Çərşənbə axşamı, 22 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Kəpəz”in oyununda əlbəyaxa dava


Antalyada təlim-məşq toplanışında olan “Kəpəz”in bu gün Polşanın “Yagelloniya” klubu ilə yoxlama görüşündə qalmaqal baş verib


43-cü dəqiqədə, hesab 7:0 polşalıların xeyrinə olarkən “Kəpəz”in futbolçusu Tərzin Cahangirovla rəqib oyunçu arasında əvvəlcə mübahisə, sonra isə əlbəyaxa dava olub. Sonra davaya komandaları digər futbolçuları da qoşulublar.

Nəticədə Gəncə klubu oyunu davam etdirməkdən imtina edib. Hakimlər isə bundan sonra oyunun dayandırdığını və vaxtından əvvəl başa çatdığını elan ediblər. Lakin sonradan "Kəpəz" fikrini dəyişib və matçı davam etdirmək qərarı verib. Bu səbəbdən tərəflər birinci hissə yekunlaşmadan fasiləyə gediblər. Oyun fasilədən sonra, ikinci hissədən bərpa olunacaq. (qol.az)

pia.az
Etiket:
loading...