Cümə axşamı, 23 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Neftçi” beş futbolçusu ilə vidalaşdı


“Neftçi” PFK beş futbolçu ilə yollarını ayırıb


Oxu.Az xəbər verir ki, Rəşad Sadiqov, İqnasio Erera, Derlis Mesa Kolli və Elnur Cəfərovla müqavilə yenilənməyib. 

İlkin Qırtımovla müqaviləyə isə qarşılıqlı razılaşma əsasında xitam verilib. Artıq o, “Zirə” klubu ilə müqavilə bağlayıb. 

Qeyd edək ki, ötən mövsüm çilili hücumçu İqnasio Erera 33 (8 qol), Derlis Mesa Kolli 30 (1 qol), Rəşad Sadiqov 24 (1 qol), Elnur Cəfərov 9, İlkin Qırtımov isə 8 oyunda meydana çıxıb.

Xatırladaq ki, “Neftçi” köhnə futbolçularından Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Kiril Petrovla yeni müqavilə bağlayıb. Bundan başqa, komanda “Sumqayıt”dan Tural Axundovla Rəşad Eyyubovu, “Kəpəz”dən braziliyalı Dario Federikonu heyətinə cəlb edib.

pia.az
Etiket:

loading...