rezonans

Xəbər xətti

24 İYUN

10:37 OPEK-dən Rusiyaya təklif

10:33 Bakıda “Türk ulduzları” möhtəşəm şou göstərəcək

10:28 Bağçalarda fərdi videomüşahidə yaradıla bilər

10:23 Ankarada təhlükəsizlik tədbirləri gücləndirilib

10:19 AXCP-yə hörmətsizlik: Elçibəyin məzarı başında...

10:15 Hacıqabul sakini xalası qızının boğazını kəsdi

10:11 Salyanda18 yaşlı oğlan öldü

10:07 Türkiyədə prezident və parlament seçkiləri keçirilir

10:04 Atəşkəs 92 dəfə pozulub

10:00 Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür

23 İYUN

21:55 Çin havanı ən çox çirkləndirən ölkələr arasında liderdir

21:40 “BMW” şirkəti ehtiyat variantlar axtarışındadır- “Brexit”dən sonra

21:33 DÇ-2018:Meksika Almaniyadan sonra Koreyanı da məğlub etdi

21:25 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

21:15 Zimbabve prezidentinə sui-qəsd edilib

21:13 Borca görə axtarışda olan 10 nəfər saxlanıldı

20:50 Bərdədə 3 il əvvəl törədilmiş avtomobil oğurluğunun üstü açıldı

20:44 Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı

20:38 Dünya Çempionatı 2018: Lionel Messiyə nə olub?

20:16 Putin həqiqətən dünya çempionatını alıbmı?

20:05 Sevgilisini ailəsi ilə tanış etdi

19:40 Azərbaycan nefti bahalaşdı

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video



MÜSAHİBƏ

...

“Mən Saakaşvilidən də qətiyyətli idim, amma…” – Rəsul Quliyev

Tarix 14.09.17, 11:22

Font ölçüsü : - / +
bitmap-img6


“Mən Saakaşvilidən də qətiyyətli idim, amma…” – Rəsul Quliyev 2005-ci ilin sirlərini açdı


“Saakaşvili faktiki Rusiyanın kartını oynayır”

Mixail Saakaşvilinin qadağalara baxmayaraq, verdiyi sözün üstündə durub, faktiki olaraq zorla Ukraynaya qayıtması, 20 ildir mühacirətdən Azərbaycana qayıtmağa cəhd edən eks-spiker Rəsul Quliyevi yenidən cəmiyyətin diqqət mərkəzinə gətirib. Əksəriyyət bu müqayisəni apararkən R.Quliyevi qorxaqlıqda ittiham edir. Eks-spiker ovqat.com saytına müsahibəsində Saakaşvilinin Ukraynaya baş tutan, özünün Azərbaycana baş tutmayan qayıdış cəhdlərindən danışıb.

“AzPolitika” mövzunun aktuallığını nəzərə alaraq, müsahibənin həmin mövzudan bəhs edən hissəsini təqdim edir.

- Rəsul müəllim, hazırda dünya mediasında da, elə Azərbaycanda da gündəmin əsas mövzularından biri Saakaşvilinin Ukraynaya qayıtması oldu. Bu qayıdışı necə qiymətləndirirsiniz?

– Mən Saakaşvili prezident olanda da, gəlib Azərbaycanda MM-də çıxış edib bizlərə ‘’dərs’’ keçəndə də onun ambisiyalı, özündənrazı, narsist bir tip olduğunu söyləmişdim, yenə də eyni fikirdəyəm. Onun Ukraynada nə prezident, nə də aparıcı partiya lideri olmaq şansı yoxdur. Sadəcə narsist xarakteri Saakaşvilini dünyanın diqqətini cəlb etmək üçün özündən asılı olmayan bu addımı atmağa vadar edir.

İnsanlar bəzi mürəkkəb sualların cavablarını özləri tapa bilər, əgər “nə üçün”, “nə səbəbdən” sualına obyektiv cavab axtarsalar. Məsələn, Mişa nə üçün azı 30 faiz (onun partiyası parlamentdə bu qədər yer alıb) dəstəyi olan Gürcüstana yox (bu ölkə də onu vətəndaşlıqdan məhrum edib), maksimum 5 faiz dəstəyi olan Ukraynaya getməyə üstünlük verdi? Hansı səbəbdən işlədiyi, camaatını yaxşı tanıdığı (‘’Yaxşı’’ işinə görə Odessa vilayəti və Gürcüstan camaatı onu daha çox müdafiə etməli idi) Odessaya yox, Lvova üz tutdu?

Fikrimcə, bu, özünü təbliğ etmək üçün düzgün addımdır. Rusiya kimi bir aqressorla ölüm-dirim müharibəsi aparan Ukraynanın başını lazımsız məsələ ilə qarışdırmaq isə qeyri-düzgün hərəkətdir. Ancaq səhv addımı birinci onu vətəndaşlıqdan məhrum edən Poroşenko atmışdı…

- Necə fikirləşirsiniz, Saakaşvili Ukraynada hansısa dəyişikliklərə imza ata bilərmi?

– Saakaşvilinin Ukraynada siyasi səhnəni dəyişmək şansı sıfıra bərabərdir. Əvvəla, ona görə ki, Ukrayna AB və NATO-ya daxil olmaq siyasətini azı 2 ildir səylə aparır, bu yaxınlarda referendum keçirəcək və ən azı 70 faiz ukraynalının Avropaya “hə” deyəcəyi gözlənilir.

İkincisi, Ukrayna iqtisadi reformaları aparır və korrupsiyaya qarşı mübarizəni gücləndirir, Beynəlxalq Valyuta Fondu (beynəlxalq arbitr) bunu bir neçə dəfə təsdiqləyib və milyardlıq tranşlar verib və buna indi də davam edir.

Üçüncüsü, Ukrayna hüquqi dövlət yaratmaq istiqamətində çox böyük addımlar atıb. Keçmiş məhkəmə sədrlərinin 70 faizini dəyişib, elə Saakaşvilinin ölkəyə qeyri-qanuni daxil olması və həbs edilməməsi hüquqi dövlət statusunun təntənəsidir. Düzdür, Saakaşvili istənilən variantda qanunu pozubsa cəzalandırılacaqdır, ancaq məhkəmə tərəfindən. Bu məsələlərdə (bütün hüquqi dövlətlərdə olduğu kimi ) prezidentin fərmanı işləmir.

- Bəs, Rusiya nə yaxşı ona qarşı təxribatlara əl atmadı? Olmaya, Rusiya Saakaşvilinin bu gedişinin Qərbyönümlü hakimiyyəti zəiflədəcəyinə və Moskvaya bağlı qüvvələrin asanlıqla yenidən hakimiyyətə gələcəyinə ümid bəsləyir?

– Saakaşvili faktiki Rusiyanın kartını oynayır. Hakimiyyətə gəlmək üçün doğma anasını sata bilən Timoşenkonun onun yanında olması 2 qat Rusiyanın xeyrinədir. Ancaq indiki hakimiyyətdə olanlar Rusiyadan uzaqlaşmaq üçün ardıcıl və qətiyyətli siyasət aparırlar, onları yolundan döndərmək mümkün deyildir.

Saakaşvili başqa bir korrupsioner və ambisioz siyasətçi Timoşenko ilə birləşib xaos yaratmağa cəhd edə bilər, ancaq uğurları parlamentdə qazanılacaq 20 faiz deputat yerindən o tərəfə keçməz.

Hər halda Ukraynada Qroysman və onun hökuməti, keçmiş baş nazir Yaçenyuk və onun komandası, Kiyevin meri Kliçko kimi dəyərli siyasətçilər var. Onların arasında bağıra-bağıra başqalarına böhtan atmaqdan başqa əlindən az iş gələn Timoşenko və Saakaşvilin qələbə çalmaq şansları yoxdur.

- Rəsul müəllim, gəlin razılaşaq ki, Saakaşvili də demokratik islahatları və korrupsiyaya qarşı mübarizəsilə ad çıxarmış biridir…

– Bəli, Saakaşvilinin Gürcüstanda demokratiyanın yaranması və nəticə etibarilə korrupsiyanın bir neçə dəfə azaldılmasında rolunu danmaq olmaz və bu, ədalətsizlik olar. Ancaq Gürcüstanda işləyən çığır-bağır metodlarını eynən Ukraynaya tətbiq etmək ağılsızlıqdır.

- Saakaşvilinin Ukraynaya qayıdışı xəbəri yayılan kimi, nədənsə, Azərbaycan ictimaiyyəti sizin bir vaxtlar eyni təşəbbüslə çıxış etdiyinizi xatırladı. Gürcü liderin qayıdışını daha cəsarətli olmasıylamı, yoxsa başqa amillərləmi izah etmək olar və bu amillər nələrdir?

– Saakaşviliyə qorxaq demək olmaz, o kifayət qədər cəsarətli adamdır. Ancaq mən özümü də heç vaxt qorxaq hesab etməmişəm və məni tanıyanların hər biri dediyimi təsdiqləyə bilər. Hətta bugünkü hökumətdə olanlar 1994-cı ilin oktyabr və 1995-ci ilin mart hadisələrini xatırlayıb daha çox dediklərimi təsdiqləyərlər.

Mən Azərbaycana gəlməkdə Ukraynaya gedən Saakaşvilidən qat-qat qətiyyətli idim. Fəqət Saakaşvili hüquqi dövlətə gedirdi, mən isə totalitarizmin tuğyan etdiyi bir ölkəyə. Üstəlik, mənim gedəcəyim ölkənin qonşuluğunda və hətta 1000 kilometrliyində Polşaya oxşar sivil dövlət yox idi. O vaxt demokratiyaya cəhd edən bir yeganə qonşumuz var idi – Gürcüstan. Bu gün yüksək materiyadan danışan Saakaşvili isə Londondakı konsulunu mənim qaldığım yerə göndərib Gürcüstana gəlməməyimi tələb edirdi. Mişa “bizim Azərbaycanla yaxşı münasibətlərimiz var” (qazı demək olar ki, müftə alırdı. Bu gün rüşvətin əleyhinə çıxış edən Mişa o vaxt faktiki Azərbaycandan rüşvət alıb mənim Gürcüstana gedişimin qarşısını kəsdi) deyib, məni Gürcüstana buraxmayacaqlarını bildirmişdi. Mən təyyarə ilə uça bilərdim və təyyarənin ölkəyə buraxılmaması isə ən asan məsələdir. Əlbəttə, mən Gürcüstana gələ bilsəydim, oradan Azərbaycana keçməyim (hər halda sərhəddə məni Mişa kimi 1000-2000 min yox, 10 minlər qarşılayacaqdı. Bakıya gəlib çatdıqda bu rəqəm bir milyona çatacaqdı və indiki rejimdən əsər-əlamət qalmayacaqdı) çox rahat olardı. Bu gün də mən Azərbaycana dönməkdə israrlıyam və daha qətiyyətli cəhdlər edəcəyəm.

- Amma bəzi müşahidəçilər sizin Azərbaycana gələ bilməməyinizi və Saakaşvilinin son addımını Qərbin dəstəyi ilə əsaslandırırlar. Mülahizələrə görə, sizə dəstək verməyən Qərb Saakaşvilinin qayıdışının arxasında dayandı…

– Qərb Saakaşvilinin 2008-ci il cənubi Osetiya avantürasında olduğu kimi, bugünkü Ukraynaya qayıdışını da dəstəkləmir. Siz səhv fikirdəsiniz. Düşünürəm ki, məhkəmənin qərarı ilə Mişa yenidən Ukraynanı tərk etməli olacaq. Məni xaricin dəstəkləyib-dəstəkləməməsinə gəlincə, yenə səhv mövqedəsiniz. O hadisələr baş verəndən bir neçə il sonra Osloda (Norveç) səfirlə görüşdüm. Onun dediklərini olduğu kimi təkrarlayıram: “Biz ABŞ-ın səfiri başda olmaqla, hamımız aeroporta getdik. Yol boyu çoxsaylı hərbi texnika, tanklar, BTR-lər və əsgərlərlə rastlaşdıq. Həmçinin, minlərlə insan şəhərin hər yerindən aeroporta axışırdılar. Səfirlər, nəhayət, Azərbaycanda müxalifətin kim olduğunu anladılar”. Məni dəstəkləməyən Qərb, səfirlərini aeroporta göndərməz. Çox təəssüf ki, verilən rüşvətə görə məni Simferopolda saxladılar, Azərbaycana getməyə icazə vermədilər. Azərbaycandan gəlmiş prokurorluq işçilərinə vəkilim “Rəsulu Azərbaycana aparmaq istəyirsinizsə razıdır, gəlin, gedək” deyəndə aradan çıxdılar. “Bizə deyiblər ki, burada saxlanılmasına nail olaq, aparılmasına yox” cavabını verdilər. Hökumət məni həbs edib Azərbaycana gətirməkdən belə qorxurdu, mən yox.

- Azərbaycana gələ bisəydiniz, ölkədə nə dəyişəcəkdi?

– Gələ bilsəydim, indi azərbaycanlılar ən azı türklərdən yaxşı yaşayacaqdı və neftdən asılılıq 30 faizə endiriləcəkdi. Gələ bilsəydim, hər şey dəyişəcəkdi. Tərəfdarım da kifayət qədər idi. Hətta o vaxtdan keçən uzun illər mənim tərəfdarlarımın sayını çox da azalda bilməyib. Bu gün də tərəfdarlarımın sayı özünü müxalifət adlandıran istənilən təşkilatdan 10 dəfələrlə çoxdur. Azərbaycanın qonşuluğunda azacıq Polşaya bənzər bir ölkə olsa, Azərbaycana dönüşümü gözləmərəm, maksimum 2-3 aya bu işi görərəm. Təssüf ki, Naxçıvanla qonşu olan, özünü demokratik adlandıran, ancaq orta əsrlərin qanun-qaydasına qayıdan Türkiyədən də (onda da Türkiyə mənə icazə vermədi) icazə almaq mümkün deyil.

- Saakaşvilinin ətrafında indi Ukraynanın tanınmış simaları, o cümlədən Timoşenko dayanır. Sizin də elə bir komandanız varmı?

– Mənim yanımda Timoşenko tipli adamların olmasını şərəfsizlik hesab edərdim. Azərbaycan o Timoşenkolarla doludur (ondan ağılsız olsalar da), ancaq onlar heç vaxt mənim yanımda ola bilməzlər. Mənim yanımda normal insanlar olacaq, buna şübhə etmirəm.

- Rəsul müəllim, Sizin qayıdışınız dövründə Azərbaycanın əksər müxalif qüvvələri sizi dəstəkləyirdi. Amma yenə də bu qayıdış baş tutmadı. Həmin vaxt kim hansı səhvə yol verdi ki, qayıdış planı işləmədi?

– Bəli, biz o dövrdə koalisiya yaratmışdıq. Koalisiyanın rəhbərləri ilə mən yox, nümayəndəm danışıqlar aparırdı. Onların hamısının məni qarşılamaqda iştirak etməsi vacib idi. Ancaq təəssüf ki, iki şəxs – İ.Qəmbər və Ə.Kərimli həmin gün Bakıdan 250 km aralı Qəbələyə getmişdilər. Mən Ukraynada olan ABŞ səfirliyinin təzyiqi ilə buraxıldıqdan sonra Kiyevdə İ.Qəmbərlə görüşdüm. Birdən o gülməli bir fikir söylədi. Guya mənim buraxılmağımı Yuşenkodan o xahiş edibmiş. Mən İsa Qəmbərə o, Kiyevdə görüşlərə başlayana qədər azad edildiyimi və Yuşenkonun tapşırığı ilə 5 nəfərdən ibarət qoruyucu verildiyini izah etdim. Bizim çörək yediyimiz restoranın ətrafı Ukraynanın silahlı qüvvələri tərəfindən qorunurdu. Və onların gözlərinin qarşısında mən gedəndə onlar da maşınlarına minib arxamca sürdülər. Ondan başqa mənim siyasi sığınacaq statusumun olduğunu və BMT-nın 1951-ci ildən bu statuslu insanların toxunulmazlığı barədə qərar qəbul etdiyini dedim. Nə üçün bunları sadalayıram? Bir neçə il bundan öncə yenidən bu insanın “mən Quliyevi xilas etdim” kimi cəfəng fikirlərinə rast gəldim.

 pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru