Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Keşlə”nin Avroliqa oyununun stadionu və başlama saatı dəyişdirilib


“Keşlə”nin Maltada “Baltsan”la keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu və başlama saatı dəyişib


“Report”un məlumatına görə, iyulun 12-də Ta Qali şəhərindəki “Centenary” stadionunda keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.

Daha əvvəl “Baltsan” – “Keşlə” matçının Ta Qalidəki 17 min tamaşaçı tutumuna malik Milli Stadionda keçiriləcəyi açıqlanmışdı. Həmin arenanın yaxınlığında yerləşən süni örtüklü “Centenary” stadionu isə 3000 nəfərlikdir.

Azərbaycanın digər təmsilçilərindən “Qəbələ” iyulun 12-də eyni saatda öz meydanında Lüksemburq “Proqres”ini qəbul edəcək. “Neftçi” isə saat 21:00-da “Dalğa Arena”da Macarıstan “Uypeşt”ini sınağa çəkəcək.

pia.az
Etiket:
loading...