəzən jurnalistlər tanınmışların şəxsi həyatlarını daha çox qabardırlar, nəinki məşğul olduğu işin özəlliklərini. Bəs, bu nə ilə bağlıdır: yenə də auditoriyaya işləyirlər, yoxsa yetərincə peşəkar deyillər ki, müsahibin sənətinin dərinliklərini aça bilsinlər?

– Kiminsə şəxsi həyatı insanda ani də olsa bir maraq yarada bilər. Amma bunu davamlı olaraq media materialına, düşüncə və davranış tərzinə çevirmək düzgün deyil. Bu, insanların zehnini daraldır, beyninin işığını alır. Həm də axı bizimkilərin şəxsi həyatı nə ilə maraqlıdır ki?! Heç bayağı serial mövzusu üçün də heç nə yoxdur.

– Bəs bütün bunlara görə sizcə, jurnalistikaya senzura qoyulmalıdırmı?

– Bu məsələləri əsas gətirib senzura qoymaq və mətbuat azadlığını məhdudlaşdırmaq olmaz. Həm də bu, senzura ilə həll olunan iş deyil, əksinə bu addım vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Çünki senzura psixoloji maneələr yaradır. Bu məsələləri yalnız peşəkar səviyyə ilə, savadla, etik qaydalarla idarə etmək olar. Bir də bu fikri beynə yazmaq lazımdır ki, mənəviyyatı, mədəniyyəti pula, reklama qurban vermək olmaz…

– Hazırda xeyli gənc jurnalistikaya meyillidir. Amma sanki bəzilərini efirə çıxmaq, tanınmaq daha çox maraqlandırır. Bir müəllim kimi siz bunu necə qiymətləndirirsiniz?

– İstənilən insanın efirdə görünmək həvəsi var və mən buna çox normal baxıram. Amma aparıcı olmaq, efirə çıxmaq həvəsi bir mərhələdir: iş alındı, getdin televiziyaya, havasını aldın, efirə çıxdın və hamı səni gördü. Amma sonra ciddi yaradıcılıq yolu keçməlisən, yaxşı müəllif, aparıcı, jurnalist, moderator olmaq üçün çalışmalısan. İnsan vaxtında dərk etməlidir ki, efirdə görünmək hələ şərt deyil, əsas şərt mütləq məzmun daşıyıcısı olmaqdır.

– Jurnalisitikaya qəbul olmaq üçün qabiliyyət imtahanı verilməlidirmi?

–  Qabiliyyət imtahanının tətbiq olunması məsələsi gündəmə gələndən mən buna qarşı olmuşam. İndi də o fikirdəyəm ki, jurnalistikada qabiliyyət imtahanının olması bu sahədə təhsil sisteminə ciddi ziyan verir. Birincisi, heç kim esse yazmaqla jurnalist olmur, ola da bilməz. İkincisi, esse yazmaq jurnalist işi deyil, bu, bir növ publisistikadır. Jurnalist real həyat faktları əsasında yazmalıdır və olanları doğru-dürüst, vicdanla təqdim etməlidir. Bu keyfiyyətləri isə qabiliyyət imtahanı ilə müəyyən etmək olmaz.

– Mədəniyyət şouya keçdiyi kimi, jurnalistikada da “kopi-past” geniş yayılıb. Yaxşı, əsl xəbərçiləri də jurnalist adlandırırlar, onları da. Sizcə, bunları bir-birindən ayırmağın vaxtı deyilmi?

– Məncə, bunlar təbii şəkildə ayrılıblar. Auditoriya  hər şeyi öz yerində görməyə bilər, amma ixtisas sahibləri, media camiyəsi kimin kim olduğunu yaxşı bilir. Amma saytlarda istinadların olmaması, xəbər mənbələrinin göstərilməməsi, jurnalist əməyinə hörmətsizlik çox pis haldır.

– Vətənpərvərlik jurnalist vicdanına mane olurmu? Media mənsubu mütləq vətənpərvər olmalı və məhz bunu sərgiləməlidirmi?

– Bu “vətənpərvərlik” söhbəti də jurnalistikamızdakı ideoloji nağıllardan biridir. Özü də baxıram ki, bu nağılları danışanlar ciddi bir məzmun ifadə etmir, sadəcə gözə kül üfürürlər. Jurnalistin vətənpərvərliyi ilk növbədə həqiqəti yazmaqdır, öz işini vicdanla görmək, cəmiyyətin inkişafına mane olan nöqsanları tənqid etməkdir. Üzeyir bəy demişkən, “Vətən abadlığı, dövlət intizamı və millət səlamətliyindən bəhs etməkdir”. Sizə jurnalist vətənpərvərliyinə aid bir nümunə göstərim. Neçə il əvvəl Yaponiyada sunami olanda həmin şəhərdə televiziya, radio, internet – heç nə işləmirdi. Şəhər qəzetinin əməkdaşları dərhal redaksiyaya yığışıb bu dağıntılar şəraitində əhali üçün çox vacib olan məlumatları toplayaraq divar qəzetinə bənzər bir qəzet hazırladılar. Sonra onun üzünü əllə köçürüb 7-8  surət çıxarıb şəhərin müxtəlif yerlərində adamların gur toplaşdığı yerlərdən asdılar. Və yalnız bundan sonra onlar öz itmiş ailələrini axtarmağa başladılar. Bax, jurnalist fədakarlığı budur.

– Deməli, jurnalist heç nəyə baxmayaraq, bütün vəziyyətlərdə öz peşəsinin arxasınca getməlidir, elədirmi?

– Mövlanənin yaxşı bir sözü var: “Ya həqiqəti de, ya da sus”. Əgər sənin məqsədin doğrudan da, cəmiyyətə xidmət etməkdirsə və bunun üçün mübarizə aparırsansa bu, təqdirəlayiqdir. Amma sən öz maraqların üçün hansısa bir məmurla savaşırsansa, deməli, şəxsi məqsədin naminə peşəndən bir vasitə kimi istifadə edirsən.

– Belə bir aforizm var: insana danışmaq üçün iki il, susmaq üçün isə altmış il lazımdır. Jurnalistə susmağı öyrənmək lazımdırmı?

– Jurnalistin işi danışmaq, səs salmaqdır. Susmaq və məlumatları gizlətmək isə siyasətçilərə xasdır. Amma bunun da sonu yoxdur. Baxın, dünyaya hökmranlıq etmək istəyən Hitlerin sonu nə oldu? Reyxin informasiya naziri Gebbels illərlə yalan məlumatlar yaydı və ya xəbəri gizlətdi. Yalan məlumatlarlar ciddi fəsadlar, məlumatsızlıq isə vakuum yaradır. Dürüst xəbər cəmiyyətin oksigenidir, oksigensiz mühitdə cəmiyyət boğulur. İnformasiya civədir, bir yerdən sıxsan mütləq başqa bir yerdən çıxacaq.

– Gəlin bir az da televiziyadan danışaq.  Hərdən televizoru açıb maraqlı bir verlişə baxmaq, ya maariflənmək, ya dincəlmək istəyirik. Çox təəssüf ki, kanallarımızdakı toyxana, çal-çağırlar buna imkan vermir. Düzdür, bu proqramlara da maraq göstərənlər var. Amma necə etmək olar ki, televiziya hər təbəqənin istifadəsinə yararlı olsun?

– 80-ci illərin ortalarında Avropada ictimai televiziyaların yaranmasının əsas məqsədi bir kanalda əhalinin bütün təbəqələrinin zövqünü oxşayan verilişlərin hazırlanmasına nail olmaq idi. Avropa ictimai yayım sistemi bu problemi həll edə bildi. Bizim telekanallar hamısı bir-birinə oxşayır, belə təsəvvür yaranır ki,  ATV-dən başqa heç bir telekanalın aydın yayım konsepsiyası yoxdur. Dövlət büdcəsindən maliyyələşən kanallar da tamaşaçını yarıtmır. Fikrimcə, TV sahəsində ciddi addımlara ehtiyac var.

Telekanallarda vəziyyətin düzəlməsi üçün onların sərbəstliyi artırılmalı, peşəkar səviyyə yüksəldilməli, mövzu rəngarəngliyi təmin edilməli, formatlar dəyişməli, ictimai müzakirələr çoxalmalı, əyalətçilik və kriminal meyillər aradan qaldırılmalı, işin sahibi işbilənlər olmalıdır.

– Bəlkə siz-bir qrup işini bilən jurnalist belə bir nümunə yaradasınız?

– Bu, bir az romantik təklifdir. Televiziya mürəkkəb bir mexanizmdir, ilk növbədə yaradıcılığın, texnologiyanın və siyasətin sintezidir. Bu səbədən TV-lərin fəaliyyətinə nəzarət bir qədər güclüdür. İstək və dəstək olarsa, nümunəvi və cəmiyyətə yararlı bir telekanal ortaya qoymaq olar.

– Günümüzdə diktorlara necə, ehtiyac varmı?

– Məncə, bu gün diktorlara heç bir ehtiyac yoxdur. Diktorluq tarixən həm teleradio yayımının strukturundan, həm də avtoritarizmin mahiyyətindən doğmuşdu. Bir dövr oldu və bitdi. İndi çevik, bacarıqlı, intellektual aparıcılar zamanıdır.

–  Bir çox Avropa ölkələrində jurnalistləri “keşikçi köpəyi” adlandırırlar. 

– Jurnalistlər cəmiyyətə keşik çəkməlidir. Oğurluq, əxlaq pozuntusu, deformasiyalar varsa, jurnalistlər həyəcan siqnalı verib cəmiyyəti ayağa qaldırmalıdırlar. Jurnalist, hər şeydən əvvəl, cəmiyyətdəki məsələləri dürüst işıqlandırsa insanlar da təhlükələri görərlər – yox, hadisələri malalamağa başlasa, biz də təhlükənin fərqində olmarıq. Amerika və Avropa jurnalistikası göstərir ki, jurnalist “keşikçi köpəyi” funksiyasını yerinə yetirəndə cəmiyyət bundan xeyir görür. Əgər o keşikçi köpəyi yuxuya gedirsə, onun qarşısına sümük atıb yedirdib susdururlarsa, bax, onda fəlakət başlayır.

– Bizim “keşikçi köpək”lərimiz varmı?

– Vaxtilə bizim də “keşikçi köpək”lərimiz olub. Amma indi onlar əməlli-başlı ev iti olublar. Yağlanıblar, piyləniblər, sayıqlıqlarını itiriblər, ona görə də artıq hürmürlər, daha doğrusu hürə bilmirlər.

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Tramp hökumətin işini iki həftə uzadıb

bitmap-img3

Rakurs

SOCAR-da vitse-prezident dəyişikliyi gözlənilir: Vasif Əmirov Rəhman Qurbanovu əvəzləyəcək?

bitmap-img3

Seçmələr

Bəzi müəllimlərin maaşı 2 dəfə artırıldı - Sərəncam

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru