Bazar, 24 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Komandanı bacardığımız qədər sabahkı oyuna hazırlaya bilmişik“


"Təbii ki, məğlubiyyətdən sonra futbolçularda ruh düşgünlüyü var idi. Amma hamı başa düşür ki, indi səhvlərimiz olarsa, bu məğlubiyyətlər bizi daha çox işləməyə məcbur edəcək"


"Report" xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov iyunun 9-da Riqada Latviya millisi ilə qarşılaşma barədə verdiyi açıqlamada deyib.

Baş məşqçi bildirib ki, futbolçuların hamısının potensialına bələd olmaq üçün hər oyunda dəyişikliklər edilir: "Hamısını ayrı-ayrılıqda tanısam da, bir yerdə işləmək onları mənə daha yaxından tanıdır. Hansısa epizodda futbolçulardan narazı qalsam da, ümumilikdə onlardan razıyam. Çünki onların indi hansı hisslər keçirdiyini də bilirəm".

Onun sözlərinə görə, təcrübə göstərir ki, belə məğlubiyyətlər bəzən baş məşqçiyə kömək edir: "İndi futbolçuların üzərinə çox getmək istəmirəm. Mövsümün sonudur və indiki məqamda istər-istəməz bacarıqlarından tam istifadə edə bilmirlər. Amma onlarla söhbətimiz oldu, hər biri peşəkardır. İstənilən halda, milli komandanın formasında meydana çıxırsansa, hər şeyi yaddan çıxmalı və özünü yaxşı tərəfdən göstərməyə çalışmalısan. Əvvəlki oyunda demək olar, ilk dəqiqələrdə məğlub olduq və bu dəfə həmin səhvləri etməməyə çalışacağıq.

Bacardığımız qədər komandanı oyuna hazırlaya bilmişik və inanıram ki, onlar sabahkı qarşılaşmada özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar".

pia.az
Etiket:
loading...