Xəbər xətti

22 MAY

13:29 Gizem Karaca məhkəmənin qərarına etiraz edib

13:24 “Dərman mafiyası işi”: Gömrük hospitalının iranlı həkimi həbs olundu

13:20 Dövlət qulluğuna qəbul üçün müsahibə elan edildi

13:16 Qəbul imtahanında ilk: DİM cavabın səhv olduğunu açıqladı

13:12 Şəhid əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olunub

13:04 “İclasımızda Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin olunacağına ümid edirəm”

12:59 XİN-də geniş tərkibli iclas keçirilib

12:54 Putin SSRİ-ni sarsıdan 1991-ci ilin avqust qiyamından danışdı

12:49 “Ödənişlərin az olması vergi siyasətinin sərtləşdirilməsini tələb edir”

12:44 Sabah hava necə olacaq?

12:40 Məşhur müğənni xəstəxanaya yerləşdirildi

12:35 Azərbaycan: İran, ABŞ və İsrail arasında

12:30 “Arsenal”ın yeni baş məşqçisinin adı məlum oldu

12:26 “Azərbaycanla konstruktiv əməkdaşlıq üçün kifayət qədər resursumuz var”

12:22 Bakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

12:17 “İqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib”

12:13 AXC-nin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

12:08 Özünü lallığa vurub casusluq edən azərbaycanlı

12:04 Monqolustanın baş naziri Rusiya səfərindən imtina etdi

11:59 Ərə getməyə hazırlaşan aktrisa son qərarını verdi

11:55 Trampın “tvit”lərində davamlı səhvlərin sirri açıldı

11:50 Ekspert: “Yeni nazir quzunu qucağında tutmaqla ilk addım atıb?”

11:46 Azərbaycanda xarici şirkətlərin və sahibkarların hesabları yoxlanılacaq

11:41 Ağcabədidə nəvə babasının evindən oğurluq edib

11:36 Abramoviçdən gəlirlərinin qanuni olmasının sübutu tələb olundu

11:31 Büdcənin icrası barədə illik hesabat Milli Məclisdə müzakirə ediləcək

11:27 Rusiya avtomobillərinin istehsalı dayandırılır

11:23 Beren Saat və Kənan Doğulu ayrılıb?

11:18 Naxçıvan əhalisinin sayı açıqlanıb

11:14 İki qırmızı vərəqə alan yeganə oyunçu

11:09 Bişkek meri: “Köhnə paltar geyib, saqqal taxıb şəhərdə gəzirəm”

11:05 Qəzalı binalar sökülən zaman toz normadan artıq olub - Nazirlik

11:01 Əfqanıstanda terrorçularla qarşıdurmada 20 polis əməkdaşı həlak olub

10:57 Təranə Qumral məhkəməyə çıxarılacaq

10:53 Bakıdakı dəhşətli partlayışa görə vəzifəli şəxs həbs edildi

10:49 London Rusiyanın “çirkli pulları” ilə bağlı hesabat yaydı

10:45 İraqda uduzan ABŞ Türkiyənin önünü kəsmək istəyir

10:41 Zukerberqin Avropa Parlamentində çıxışı canlı yayımlanacaq

10:37 Bakıda ana və qızının dəhşətli - Təfərrüat

10:33 Bakı Avstriya idmançısına 500 min avro kompensasiya ödədi

10:29 57 yaşlı aktyor evlənir

10:25 Dövlət qulluqçuları nə qədər maaş alır?

10:21 İkardini Messiyə görə milliyə çağırılmadı

10:17 MİDA yenidən təşkil edəcəyi satışda itirdiyi etibarı geri qaytara biləcək?

10:13 İranda göbələkdən zəhərlənib ölənlərin sayı 15-ə çatdı

10:08 Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub

10:04 BDU-nun 100 illiyi keçiriləcək

10:00 İraqda 2 türk əsgəri şəhid oldu

9:55 Qızıl ucuzlaşdı

9:51 Avro manata nisbətən nə qədər ucuzlaşacaq?

9:46 “Azərbaycan Avropa İttifaqından ədalətli və vicdanlı münasibət gözləyir”

9:42 Yaşıl çaydan xərçəngə qarşı dərman hazırlandı

9:37 Bitkoin 8,5 min dolları keçdi

9:33 Yeni nanobatareya dərhal enerji ilə dolduracaq

9:29 Bakıda orta yaşlı qadını maşın vurub

9:26 Neft bahalaşdı

9:23 Vüsal Məmmədov: “Zavallısan ki, özünü dinin mühərriki sayırsan”

9:19 Naxçıvanda zəlzələ olub

9:15 Bakıda kişi arvadını və qayınanasını öldürdü

9:11 Tikinti ilə bağlı qaydalar dəyişdi

9:08 Bakıda gənc qız boğazını kəsdi

9:04 Ağsu icra başçısının özbaşınalıqları haqda...

9:00 Amerikalı konqresmendən Azərbaycanla bağlı bəyanat

0:59 Azərbaycan Premyer Liqasının medalçıları mükafatlandırılıb

0:46 Hacı Qamət: “Bu addım qadınları qorumaq üçün atılmışdı”

0:31 Yeni dövlət yaradılır

0:28 “Samsung Galaxy S8”in sadə versiyası buraxıldı

0:14 Nazirlik iş adamını cərimələyib

0:04 Bu gün bürcünüz nələr vəd edir?

21 MAY

23:55 Hitler nə vaxt və necə ölüb? - Araşdırma

23:48 Ruhani: “Tramp mənə Corc Buşu xatırladır”

23:36 “Qarabağ” mövsümü qələbə ilə başa vurdu

23:27 Ermənistanlı bankir ölkədən 10 milyard dollar çıxarıb

23:12 Səidə: “Məni aldadıb çiynimə tatu etdilər”

23:08 Türkiyəli müğənni efirdə “Sarı gəlin”i erməni dilində oxudu

23:02 Dedektiv janrda yeni serial gəlir - “Keçmişin İzində”

22:57 “Ebola”dan ölənlərin sayı durmadan artır

22:41 “Qəbiristanlıq oğrular”ı yaxalandı

22:38 16 saat tox qalmaq üçün sahurda bu qidaları yeyin - Siyahı

22:25 Türkiyənin müxalifət partiyası parlament seçkilərində iştirakdan imtina edib

22:12 Sabiq nazir 50, aparatının rəhbəri 36 milyon ödəyib

22:06 Avropa Birliyi-Azərbaycan əlaqələri: Şərtlər ədalətlidir?

21:57 Serbiya prezidentinin şərəfinə ziyafət verildi

21:44 Baxçalı: “Bu, bizə qarşı şərəfsizlikdir”

21:38 “BakuBus” avtobuslarında kondisionerlər işə salındı

21:25 Putin Paşinyanla Qarabağı müzakirə etdi

21:17 Qurban Qurbanov millinin yeni heyətini açıqladı

21:03 Azərbaycana avtomobil idxalı sürətlə artır

20:56 Polşa prezidenti ABŞ-ı tərk edə bilmədi

20:48 Türkiyədə baş məşqçi istefa verdi

20:35 Qüdsün işğalına daha bir ölkədən dəstək

20:27 Ailənin tək oğlu cəbhəyə getməlidir?

20:14 Ermənistan Rusiyadan 170 milyon dollarlıq silah aldı

20:02 ABŞ-dan Gürcüstana dəstək

19:57 Paşinyan: “Ermənistanda bütün qubernatorlar dəyişdiriləcək”

19:51 Gizem və Çağatayın evindən narkotik vasitələr tapıldı

19:46 Şabranda oğurluq edən dəstə üzvləri saxlanılıb

19:42 Türkiyədə 104 hərbçi ömürlük həbs olundu

19:37 Azercell XXV “TİBO-2018” sərgisində ölkəmizi təmsil edib

19:32 Baş həkim: “Partlayışda yaralananların bədəni 95-100 faiz yanıb”

19:29 “Taliban” Əfqanıstanda 86 kəndi ələ keçirdi

19:24 Niderland mediası Azərbaycan Xalq Cümhuriyyətindən yazdı

19:17 Argentina millisinin heyəti açıqlandı

19:13 Etibar Məmmədovun oğlu ABŞ-a köçdü

19:09 “ABŞ bütün dünyada İranın hərbi serverlərini çökdürəcək”

19:06 AKP 149 deputatdan imtina etdi

19:01 Təhsil naziri yeni direktor təyin etdi

18:55 Alpinistlərin meyiti ilə bağlı ilkin ekspertiza rəyi açıqlandı

18:50 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

18:46 Azərbaycan vətəndaşı İstanbulda intihar edib

18:42 Donbassda BMT sülhməramlıları yerləşdirilə bilər

18:37 Mingəçevirdə sərnişin avtobusu aşdı: 5 yaralı

18:33 Türkiyədə dolların məzənnəsi 4,6 lirəyə yaxınlaşdı

18:28 Fələstin ərəb ölkələrinə çağırış etdi

18:25 Anna Netrebko “Dostluq” ordeni ilə təltif edildi

18:22 “Meksika Azərbaycanla ticarət əlaqələrini fəallaşdırır”

18:19 ABŞ İrana qarşı “B Planı”nı açıqladı

18:15 “Şahdəniz-2” layihəsi yaxın günlərdə başa çatacaq

18:11 Bakcell “Ulduzum”dan xaricə səyahət

18:07 Yusif Eyvazov Xalq artisti oldu



MÜSAHİBƏ

...

“McDonalds-dakı qidaların heç biri müsbət rəy ala bilməyib”

Tarix 14.02.18, 14:47

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycanlı həkim dəhşətli faktlar açıqladı


Son zamanlar mədə-bağırsaq xəstələrinin sayında artım müşahidə edilir. Maddələr mübadiləsinin pozulması, qida rejiminə riayət olunmaması, genetik və xarici faktorlar bu xəstəliyin əsas səbəbləri sırasında sadalanır.

Modern.az saytı xəstəlik və onun əsas səbəbləri və müalicə yolları barədə Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov ilə söhbətləşib. 

PİA.AZ həmin müsahibəni təqdim edir.

- Doktor, mədə-bağırsaq xəstəliklərini yaradan əsas faktorlar nədir? 

- Əsas səbəb qida rejimi və stresdir. Eyni zamanda, ekologiya, mühit, hava, su da çox önəmlidir. Problem bilavasitə qida məhsulunun özü ilə bağlı deyil. Qida məhsulunun istehsalı, saxlanması, istifadə qaydalarına diqqət edilməməsi, eyni zamanda düzgün qidalanmamağın özü orqanizm üçün zəhərə çevrilə bilər. Normal, zamanında yeyilən yemək fayda verdiyi halda, gecə yatmazdan qabaq yeyiləndə həzmə getmir. Əmələ gələn ara məhsullar qana sovrulur və orqanizmə zəhər kimi təsir göstərir. Bu bir tərəfə, son vaxtlar insanlar çöldə, ayaqüstü yeyilən fastfood, lahmacun, dönər, pide, peraşki və s. kimi qidalara üstünlük verirlər. Bəzən də stresli həyat, qaçaqaç deyərkən, günorta yemək yemirlər, axşam bir oturuma bütün günün əvəzinə qidalanırlar. Fastfood yeməkləri isə konkret olaraq zəhərdir, hətta mən deyərdim genetik silahdır. Hətta elə ailələr var ki, uşaqlarının şıltaqlığının ardınca gedərək, “McDonalds”da oturub çipsi yeməyi özlərinə istirahət sayırlar. Aydındır ki, o dəyərdə, özü də Amerikadan bura gətirilmiş qida heç yemək deyil. Hətta sintetik məlzəmələr belə, hansısa bir paltar ondan qat-qat baha başa gəlir. Bütün məhsullar Gigiyena və Epidemiologiya Mərkəzindən sertifikat almalıdır. “McDonalds”dakı qidaların heç biri qida məhsulu kimi rəy ala bilməyib. Hətta onların bir çoxunun tərkibində zərərli maddələr aşkarlanıb. 

- Söhbət “McDonalds”dakı yeməklərin menyusundan gedir?

- “McDonalds” bir nümunədir, əslində bütün “KFC”lərdə vəziyyət bu cürdür. Biri bir az ucuzdur, digəri bir az bahadır, amma nəticə etibarilə hamısı orqanizm üçün zərərlidir. “KFC”lərdə insanları nə ilə isə cəlb etməyə çalışırlar. Yalnız toyuq qanadı, toyuq budu, toyuq döşü və s. təklif edilir. Amma onların hamısı broyler toyuqlarının dərmanlar toplanmış qanadları, budları və s.dir. Adi, evimizə aldığımız “doktorskaya kolbalas”ları götürək. Kiloqramı neçəyə düşür? 4-5 manata. Maraqlıdır, hansı ətdən istifadə edirlər ki, bu kolbasalar 4-5 manata satılır? Südlü kolbasalar, sosiskalar da onun kimi. Mən hələ demirəm ki, istifadə etdiyimiz yağlar sağlam yağlar deyil. Çoxu deyir ki, yeməkləri qarğıdalı, günəbaxan yağında bişirir. Əslində mağazalarda satılan günəbaxan yağının ən keyfiyyətlisinin 1 litri 6 manatadır. Maksimum İtaliya istehsalı olan günəbaxan yağlarıdır ki, 9 manata satılır. Neçə kiloqram günəbaxan tumu sıxmaq lazımdır ki, 1 litr yağ alınsın? Əminliklə deyirəm ki, bitki yağlarının çoxunun tərkibi sintetik yağlardır. Əvvəl “Teksun”, “Sana”nın adı çəkilirdi. Bunlar da həmin şeylərdir. Əslində dədə-baba qaydasında hazırlanan kərə yağı hamısından ləzzətli və keyfiyyətlidir.

- Əslində kərə yağlarının keyfiyyətinə də zəmanət verilmir...

- Doğrudur, hazırda bazarda kərə yağı adı altında çox şey satılır. Mən əsl kərə yağını nəzərdə tuturam. 3-4 manata kərə yağı satılır, çoxu da bitki mənşəlidir. Bitki yağları doymamış yağlardır. Kərə yağı doymuş yağdır. İndi süni doydurulmuş yağları kərə yağı adı ilə əhaliyə satırlar. Mən kərə yağı deyəndə əsl nehrə yağını nəzərdə tutdum.

- İndi elə kiloqramı 6-7 manata nehrə yağı da bazarları cənginə alıb.  Xüsusilə ötən il kərə yağının qiymətindəki sürətli artım əhalini həmin “nehrə yağları”na möhtac qoyub...

- Yenə də deyirəm, ki mən əsl nehrə yağından bəhs edirəm. Təbiidir ki, 6 manata satılan yağ quru süddən, marqarindən hazırlanmış “nehrə yağı”dır. Fikir vermisinizsə, həmin yağları əridəndə çox pis qoxu yayılır. Bir az da insanlarımız öz səhhətlərinə səhlənkar yanaşırlar. Axı normal insan bilməlidir ki, indiki bazar iqtisadiyyatı şəraitində nehrə yağının bir kiloqramının 6 manata satılması anormal haldır.

- Doktor, azərbaycanlıların əsas problemlərindən biri də qidalanma ilə bağlıdır. Qidanı çayla, qazlı içkilərlə birlikdə qəbul edirik. Yeyirik, dərhal çay süfrəsinə otururuq. Şirniyyatla pürrəngi çay içirik. Sonra da...

- Belə təsəvvür edin ki, insan vücudu bir filtirdir. Oraya kirli su, palçıq, doldursan, nə baş verəcək? Filtir tez bir zamanda tutulacaq. Vücuda da ağızdan təbii olmayan nə versən, sidik və nəcislə ifraz olunacaq. Bunların hamısı bağırsağın, böyrəyin divarından keçir və ifraz olunur. O kubik şəklində yığılmır ki, sən çıxarıb atasan. O görünən və görünməyən tərəfdən yığılır vücuda. Yığıldıqca toksikasiya nəticəsində səthi dəri problemləri, allergik reaksiyalar və daha da dərinə gedir. Mədə-bağırsaq, böyrək xəstəlikləri yaranır, bir qədər də dərinə gedir və ağır xroniki xəstəliklərə-oynaq, qaraciyər xəstəliklərinə yol açır, sonda xərçənglə nəticələnir. Bəzən isə heç xərçəng mərhələsinə çatmır, böyrək, qaraciyər xəstəliyi diaqnozu ilə dünyasını dəyişir. Amma xərçəngə çatanların da yaşı gəncləşib. Niyə? Çünki genetik yük aktivləşib. Təsəvvür edin, 30-35 yaşında dünyaya uşaq gətirən qadın, ana bətnində uşağa qida ilə yanaşı öz toksinlərini də verir. 35 ilə yığdığı “şlak”ı da verir ona. Çünki orda mexanizm belədir. Ana hər şeyini paylaşır. Toksinlər piy qatında, bağırsaq ətrafında toplaşır. Əvvəllər süni qidalar yox idi. Ağacda necə bitirdirsə, yerdə necə çıxırdısa, insanlar eləcə qəbul edirdi. Maksimum onu texniki emal edirdilər. Qidalar əsasən sulu formada qəbul edilirdi. Kasıblıq vaxtında kim idi hər gün qızartma yeyən? Son 1 əsrdə texnologiya o qədər inkişaf edib ki, yeməyə nə desəniz qatılır, hansı formaya deyirsiniz salınır. Araşdırma aparsaq, marketlərdə satılan məhsulların 90 faizi süni formadadır. Süni formada vücuda daxil olan məhsul, heç vaxt təbii yolla bədəndən çıxa bilməz.

- Günümüzün əsas problemlərindən biri də oturaq həyat tərzidir. Biz oturduqca, sanki orqanizm tənbəlləşir, geri gedir.

- Oturaq həyat tərzinin zərərləri o qədərdir ki, saymaqla bitməz. Həyat hərəkətdir. Mən çalışıram ki, misallarla izah edim fikirlərimi. Adi su borusu götürün. Əgər o borunun içərisində su varsa və onun axarı yoxdursa, nə olacaq? O su, borunun içərisində iylənəcək, çamurlaşıb, mamırlaşıb divarına yapışacaq. Bir müddət sonra boru tutulacaq. Gün ərzində vücudda müəyyən intensivlikdə dövriyyə olmalıdır.  İnsanın ağciyər yollarını işlək oksigenin qana keçməsini təmin edən şar kimi təsəvvür edin. O şarların ətrafı da kapillyarlardır. Hava şarın içərisinə daxil olur, o zaman sahə böyük olur. Kapilyarlar həmin havanı əmir. Sakit halda 30 faiz alveollu borular işləyir. İnsan dərindən güləndə daha dərin qatlar açılır. Alveolluların tam işləməsi üçün gərək qaçasan, təngnəfəs olasan. Təngnəfəs halda, əlin dizinin üstündə əyilib dərindən nəfəs alanda alveolluların hamısı işləməyə başlayır. İşləməyənlər getdikcə sönür, fəaliyyətdən düşür, yatır, daha sonra gücsüzləşərək ölür. Eləcə də əzələlər, böyrək, qaraciyər və s. Sürətli qan dövranı olmayanda böyrəyin də toxumasının bir hissəsi işləməyəcək. İşləməyəndə məhv olacaq. Eləcə də digər orqanlar. Hətta nəzərə alsaq ki, hansısa xəstəlik əmələ gəlib, “şlak” bir orqanda toplaşıb, onun da xaric olması üçün qan bol gəlməlidir ki, o, xaric olsun. İnsan hərəkət etmirsə, qan dövr etmirsə, xəstəlik çözülmür.

- Söhbətimizin nəticəsi olaraq bu qənaətə gəlinir ki, bütün xəstəliklərin mənbəyi mədə-bağırsaqdan qaynaqlanır.

- Hətta bizim ürək, böyrək, beyin, qan-damar, oynaq xəstəliyi bildiyimiz xəstəliklərin hamısının zəminində mədə-bağırsağın fəaliyyətindəki pozulmalar durur. Çünki mədə-bağırsaq maddələr mübadiləsini təmin edən orqandır. Həm maddələri qəbul edən, həm də qaraciyər vasitəsilə toksikasiyanı bədəndən xaric edəndir. Qaraciyər filterdir, laboratoriyadır, iki yüzdən çox funksiyası var. Bütün bunlar işləməyəndə digər orqanlarda da problemlər çıxır. Amma müalicə zamanı diaqnoz qoyulmasında bu amillər nəzərə alınmır. Açıqlama zamanı deyilir ki, əksəriyyət infarkt, ürək çatışmazlığından ölür, problem ürəkdədir. Amma problemin kökü ürəkdə deyil, mədə-bağırsaqdadır. Yetmiş kiloqram çəkiyə malik insanın dəri səthini açsan iki kvadratmetr edəcək. Onun ağciyərini açsan, 35-40 kvadratmetr edəcək. Bayaq qeyd etdiyim alveolluları açsan, o da təxminən 40 kvadratmetr edəcək, mədə-bağırsağı açsan bir futbol meydançası edəcək. İndi müqayisə edin. Biz dərilə fiziki təmasdayıq. Ağciyərlə hava alıb-veririk. Amma 95 faiz lazımi maddələr bizim vücudumuza mədə-bağırsaqdan keçir. Mədə-bağırsaq nə dərəcədə düzgün işləyirsə, o, maddələri düzgün həzm edirsə, bəzilərini passiv buraxacaq, bəzilərini soracaq, toksinləri aktiv ifraz edəcək. Nəticədə vücud ya tez “şlak”lanacaq, ya da “şlak”dan tez can qurtara biləcək. Yəni mədə-bağırsağın düz işləməsi digər orqanlara da təsir edir. O düz işləməsə, “şlak”lar quruluşuna görə hansı orqana uyğundursa, gedib orada ilişir. Oynağa uyğunsa, oynaq xəstəliyi yaradır, böyrəkdə ilişibsə, böyrək xəstəliyi yaradır. Sonra da deyirlər “mənim babamda da oynaq xəstəliyi vardı, irsidir”. Daha demirlər ki, əslində bu xəstəliyi yaradan səbəb vardı deyə, onda da yaranıb. Nadir genetik xəstəliklər var ki, bilavasitə genlərdəki qüsurlardan irəli gələrək meydana çıxır. Əksəriyyət meyillilik yaradır, yəni mütləq deyil. İnsan vücudunda çox maraqlı və qəribə proseslər gedir. Son vaxtlar o fikrə gəlinir ki, insan vücudunda maddələr sintez olunur. Sadəcə onu registrasiya edə bilmirlər. Amma söhbət sağlam vücuddan gedir, bizim kimi xəstələrdən yox. 

Hazırda tam sağlam insan demək olar ki, yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, dünyada cəmi 3 faiz insan sağlamdır, 75-80 faizi praktiki olaraq sağlamdır. Praktiki sağlam insanın bədənində ağır xroniki xəstəliklər olmur, amma xəstəlik var. Ağır xroniki xəstəlik daşıyıcıları isə faktiki olaraq xəstədirlər. Təsəvvür edin biz indi nə gündəyik, qismət olarsa, 50 ildən sonra nə gündə olacağıq. Qərb ölkələrinin, Şərq ölkələrinin, Şimal və Cənub ölkələrinin qəsdən, bilərəkdən, qida vasitəsilə zəhərləmə, ərzaqlara qəsdən başqa maddələrin yeridilməsi və s. halları var. Siyasi müstəvidə, genetik silah kimi istifadə edilən alkoqol, siqaret, yemək, su, dalğa təsirləri hələ illər sonra bilinəcək. Hələ demirəm ki, “Ebola”, “Ziko” kimi viruslar laboratoriyalarda süni yaradılmış viruslardır.


- İnsanların öz səhhətinə qarşı səhlənkarlıqları danılmazdır. Amma həkimlərə, xüsusilə dərman pereparatlarına qarşı da bir inamsızlıq var. Həkimə gedirsən, səni evə ən azı 300-400 manatlıq reseptlə yollayır. Məsələ burasındadır ki, yüksək məbləğ ödəyərək aldığımız iynə-dərmanın da keyfiyyətinə zəmanət yoxdur...

- Tam doğrudur. Hətta Avropada istehsal olunaraq, Azərbaycana gətirilmiş dərmanla, MDB-də satılan dərmanların tərkibini araşdırsaq, çox böyük fərq görərik. Necə ki, adi televizorlar kimi. 90-cı illərdə “Panasonik” şirkətinə məxsus televizor alırdım. Baxdım ki, üzərində “Orta Şərq ölkələri üçündür” yazılıb. Onda anladım ki, istehsal edilən mallar MDB üçün ayrıdır, Avropa üçün ayrıdır, Amerika üçün ayrıdır. Eləcə də dərmanlar. Bunlar fərqli-fərqli şirkətlər tərəfindən istehsal olunur və keyfiyyətləri də fərqlidir. Şimali Amerika öz ölkəsi üçün istehsal etdiyi dərman pereparatlarını əsas maddə saxlanılmaqla başqa tərkibdə istehsal edir, ixrac üçün olanları başqa tərkibdə. Və sözsüz ki, ixrac dərman pereparatlarının keyfiyyəti daha aşağıdır. Onların tərkibində xüsusi qatqı maddələri var, hansı ki, onların doğuracağı nəticələr barədə yalnız istehsalçılar məlumatlıdırlar. Ona görə də mən xəstələrimə Avropadan çox, Türkiyə istehsalı dərmanları məsləhət görürəm.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Azərbaycanda xarici şirkətlərin və sahibkarların hesabları yoxlanılacaq

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

Yerevanda Paşinyana qarşı etirazlar başladı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru