Çərşənbə axşamı, 22 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Maşınımın bahalı olması kimə maraqlıdır?” - Pərvin

Aktrisa Pərvin Abıyeva “5/5” verilişinin qonağı olub


Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal Pərvinə gecələr evə gec gəlməsi haqda suallar verib.

Aktrisa bəzən gecələr evə heç gəlmədiyini deyib:

“Elə olur ki, evə 1 sutkadan sonra gəlirəm. Gecə 3-də evə gəldiyim vaxtlar da olub. Hətta 4 sutka yatmadan çalışmışam, çəkilişlərdə olmuşam”.

Abıyeva yaşadığı yerdə qonşularını tanımadığını söyləyib. O, aparıcının “Qonşuların deyir ki, evə gəlmir. Gələndə də maşının qapısını da ayağı ilə açır” sözlərinə aktrisa əsəbiləşib:

“6 ildir ki, həmin binada yaşayıram. Heç qonşularımı tanımıram. Ev mənim deyil? Heç gəlməyə də bilərəm. Maşın da, ev də mənimdir. Necə istəyirəm, elə də açıram. Bundan başqa, maşınım barədə sual verirsiz. Maşınımın bahalı olması kimə maraqlıdır? Mən kimdənsə soruşuram ki, necə yaşayırsan?”.

Proqram bitəndən sonra Abıyeva İnstaqramda onu tənqid edənlərə cavab verib:

“Rəylərdə yazırsız ki, yekəxanayam, özümü dartıram. Bəli, mən beləyəm. Məni sevən belə də sevəcək, sevməyən isə nə qədər sadə olsam, ürəyimi çıxarıb versəm, yenə bir mız tapacaq. Həmin insanlar pisliyindən qalmayacaq. Çalışın ki, öz həyatınızı yaşayın. Və yaxud, yaşamağı öyrənin. Həyata bircə dəfə gəlirsiz. Bunu dəyərləndirməyi bacarın”.

pia.az
Etiket:
loading...