Xəbər xətti

21 FEVRAL

11:29 “ABŞ münaqişənin həlli üçün əlindən gələni edir” - Sekuta

11:24 “Bu eşq günah olsa da, qəbul edirəm” - İlqarə

11:20 Şimali Koreya liderinin bacısı ABŞ vitse-prezidenti ilə görüşdən imtina etdi

11:16 İranın müdafiə naziri Azərbaycana gəlib

11:12 Sumqayıtda çoxmərtəbəli binanın lifti qırıldı: 3 nəfər ağır xəsarət aldı

11:08 Azərbaycan və Türkiyə “Qaz savaşı”nın tən ortasında

11:04 Azərbaycan məmurları xaricdəki milyardlarını itirə bilərlər - “ABLV Bank” qalmaqalı

11:00 Vaşinqtondan Bakıya da sanksiya xəbərdarlığı gəlib

10:55 Pxençxan-2018: Almaniya Norveçə çatdı - Medal siyahısı

10:51 “Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq olaraq qalır”

10:47 Bakıda əhali sıxlığı: Paytaxt ağır “yük” altında

10:43 Bədənə yapışa bilən displey yaradıldı

10:38 Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq

10:29 Almaniya yığması Olimpiadaya 3,5 min litr pivə gətirib

10:25 Netanyahu Mahmud Abbası “terrorçuların sponsoru” adlandırdı

10:21 Bakının iki magistralında sürət həddi endirildi

10:17 Keçmiş polis intihar etdi - Ağdamda

10:13 Azərbaycan-Makedoniya matçının vaxtı dəqiqləşdi

10:08 Bakının iki rayonunda qaz təchizatı məhdudlaşdırılır

10:04 Sabiq deputatlara pensiya veriləcək

10:00 Bu gün Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşəcək

9:58 Azərbaycandan Avropaya daha bir qaz dəhlizi - Təhlil

9:53 Neft ucuzlaşdı

9:49 Suriyada barışdırılma üzrə Rusiya mərkəzi atəşə tutulub

9:46 Bayılda gərginlik artır

9:42 Atəşkəs 135 dəfə pozulub

9:37 Fəxriyə Xələfova: “Dəb olmasaydı, həyat dayanardı”

9:33 Tələbə kreditləri haqda yeni təklif

9:29 Polkovnik: “Ermənilər hücuma keçə bilər”

9:25 “Alpinistlərin tapılmaması qeyri-peşəkarlıqdır”

9:21 ATƏT məşhur təşkilatını Azərbaycana göndərir

9:17 Bakıda gənc qadın intihara cəhd edib

9:14 Mərkəzi Bank notlarını hərraca çıxarır

9:10 Elşən Musayev: “Əli Kərimlinin cəsarəti çatıb bu gün də debata gəlsə...“

9:06 Bakıda fəhlə özünü öldürüb

9:03 İranın müdafiə nazirinin Bakı səfərinin mümkün səbəbləri

9:00 Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - Təfsilat

0:57 ABŞ kriptovalyutalara nəzarəti gücləndirəcək

0:49 Üz cizgilərinin formalaşmasını təmin edən genlər müəyyən edilib

0:36 Göygöldə yoxa çıxan gəlin tapıldı

0:28 17 türk məmur Yunanıstana qaçdı

0:14 Hava vasitəsilə enerji toplayan batareya yaradılıb

0:03 Bu gün bürcünüz nələr vəd edir?

20 FEVRAL

23:58 “Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”

23:44 Ramil Usubov kral Salmanla görüşdü

23:37 Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb

23:25 ABŞ-da orta məktəb atışma ilə əlaqədar təxliyyə edilib

23:11 Olimpiadada səyyar məscidlər xidmət göstərəcək

23:06 Ərdoğandan Əsəd ordusunun həmləsinə ilk reaksiya

22:58 İki dərmanın satışı qadağan edildi

22:42 Tehrandakı iğtişaşda 300 nəfər saxlanılıb

22:36 Maldiv adaları uğrunda Çin-Hindistan rəqabəti - Təhlil

22:29 Çexiyanın “Tatra” yük maşınları Azərbaycanda yığılacaq

22:16 Vahid Əhmədov: “Kənd təsərrüfatı sahəsində ikinci mərhələ başlayır”

22:03 Azərbaycanda işsizlərin sayı açıqlandı

21:55 YPG qüvvələri Afrindən geri çəkilib

21:42 Vəzifəli şəxslərin cəriməsi müəyyənləşdi

21:37 Poroşenko Donbasda ordudan istifadəni qanuniləşdirdi

21:24 İranda təyyarə qəzasında ölənlərin cəsədləri tapılıb

21:19 Komitə sədri Cocuq Mərcanlı məscidində

21:07 Bakının iki rayonunda qaz olmayacaq

20:55 Adnan Oktar: “Biz Ermənistanla sərhədləri açacağıq”

20:41 “Seçkiləri kifayət qədər beynəlxalq təşkilat müşahidə edəcək”

20:39 “ABŞ Suriyada öz regional maraqlarından əl çəkməyəcək”

20:27 Sabahdan Bakı-Sumqayıt elektrik qatarının hərəkət qrafiki dəyişir

20:14 “Erməni və Azərbaycan icmaları arasında dialoqun qurulması vacibdir”

20:03 Bakıda şirkət və mağazadan oğurluq edildi

19:58 Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər

19:55 “AzerGold” QSC-nin mütəxəssisləri İsveçrəyə işgüzar səfər ediblər

19:51 Bu sürücülər 50 manatadək cərimələnəcək

19:46 Xarici ölkələrdə Xocalıya aid tədbirlər keçiriləcək

19:42 Reks Tillerson: “Kim məni əsəbiləşdirir”

19:37 Böyük Vətən Müharibəsi veteranlarının prezident təqaüdü artırıldı

19:31 Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu

19:26 Əhalinin su sayğacları ilə təmin edilməsinə 15 milyon pul ayrıldı

19:23 Əsəd ordusu Afrinə daxil oldu

19:19 AKP-MHP ittifaqı seçkiyə bu adla girəcək

19:14 Tehranda polislə dərvişlərin toqquşdu: 6 ölü

19:10 Kılıçdaroğlu: “Qardaş Azərbaycanın kədəri Türkiyənin kədəridir”

19:06 Əfv Komissiyasının növbəti iclası keçirilib

19:02 İranda böhran dərinləşir

18:57 Azərbaycan - Makedoniya matçının vaxtı və stadionu dəqiqləşib

18:53 STP Tacikistana kabel ixrac edəcək

18:48 Saxta diplomla 8 il həkimlik edən fırıldaqçı tutuldu

18:41 “Cəzalandırmasaq, sabah fəlakətlər qarşısında aciz qalacağıq”

18:36 Azərbaycan XİN Serj Sarkisyanın təbrikini şərh edib

18:34 Vətəndaşın qeydiyyat vəsiqəsi itib

18:31 Azərbaycanda 21 xarici vətəndaş saxlanılıb

18:29 FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

18:27 Tanınmış rejissorda ağır xəstəlik tapıldı

18:23 İlham Əliyev sərəncam imzaladı

18:19 Sabahın məzənnəsi

18:15 Bayıl sakinlərinə kirayə haqları niyə ödənilmədi?

18:11 SOCAR-ın trest müdiri ittihamlara cavab verdi

18:09 “The Daily Caller”: Azərbaycan Amerikanın mühüm müttəfiqidir

18:05 “Kağıza “ayda 100 min” yazıb qabağıma qoydu, dedi...”

18:02 Bakıda dövlət qurumunun binası yanır

18:00 Avropa Bankı TAP-ın maliyyəsini artıracaq

17:55 ABŞ-a məxsus F-16 qırıcısının havada mühərriki alışıb

17:49 “Oğullarım ikinci ərimi, o da övladlarımı qəbul etmədi”

17:44 Fevral ayının iqlim xarakteristikası açıqlanıb

17:39 “Bayılda sürüşmə prosesi aktiv fazadadır…” – Nazirlik rəsmisi

17:34 Qvardiola baş məşqçiyə hücum etdi

17:29 Türkmənbaşı öz zirehli “Mercedes”lərini satır

17:24 Ziyafət Əsgərov MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini ilə görüşdü

17:20 Rusiya mediası: “FTX “Qazprom”da genişmiqyaslı yoxlama aparır

17:15 Rusiyada azərbaycanlılar çinli turisti qarət etdi

17:10 İş adamı Şirzad Abdullayevə verdiyi 10 milyonu tələb edir

17:05 Dubayda 3D texnologiyası ilə villalar tikiləcək

17:00 Ermənistandan Avropaya şikayətlər artır

16:55 Şəhriyar del Gerani: “Dediyim bütün fikirlərin arxasındayam”

16:50 Moskva polisi məşhur azərbaycanlı bloqeri saxladı

16:44 Göygöldə itkin düşən gənc qadın tapılıb

16:39 Ziya Məmmədov evinin yanması xəbərindən danışdı

16:34 Direktor: “Hər ay şir 400, piton ilanı 20 manatlıq yem yeyir”

16:28 Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasının rəhbəri bəlli oldu

16:23 Peterburqda öldürülmüş azərbaycanlının meyiti tapıldı

16:16 Lənkəranskinin qatili bilindi

16:10 Boksçumuz turnirə qələbə ilə başladı

16:03 Putin Suriyadakı qoşun qruplaşmasının komandanını dəyişir



MÜSAHİBƏ

...

“Neftçi”nin hazırkı vəziyyəti biabırçılıq yox, faciədir”

Tarix 28.01.18, 17:07

Font ölçüsü : - / +
bitmap-img6


“Neftçi” və “İnter”in (hazırkı “Keşlə”) sabiq yarımmüdafiəçisi Slavço Georgiyevski hazırda ölkəsinin “Rabotniçki” klubunda məşqçi kimi çalışır


Makedoniyalı veteran futbolçu ölkəmizdəki günlərini yada salıb:

- Azərbaycandan ayrılandan sonra nə işlə məşğul olursunuz?

- “İnter”dəki son ilimdə Avropa Liqasının “Elfsborq”la oyununda Kaxaber Sxadadze mənə köməkçisi olmağımı təklif etdi. Beləcə məşqçiliyə başladım. Bu, mənim məşqçilik karyeramda ilk təcrübəm olub. Vətənimə qayıdandan sonra, 2015-ci ildə “Rabotniçki”nin aşağı yaş qruplarında işə başladım. 2 ildən sonra məşqçilik kurslarında iştirak edib, B və A kateqoriyaları aldım. Yalnız PRO kateqoriyası qalıb. Hazırda isə əsas komandada köməkçi məşqçi işləyirəm.

- Futbolçu və məşqçi: hansı daha çətindir?

- Futbolçu olanda yalnız oyunu və məşqçinin dediklərini düşünürsən. Məşqçi kimi isə 22 futbolçu ilə maraqlanmalısan. Elə etməlisən ki, sanki 1 nəfərlə işləyirsən. Yəni, hamısına fikrini çatdırmağı bacarmalısan. Məşqçi bir yox, bir çox şeylər haqda fikirləşməlidir.

- Məşqçi kimi əsas məqsədiniz nədir?

- Futbolçu həyatında olduğu kimi, yaxşı nəticə qazanmaq istəyirəm. Ancaq təkcə nəticə, çempionluq yox, mənim başqa hədəflərim də var: gənc futbolçuların yetişməsinə köməklik etmək. Elə etməliyik ki, daha çox gənclər yetişsin və yaxşı səviyyədə olsunlar. Çünki həyatda səndən soruşmurlar ki, neçə dəfə çempion olmusan. Soruşurlar ki, neçə yetirmən var. Bir futbolçu belə yetişdirməmisənsə, onda niyə məşqçisisən? Biz ilk növbədə müəllimik. Onları həm yaşı insan, həm də yaxşı futbolçu kimi yetişdirməliyik. Bu, bizim vəzifə borcumuzdur. Çempionluğu qazana bilərsən, amma yaxşı insan olmağı bacarmaq çətindir.

- “Rabotniçki” Antalyada “Keşlə” və “Qəbələ” ilə yoxlama oyunları keçirib...

- Hər iki oyunda uduzmuşuq. Bunlar bizim ilk oyunlarımız idi. Belə nəticələr bizim planlarımıza mənfi təsir etmir.

- Azərbaycan klubları sizə necə təsir bağışladılar?

- “Qəbələ” əvvəlki səviyyəsində qalmağa çalışır.Həmin komandada yaxşı tanıdığım, birgə oynadığımı futbolçular var. Cavid Hüseynovla “Neftçi”də, Asif Məmmədovla “İnter”də oynamışam. Deyərdim ki, indi həminki futbolçu səviyyələrindən də artıqdırlar. Bunu görmək çox xoşdur. “Qəbələ”də yaxşı tanıdığım daha bir futbolçu var. Voislav Stankoviçlə “İnter”də oynamışam. “Qəbələ”də başqa yaxşı futbolçular da çıxış edir. Amma şəxsi fikrim belədir ki, bu komandada əvvəlki legionerlər daha güclü idilər. Demirəm, indikilər zəifdir. Azərbaycan çempionatını da internetdən izləyirəm. Müqayisə aparanda belə nəticəyə gəlirəm ki, “Qəbələ”dəki əvvəlki futbolçular daha güclü idilər. Bununla kiminsə xətrinə dəymək istəmirəm. Subyektiv fikrimdir. “Qəbələ” yenə yuxarı pillələrdir, yaxşı heyətə malikdir.

- Yəqin bilirsiniz, “İnter”in adı dəyişib. İndi “Keşlə” adlanırlar...

- Mən oynadığım vaxtdan çox az futbolçu qalıb. İndiki heyətdən Denis Silva ilə Adrian Skarlatakeni tanıyıram. Bundan başqa, Vaqif Cavadov, Slavik Alxasov və Pərdis-Fərcad Azadın da adlarını çəkə bilərəm. Komandada yerli futbolçuların olması yaxşı haldır. Amma düşünürəm ki, indiki komanda əvvəlkindən zəifdir. Ola bilər ki, indi maliyyə bir qədər zəifdir. Ancaq hər şey pulla bağlı deyil. Yaxşı futbolçu olmaq istəyirsənsə, üzərində çox çalışıb, səviyyəsini yüksəltməli, hər oyunda əvvəlkindən yaxşı təsir bağışlamalısan.

- Azərbaycan karyeranızın əsas hissəsi “Neftçi” ilə bağlı olub. Titullar qazandığınız komanda indi yaxşı vəziyyətdə deyil...

- Burda olanda xəbər tutdum ki, “Neftçi” 1:8 uduzub. Bu, artıq biabırçılıq yox, faciədir. Bunu tam açıq şəkildə deyirəm. “Neftçi”ni bütün dünya tanıyır. Azərbaycan futbolunun simasıdır, onu itirmək olmaz. Mənə “Neftçi”ni belə vəziyyətdə görmək çox üzücüdür. Bu komandaya ilk getdiyim gündən özümü evimdəki kimi hiss etmişəm. Eləcə də “İnter”də. Bu iki komandada oynadığım dövrdə çox rahat olmuşam. Onlar mənim üçün doğma klublardır. İndi isə belə zəiflədiklərini, ağır məğlubiyyətlər aldıqlarını biləndə, özümə yer tapa bilmirəm, pis təsir edir. Çünki məndən soruşurlar ki, “Neftçi”də oynamısan, onun böyük klub olduğunu deyirsən. Bəs necə olur ki, bu komanda elə də güclü olmayan rəqiblər oyunda darmadağın olur. Bəli, “Neftçi” vaxtı ilə Avroliqada oynayıb. Ancaq bütün bunlar artıq keçmişdə qalıb. İndidən danışmaq lazımdır. Keçmişdə olanlar keçmişdə qalır. Əsas olan bugünkü nəticələrdi. Tarix çempionluqları yazır, pis nəticələri yox. Ona görə də pis yox, yaxşı tarixi yazmaq lazımdır.

- Uzun illər Azərbaycan çempionatında oynamısınız. Sizcə, Premyer Liqa onda güclü idi, yoxsa indi?

- Birmənalı olaraq deyirəm ki, onda daha güclü idi. “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Bakı”, hətta “Simurq” və “Kəpəz”ə qarşı belə oynamaq çətin idi. AZAL da çox yaxşı komanda idi. Hətta avrokuboklara düşmüşdülər. Ona görə deyirəm ki, səviyyə indikindən çox yüksək idi. Bilirəm ki, indi maddi problem var. Ancaq hər şeyi pula bağlamaq düzgün olmazdı. Səviyyəni itirməməlisən. Çalışmalısan ki, əvvəlki səviyyədə qalasan. Çünki insanlar əvvəldən Azərbaycan futbolunun təməlini qoyublar. Nəticədə “Neftçi”, “Qarabağ” və “Qəbələ” Avroliqanın qrupuna düşüb. Hətta “Qarabağ” bu mövsüm Çempionlar Liqasında iştirak edib.

- Yeri gəlmişkən, “Qarabağ”dan belə nəticə gözləyirdin?

- Əlbəttə, işi düzgün quranda nəticəsini görürsən. Dəqiq deyə bilmərəm, ola bilər ki, “Qarabağ”da da maliyyə bir qədər azaldılıb, ancaq səviyyə qalıb. Deməli, iş düzgün qurulub. Hər şeyi pulla almaq olmaz. Sağalmaz xəstə olsan, heç bir pulla bunu sağalda bilməzsən. Əsas odur ki, “Qarabağ” işini düzgün qurduğu üçün hər il səviyyəsini artırır. Bu, “Neftçi” də belə idi. Ancaq sonradan nə oldusa, hər şey enişə doğru getdi. “İnter”də də işlər yaxşı gedirdi, yaxşı rəhbərləri var idi. Klubda peşəkar insanlar çalışırdı. Güclü sponsor dəstəyinə malik idilər. Kaxaber Sxadadze yaxşı məşqçi idi, güclü komanda yaratmışdı. Ardıcıl bir neçə il yaxşı nəticələr qazandılar. Ancaq sonradan klubda nə baş verdisə, biz bunu bilmədik. İndi görünən odur ki, komanda əvvəlki səviyyədə deyil.

- Birlikdə çıxış etdiyiniz Mirhüseyn Seyidovla Nizami Hacıyev artıq futboldan uzaqlaşdırılıblar...

- Bilirəm, onlarla birlikdə “Bobo” (Ağakişi Mehdizadəni nəzərdə tutur) ləqəbli məşqçi də futboldan ömürlük kənarlaşdırılıb. Onu “İnter”dən tanıyıram. Açığı, məlumatı mətbuatdan oxuyanda şoka düşdüm. Dərhal Səbuhi Səfiyarlıya zəng vurdum. Onu “İnter”də oynadığım vaxtdan tanıyıram. O, mənə vəziyyəti izah etdi. Onu deyə bilərəm ki, mən hələ də inanmıram. Onlar çox yaxşı insandırlar. Belə etdiklərinə inanmıram. Çox pis oldum. Nizaminin mənə çox köməyi dəyib. İlk dəfə nömrəni də mənə o alıb. Həyatda belə şeylər unudulmur.

- Hələ sən Azərbaycanda çıxış etdiyin vaxt danışılmış oyunlar haqda söz-söhbətlər gəzirdi. Siz özünüz nəsə eşitmişdinizmi?

- Yox, and içə bilərəm ki, həqiqəti deyirəm. Hətta o vaxt “İnter” – “Simurq” oyunları haqda çox danışırdılar. Çünki sponsorları eyni idi. Ancaq onda da meydanda bütün gücümüzü ortaya qoyurduq. Hətta “Simurq”da oynayan serbiyalı hücumçu Draqan Çeran var idi. Bir-birimizin anasını söyürdük. Qızımın canına and içirəm ki, bunlar həqiqətdir. Mən inanmıram ki, kimsə adi vəziyyətdə bir-birinin anasını söysün. Sizcə, bu, normaldır? Hətta, “Simurq”un “İnter”ə xal verməsi haqda söhbət gedəndə mənə pis edirdi. Çünki bu, həqiqət deyildi, başımla cavabdehəm.

- Qurban Qurbanovun təyinatını necə qarşıladınız?

- Əvvəlcə onu deyim ki, yaxşı ki, Berti Foqtsu göndərdilər.

- Niyə belə düşünürsünüz?

- Çünki gəldiyim ilk gündən Azərbaycan xalqını öyrənməyə başladım. Azərbaycanlılar hər zaman irəli gedirlər, heç nədən çəkinmirlər. Foqts isə qorxaq futbol oynadırdı. Bu da Azərbaycan xalqına yaraşmır. Qurban Qurbanova gəlincə isə düzgün təyinatdır. Onun milliyə gəlişi uzun müddət idi ki, gözlənilirdi. Tam əminəm ki, seçim doğrudur. Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında uğurlu nəticələr qazanacaq.

- Bilirsiniz ki, mart ayında Makedoniya ilə yoldaşlıq oyunu keçirəcəyik. Həmin görüşlə bağlı nə deyə bilərsiniz?

- Bilirəm, sizə o qədər qalib gəlmişik. Bunu hər zaman zarafatla demişəm. Azərbaycana qarşı oynamaq həmişə çətin olub. Bu dəfə də belə olacaq. Yeni baş məşqçiniz var, görək komanda necə təsir bağışlayacaq. Düşünürəm ki, çətin olacaq. (qol.az)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Xaləddin İsgəndərovdan “qardaşoğlu” əməliyatı - Biri qovuldu, digəri...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru