Xəbər xətti

23 MAY

0:55 Kral Salmana qarşı qiyam hazırlanır

0:48 Avropa İttifaqı - Azərbaycan danışıqlarının növbəti mərhələsi keçiriləcək

0:36 Fransızlar dünyanın ən kiçik evini tikdilər

0:28 Ölkəyə benzil idxalı artıb

0:16 “WhatsApp”da yenilik

0:03 Bu gün bürcünüz nələr vəd edir?

22 MAY

23:55 3 alpinist Qubada niyə həlak olub?

23:42 Yaşıl çay yaddaş xəstəliklərini məhv edir

23:38 Kərə yağı adı ilə satılan yağlar ziyanlıdırmı?

23:25 ABŞ səfirliyinin əməkdaşları Venesueladan qovuldu

23:12 Tokio London və Amsterdamla əməkdaşlıq edəcək

23:07 Litvaya 1500 vahid hərbi texnika gətiriləcək

22:59 8 polkovnik həbs edildi

22:44 Ukrayna ilk dəfə bu raketi sınaqdan keçirdi

22:39 Beyons tarixi abidəni satın aldı

22:26 Azərbaycanın valyuta ehtiyatları 2,2 milyard dollar artıb

22:11 Ramazan ayının yeddinci gününün duası

22:04 Gürcüstan vətəndaşlarından ibarət cinayətkar dəstə saxlanılıb

21:57 Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

21:44 Maduro növbəti 7 il müddətinə prezident elan edildi

21:37 Ölkənin qızıl-gümüş bazarı bahalaşdı

21:25 İngiltərə Futbol Assosiasiyası “Arsenal” klubunu cərimələyib

21:12 ABŞ və Cənubi Koreya prezidentlərinin görüşü keçirildi

21:03 İbrahimoviç ABŞ-da ilk qırmızı vərəqəsini aldı

20:55 Prezident yol polisləri ilə bağlı sərəncam imzaladı

20:47 Məleykə Abbaszadədən abituriyentlərə xəbərdarlıq

20:36 “Kataloniya üsyanı”na Rusiyanın müdaxiləsi təsdiqlənib

20:24 Şimali Kipr türk lirəsindən imtina edir

20:12 Kredit ittifaqları bir-brinin ardınca niyə ləğv edilir?

20:05 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

20:01 Pakistanda son 4 gündə 65 nəfər istidən ölüb

19:55 Kürdəmirdə avtomobil aşdı: yaralılar var

19:51 TAP-a qarşı çıxanlar İtaliyada hökumət formalaşdırır

19:47 Ulduz futbolçu Kəbəni ziyarət etdi

19:42 ABŞ-da marixuana çəkənlər həbs olunmayacaq

19:38 Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq

19:33 Ələtdə Azərbaycan-Çin sənaye şəhərciyi salınacaq

19:27 İsrail beynəlxalq məhkəməyə veriləcək

19:23 DİM: Abituriyentlərdən 648 nəfəri imtahanda iştirak etməyib

19:18 Ərdoğan Fələstin liderinə zəng etdi

19:14 İran prezidenti İlham Əliyevi təbrik etdi

19:11 Qətərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu

19:06 Qabonun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

19:03 DİM: 28 nəfərin imtahan nəticələri ləğv edilib

18:59 Bakıda əl qumbarası tapılıb

18:55 İlham Əliyev sərəncam imzaladı

18:50 Goranboya 2 milyon manat ayrıldı

18:45 Böyük Britaniya Kraliçasından İlham Əliyevə təbrik

18:41 İlham Əliyevdən əmisi ilə bağlı sərəncam

18:37 Neft bahalaşır

18:33 Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən İlham Əliyevə təbrik

18:29 ABŞ-Şimali Koreya danışıqları pozula bilər

18:25 Bakıdakı partlayışa görə vəzifəli qardaşlar həb edildi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:17 Çavuşoğlu: “İsrail etdiklərinə görə hesab verəcək”

18:12 Sabah bu ərazilərdə qaz olmayacaq

18:08 ““Şimal axını-2” layihəsi dayandırılmalıdır”

18:04 “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

18:00 Pakistanda şiddətli istilər - 65 ölü

17:56 “Dəniz Səki başqası ilə eşq yaşayırdı” – Keçmiş nişanlısı

17:52 İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı

17:48 Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək

17:43 Rəngli sular zob yaradır

17:38 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:33 Putin Venesuela prezidentinə yardım əli uzatdı

17:28 Milli Məclisin sonuncu plenar iclasının gündəliyi müəyyənləşib

17:23 Jirinovskidən ilginc təklif

17:16 Avropaya qaçmış Xalid ibn Fərhan əmilərini çevrilişə niyə təhrik edir?

17:11 “Azərbaycan hekayələri” kitabı Londonda

17:06 Dağıstanda bəzi şəhər və kəndlər su altında qalıb

17:01 MN zabitlərin yol qəzasında ölməsi barədə məlumatlara aydınlıq gətirib

16:56 “Vicdan haqqı” finala hazırlaşır

16:51 “Təhsil haqqında” qanuna dəyişikliklər edilir

16:47 Ciddədə təyyarə sərt eniş etdi - Yaralılar var

16:41 İran-ABŞ qarşıdurması: Regionda daha bir Suriyanın yaranma ehtimalı var?

16:36 DİM I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb

16:30 ETSN Daşkəsəndə reyd keçirib

16:25 Serbiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

16:20 “Bakcell” karyera sərgisinə qatılıb

16:15 “Azərbaycanda son 5 ildə əllilərin sayı 100 000 nəfər artıb”

16:10 Beyləqanda ağır qəza - hərbi qulluqçu həlak oldu

16:03 “Putinin adamları” İtalyada hökumət formalaşdırır

15:56 “Vergilər Nazirliyi indi adam balası kimi işləyir...” - Cavid Qurbanov

15:51 “Bu sektorun imici o qədər korlanıb ki...”

15:46 Navalnını dəstəkləyən Yekatrinburq meri istefa verdi

15:40 Marinski teatrında kütləvi zəhərlənmə

15:33 “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı heç bir razılaşma yoxdur”

15:28 Azərbaycan-Serbiya işgüzar görüşü keçirildi

15:23 Qoy sertifikasiya olsun, təki bu məsələyə bir son qoyulsun...

15:16 Gürcüstanın Azərbaycana qarşı xəyanəti...

15:11 Qrizmann qərar verməkdə çətinlik çəkir

15:06 “Ermənistanla danışıq aparması Azərbaycanın ən böyük güzəştidir”

15:01 “Mətanət İsgəndərli oxumasa yaxşıdır”

14:55 Fələstin İsraili beynəlxalq məhkəməyə verib

14:50 Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olunub

14:45 ABŞ Kim-ə bu xəbərdarlığı etdi: “Səni də Qəzzafinin gününə salarıq”

14:40 Paşinyan və Sarkisyan Gürcüstana gedir

14:35 DİM vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib

14:30 Boru xətti tankın lüləsinə çevriləndə...

14:25 Rusiyada əks-sanksiyalar haqqında qanun qəbul edildi

13:58 Traktor aşdı: ağır yaralılar var

13:54 Rusiya və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

13:49 Azərbaycan beynəlxalq ədəbiyyat festivalında – İlk dəfə

13:44 Lənkəranda adı “Qırmızı kitab”a düşən kəpənək aşkar edilib

13:39 Ərli qadınların yubkasında əxlaq axtaran Manaf Ağayev

13:34 Maştağa sakini özünü asdı

13:29 Gizem Karaca məhkəmənin qərarına etiraz edib

13:24 “Dərman mafiyası işi”: Gömrük hospitalının iranlı həkimi həbs olundu

13:20 Dövlət qulluğuna qəbul üçün müsahibə elan edildi

13:16 Qəbul imtahanında ilk: DİM cavabın səhv olduğunu açıqladı

13:12 Şəhid əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olunub

13:04 “İclasımızda Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin olunacağına ümid edirəm”

12:59 XİN-də geniş tərkibli iclas keçirilib

12:54 Putin SSRİ-ni sarsıdan 1991-ci ilin avqust qiyamından danışdı

12:49 “Ödənişlərin az olması vergi siyasətinin sərtləşdirilməsini tələb edir”

12:44 Sabah hava necə olacaq?

12:40 Məşhur müğənni xəstəxanaya yerləşdirildi

12:35 Azərbaycan: İran, ABŞ və İsrail arasında

12:30 “Arsenal”ın yeni baş məşqçisinin adı məlum oldu



MÜSAHİBƏ

...

“Məni təhqir edən məmurlar Heydər Əliyevin münasibətindən sonra kitab üçün sürücü göndərirdilər”

Tarix 17.05.18, 17:15

Font ölçüsü : - / +
bitmap-img6

PİA.AZ Yazıçı Natiq Rəsulzadənin APA TV-nin “Sözün kodu” verilişinə müsahibəsini təqdim edir


- Natiq müəllim, necəsiniz, əhvalınız necədir?

- Yazıçının əhvalı onun yaradıcılığından asılıdır. İndi böyük bir əsər üzərində çalışıram. Mövzu gözəldir, artıq bu romanı ssenariyə çevirmək haqqında da düşünürəm. Bilirsiniz, indi dünyada bütün yazıçılar öz əsərlərini kinoya uyğun yazırlar. Yəni imkan yaranan kimi onu studiyalara versinlər. Təəssüf ki, bütün dünyada ədəbiyyata maraq azalıb. Kinoya isə əksinə, həmişə maraq var. 700-800 səhifəlik romanı kinoya çevirəndə insanlar ona daha həvəslə baxır. İki həftəyə roman oxumağa sanki həvəs qalmayıb. Bu da zəmanənin hökmüdür. 100 il əvvəl insanların vaxtı var idi, heç kim heç yerə tələsmirdi.

- İstisna əsərlər var. “Karamazov qardaşları”, “Səfillər”, “Hərb və sülh” romanlarını oxuyarkən aldığımız zövqü film əvəz edə bilməz...

- Razıyam. Bilirsiniz, mən daha çox kütlənin mövqeyini nəzərdə tuturam. Sizin və mənim münasibətim başqadır. Əlbəttə, biz roman oxuyanda həzz alırıq. Çünki kitabdakı çox şeyi ekranda göstərmək olmur. Məsələn, müəllifin fikirlərini. Hətta ən istedadlı rejissorlar da bunu tam edə bilmirlər. Bu baxımdan əlbəttə, roman oxumaq daha yaxşıdır. Klassik romanların ekranlaşdırılmasında itkilər çox olur. Amma bu həqiqətdir ki, kütlə kinoya meyllidir. İndi kitabı mütləq təbliğ etmək lazımdır. Düzdür, bir neçə il əvvəlki dövrlə müqayisə etsək, kitab satışında bir az irəliləyiş var.

- 90-cı illərlə müqayisədə əlbəttə, dirçəliş var. Amma bu, yazıçını hələ də qane etmir.

- Nə yazıçıları qane edir, nə naşirləri. Bilirsiniz, indi əyləncə növləri çoxdur. Sovet dövründə isə kitabdan başqa əyləncə yox idi. Hamı qəzet-jurnal oxuyurdu. Tolstoyun yaxşı sözü var: “Kitab yazanda unutmayın ki, o bir növ əyləncə olmalıdır. Əgər siz birinci səhifədən darıxdırıcı yazsanız, oxucu onu kitab rəfinə qoyacaq və bir də qayıtmayacaq”. Oxucunu əyləndirərək öz fikirlərini ona öyrətməlisən. Kitabın və internetin əsas fərqi nədədir? İnternetdən oxuduğun sənin ağlına, kitabdan oxuduğun ürəyinə ünvanlanır. Ruh, ürək olmayanda insan birtərəfli inkişaf edir. Yaxşı iş adamı ola bilir, amma kinodan, ədəbiyyatdan, musiqidən xəbəri olmur. Soruşanda ki, Hüseyn Cavidi tanıyırsan, deyir, o kimdir? Mənim yazıçı və müəllim kimi borcum gəncləri kitaba həvəsli yetişdirməkdir.

- Uzun illərdir Mədəniyyət və İncəsənət Universitetində dərs deyirsiniz. Həmin universitetin tələbələrinin intellektual səviyyəsi ilə bağlı xoş olmayan fikirlər səslənir. Bu haqda nə düşünürsünüz?

- Bu, böyük mövzudur. Qəribə olsa da, mənim tələbələrimin içində qızlar daha fəaldırlar. Müəllimdən asılı olan odur ki, onları maraqlandıra bilsin. Dərs deyəndə hansı kitabı nümunə göstərirəmsə, mütləq əlavə edirəm ki, Azərbaycan dilinə tərcümə olunub, oxuyun. Növbəti dərsdə görürdüm ki, doxsan faizi oxuyub. Tələbəyə istiqaməti düzgün vermək lazımdır. Çünki kitablar çoxdur və müxtəlifdir. Yazıçı kimi oxucu da istedadlı və istedadsız olur. Volter deyir ki, biz yaxşı kitabları oxuya-oxuya yaxşı danışmağı da öyrənirik. Bizim tələbələrin əksəriyyəti də aparıcı olmaq istəyirlər. Ona görə də kitab oxumaqları vacibdir.

- İstərdim, bir az geriyə qayıdaq. Vaxtilə, kitablarınız 50-100 min tirajla çap olunub. Yazıçılıq yolu haradan və necə başladı?

- Doqquzuncu sinifdə oxuyanda cızma-qara edirdim. Getdim “Azərbaycan gəncləri” qəzetinə və dedim ki, sizdə işləmək istəyirəm. Atam yaşında adamlar idi, mənə qəribə baxdılar. Soruşdular, haradan gəlmisiniz? Dedim, məktəbdən gəlmişəm, doqquzuncu sinifdə oxuyuram. İndiyə qədər yadımdadır, elə darıxdırıcı tapşırıq verdilər ki... Bir cəmiyyət var idi, köhnə inqilabçılar ora yığışırdı. Söhbətləri də 1917-ci ili xatırlamaq idi. Lenin belə danışdı, biz belə iştirak etdik... Görünür, işçilərin hamısı bu reportajdan imtina edib, məni də məktəbli hərif kimi ora göndəriblər. Qulaq asdım, gəlib evdə yazdım. Redaksiyada oxuyub güldülər ki, belə yazmaq olmaz. Mən onu poema kimi yazmışdım. Məni oturtdular, başladılar redaktə etməyə. Gördüm, materialdan bir şey qalmadı. Dedilər, qəzet dili lakonik olmalıdır. Material çıxanda qəzeti aldım, adımı-soyadımı görəndə əlim titrədi. Elə bilirdim, küçədə hamı mənə baxır ki, bu oğlan jurnalistdir. Bir neçə il o qəzetdə ştatdankənar işlədim. Çox şey öyrəndim. Yəni nəsrdə artıq söz yazmaq olmaz. Əgər sən fikrini izah edə bildinsə, deməli, ondan artıq yazma. Ulu öndər Heydər Əliyev senzuranı ləğv elədi. Biz yazıçılar da rahat nəfəs aldıq ki, senzura artıq yoxdur. Amma yaşlı nəsil özünü itirdi. Əlbəttə, mən istedadlı yazıçılardan danışıram. Biz mətnaltı yazmağa öyrəşmişdik. Alt qatda olan məsələlər ağıllı oxucuya hesablanmışdı.

- Deməli, vaxtilə senzura sizə də qadağalar qoyub...

- O qədər... Qadağadan başqa mənə damğa da qoymuşdular. O vaxt çox təhlükəli və məşhur söz var idi: dissident. Mənə də dissident damğası qoymuşdular ki, bu sovet yazıçısı deyil. İki kitabım möcüzə nəticəsində çıxdı. Senzurada oturanlar da insan idilər və gedib onlarla dil tapırdım, inandırırdım. Kitablar çıxandan sonra hay-küyə səbəb oldu. İmran Qasımova yaxınlaşdım ki, vəziyyətim yaxşı deyil, yəqin ki, Bakıdan gedəcəyəm. Çünki Moskvada institutu təzə bitirmişdim, məni orada saxlamaq istəyirdilər. Allah rəhmət eləsin, İmran Qasımov dedi ki, cavansan, tələsmə. Mən də dedim, fəalam, amma jurnallar yazılarımı vermir, kitablarım çıxmır. İki-üç həftədən sonra katibəsi zəng vurdu ki, İmran müəllim sizi gözləyir. Getdim, İmran müəllim dedi, Heydər Əliyevlə danışdım, dedi, kitabı oxumuşam və bu nöqsanlar cəmiyyətdə var, amma biz onların öhdəsindən gəlirik və gələcəyik. Bununla da söhbət qurtardı. Bu, mənim taleyimdə yaxşı bir epizoddur. Çünki buna qədər mənim kitabımı təhlükəsizlik idarəsində, milisdə müzakirə etmişdilər. Bundan əvvəl o məmurlar ki məni təhqir edirdilər, Heydər Əliyevin bu münasibətindən sonra imzalı kitab üçün sürücü göndərirdilər. Mən də kin saxlayan deyildim, imzalayıb verirdim. Başqa bir maraqlı əhvalatı xatırladım, sizə danışım. Artıq beş-altı kitabım çıxmışdı, yazıçı kimi məşhur idim. Evə zəng gəldi. Bir oğlan dedi, mən şimalda işləyirəm, indi Bakıdayam, sizinlə görüşmək istəyirəm. Fikirləşdim ki, yəqin gənc yazıçıdır, istəyir kitabına öz söz yazım. Görüşdük, gördüm ki, “Qaz 24”ün içindən bir yapon maqnitofonu çıxardı. Mənim üçün gətirmişdi. Dedim, sizi birinci dəfədir görürəm, bu nədir? Qayıtdı ki, mən aeroportda reysimi gözləyirdim, qəzet köşkündən sizin kitabınızı alıb oxumağa başladım. Başım qarışdı, gecikdim, təyyarə gözümün qabağında qəzaya düşdü, partladı. Dedi, bir yazıçı kimi siz məni xilas etmisiniz, ona görə bu hədiyyə sizin üçündür. Mən də ona dedim, yaxında yaşayıram, bura gəlməyiniz böyük hədiyyədir. Amma sizin həyatınızı xilas etməyə görə kiçikdir. Ona görə, vurun qoltuğunuza gedin, çox sağ olun. Amma gərək götürərdim. (Gülür) 

- Siz Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmisiniz. İstərdim, bu haqda danışaq...

- Valideynlərim jurnalistika ilə məşğul olmağımı istəmirdilər. Texniki instituta daxil olmağımı arzulayırdılar. Çünki oranı bitirmək ömür boyu bir tikə çörəyinin olması demək idi. Valideyn mövqeyindən düz deyirdilər. Dördüncü kursdan texniki institutu atıb getdim Moskvaya. Yazıçılar İttifaqının sədri İmran Qasımov bir qrup gəncləri Moskvaya tərcümə şöbəsində oxumağa göndərdi. Mən də tərcümə şöbəsini bitirmişəm. Mənə diplom veriləndə rektor dedi, siz bizi aldatdınız. Dedim nə mənada? Cavab verdi ki, biz sizi beş il tərcüməçi kimi oxutduq, siz nasir oldunuz. Qorki adına Ədəbiyyat İnstitutu çox maraqlı institut idi.

- Yəqin ki, indi əvvəlki nüfuzu qalmayıb...

- Düzdür. Moskvada olanda gedib dəyirəm. Əlbəttə, 70-80-ci illərin institutu deyil. O institutla bağlı xatirələrim çoxdur. Bir roman yazmışam, hadisələrin 90 faizi o institutla bağlıdır. Mən orada çox maraqlı yazıçılarla tanış olmuşdum. Verilişdən qabaq biz sizinlə Oljas Süleymenovun kitabına baxdıq...

- Dediniz, Süleymenovla bağlı maraqlı xatirələriniz var...

- Oljas 32-33 yaşında çox məşhur yazıçı idi. Bizim institutda vaxtaşırı görüşlər keçirirdi. Dördüncü kursda dava etdiyinə görə onu qovmuşdular. Bir dəfə dedi, bütün qovulan tələbələr kimi mən də məşhurlaşdım. Doğrudan da, ondan sonra arda-arda kitabları çap olundu.

- Sizin ssenariləriniz əsasında bir neçə film çəkilib. Kino fəaliyyətiniz necə başladı?

- Moskvadan qayıdandan sonra bir müddət nəşriyyatda və jurnalda işlədim. Sonra kinostudiyada işə düzəldim. Əvvəl “Mozalan”dan başladım. “Mozalan” üçün onlarla ssenari yazdım. “Mozalan”ın rəhbəri Ziyafət Abbasov mənə deyirdi, Natiq, belə bir mövzu lazımdır, mən cibimdən çıxarıb verirdim. Sonra başqa mövzu istəyəndə o biri cibimdən çıxarırdım. Deyirdi, sən robot kimi işləyirsən. Mən cəmiyyətdə olan satirik şeyləri yazmağı sevirəm. “Mozalan”da yaxşı da pul qazanırdım. Bir səhifəlik yazı üçün 500 rubl alırdım. Təxminən min dollar. Daha sonra qısametrajlı filmlərə başladım. Cəmil Quliyev ilk filmini mənim ssenarimə çəkdi. Daha sonra Eldar Quliyev bir neçə ssenarimə film çəkdi.

- Kino həm də ona görə maraqlıdır ki, kitabdan fərqli olaraq, yaxşı qonorarı olur...

- Sovet dövründə o qədər də böyük fərq etmirdi. İndiyə qədər yadımdadır, ssenariyə 8 min rubl qonorar verirdilər. İndi isə 6-8 min manat arasından dəyişir. Kinoda işləmək çox maraqlıdır. Amma onun da böyük problemləri var. Əlbəttə, Azərbaycan kinosu inkişaf edir. Son illər daha çox inkişafdadır. Gənclər, cavan rejissorlar gəlir.

- Son çəkilən filmlərdən hansılara baxmısınız?

- Kinoteatrlarda təqdimatlara gedirəm. “Qırmızı bağ”a baxdım, bəyəndim.

- Azərbaycanda uşaq ədəbiyyatı ilə bağlı narahatlıqlar tez-tez səslənir. Siz nə düşünürsünüz, yeni yazılan nümunələr nə dərəcədə keyfiyyətlidir?

- Mən də bir zamanlar uşaqlar üçün hekayələr yazmaq istəyirdim. Bir neçə hekayə də yazdım. Sonra gördüm, çox çətindir. Bu sahədə bizim ədəbiyyatda boşluq var. Lev Tolstoy deyir, uşaqlar üçün böyüklərdən qat-qat maraqlı yazmaq lazımdır. Uşaq əsərində bir dənə süni şey görsə, onu qəbul etməyəcək. İnanıram ki, bu sahədə də yaxşı əsərlər yazılacaq.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Bakıdakı partlayışa görə vəzifəli qardaşlar həb edildi

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

Bakının abadlığı adı altında büdcə talanı! – “Bakı Abadlıq Xidməti” MMC milyonlarla dolları göyə sovurur

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru