rezonans

Xəbər xətti

23 İYUN

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb

20:27 Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək

20:21 Almanların 40 faizdən çoxu Merkelin kansler postundan getməsini istəyir

20:15 Şirvan sakini qətlə yetirildi

20:09 Əli Həsənov: “Azərbaycanda azad media formalaşıb”

20:03 Çavuşoğlu PKK terrorçularının gizləndiyi yeri açıqladı

19:58 Azərbaycan Premyer Liqasında növbəti mövsümün başlama vaxtı açıqlandı

19:52 Ağdamda kollec direktoru qəzaya düşdü

19:46 Bakıda yol polisləri sürücünü döyüb? - Rəsmi açıqlama+ Video

19:40 Kosta-Rika da mundialla qrupda vidalaşdı

19:34 Xəzəryanı ölkələr sualtı boru kəmərləri çəkə biləcək

19:28 Narkotacirlərin qənimi olan qəhrəman köpəklər... - Kinoloji Mərkəzdən Fotolar

19:22 Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi

19:16 İsmayıllıda uçan körpü qismən bərpa olundu - Video

19:10 Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

19:04 Yeni büdcə qaydaları müəyyənləşdirilir

18:59 Rus futbolçular dopinqdən istifadə edirlər? - FİFA-ya müraciət

18:53 Prezident 9 milyon pul ayırdı

18:47 Yeltsinin kürəkəni Putinin müşaviri oldu

18:41 Azərbaycanda ailələr niyə dağılır? - Komitə səbəbləri açıqladı

18:35 Baş nazir pambıqçılıqla bağlı xüsusi müşavirə keçirdi



SİYASƏT

...

“Nemət Pənahlıdan Lex Valensa düzəltmək fikrindəydim, alınmadı”

Tarix 08.01.18, 20:37

Font ölçüsü : - / +
bitmap-img6



Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər bir neçə gündür sosial şəbəkədəki səhifəsində 1990-cı ilin yanvar ayında Azərbaycan Xalq Cəbhəsinin keçirdiyi konfrans və Məclisi barədə memuarlarını yazır


Bu xatirələrdə İsa Qəmbər AXC-nin o dövrdəki proseslərdə rolunu göstərir, rəhbərliyin qərarlarını qeyd edir və nəticələrə toxunur.

Strateq.az  İsa Qəmbərin növbəti qeydlərini oxuculara təqdim edir:

Bu dəfə İ. Qəmbər yazdığı qeydlərin cəmiyyətdə doğurduğu rezonansdan bəhs edir və reaksiyalara toxunur: “Mətləbə keçməzdən əvvəl qeyd edim ki, gözlənilidiyi kimi son günlər yazdıqlarım kifayət qədər maraq doğurub. Hadisələrin bilavasitə iştirakçıları da, yaxın tariximizlə maraqlananlar da fb-da və saytlarda şərhlər yazırlar. Əsasən yazdıqlarımı təsdiq edirlər, bəzən əlavələr edirlər, bəzən nəyisə dəqiqləşdirməyi xahiş edirlər. Əksəriyyət mövzunun çox maraqlı olduğunu və davam etdirilməsini istəyirlər.

AXC İH-nin o zamankı üzvlərindən də şərh edənlər var. Sağ olsunlar, Hikmət Hacızadə və Nemət Pənahlı da rəy bildiriblər və faktiki olaraq dediklərimi təsdiq ediblər. Xüsusən Nemət Pənahlıya təşəkkür edirəm. Mən yazarkən hər bir ifadəmi diqqətlə seçirəm, həqiqəti yazmaq azdır, həm də başqa mövqelərdə olanların mənliyinə, heysiyyətinə toxunmamağa çalışıram. Nemət Pənahlı isə özünəməxsus səmimiyyətlə “radikalların” mövqeyini tam açıb ortaya qoyub. Təbii, hər zaman olduğu kimi yalan-palan danışmaqdan da özünü saxlamayıb. Məsələn deyir ki, “AXC-nin Təşəbbüs Qrupuna adım Əbülfəz bəy tərəfindən salınmışdı.” Belə deyil. Etiraf edim ki, N.Pənahlının AXC Təşəbbüs Mərkəzinə daxil edilməsini mən təklif və təkid etmişdim, ondan Lex Valensa düzəltmək fikrindəydim. Alınmadı”.

AXC İdarə Heyətinin sabiq üzvü daha sonra yazıb:

Beləliklə, 8 yanvar 1990-cı il…

AXC Məsclisinin sessiyası.

Toplantıda iştirak etmədiyim üçün bu yazım daha qısa olacaq. Bir etiraf da edim ki, erməni təbliğatı və təcavüzə hazırlığı 1988-ci ilin fevralında birbaşa hərəkətə keçdiyi gündən sonra 1990-cı ilin 8 yanvarı həyatımda ən sakit və rahat günlərdən biri oldu. Evdə idim, heç yerə çıxmadım, istirahət etdim. Doğrusu, məclisdə nə baş verdiyi ilə də xüsusi maraqlanmadım. Düşünürdüm ki, İH-nə namizədliyimizi verməmişik, bizi seçməyəcəklər. Artıq xalq hərəkatına rəhbərlik edən AXC-nin sıravi üzvü olacağam və tarixi qərarlara görə də məsuliyyət daşımayacam. Fikirləşirdim ki, bir neçə gündən sonra dostlarla görüşərəm, qurmaq istədiyimiz təşkilat barədə məsləhətləşmələri davam etdirərik. Hesab edirdim ki, quraçağımız təşkilat AXC-yə alternativ və ya rəqib olmamalıdır. Sadəcə Əbülfəz bəylə hər zaman danışdığımız kimi Azərbaycanda çoxpartiyalı plüralist demokratik cəmiyyət olacaq, bizim partiya da ictimai-siyasi məkanda öz yerini tutacaq.

Amma necə deyərlər, sən saydığnı say, gör fələk nə sayır…

Dediyim kimi Məclisin işində iştirak etmədiyim üçün şahid ifadələrinə əsaslanacam.

Dövrün salnaməçisi Ədalət Tahirzadə də məclis barədə çox qısa yazıb, çünki Məclis qapalı keçirilmişdi və o da orda iştirak etməmişdi.

Ə.Tahirzadə yazır:

” 8 yanvar 1990.

Dünən konfransda yaradılmış AXC-nin yeni Məclisi bu gün Cəbhənin öz qərargahında yığışaraq 14 nəfərlik yeni İdarə Heyətini seçib. Üzvləri bunlardır:

Arif Paşayev, Vurğun Əyyubov, Dilarə Əliyeva, Etibar Məmmədov, Kərbəlayı Əlikram Əliyev, İsa Qəmbərov, Yusif Səmədoğlu, Pənah Hüseynov, Rəhim Qazıyev, Sabir Rüstəmxanlı, Sabit Bağırov, Tofiq Qasımov, Firidun Səməndərov,Hikmət Hacızadə.

İkinci mərtəbədə Məclisin yığışdığı böyük iclas zalı bizim “Azadlıq” qəzeti yerləşən mərtəbədə və lap qonşuluğumuzda olduğu üçün tez-tez baş çəkib yeni məlumatlar toplayırdıq. Buraya “əsl”cəbhəçilərdən başqa kənar adamları buraxmırdılar, ona görə də “öz” jurnalistlərimizdən savayı bura qalxanlar az idi. Məclisin gedişi ilə maraqlananlar içərisində Neməti də gördüm — seçilmədiyini biləndə yaman pərt olmuşdu.”

İsa Qəmbər daha sonra davam edir:

“Axşam hardasa saat 11-də ev telfonuma zəng gəldi. Zəng edən Fəzail Ağamalı idi. O da məclisin üzvü idi və sessiyada iştirak etmişdi. Fəzail müəllim məni təbrik etdi, dedi ki, ən yüksək səslə İH-nə seçilmişəm. Doğrusu təəccübləndim, dedim ki, “necə yəni seçiblər, axı mən namizədliyimi irəli sürməmişəm və heç kimə belə bir səlahiyyət verməmişəm”. Dedi ki, Məclisin qərarı belə oldu. Sonra da Ə.Tahirzadənin qeydlərində adı çəkilən hər kəsin neçə səslə seçildiyini, seçilməyənlərin də neçə səslə İH-dən kənarda qaldığını bir-bir diktə etdi, mən də kağız-qələm götürüb qeydiyyat apardım. F.Ağamalı özünün də namizəd olduğunu, amma seçilmədiyini qeyd etdi.

Bu zəngdən 30-40 dəqiqə sonra Pənah Hüseyn və Arif Hacılı bizə evə gəldilər. Məclisin nəticələrindən xəbərdar olduğumu bilib bu dəfə onlar təəccübləndi. Fəzail Ağamalının zəngini deyəndə güldülər və onun Məclisə rəhbərlik etmək cəhdinin qarşısının necə alındığını danışdılar. Ətraflı söhbət etdik. Pənah bəy və Arif bəy konfrans iştirakçılarının əksəriyyətinin bölgələrə geri döndüyünü, “radikallar” və qaragüruhun yenə toplantıda qarışıqlıq yaradıb məqsədlərinə nail olmağa çalışdıqlarını, aparıcı məclis üzvlərinin böyük səyləri və iki saatlıq mübarizədən sonra zalda yalnız məclis üzvlərinin qalmasına nail olduqlarını, Məclis sədrliyinə Tamerlan Qarayevin seçilməsini və onun toplantını Nizamnaməyə və demokaritik prosedurlara uyğun aparmağa çalışdığını, keyfiyyətli gizli səsvermə keçirildiyini, AXC-dən ayrıldıqlarını bəyan etmiş solların (Z.Əlizadə, L.Yunus, Ə.Hümbətov) ümumi konsensusla namizəd siyahısına daxil edilmədiyini, “liberalların” və ”radikalların” namizəd siyahısına daxil edildiyini, bizdən Canbaxış Umudovun, onlardan Nemət Pənahlının seçilmədiyini və bir çox başqa təfərrüatı danışdılar.

Yaxın gələcəklə bağlı əsas mövzuları da müzakirə etdik.

Mənim üçün ayıdn olan həm də bu idi ki, “istirahətim” bir günlük imiş, həyat və mübarizə isə davam edəcək.

İH-nin yeni heyəti barədə bir neçə kəlmə deyim. Biz 6 nəfərlə yenə də İH-də aparıcı qüvvə olaraq qaldıq. Yeni seçilənlərdən Sabir Rüstəmxanlı, Dilarə Əliyeva, Vurğun Əyyubov və Firidun Səməndərov kifayət qədər tanınmış ziyalılar idi. Sonradan da təsdiq olunacağı kimi onların hər biri öz xarakteri, öz dünyagörüşü ilə fərqlənsələr də müzakirəyə açıq, öz mövqelərini arqumentli şəkildə təqdim etməyi bacaran, başqalarının da mövqeyinə, arqumentlərinə diqqət və hörmətlə yanaşmağı bacaran təcrübəli insanlar idi. Arif Paşayev AXC özünümüdafiə batalyonlarının ən nüfuzlu təmsilçilərindən biri idi, əsasən bölgədə öz bilavasitə fəaliyyət sahəsi ilə məşğul olacaqdı. Cəmiyyətdə tədricən təşkilatlanmağa başlayan islamçıların nümayəndəsi kimi İH-də olmağın qürurunu yaşayan Kərbəlayı Əlikram Əliyev isə bizim hamımızla yaxşı münaisbətlərə malik idi və kifayət qədər məsuliyyətli və konstruktiv fəaliyyət göstərəcəkdi.

Bu heyət 1991-in yayına – AXC-nin l qurultayına qədər fəaliyyət göstərəcək, əlindən gələni edəcəkdi.

“Radikallar”ın iki nümayəndəsi isə lll Konfransdan və Məclisin sessiyasından sonra əslində yalnız formal olaraq AXC üzvü kimi fəaliyyət göstərdilər. Onlar artıq öz yollarını ayırmışdılar…

Sonda İ. Qəmbər qeyd edib ki,  29 yanvara qədər daha bir neçə yazısı olacaq.


pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


SİYASƏT

design-img

Vernisaj

Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru