Xəbər xətti

19 FEVRAL

21:27 Deputatların pensiyaları artırılır

21:11 Banka basqın: 15 min dollar oğurlandı

21:06 Ucarda üç maşın toqquşdu: 2 yaralı

20:57 “Azərbaycan regionun əsas arteriyası rolunu oynayır”

20:44 Azərbaycanın xarici ticarət tərəfdaşları - Siyahı

20:39 560 mindən çox avtomobil geri çağırıldı

20:23 Rusiyada bəzi dərmanlar mağazalarda satılacaq

20:16 “NATO Türkiyəni dəstəkləyəcək”

20:02 Ötən ay əhali 4 milyard manat qazanıb

19:56 Bakıda qadın meyiti tapıldı

19:51 İlin ən yaxşıları bəlli oldu – Siyahı

19:47 “Xocalı 613” klassik musiqi gecəsi keçiriləcək

19:42 95 yeni planet aşkarlandı

19:38 Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrıldı

19:33 Daha bir partiya MSK-ya maliyyə hesabatı verib

19:27 Azərbaycanın İtaliyadakı səfiri Kalibriyaya səfər edəcək

19:23 İranın müdafiə naziri Azərbaycana səfərə gələcək

19:18 Azərbaycan məhsulları “Gulfood 2018” sərgisində

19:14 İrəvanda Rusiyanın bankına silahlı hücum olub

19:10 İlham Əliyevdən iki yeni təyinat

19:06 Müharibə əlillərinə verilən prezident təqaüdü artırıldı

19:01 Xələfov və Atacanov Xəzərin dibinin bölünməsini müzakirə edib

18:56 Nəsimi rayon məktəbliləri Memorial Soyqırım muzeyində

18:52 Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

18:47 Ərdoğan və Putin Afrin məsələsini müzakirə etdilər

18:44 Pxenyan: “ABŞ Cənubi Koreya ilə aramızı vurur”

18:39 İlham Əliyev sərəncam imzaladı

18:35 “Petkim” mənfəətini ikiqat artırıb

18:31 Əli İnsanov məhkəməyə məktub göndərdi

18:28 Baramanın “Science via Media” layihəsinin mükafatlandırma mərasimi baş tutub

18:24 İyulda ilk kommersiya qazı Türkiyəyə çatdırılacaq

18:20 “Samsung” dünyanın ən güclü planşetini buraxacaq

18:16 İlham Əliyev nekroloq imzalayıb

18:11 Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib

18:05 Bakının mərkəzində meyit tapılıb

18:00 Livan prezidentinin Ermənistana səfəri gözlənilir

17:55 Yağışlardan sonra Bakının iki rayonunda subasma aktivləşib

17:49 Azərbaycan Premyer Liqasında 150-ci qol

17:43 Silah gəzdirən Quba sakini Bakıda saxlanıldı

17:40 Mikayl Cabbarovdan ciddi xəbərdarlıq

17:38 “Xristianlıq Avropanın son ümididir” - Baş nazir

17:33 Bakı istiqamətində havaya qalxmış təyyarə qəza enişi etdi

17:28 “Vaqnerin ordusu”nun itkilərİ - Hibrid savaşın qurbanları

17:26 Azərbaycanda maaş alacaq din xadimlərinin sayı açıqlandı

17:20 Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunub

17:16 Sosial şəbəkələrdə terrorçuluğu təbliğ edən 786 nəfər saxlanıldı - Türkiyədə

17:11 Səbail RİH başçısı Eldar Əzizov Bayıl sakinləri ilə görüşüb

17:06 Ramazan Bəkirovun Azərbaycan prezidentliyinə namizədliyi təsdiqlənib

17:01 Smartfonlar Alsheymer yaradır

16:56 “Onların özləri yanıb külə donsün”

16:51 Türkiyədə ABŞ səfirliyinin yerləşdiyi küçənin adı dəyişdirilib

16:46 “Lotu Quli”ni təhqir edən şəxsi maşınında gülləbaran etdilər - Video

16:41 Vergilər Nazirliyindən sahibkarlara ciddi xəbərdarlıq:

16:35 “Böyükağa Hacıyevin səhhətində heç bir dəyişiklik yoxdur”

16:30 Fazil Mustafanın partiyası başqa namizədə dəstək verəcək

16:25 “Görsəniz, dəli olmuşam, bilin ki, vannadandır” - Xalq artisti

16:20 Gömrük Komitəsinin nümayəndə heyəti İspaniyada səfərdə olub

16:08 Suriya ordusu Afrinə daxil olmağa hazırlaşır

16:02 Azərbaycandan 200-ə yaxın insan Həccə getmək istəyir

15:56 Başlıq pulu almaq üçün kişi qiyafəsinə girdi

15:50 “Ailəmlə çox gözəl münasibətim var” - Samir

15:43 İslam Səfərlinin 95 illiyi qeyd edilib

15:36 Kriptovalyuta bazarı dəyişdi – Bitkoin 10 min dolları keçdi

15:31 Aygün Bəylər məhkəməyə gəlmədi

15:27 Çavuşoğlu: “...heç kim bizi dayandıra bilməz”

15:22 Monteneqro prezidenti Azərbaycana səfər edəcək

15:16 Boks üzrə Azərbaycan millisi Belarusda hazırlıq keçəcək

15:11 Ağdaşda DYP əməkdaşları gənc ananı və körpəsini ölümdən xilas ediblər

15:06 Azərbaycanda işsizlərin sayı açıqlandı – Statistika

15:01 Azərbaycanda tektonik zonalarda dəyişikliklər müşahidə olunur

14:56 Bayılda icra başçısı evlərindən çıxarılan ailələrlə görüşür

14:51 “Petkim” mənfəətini ikiqat artırıb

14:46 Eldar Mahmudovun pullarını “yuyan” bankı yoxlamaq üçün amerikalı mütəxəssislər göndərilir

14:41 Deputat pensiyasında dəyişiklik edilir

14:36 MDB –nin seçki müşahidə missiyası Azərbaycana gələcək

14:32 Suriya Dövlət Televiziyası: “Əsəd Afrindəki 52 strateji mövqeyə ordu yeridəcək”

14:27 “Qocafəndi bazlıq”

14:23 “iPhone X”-in qiyməti 600 manatdan çox ucuzlaşdı

14:18 Hökumət martın 16-da Milli Məclisdə hesabat verəcək

13:49 Neftçala Su Nəqliyyat polis idarəsindən şikayət

13:45 Eldar Namazov: “Biz çox təhlükəli dövrə qədəm qoyuruq”

13:34 Türkmənistan Azərbaycanla hökumətlərarası komissiyanın tərkibini təsdiq edib

13:29 Qadını səhvən diri-diri basdırdılar

13:24 İtkin düşən alpinistlərlə bağlı açıqlama

13:19 Tillerson Rusiyaya qarşı yeni sanksiyalar haqda danışıb

13:14 İŞİD-lə əməkdaşlıq edən azərbaycanlı qadınlara ömürlük cəza verildi

13:10 Müavini nazirə qarşı - Azər Bayramov nazirlik yolunda

13:06 Flora Kərimovanın efir qadağası götürüldü

13:01 191 dövlət əmlakı satışa çıxarılacaq

12:57 Türkiyə Ordusu Afrində daha üç kəndi terrorçulardan təmizlədi

12:53 Bakıda 15 evi talamış oğru dəstəsi ələ keçdi

12:48 Sabah hava necə olacaq?

12:44 Ziya Məmmədovun evi yanıb – İsmayıllıda

12:39 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlanıb

12:34 Putinin qırmızı interneti – Moskva informasiya müharibəsində necə “vuruşur?”

12:25 Elmar Vəliyev köçkünləri dinləmir

12:21 Gəncədə ər-arvad dəm qazından boğularaq ölüb

12:17 ABŞ-ın təklifinin pərdəarxası

12:13 Məşhur cütlük Gökçenin üzündən ayrıldı

12:08 İsrailin müdafiə nazirinə sui-qəsddə “erməni izi”nin olduğu istisna edilmir

12:04 Sergey Lavrov: “ABŞ Suriyanı parçalamağa cəhd edir”

11:59 74 yaşlı kişi özünü binadan atdı

11:55 Rafael Ağayev yenə çempion oldu

11:50 Dövlət Komitəsinin sədri dünyasını dəyişdi

11:46 Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

11:41 Amerika Osmanlı yumruğundan çəkindi

11:35 DİN ağır qəzalarla bağlı məlumat yaydı

11:31 Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

11:27 Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

11:23 “Niyə İsa Qəmbər, Pənah Hüseyn, İsgəndər demir ki, kitab yandırmaq yaxşı şey deyil?!”

11:19 “Karqo Şamil”in obyektlərində əməliyyat - Saxlananlar var

11:14 Tahir İmanov: “Qoy Cem Yılmaz gəlib Fərdaya baxsın”

11:10 Yerevandakı PKK terrorçularının tutulması üçün axtarışlar başlayıb

11:05 Yığmamızın hücumçusu Türkiyədə bombardir oldu

11:01 Cavanşir Məmmədova ağır itki

11:00 Azərbaycanda qarşısı alınmaz tendensiya - Xaricə beyin axını

10:57 London Məhkəməsi Beynəlxalq Bankın 3,3 milyardlıq borcu haqda nə qərar verəcək?

10:53 Minsk Qrupunun həmsədrlərinin illik büdcəsi məlum oldu

10:48 Quba-Xınalıq yolunda 4 yerdə qar uçqunu olub

10:43 Abşeronda güclü partlayış: 3 nəfər ağır yaralandı - Foto



CƏMİYYƏT

...

“Lal deputat” dilindən necə tələyə düşdü: Ağalar Vəliyevin MTN qalmaqalı

Tarix 30.01.18, 12:10

Font ölçüsü : - / +
bitmap-img6

Son vaxtlar bir çox deputatlar çıxışlarında yol verdikləri səhvlərlə xalqın qınağına tuş gəldilər


 YAP-çı deputat Astan Şahverdiyevin Rusiyada çalışan həmyerlilərimizi “otxod” adlandırması, ardınca Hadi Rəcəblinin şəhid ailələri və müharibə əlillərinə güzəştlərin əleyhinə çıxış etməsi, həmçinin Hüseynbala Mirələmovun əhaliyə “az yeyin” deməsi ciddi ictimai qınağa tuş gəldi.

 Təbii ki, bu məqamda bir il öncə Məhəmməd Əmin Rəsulzadəni təhqir edən YAP-çı deputat Naqif Həmzəyevi də unutmaq olmaz… Necə deyərlər, bu cür deputatları olan iqtidara heç müxalifət lazım deyil. Onlar mütəmadi olaraq çıxışlarında yol verdikləri bu səhvlərlə həm özlərinin, həm də hakim partiyanın imicinə ciddi şəkildə zərbə vururlar. Təəssüf ki, bəzi deputatlar açıqlamaları, müsahibləri ilə gündəmə gəlsələr də, mətbuata ümumiyyətlə çıxışı olmayan, haqqında barmaqla sayılacaq qədər az yazı çıxan millət vəkilləri də var. Bununla bağlı cumhuriyyet.az bildirir ki, aldığı mandatı layiqincə dəyərləndirməyib hakim komandanın passivinə xal yazan deputatlar siyahısında 97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsindən mandatla mükafatlanmış Ağalar Vəliyev də var.

Qalmaqallı deputat

A.Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində cumhuriyyet.az olaraq apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

“Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”- Ağalar Vəliyev”(Yenicag.az); “Millət vəkili Ağalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?”(miq.az); “Ağalar Vəliyevin biznes gizlinləri, villası və mandat “legitimliyi” – ARAŞDIRMA”(arqument.az); “Deputat Ağalar Vəliyev şirkətində “şpion” axtarır”(liderinfo.az); “Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər…”(bakunews.az); Deputat Ağalar Vəliyev yaralı tankçıya baş çəkib(azpolitika.info); “İcra başçısıyla deputat arasında qalmaqal – 4 hinduşkaya DSK sədri postu?” (aznews.az).

Ağalar Vəliyev susmaq üçün mandat alıb?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Ağalar Vəliyev son 7 il ərzində Milli Məclisin neçə iclasında iştirakı bizim üçün təəssüf ki, qaranlıq qalıb. Lakin cumhuriyyet.az olaraq bizi maraqlandıran məsələlərdən bəzilərinə parlamentimizin stenoqramlarından cavab tapa bilmişik. Yəni, “Azəraqrartikinti” ASC sədrinin parlament müzakirələrində iştirakının statistikasını müəyyənləşdirə bilmişik. Həmin statistikaya diqqət yetirib uyğun nəticəyə gəlmək heç də çətin deyil. Elə buradaca qeyd edək ki, bu açıqlamalarla heç də Ağalar müəllimin işgüzar nüfuzunu aşağılamaq fikrində deyilik. Lakin əlahəzrət həqiqətdən də qaçmaq olmur. Burada söhbət deputatın Azərbaycan parlamentinə sayğısının güzgüsünə çevrilmiş fəaliyyətindən gedir. Milli Məclisin iclaslarında demək olar ki, danışmayan millət vəkilinin sessiya və iclaslarda iştirakının nə mənası var? “Azəraqrartikinti” ASC-nin rəhbəri və onun kimi danişmayan biznesmen deputatlar öz rəhbərliyindəki qurumun işləri ilə məşğul olsa daha yaxşı olmazmı? Bu gün “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin görüləsi o qədər işləri var ki…

Milli Məclisin deputatı Ağalar Vəliyev IV çağırış MM-in 2010-2015-ci illər ərzində keçirilən ümumilikdə 103 iclasından yalnız 2-də danışıb. Dördüncü çağırış MM-in 23 dekabr 2011-ci il tarixli IV sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında müzakirələrdə çıxış edib. Deputat 2-ci çıxışını 12 iyun 2012-ci il tarixli VI növbədənkənar sessiyada Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş) müzakirələrə qatılarkən irad edib. Bundan tam 5 il sonra 2016-cı il dekabrın 7-də biznesmen deputat bir daha “şeytanın qılçını sındıraraq” Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2017-cı ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edib.

Millətin, yoxsa biznesin vəkili?

Qazancı danışmaqdan üstün tutan Ağalar Vəliyev gerçəkdən oliqarx imici formalaşdırmağa nail oldu. Dövlət sifarişləri əsasında ucaltdığı obyektlərlə həm özü ucaldı (ordenlə), oliqarxa çevrildi, həm də özünə milyonlarla manat dəyərində möhtəşəm və dünyada analoqu olmayan saray kompleksi ucaltdı. Unutmayın, bu ucalıqlarda gündə 10-15 manata bir qarnı ac-biri tox qeyri-rəsmi çalışan yüzlərlə, bəlkə də minlərlə qara fəhlənin alın təri var. Vergi orqanlarında və dövlət əmək müfəttişliyində çalışan mütəxəssislər “Azəraqrartikinti” ASC-nin hesabatlarına nəzər saldıqda, bu qurumun dövlət sifarişləri əsasında yerinə yetirdiyi çoxsaylı tikinti və təmir işlərinin belə deyək, bir ovuc inşaatçının əli ilə reallaşdırılmasını az qala möcüzə kimi qəbul ediblər. Əlbəttə. bizə çatan məlumata görə dəfələrlə bu məsələ ilə bağlı Ağalar Vəliyevə ciddi iradlar da olub. Lakin…Buradan da deputatlığın ona nə üçün lazım olduğunu ehtimal etmək çox da çətin deyil. Hər halda, büdcə yeyintilərinin zığ verdiyi işin içindən iş çıxanda millət vəkilliyinin sanbalı ortaya çıxır. “Azəraqrartikinti” ASC-nin sədri belə situasiyalarla az üzləşməyib. Onun dövlət vergi orqanları ilə uzun sürən çəkişmələrini xatırlayın.

O istəsə danışa bilər, amma…

Bütün yuxarıda sadalananlar o nəticəyə əsas vermir ki, A.Vəliyevin siyasi savadı və natiqlik qabilliyyəti çıxış etməyə imkan vermir. Əsla belə deyil. Məsələ burasındadır ki, biznesmen deputatımızın qalmaqallı çıxışları haqda da ilginc iddialar var. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan və deputatın özü tərəfindən rəsmən təkzib olunmayan məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “MTN İşi” ilə bağlı prosesə diqqət edəndə Eldar Mahmudovun və dəstəsinin iş adamları, məmurlarla yanaşı hətta Milli Məclis üzvlərini belə şantaj edərək, onların pulunu almaları faktı üzə çıxmaqdadır. Belə deputatlardan biri də iş adamı kimi tanınan Ağalar Vəliyev olub. “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini tutan, həmçinin, Bakının bir çox məkanlarındakı “Kristal Abşeron” adlandırılan yaşayış binalarını inşa etdirən Ağalar Vəliyev MTN-nin “toruna” 2013-cü ildə düşüb. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ağalar Vəliyev MTN tərəfindən özünün səsyazı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib. Araşdırmamız zamanı Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün “siyasi səhvi” səbəbindən “ilişdiyindən” bu məsələnin arxasına getməkdən imtina edib”.
Məsələ ilə bağlı Ağalar Vəliyevin telefonuna zəng etsək də, dəstəyi qaldırmaması səbəbindən onunla danışa bilmədik.(cumhuriyyet)

Deputatın özünün mövqeyini işıqlandırmağa hazırıq.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

“Azərsun” kredit borcuna görə “Makromart”ın mağazalarını girov götürüb

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru