Xəbər xətti

19 YANVAR

0:59 Dünya liderlərinin gənclik və uşaqlıq illəri - Video

0:47 “Beşiktaş” - “Bayern Münhen” matçı bu qadına görə tarixə düşəcək

0:34 “YouTube” saxtakarlara qarşı yeni mübarizə metodu hazırladı

0:21 Maykl Cekson haqda ilginc iddia - ölməyib

0:13 ““Qarabağ” yüksək səviyyəli komandadır”

0:02 Bu gün bürcünüz nələr vəd edir?

18 YANVAR

23:59 IEA: Venesuela və ABŞ neft bazarı üçün sürprizdir

23:54 Ermənistanda sabahdan kütləvi etirazlar başlayır

23:50 Ötən il tarixin ən isti ikinci ilini yaşamışıq

23:44 İraq və BP müqavilə imzaladı

23:38 “Merсedes” və “KamAZ” toqquşdu: sürücü ağır yaralandı

23:32 Cəriməsi olan sürücülərə şad xəbər - Video

23:26 Azərbaycanda 500 min tondan çox ət istehsal olunub

23:20 Livan mətbuatı 20 Yanvar faciəsindən yazıb

23:14 Türkiyədə deputata 5 il həbs cəzası verildi

23:08 Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə çıxıb

23:01 Magistraturaya sınaq imtahanlarının vaxtı və qiyməti bilindi

22:55 Özbəkistan hökuməti yanan avtobusla bağlı hərəkətə keçdi

22:49 Bakının mərkəzi prospektində zəncirvari qəza

22:42 Fransa klubu baş məşqçisini istefaya göndərib

22:35 Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı

22:28 Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər

22:21 Ödəmə vaxtı keçmiş kreditlərin həcmi 1.9 milyard manata yaxındır

22:14 Mağazadan oğurluq anbaan kameralara düşdü - Video

22:07 Elza Seyidcahan: “Özümü meymuna oxşadıram” - Video

22:00 Rusiya açıqladı: “Türkiyənin təsdiqini gözləyirik”

21:54 Elmar Məmmədyarov: “Həmsədrlər kreativ fikirlər irəli sürdü”

21:49 Qətərə bu məhsulların ixracı qadağan edildi - Siyahı

21:42 Ölü qadın uşaq dünyaya gətirdi

21:36 Avropanın ən böyük həbsxanasında üsyan çıxdı

21:30 “Türkiyə təyyarələri vurulacaq” - Dəməşqdən təhdid

21:24 Bakıda qatarın üstünə çıxan 16 yaşlı oğlanı cərəyan vurdu

21:17 Qəbiristanlıqlar barədə qanun dəyişdi

21:10 Rusiyanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşdü

21:02 İŞİD liderinin gizləndiyi yer məlum oldu - İddia

20:56 Tolstoyun zifaf gecəsindən sonrakı qeydi: “Qane olmadım”

20:50 78 yaşında intihara cəhd etdi

20:43 Rusiya FTX ölkə sərhədlərində təhlükəsizlik təhdidlərini müəyyənləşdirib

20:36 Qazaxıstanda yanan avtobusun sahibi azərbaycanlı olub?

20:27 Cabbarov yeni departament yaratdı - Sabiq bankir baş direktor təyin edildi

20:19 Ukraynalı katibə, qazaxıstanlı məşuqə, müavinlərə 10 min manatlıq maaş... - “Canik”in adamının dosyesi

20:12 Nazir müavini işdən çıxarıldı - 30 min “paket”, yeyinti və intihar...

20:05 Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatdı

19:59 Bakıdakı kinoteatrlardan birinin binası ticarət mərkəzinə çevrilib

19:53 Billiat “Qarabağ”ın təklifini qəbul etdi

19:47 Murad Boz Bakıdakı toydan görüntülər paylaşdı

19:40 “İnvestisiya fəaliyyəti haqqında” qanun hazırlanacaq

19:32 Azarkeşlər Ronaldonu “Real”da görmək istəmirlər

19:25 Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək

19:18 2017-ci ildə Azərbaycanda 16 körpü, 15 piyada keçidi istifadəyə verilib

19:11 Rus idmançının qətlində suçlanan azərbaycanlının atası qisasın qurbanı olub

19:04 Bu dövlət qurumuna 3 milyon manat ayrıldı

18:58 Türkiyədən tarixi zəfər: Ərdogan təhdid etdi, ABŞ duruş gətirmədi və geri çəkildi

18:52 Prezident Teymur Bünyadova “Şərəf” ordeni verdi

18:49 İltimas Məmmədovla Elmir Vəlizadə vəzifələrindən azad olundu

18:46 Ramil Usubov Bakı polisində - Fotolar

18:39 OPEC: Bu il Azərbaycanda neft hasilatı azalacaq

18:34 “20 Yanvar günü məktəblilər dərsə getməyəcək” – Təhsil Nazirliyi

18:26 “O qədər şanslı qadın deyiləm”

18:21 SSRİ-nin dağılmasından 25 il sonra Moskva regiona qayıdır

18:19 İlham Əliyev 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzaladı

18:15 Türkiyədə ən böyük mafiya çökdürüldü – 39 nəfər həbs edildi

18:10 Dolların sabaha olan məzənnəsi

18:05 Afrin qızışır: Türkiyə “PKK ovçusu”nu sərhədə yeritdi

18:00 Telefonlara gizli qulaq asan yeni casus proqramı aşkarlandı

17:54 Biz bu oğlanla məşğul olmalıyıq – ABŞ

17:48 Bakıda banka basqın olub

17:43 “Həm prezident, həm də hökumət çalışır ki, itən alpinistlər tezliklə tapılsın”

17:38 Dilçi alim “əsgər”in “əskər” olmasını istəmir

17:33 “Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər”

17:23 Tramp haqda kitab serial olur

17:19 Ermənistanda nazir istefa verib

17:14 Bu il magistraturaya qəbul imtahanları daha tez keçiriləcək

17:09 Təşviş yaradan yeni silah: O, heç bir sığınacağa, bunkerə “rəhm etmir”

17:05 Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb

17:00 Elmar Məmmədyarovun Nalbandyanla görüşü başladı

16:55 Azərbaycan-Pakistan işçi qrupunun görüşü başa çatdı

16:50 “MTN-ə 1 milyon 200 min verdim, çünkü oradan canımı qurtarmaq istəyirdim”

16:44 Suriya hökuməti: Türkiyə hərbi təyyarələri ölkə ərazisinə daxil olsa, vurulacaq

16:38 ABŞ-ın yeni nüvə strategiyası –Tramp Obamanın axırına necə çıxdı?

16:33 Azərbaycan millisi FİFA reytinqində gerilədi

16:26 Xalq artisti: “Ürəyimdə ciddi problemlər var…”

16:20 Azarkeşlər Ronaldonu “Real”da görmək istəmirlər

16:13 “Pişiyimin dərisini soyub saxlayıram” - Elza

16:08 Eldar Mahmudovun adamı həbs edilib, Bakıya gətirildi

16:03 Gəncə sakini yük avtomobilinin altında qalaraq ölüb

15:56 Bərdədə anım tədbiri keçirilib

15:50 Metropolitenin park yolları yenilənir

15:43 Rəmiş Rəhmana görə efirə çıxmayıb

15:36 Müdafiə Nazirliyindən erməni yalanına reaksiya

15:30 Direktorun qardaşı oğlu nişanlı müəlliməni zorla qaçırdı - Təfərrüat

15:23 PSJ fırtınası davam edir

15:16 Türkiyənin Baş Qərargah rəisi Rusiyaya gedib

15:10 Ebrunun başı bəlada: Rzanın hədiyyəsinə görə 3 ilə qədər həbs tələbi

15:05 “Çudo Peçka”nın təsisçisi özünü təqsirli bilmir

15:00 Elmar Məmmədyarov Polşada həmsədrlərlə görüşüb

14:55 Siqareti tərgitmək istəyənlərə kömək kabinetləri yaradılacaq

14:50 “Rusiya prezidenti yalanı və qeyri-peşəkar insanları sevmir” – Peskov

14:43 Fazil Məmmədov təyyarəsini banka girov qoyub

14:38 Çavuşoğlundan ABŞ və Rusiyaya xəbərdarlıq

14:33 “Facebook Messenger” interfeysini yeniləyir

14:28 “New York Times”dan ilginc iddia

14:23 Akkumlyatordan istifadə edən şirkətlərin və sürücülərin nəzərinə

14:15 Ukrayna parlamenti Rusiyanı işğalçı dövlət kimi tanıyıb

14:10 Məşhursansa, ömrün qısa olacaq

14:05 Türkiyə Baş Qərargah rəisi və MİT rəhbəri Rusiyaya səfər edib

13:59 Putin: “Bəzi MDB ölkələri Avrasiya İttifaqında müşahidəçi ola bilər”

13:34 “ABŞ Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarını dəyişdirməlidir”

13:30 Musiqili Teatrın yanvar repertuarı

13:25 Bərdədə müəllimə qaçırılıb

13:20 Bayıl-20-ci yaşayış sahəsi üzrə ərazi nümayəndəliyi hesabat verib

13:16 Hindistan qitələrarası ballistik raket sınağı keçirdi

13:11 Afrikalı futbolçu “Qarabağ”a gəlir

13:07 Məşhur Avropa çempionlarımız qumarxanada - Fotolar

13:02 ABŞ İranda qiyama necə dəstək verə bilər?

12:57 “Fəxrəddin Manafov mənə dedi ki, cəsarətli ol”

12:53 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

12:48 Moskvada qar onlarla reys təxirə saldı

12:44 Müstəqim Məmmədov Elmar Vəliyevin göstərişlərinə arxa çevirir?

12:40 İsa Qəmbər xəstəxanadan evə buraxılıb



MÜSAHİBƏ

...

“Mehriban Əliyeva 5-ci prezident ola bilər…” - Keçmiş baş redaktor

Tarix 14.01.18, 14:58

Font ölçüsü : - / +
bitmap-img6


“Mehriban Əliyeva 5-ci prezident ola bilər…” – “80 yaşlı anam soruşur ki, kimə güllə atmısan?”


“Ulu Öndərimizin heykəlinin arxasında gizlənib, ölkənin resurslarını düşməncəsinə talayan məmurlar var…”.

“AzPolitika.info” sabiq millət vəkili, “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu ilə müsahibəni təqdim edir.

- Alqış bəy, öncə mətbuatla bağlı bir sual vermək istərdim. Onlayn, yoxsa çap media? Hansına daha çox üstünlük verirsiniz?

– Mən hər ikisini izləyirəm. Fərq nədədir? Onlayn media daha çox və daha tez məlumatlandırır, çap mediası isə daha çox düşündürür. Belə ki, əgər xəbərlərə operativ çıxış əldə etmək lazımdırsa, onlayn medianı, düşünüb-daşınmaq, təhlil aparmaq, dəqiq qənaətə gəlmək istəyirsənsə, çap medianı oxumalısan. Mən hesab edirəm ki, çap media ilə ünsiyyət tamam fərqli və daha energetik bir aura yaradır.

Ola bilər ki, bu, mühafizakar yanaşmadır. Hər halda mən belə hiss edirəm…

- Fakt budur ki, çap medianın oxucuları kəskin azalıb…

– Mən sizinlə razıyam, elədir. Amma çap media makulaturaya dönürsə belə, öz təsir gücünü itirmir. Sizə bir nümunə deyim. Bir dəfə təndir çörəyi aldığım orta yaşlı qadın, məni tanıdığnı deyib ictimai siyasi həyatımızla bağlı bəzi məsələlərə münasibətimi öyrənmək istədi. Mən də onun suallarını öz bildiyim kimi izah etməyə çalışdım. Və bizim aramızda əməlli-başlı polemika yarandı.

Gördüm ki, xanım çox məlumatlıdır. O, mənim təəcübümə cavab olaraq dedi ki, bu qəzetləri mən təkcə çörək bükmək üçün istifadə etmirəm, vaxt tapan kimi həm də oxuyuram. Təsəvvür edin, o, təkbaşına xamır yoğurur, təndiri yandırir, çörək bişirir və satır. Həm də vaxt tapıb qəzetləri vərəqləyir.

Deyim ki, bu mənim rastlaşdığım yeganə hal deyil. Bu gün demək olar ki, bazarlarda piştaxta arxasında oturanların əksəriyyəti potensial qəzet oxucularıdır. Bu, təkcə mütaliəyə aludəliyin göstəricisi ola bilməz. Yəqin ki, bir çox başqa səbəblər də var.

Ən pisi odur ki, oxumalı, öyrənməli olan təbəqə sanki mütaliədən birdəfəlik imtina edib. İndi cəmiyyətimizin əksər üzvləri yalnız ondan-bundan eşitdiyini danışır, yazır və yayır. Nəticədə kabinet jurnalistikasının və kabinet fəallarının sırası sürətlə genişlənir. Bu yaxşı perspektiv vəd etməyən bir mənzərədir…

- Alqış bəy, hakim komandada dəyişikliklərin olacağı ilə bağlı xeyli vaxtdır müzakirələr gedir. Yeni ildə bu istiqamətdə hansı addımların atılacağını gözləyirsiniz? Sizcə, böhrandan çıxmaq üçün nələri etmək lazımdır?

– Həmişə dediyim bir fikri təkrarlamaq istərdim: Azərbaycanda klassik böhranın heç bir təzahürü yoxdur. Hər şey idarə olunur, proseslər nəzarət altındadır.

Düzdür, qüsurlar, çatışmazlıqlar, həllini gözləyən məsələlər var. Onların öhdəsindən gəlmək isə mümkündür.

- Hər halda cəmiyyətin gözləntiləri böyükdür…

– Gözləntilər ola bilər. Bu təbiidir. Baxmayaraq ki, gözləntilər bəzən möcüzələrə hesablanır. Reallıq isə başqadır.

Nəzərə alaq ki, respublikamızın kadr potensialı arzulanan, təsəvvür edilən kimi rəngarəng və hüdudsuz deyil. Hamını ucdantutma kənarlaşdırıb, onları yeniləri ilə əvəzləmək, hər şeyi yerli-dibli uçurub dərhal yenisini qurmaq imkanı yoxdur.

Digər tərəfdən, komandaya qarşı da ədalətli olmaq vacibdir. Fakt budur ki, hazırki iqtisadi-siyasi uğurlar mövcud komanda ilə birlikdə əldə olunub. Şübhəsiz ki, təmizlənmə, yenilənmə getməlidir və gedir. Amma Marksın məşhur ifadəsi ilə desək, uşağı çimizdirəndən sonra “onu çirkli su ilə birlikdə atmaq” olmaz. Təəssüf ki, hərdən elə belə də olur: Uşağı vanna ilə, cirkli su ilə birlikdə atırlar…

Və onu da unutmayaq ki, Cənab prezidentin, dövlətin əlində sehrli çubuq yoxdur. Elə problemlər var ki, onların həlli prezidentə, onun komandasına yox, ümumi inkişafa bağlıdır.

Əlbəttə, elə qüsurlar, çatışmazlıqlar, problemlər də mövcuddur ki, onların aradan qaldırılması, həlli məhz komanda daxilindəki ümumi ab-havadan, məmurların mənəvi-əxlaqı keyfiyyətlərindən birbaşa asıldır.

- Məsələn…

– Bu gün Azərbaycan cəmiyyəti və dövlət idarəçiliyi ən çox nədən əziyyət çəkir? Mən belə deyərdim: şəxsi hisslərin dövlət idarəçiliyinə daşınmasından!

Söhbət nədən gedir? Çox təəssüf ki, bəzi, özü də adi deyil, yüksək çinli məmurlar vəzifə səlahiyyətlərindən Prezidentin və dövlətin tapşırıqlarını yerinə yetirmək üçün yox, ayrı-ayrı adamlarla öz şəxsi münasibətlərini ayırd etmək məqsədilə yararlanırlar. Daha doğrusu, öz statuslarından, imtiyazlarından sui-istifadə edirlər. Bu da ki, erməni təzavüzündən, korrupsiyadan, rüşvətdən daha böyük bir bəladır.

İdarəçilikdə “mənim səndən xoşum gəlmir” düşüncəsinə yer olmamalıdır! İnsanlar arasında rəqabət, mübarizə ola bilər. Ancaq rəqabət heç bir halda düşmənçiliyə, qisasçılığa əsas verməməlidir. Biz kiçik ölkəyik, az qala hamı bir-biri ilə qohum-əqrabadır.

İlin-günün bu vaxtında başından var-dövlət aşan, büdcəsi milyardlarla ölçülən bir ölkədə insanı çörəklə imtahana çəkmək, hər hansı bir işlə məşğul olub, adi maaş almasını yasaqlamaq heç kimə şərəf və başucalığı gətirməz!

Belə tendensiyanı şəxsi həyatımda yaşamış biri kimi bir hadisəni xatırlamaq istərdim. Bir neçə il əvvəl qardaşım rəhmətə getmişdi. Bəzi dost-tanış mənə xəlvətdə başsağlığı verib deyirdi ki, bağışla, yas yerinə gələ bilmirik, xəbər gedib filankəsə çata bilər… Bunu necə izah etmək olar?

Səksən yaşlı anam mənə sual verir ki, oğul, sən kimə neynəmisən, kimin balasına güllə atmisan ki?
Övladlarım məndən soruşurlar ki, ata sən kimə, nəyə, hansı ideallara xidmət etmisən ki, səninlə belə davranırlar… Bütün bunlar cox ciddi və ağrılı suallardır. Və bu sualları mən yaratmamışam…

- Alqış bəy, “filankəs” deyəndə kimi nəzərdə tutursunuz?

– Artıq heç bir fərq etməz. Cünki problem ondadır ki, bu bəla “filankəs”likdən çıxıb, bir dəst-xəttə, üsluba çevrilib, idarəçilikdə kök salıb, özünə əməlli-başlı yer edə bilib. Belə demək mümkünsə, bir filankəsin “xidməti” hesabına dövlətçilik, idarəçilik əxlaqı ciddi aşınmaya, təhrifə məruz qalıb. Nəticədə “filankəslər” əmələ gəlib.

İdarəçiliyin bir qızıl norması var: Əgər bir məmur öz işi ilə məşğul deyilsə, onda heç bir məmur öz işi ilə məşğul ola bilmir. Təssüf ki, bu gün öz işi ilə məşğul olmayan məmurlar – “filankəs”lər kifayət qədərdir.
Həm də söhbət təkcə məndən getmir axı. Belə haqsız, dözülməz münasibətə məruz qalan, incidilən o qədər adam var ki…

Bu yaxınlarda bir gənc alim az qala ağlayaraq qorxa-qorxa mənə danışırdı ki, institutumuzun elmi nəşrində məqaləmi çap eləmirlər ki, sən gərək mütləq filankəs məmur–alimin əsərlərindən sitat gətirəsən…

- Yaxşı, bəs “filankəslərdən” xilas olmaq üçün nə etmək olar?

– İndiyə kimi Cənab Prezidentin məmurların davranışıyala bağlı verdiyi tapşırıq və tövsiyyələrdən mükəmməl bir əxalq kodeksi, müntəxabat formalaşdırmaq mümkündür. Problem isə qalır. Yəqin ki, biz bilmədiyimiz hansısa boşluqlar var. İctimai nəzarətin yetərli olmaması, dişsizliyi də belələri üçün əlverişli mühit yarada bilir. Birdə ki, insanı tanımaq olmur.

Bir dəfə İslam peyğəmbərinə silahdaşlarından biri şikayət edir ki, namaz qılıb, amma daxillərində iman gətirməyən insanlar var. Peyğəmbərimiz deyir ki, biz xalqın ürəyinə daxil olmaq üçün təyin edilməmişik…
Elə öz yaxın tariximizi götürək. Vaxtilə Heydər Əliyevin şəklini başının üstündən asıb, ona xəyanət edən məmurlar vardı.

Bu gün də Ulu Öndərimizin heykəlinin arxasında və kölgəsində gizlənib, ölkənin iqtisadi resurslarını düşməncəsinə talayan, mənəvi dəyərlərimizi tapdayan, onun qoyduğu demokratik dövlətçilik irsinə ,Cənab Prezidentə xəyanət edən məmurlar var. Və belələri gələcəkdə də olacaq. Heç nəyə və heç kimə tam, 100 faiz zəmanət vermək mümkün deyil…

- Bu il həm də seçki ilidir. Hakim komandanın prezidentliyə namizədinin kim olacağı barədə bəzi müzakirələr gedir. Hətta namizədin yenilənəcəyi barədə fikirlər səslənir. Siz necə düşünürsünüz?

– Hər şeydən öncə mən iki həlledici məqamı xüsusi vurğulayardım. Birinci, xatırlayaq ki, müasir Azərbaycan dövlətçiliyinin və hakim partiyanın istinadgah mənbəyi Heydər Əliyevdir. İkinci, son rəy sorğulqrı göstərir ki, Azərbaycan prezidentinə əhalinin etimadı çox yüksəkdir. Onun 90 faizə yaxın reytinqi var.

Mən hesab edirəm ki, belə şərtlər daxilində iqtidar namizədinin kimliyindən asılı olmayaraq, 2018-cil prezident seçkilərində İlham Əliyev qalib gələcək…

- Yəni belə hesab edirsiniz ki, iqtidarın namizədi dəyişə bilər? Birinci vitse-prezidentin namizəd olmaq ehtimalı nə dərəcədə realdır yüksəkdir?

– Gəlin tələsməyək. Mən namizədlik haqqında heç nə deyə bilmərəm. Çünki bu bir prosedur, nizam-intizam məsələsidir. Hər şey Cənab Prezidentin və hakim partiyanın qərarına bağlıdır.

Amma söhbət Birinci vitse-prezidentin personasından gedirsə…

Mehriban Əliyeva unikal şəxsiyyətdir. Cəmiyyətdə ona qarşı böyük rəğbət və maraq var. Onun həyata keçirdiyi proyektlər, gördüyü işlər Azərbaycan dövlətinə və Azərbaycan Prezidentinə çox böyük uğurlar və dividentlər gətirməkdədir. Onu da əlavə edək ki, bu gün Mehriban xanımın daşıdığı soyad bimənalı olaraq sabitlik faktoruna çevrilib.

Bu baxımdan, mən düşünürəm ki, Mehriban Əliyeva Azərbaycanın beşıncı prezidenti ola bilər…

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Bu dövlət qurumuna 3 milyon manat ayrıldı

bitmap-img3

Rakurs

Ağciyər İnstitutunda budama əməliyyatında Oqtay Şirəliyev faktoru: Gənc kadrlar niyə hədəfdədir?

bitmap-img3

Seçmələr

Ağstafa Regional Mədəniyyət və Turizm idarəsi rəisinin “ölü canlar bazarından reportaj”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru