Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Olimpiya”nın Bakı proqramı açıqlandı


Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Olimpiya"nın Bakı proqramı açıqlanıb


 Lyublyana təmsilçisi Bakıya cavab qarşılaşmasından 1 gün əvvəl gələcək.

Belə ki, iyulun 17-də səhər saatlarında çarter reysi ilə yola düşəcək komanda Bakı vaxtı ilə 16:00-da paytaxtımıza çatacaq. Rəhbərlik azarkeşlərə də komanda ilə birlikdə səyahət imkanı yaradacaq. Lakin bu, komandanı ölkəmizdə dəstəkləmək istəyən fanatlara 750 avroya başa gələcək. Bu paketə gediş-gəliş, oteldə məskunlaşma, yemək, şəhər gəzintisi, oyunun bileti daxildi.

Proqrama görə, sloveniyalılar paytaxtımızda "Qafqaz" otelində məskunlaşacaq. Fanatlar matç günü səhər saatlarında Bakı gəzintisinə çıxacaq. İyulun 18-dəki görüşdən dərhal sonra isə heyət Lyublyanaya qayıdacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiya" görüşü 21:00-da başlayacaq. (apasport.az)

pia.az
Etiket:
loading...