Xəbər xətti

21 YANVAR

21:35 Tillerson türkiyəli və rusiyalı həmkarı ilə Afrin əməliyyatını müzakirə edib

20:34 Saatlıda polis əməkdaşı bıçaqlanıb

20:23 Nazir: “Araz Ağalarova kömək edərdim, amma qanun buna imkan vermir...”

20:00 Saatlıda ağır qəza olub, ölən və yaralananlar var

19:29 Plastik qabların ziyanı

19:09 Çexiya baş nazirinin deputat toxunulmazlığı ləğv edilib

19:00 Suriyanın Afrin bölgəsindən Türkiyəyə 3 raket atılıb, 1 nəfər ölüb, 32 nəfər yaralanıb

18:39 Türkiyədə qar uçqunu iki hərbçinin ölümünə səbəb olub

18:25 Mahaçqalanın meri həbs edildi

17:52 Rusiya və Azərbaycanın axtardığı şəslər tutulub

17:34 Gəncə sakini avtomobillə azyaşlı övladını vuraraq öldürüb

17:18 Afrin əməliyyatından son xəbər: ilk kənd PYD-nin əlindən alındı

17:02 Türkiyə prezidenti yenidən Ermənistana arxivləri açmağı təklif edib

16:44 Ağdamda bir ailənin 5 üzvü zəhərləndi

16:35 Praqada oteldə yanğın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb - Yenilənib

16:22 Bakının 3 qəsəbəsində su olmayacaq

16:13 Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

15:55 Tillerson Lavrovla Suriyadakı vəziyyəti müzakirə etdi

15:40 Türkiyə Afrində PKK terrorçularının mövqelərinə 153 zərbə endirib

15:33 Telman İsmayılovun “Tropikano“ biznes-mərkəzinə məhkəmə qadağası

15:20 OPEC+ bu gün Vyana sövdələşməsindən çıxmağımüzakirə etmək niyyətində deyil

15:05 Müdafiə Nazirliyi: Bədbəxt hadisə nəticəsində hərbi qulluqçu həlak olub

14:55 Penelope Kruz məşhur təcavüz qalmaqalından danışdı: “Ürəyim parçalandı“

14:40 Azərbaycan XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

14:25 Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb

14:08 “Efirlərə gündə bir sponsor tapan qızlar gələ bilər...“ - Dostəliyeva

14:05 Lənkəranda sakinləri döyməkdə və öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb

13:55 Ağ Ev zənglərə cavab verilməsini dayandırıb

13:42 Türkiyə Rusiya və İranın “Zeytun budağı“ əməliyyatına münasibətinə aydınlıq gətirib

13:37 Bakıda iki nəfər huşsuz vəziyyətdə tapıldı – Biri ölüb

13:10 Sabah hava küləkli, dumanlı olacaq

13:05 "Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq"

12:55 Dəhşətli qətlin təfərrüatları: 19 yaşlı Əmrah mağaza sahibini niyə öldürüb?

12:40 Paris Bakının namizəd olduğu “Expo-2025“ ilə bağlı müraciətini geri götürüb

12:15 Azərbaycanda tütün, qida və içki istehsalı artıb

12:05 Türkiyə tankları Afrinə daxil olub

11:47 Tramp prezidentlik səlahiyyətinin 1 ilinə yekun vurub

11:42 “Hindistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə danışıqları dəstəkləyir“

11:37 Kabildə silahlıların hücumuna məruz qalan oteldən 30 nəfər xilas edilib

11:20 Nyu-Yorkdakı Azadlıq heykəli bağlandı- Bu səbəbdən

11:12 Çaylardakı vəziyyətlə bağlı son məlumat – Sululuq səviyyəsi dəyişib

11:05 Suriya Türkiyənin Afrindəki əməliyyatını pisləyib- Bəyanat

10:50 "ABŞ-ın törətdiyi təxribatlar Afrindəki böhrana səbəb olub"

10:38 Keçmiş səfir “Qalatasaray”ın yeni İdarə Heyətinə üzv seçilib

10:33 Təhsil nazirinin müavini vəzifəsindən azad edilib

10:27 Muradı əsəbiləşdirən hadisə: “Ayıbdır!“

10:22 Türkiyə ərazisinə raket zərbələri endirilib- Suriyadan

10:17 İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi

10:13 ABŞ-ın Kabildəki səfirliyi silahlıların otelə hücum planından məlumatlı olub

10:09 Atəşkəs 120 dəfə pozulub

10:05 “Azərbaycanın PUA-larla erməni mövqelərinə mina zərbələri endirməsi yalan informasiyadır“

20 YANVAR

21:50 Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib

21:38 Füzuli sakini qohumunu güllələyib- DİN-dən açıqlama

21:33 Şamaxıda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

21:20 Rusiya ordusu Suriyanın Afrin rayonunu tərk edib

21:05 Ərdoğanın köməkçisi: Türkiyə təkcə Afrini terrorçulardan təmizləmək niyyətində deyil

20:45 İran XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

20:15 “Səhərə yaxın atam üst-başı qanın içində gəldi“ - Elnarə

20:05 Türkiyə Afrin əməliyyatını başlatdı-“Zeytun budağı” -Video

19:43 Rusiya XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

19:23 32 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb- Yevlaxda

19:13 Türkiyə Baş Qərargahı rəsmi açıqlama yayıb

19:05 “Prezident olsam, 20 martda Ukraynanı işğal edəcəm”

18:40 Türkiyə hərbi aviasiyası Suriyadakı mövqeləri bombalamağa başlayıb

18:27 Göyçayda yol tikintisi zamanı torpaq uçqunu baş verib- Fəhlə ölüb

18:17 “S&P” bu il neftin qiymətinə dair proqnozunu artırıb- 5 dollar

18:10 Dağlıq Qarabağda Ermənistan hərbçisi ağır yaralanıb

17:50 Türkiyə Silahlı Qüvvələri son həftədə 20 terrorçunu zərərsizləşdirib

17:36 Ermənilər Qazaxı atəşə tutub – Mülki təsərrüfata ziyan dəyib

17:25 Donald Tramp:“Hökumətin işini demokratlar dayandırdı“

17:17 Çində dünyanın ən böyük hava təmizləyicisi işə düşüb – Video

17:05 Tərtərdə 20 Yanvar şəhidləri yad edilib

16:42 Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib

16:25 Ermənistan prezidenti Fransaya gedir- İşgüzar səfərə

16:20 Əbdülfəttah əs-Sisi yenidən prezident olmaq istəyir- Namizədliyini irəli sürəcək

16:12 “Azərbaycanla eyni səviyyədə komandayıq“

16:05 Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”

15:53 Millimizin rəqibi heyətini açıqladı

15:40 Suriyada avtomobildə partlayış olub

15:33 Türkiyə Silahlı Qüvvələri terrorçuların Afrindəki mövqelərinə zərbə endirib

15:25 “Piter Elçin”in qardaşını kim öldürtdürüb?

15:14 Rusiyanın Çinə göndərdiyi “S-400” sistemi geri qaytarılıb - Səbəb

15:05 “Qarabağ”ın Türkiyədə ikinci sınağı

14:57 Ukrayna Xarici Kəşfiyyat xidmətinin sabiq rəhbəri: “Ən başlıcası Putinin ətrafıdır”

14:50 Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib

14:38 “Gazprom”: ““Türk axını”nın ikinci xəttinin inşası üçün icazələr alınıb”

14:29 Bakıda avtomobil oğruları yaxalandı

14:21 Sülh Platforması 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib

14:13 Göyçayda yol tikintisi zamanı torpaq uçqunu baş verib, fəhlə ölüb

14:01 20 Yanvarda şəhid olmuş şairin şeirləri

13:52 Ağcabədi sakinindən xeyli sayda silah-sursat tapıldı

13:43 Demokratların Senatdakı lideri Trampı qurumların bağlanmasında ittiham edib

13:37 “Barselona”da növbəti ayrılıq

13:15 Corc Soros ona qarşı olan dövlətlərə meydan oxudu: “Ölənə qədər sizinlə varam”

13:10 Sabah hava necə olacaq?

13:03 Çavuşoğlu İraqa gedir - Əl-Abadi ilə görüşəcək

12:58 İraqda zəlzələ baş verib

12:50 İƏT XİN rəhbərləri Ciddəyə fövqəladə görüşə toplaşır

12:42 Biləsuvarda 20 Yanvar faciəsi ilə əlaqədar ümumrayon tədbiri keçirilib

12:37 Füzuli sakini qohumunu güllələyib

12:30 Türkiyə səfiri: “Şəhidlər Azərbaycanın müstəqilliyinin yolunu açdılar”

12:23 “Apple” “iPhone”un ləngiməsini söndürməyə imkan verəcək

12:16 Tramp üçün bir, dünya üçün səkkiz il...

12:10 Türkiyənin Afrin əməliyyatı və İran: Rəsmi Tehranın susması razılıq işarəsidir

12:04 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edildi

11:57 Gəncə sakinindən narkotik götürülüb

11:51 Ev sahiblərinin əl-ayağını bağlayıb, külli-miqdarda pul apardılar - Şamaxıda

11:46 Azərbaycan nefti 1%-dən çox ucuzlaşıb

11:40 Azərbaycan Ordusunun şəhid olan əsgəri Neftçalada dəfn olundu

11:34 Xəzərin hüquqi statusuna dair işçi qrupunun gələn ay iclası olacaq

11:29 Masazırda körpə altıncı mərtəbədən yıxıldı - Sağ qaldı

11:23 Odessada silahlı insident: 3 nəfər ölüb

11:16 Bakıda mərkəzində yaşayış binasında yanğın söndürülüb

11:11 Ləğv prosesində olan iki banka məxsus 11 avtomobil hərrac yolu ilə satılıb

11:06 Terrorçular Türkiyəyə qarşı çıxmayan dinc sakinlərə atəş açdı - 25 ölü

11:00 Azərbaycan-Rusiya sərhədinin demarkasiyasına dair növbəti görüş keçiriləcək

10:54 Əli Əhmədov: “Qida Təhlükəsizliyi Agentliyi bir neçə aya fəaliyyətə başlayacaq”

10:45 Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

10:40 “WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu

10:35 Ucarda ata və oğlunu bıçaqlayan şəxs tutuldu - Yenilənib



MÜSAHİBƏ

...

“Kimsə tutduğu vəzifədən azad olunursa, onun işində nöqsan var”

Tarix 09.12.17, 13:37

Font ölçüsü : - / +
bitmap-img6


Siyavuş Novruzov: “Biz nəyə görə seçilmiş prezidentin səlahiyyət müddətini azaltmalıyıq?”


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibə verib. 

Növbədənkənar prezident seçkiləri, iki nazirlə bağlı prezidentin verdiyi sərəncam və digər mövzuları əhatə edən söhbətimizi diqqətinizə çatdırırıq:

- Siyavuş bəy, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik ediləcək. Yeni qaydalara görə, növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək. Bu dəyişiklik bəzi uzaqgedən fikirlərin ortaya çıxmasına səbəb olub. Siz bununla bağlı nə deyə bilərsiniz?

- Azərbaycanda seçki müddəti elə 60 gün idi. Ümumilikdə  müddətlərin azaldılmasından söhbət gedir. Bizdə əvvəl 4 aylıq müddət var idi. Hazırda bizdə seçki müddəti 2 aydırsa, digər müddətlər də ona uyğunlaşdırılmalıdır. Bu da sadəcə uyğunlaşdırma məsələsidir. Bizdə əvvəl 4 aylıq müddət var idi. Bu, bir prosedur qaydadır, Məcəllənin təkmilləşdirilməsidir.

- Deputat həmkarınız Zahid Orucun 2018-ci il prezident seçkilərinin 7 ay önə çəkilməsi barədə təklifi rezonans doğurdu. Düzdür, siz Konstitusiyaya istinad edərək məsələyə münasibət bildirmisiniz.  Amma bir məsələ var ki, budəfəki prezident 7 illik seçiləcəyi üçün 2025-ci ildə prezident və parlament seçkiləri üst-üstə düşəcək. Bu məsələ necə tənzimlənəcək?

- O zaman seçkilər eyni ilə düşə bilər. Bilirsiniz ki, hər bir seçkinin öz müddəti var. Təbii ki, hər bir deputat bu məsələyə öz fikrini bildirə, öz şərhini verə, başqa ölkələrin təcrübəsini xatırlada bilər. Amma ümumilikdə istər referendumun keçirilməsi zamanı, istərsə də sonrakı dövrlərdə konstitusiyamıza uyğun şəkildə o müddətlər öz əksini tapıb və Seçki Məcəlləsində təsbit olunub. Məsələn, Seçki Məcəlləsində 100-cü və 101-ci maddələrə istinadən göstərilib ki, Azərbaycan Respublikasında prezident seçkiləri müddət başa çatdıqdan sonra oktyabr ayının üçüncü həftəsinin 3-cü gününə təyin olunur. Yəni müddət, gün, vaxt hamısı dəqiq göstərilib. Sadəcə Seçki Məcəlləsində bir norma var, bu da günlə əlaqədar ola bilər. Yəni müəyyən məsələlər üst-üstə düşdükdə, yaxud seçki günü bayram gününə təsadüf etdikdə vaxt dəyişdirilə bilər. Burada da çox yox, bir neçə gündən söhbət gedir. Deyək ki, oktyabrda prezident, noyabrda isə parlament seçkiləridir. O da iki mərhələdən sonra ola bilər. Zərurət yaranarsa, MSK qərar qəbul edib müddəti bir balaca uzada bilər. Yaxud da Ukrayna, Rusiya, Türkiyə təcrübəsindən görürük ki, bir neçə seçki eyni vaxta düşür. Məsələn, Ukraynada həm parlament seçkiləri, həm şəhər merinin seçkiləri, həm yerli seçkilər olur.

- Azərbaycanda da maliyyə vəsaitinə qənaət edilməsi baxımından faydalı olan bu ənənə tətbiq oluna bilərmi?

- Həm vaxta, həm vəsaitlərə qənaət baxımından buna gedilə bilər. Azərbaycanda 3 il dalbadal seçkilər keçirilir. Özü də burada elə bir problem yoxdur, kim kimi istəyirsə, gəlib səs verəcək. Bir yox, iki bülletenə səs verəcək, birində prezidentliyə, digərində deputatlığa namizədə. Azərbaycanda majoritar qaydada seçkidir, orada bir namizədə səs verilir, orada siyahı üzrə partiyaların namizədinə səs verilmir. Ona görə də burada elə bir ciddi problem yoxdur ki, bunu əsas götürüb qanuni, seçki yolu ilə seçilmiş prezidentin səlahiyyət müddəti azaldılsın. Özü də nə az, nə çox 5-6 ay müddətində. Bu, elə ən böyük hüquq pozuntusudur. Prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra növbəti seçkilər keçirilir. Belə olan tərzdə biz nəyə görə seçilmiş prezidentin səlahiyyət müddətini azaltmalıyıq?

“Əgər deputatların səlahiyyət müddəti uzadılmalıdırsa, onda mütləq referendum keçirilməlidir”

- Bəs, deputatların səlahiyyət müddəti də artırıla bilərmi?

- Konstitusiyaya görə bu müddət 5 illik nəzərdə tutulur. Əgər deputatların səlahiyyət müddəti uzadılmalıdırsa, onda mütləq referendum keçirilməlidir.

- Bu məsələ hakim partiyada müzakirələr aparılırmı?

- Yox, məsələ müzakirə olunmayıb. Adətən, parlamentarların səlahiyyət müddəti 4 və 5 illik olur. Amma prezidentlərin səlahiyyət müddətinə gəldikdə, 4 də var, 5 də, 6 da, 7 də, 8 də. Dünyada bu təcrübə mövcuddur. Biz dünya təcrübəsinə uyğun olaraq bu məsələni referenduma çıxartdıq. 30-dan artıq ölkədə 7 illik müddət mövcuddur. Bu, həm seçki prosedura, həm beş ildən bir qarşıya qoyduğu planların həyata keçirilməsi ilə əlaqədardır. Elə bir planlar var ki, 5 il bəs eləmir, buna 6-7 il vaxt tələb olunur.

- Siyavuş bəy, hakim partiyanın prezidentliyə növbəti namizədinin kim olacağı ilə bağlı gedən müzakirələrdə iki şəxsin adı çəkilir - Prezidentin və Birinci vitse-prezidentin. Aydın məsələdir ki, qərar YAP-ın qurultayında veriləcək. Bəs, indiki an üçün bu barədə nə deyə bilərsiniz?

- Bu, nə mənim, nə həmkarlarımın, yaxud digər insanların səlahiyyətinə aid məsələ deyil. Bu, partiyanın rəhbər orqanının, qurultayın səlahiyyətinə daxildir, bir də sədrin özünün arzu-istəyinə bağlı məsələdir...

- Müzakirə mövzusu olan əsas məsələlərdən biri də iki nazirlə bağlı prezident sərəncamıdır. Sabiq nazir Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı yəqin ki, siz daha çox məlumatlısınız...

- Bunlar cənab prezidentin səlahiyyətinə daxil olan məsələdir. Prezident ali icra hakimiyyətinin rəhbəridir. Ali icra hakimiyyətinin rəhbəri olaraq da hansı sahədə nöqsan varsa, o nöqsanların aradan qaldırılması üçün müvafiq dəyişikliklər edir, hansı sahədə kim yaxşı işləyirsə, onun vəzifədə irəli çəkir, başqa vəzifəyə təyin edir. Yəni bu, sırf dövlət strukturunda olan islahatlardır və hər bir şəxsin bu vəzifəyə hansı dərəcədə əməl etməsidir. Burada hər hansı bir siyasi qərar, siyasi baxış yoxdur. Bu, sırf icra mexanizmi ilə əlaqədar olan məsələdir.

- Parlament müzakirələri zamanı sahibkarların Gürcüstana yatırım qoymasından danışılmışdı, biznesini ölkədən çıxaranlardan bəhs olunmuşdu, vergilər sistemi ilə bağlı da tənqidlər vaxtaşırı səslənirdi. Administrasiya rəhbəri Ramiz Mehdiyevin də Fazil Məmmədovun fəaliyyətini tənqid etməsi göstərdi ki, prezidentin qərarı heç də sabiq nazirin səhhəti ilə bağlı deyil. Razılaşırsınız?

- Təbii ki, hər kimsə tutduğu dövlət postundan azad olunursa, deməli, onun işində nöqsan var. Yoxsa nöqsan olmayan yerdə insanı niyə işdən azad edirlər ki? Cənab prezident harada nöqsan varsa, oranı görür, aidiyyəti qurumlar da məlumat verir və bunun nəticəsi olaraq da lazımi qərarları qəbul edir. O cümlədən bununla əlaqədar sahibkarların müxtəlif müraciətləri, Milli Məclisin deputatlarının çıxışları olmuşdu. Buna da cənab prezident tərəfindən reaksiya verildi. 

 - Keçmiş təhsil naziri Mikayıl Cabbarovun vergi sisteminin rəhbərliyinə gətirilməsindən nələr gözləyirsiniz?

- Bu məsələ də cənab prezidentin səlahiyyətinə aiddir. Mikayıl Cabbarov təhsil sahəsində xeyli islahatlar apardı, cənab prezidentin etimadını doğrultdu. İndi də Vergilər Nazirliyinə təyin olunub, hesab edirəm ki, o sahədə də cənab prezidentin etimadını doğruldacaq.

- YAP-ın gənc kadrlarının vəzifə təyinatları almaması da suallar doğurur. Bu məsələ partiya daxilində müzakirə mövzusu olurmu?

- Partiyadakı kadrlar daim irəli çəkilir, həm gənclər, həm orta, həm yaşlı nəslin nümayəndələri. Elə bu yaxınlarda cənab prezident tərəfindən partiya qurucuları təltif olundu, həm “91-lər”, həm Siyasi Şura üzvləri təltif edildilər. Yəni mütəmadi şəkildə partiya diqqət mərkəzindədir və kadrlarımızdan yerli, dövlət strukturlarında və seçkili orqanlarda daim istifadə olunur. Bu gün Milli Məclisdə YAP-ı təmsil edən 71 deputatımız var. Həmçinin baş nazirin müavinlərinin 4-ü, parlament rəhbəri, sədr müavinləri, komitə sədrlərinin bir çoxu YAP-ın Siyasi Şurasının üzvləridir və s.

- Amma YAP-ın rəhbərliyində təmsil olunsanız da, nədənsə vəzifə təyinatında yer almırsınız. Bunun səbəbi nədir?

- Vallah, mən burada partiya işi ilə əlaqədar fəaliyyət göstərirəm. Həm partiyada, həm də Milli Məclisdə partiyamızı təmsil edirəm. İşləyirik, çalışırıq. Mənim kifayət qədər vəzifələrim var. Amma icra strukturunun səlahiyyəti cənab prezidentə məxsusdur. Cənab prezident kimi məsləhət bilirsə, onu da təyin edir. (musavat.com)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Tramp prezidentlik səlahiyyətinin 1 ilinə yekun vurub

bitmap-img3

Rakurs

Ağciyər İnstitutunda budama əməliyyatında Oqtay Şirəliyev faktoru: Gənc kadrlar niyə hədəfdədir?

bitmap-img3

Seçmələr

Fazil Məmmədovun Ukraynada mülkləri üzə çıxdı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru