Xəbər xətti

22 MAY

21:03 İbrahimoviç ABŞ-da ilk qırmızı vərəqəsini aldı

20:55 Prezident yol polisləri ilə bağlı sərəncam imzaladı

20:47 Məleykə Abbaszadədən abituriyentlərə xəbərdarlıq

20:36 “Kataloniya üsyanı”na Rusiyanın müdaxiləsi təsdiqlənib

20:24 Şimali Kipr türk lirəsindən imtina edir

20:12 Kredit ittifaqları bir-brinin ardınca niyə ləğv edilir?

20:05 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

20:01 Pakistanda son 4 gündə 65 nəfər istidən ölüb

19:55 Kürdəmirdə avtomobil aşdı: yaralılar var

19:51 TAP-a qarşı çıxanlar İtaliyada hökumət formalaşdırır

19:47 Ulduz futbolçu Kəbəni ziyarət etdi

19:42 ABŞ-da marixuana çəkənlər həbs olunmayacaq

19:38 Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq

19:33 Ələtdə Azərbaycan-Çin sənaye şəhərciyi salınacaq

19:27 İsrail beynəlxalq məhkəməyə veriləcək

19:23 DİM: Abituriyentlərdən 648 nəfəri imtahanda iştirak etməyib

19:18 Ərdoğan Fələstin liderinə zəng etdi

19:14 İran prezidenti İlham Əliyevi təbrik etdi

19:11 Qətərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu

19:06 Qabonun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

19:03 DİM: 28 nəfərin imtahan nəticələri ləğv edilib

18:59 Bakıda əl qumbarası tapılıb

18:55 İlham Əliyev sərəncam imzaladı

18:50 Goranboya 2 milyon manat ayrıldı

18:45 Böyük Britaniya Kraliçasından İlham Əliyevə təbrik

18:41 İlham Əliyevdən əmisi ilə bağlı sərəncam

18:37 Neft bahalaşır

18:33 Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən İlham Əliyevə təbrik

18:29 ABŞ-Şimali Koreya danışıqları pozula bilər

18:25 Bakıdakı partlayışa görə vəzifəli qardaşlar həb edildi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:17 Çavuşoğlu: “İsrail etdiklərinə görə hesab verəcək”

18:12 Sabah bu ərazilərdə qaz olmayacaq

18:08 ““Şimal axını-2” layihəsi dayandırılmalıdır”

18:04 “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

18:00 Pakistanda şiddətli istilər - 65 ölü

17:56 “Dəniz Səki başqası ilə eşq yaşayırdı” – Keçmiş nişanlısı

17:52 İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı

17:48 Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək

17:43 Rəngli sular zob yaradır

17:38 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:33 Putin Venesuela prezidentinə yardım əli uzatdı

17:28 Milli Məclisin sonuncu plenar iclasının gündəliyi müəyyənləşib

17:23 Jirinovskidən ilginc təklif

17:16 Avropaya qaçmış Xalid ibn Fərhan əmilərini çevrilişə niyə təhrik edir?

17:11 “Azərbaycan hekayələri” kitabı Londonda

17:06 Dağıstanda bəzi şəhər və kəndlər su altında qalıb

17:01 MN zabitlərin yol qəzasında ölməsi barədə məlumatlara aydınlıq gətirib

16:56 “Vicdan haqqı” finala hazırlaşır

16:51 “Təhsil haqqında” qanuna dəyişikliklər edilir

16:47 Ciddədə təyyarə sərt eniş etdi - Yaralılar var

16:41 İran-ABŞ qarşıdurması: Regionda daha bir Suriyanın yaranma ehtimalı var?

16:36 DİM I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb

16:30 ETSN Daşkəsəndə reyd keçirib

16:25 Serbiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

16:20 “Bakcell” karyera sərgisinə qatılıb

16:15 “Azərbaycanda son 5 ildə əllilərin sayı 100 000 nəfər artıb”

16:10 Beyləqanda ağır qəza - hərbi qulluqçu həlak oldu

16:03 “Putinin adamları” İtalyada hökumət formalaşdırır

15:56 “Vergilər Nazirliyi indi adam balası kimi işləyir...” - Cavid Qurbanov

15:51 “Bu sektorun imici o qədər korlanıb ki...”

15:46 Navalnını dəstəkləyən Yekatrinburq meri istefa verdi

15:40 Marinski teatrında kütləvi zəhərlənmə

15:33 “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı heç bir razılaşma yoxdur”

15:28 Azərbaycan-Serbiya işgüzar görüşü keçirildi

15:23 Qoy sertifikasiya olsun, təki bu məsələyə bir son qoyulsun...

15:16 Gürcüstanın Azərbaycana qarşı xəyanəti...

15:11 Qrizmann qərar verməkdə çətinlik çəkir

15:06 “Ermənistanla danışıq aparması Azərbaycanın ən böyük güzəştidir”

15:01 “Mətanət İsgəndərli oxumasa yaxşıdır”

14:55 Fələstin İsraili beynəlxalq məhkəməyə verib

14:50 Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olunub

14:45 ABŞ Kim-ə bu xəbərdarlığı etdi: “Səni də Qəzzafinin gününə salarıq”

14:40 Paşinyan və Sarkisyan Gürcüstana gedir

14:35 DİM vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib

14:30 Boru xətti tankın lüləsinə çevriləndə...

14:25 Rusiyada əks-sanksiyalar haqqında qanun qəbul edildi

13:58 Traktor aşdı: ağır yaralılar var

13:54 Rusiya və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

13:49 Azərbaycan beynəlxalq ədəbiyyat festivalında – İlk dəfə

13:44 Lənkəranda adı “Qırmızı kitab”a düşən kəpənək aşkar edilib

13:39 Ərli qadınların yubkasında əxlaq axtaran Manaf Ağayev

13:34 Maştağa sakini özünü asdı

13:29 Gizem Karaca məhkəmənin qərarına etiraz edib

13:24 “Dərman mafiyası işi”: Gömrük hospitalının iranlı həkimi həbs olundu

13:20 Dövlət qulluğuna qəbul üçün müsahibə elan edildi

13:16 Qəbul imtahanında ilk: DİM cavabın səhv olduğunu açıqladı

13:12 Şəhid əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olunub

13:04 “İclasımızda Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin olunacağına ümid edirəm”

12:59 XİN-də geniş tərkibli iclas keçirilib

12:54 Putin SSRİ-ni sarsıdan 1991-ci ilin avqust qiyamından danışdı

12:49 “Ödənişlərin az olması vergi siyasətinin sərtləşdirilməsini tələb edir”

12:44 Sabah hava necə olacaq?

12:40 Məşhur müğənni xəstəxanaya yerləşdirildi

12:35 Azərbaycan: İran, ABŞ və İsrail arasında

12:30 “Arsenal”ın yeni baş məşqçisinin adı məlum oldu

12:26 “Azərbaycanla konstruktiv əməkdaşlıq üçün kifayət qədər resursumuz var”

12:22 Bakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

12:17 “İqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib”

12:13 AXC-nin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

12:08 Özünü lallığa vurub casusluq edən azərbaycanlı

12:04 Monqolustanın baş naziri Rusiya səfərindən imtina etdi

11:59 Ərə getməyə hazırlaşan aktrisa son qərarını verdi

11:55 Trampın “tvit”lərində davamlı səhvlərin sirri açıldı

11:50 Ekspert: “Yeni nazir quzunu qucağında tutmaqla ilk addım atıb?”

11:46 Azərbaycanda xarici şirkətlərin və sahibkarların hesabları yoxlanılacaq

11:41 Ağcabədidə nəvə babasının evindən oğurluq edib

11:36 Abramoviçdən gəlirlərinin qanuni olmasının sübutu tələb olundu

11:31 Büdcənin icrası barədə illik hesabat Milli Məclisdə müzakirə ediləcək

11:27 Rusiya avtomobillərinin istehsalı dayandırılır

11:23 Beren Saat və Kənan Doğulu ayrılıb?

11:18 Naxçıvan əhalisinin sayı açıqlanıb

11:14 İki qırmızı vərəqə alan yeganə oyunçu

11:09 Bişkek meri: “Köhnə paltar geyib, saqqal taxıb şəhərdə gəzirəm”

11:05 Qəzalı binalar sökülən zaman toz normadan artıq olub - Nazirlik

11:01 Əfqanıstanda terrorçularla qarşıdurmada 20 polis əməkdaşı həlak olub

10:57 Təranə Qumral məhkəməyə çıxarılacaq

10:53 Bakıdakı dəhşətli partlayışa görə vəzifəli şəxs həbs edildi

10:49 London Rusiyanın “çirkli pulları” ilə bağlı hesabat yaydı



GÜNDƏM

...

“Kabinetində 4 nömrəli hökumət telefonu var…” – Məşhur iş adamına qarşı yeni ittihamlar

Tarix 19.12.17, 13:24

Font ölçüsü : - / +
bitmap-img6

Əmlak Komitəsi “Qorqud” oteli və “Atlas” klinikasının yerləşdikləri binaları boşaltdırır


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Şərq” bazarının ardından bu kompleksə daxil olan keçmiş “Şərq” otelinin (Hazırda “Qorqud” oteli”) və “Atlas” klinikasının yerləşdiyi tikilinin boşaldılması haqda icarədar Heydər Əliyevə (“Bala Heydər”) xəbərdarlıq məktubu göndərib. 

Bu barədə “AzPolitika.info”ya məlumatlı mənbə bildirib.

Xatırladaq ki, qalmaqallı iş adamı kimi tanınan Heydər Əliyev, 1997-ci ildə “Şərq bazarı” kompleksini, o cümlədən bu kompleksə daxil olan “Şərq oteli”ni 50 il müddətinə dövlətdən icarəyə götürüb. Lakin bir neçə ay əvvəl onunla müqavilə pozulub və ƏMDK bazarı başqa bir şəxsə icarəyə verib. H.Əliyev bazarı təhvil versə də, “Atlas” klinikasının yerləşdiyi hissəni və “Şərq” otelinin binasını boşaltmaqdan imtina edib. Məlumata görə, ƏMDK kompleksi tam şəkildə boşaltması və 20 illik ödənməyən icarəhaqqının dövlətə ödənməsi üçün Heydər Əliyevə sonuncu rəsmi xəbərdarlığını edib. Çox böyük ehtimalla, Komitə bundan sonra məhkəməyə müraciət edəcək.

Bu arada isə, “AzPolitika”nın 11 noyabr tarixli buraxılışında “Hansı daşı qaldırsan, altında Bala Heydər çıxır” sərlövhəli yazının dərc olunmasından sonra (Tənqidi yazı redaksiyamıza “Qorqud Holdinq”in prezidenti Heydər Əliyevin (Bala Heydər) “qanunsuz və insafsız əməllərindən, böhtançılığından zərər çəkən insanların harayı” qeydi ilə daxil olmuş məktub əsasında hazırlanmışdı-red.) bir xeyli adam redaksiyamızla əlaqə saxlayaraq, Heydər Əliyevdən şikayətini bildirib.

Belələrindən biri də bir vaxtlar “Atlas” klinikasında kadrlar şöbəsinin müdiri işləmiş Ələkbərov Elşən Etibar oğludur. E.Ələkbərov müraciətində bildirib: “Mən Heydər Əliyevlə işləyərkən, günlərin bir günü o məni otağına çağırdı və məndən klinikada USM həkimləri işləyən Fərəcov Azər Tofiq oğlunun və Eynalov Cəbrayıl Əmirulla oğlunun şəxsi işlərini və onlarla bağlanmış birgə tibb müqavilələrini tələb etdi. Mən müqavilələri ona çatdırdım və ertəsi gün sənədləri ondan geri alanda baxdım ki, o, hər iki müqaviləni öz mənafeyi naminə saxtalaşdırmışdır. Mən dərhal onun kabinetinə getdim və onun vəzifə saxtakarlığına öz ciddi etirazımı bildirdim.

Heydər Əliyev elə həmin günü məni işimdən uşaqlaşdırdı və bir neçə gündən sonra evimə zəng edərək, mənim əxlaqıma, ailə tərbiyəmə uyğun olmayan qarayaxmalarla mənim ailəmi dağıtdı. Qoy, oxucularınız özləri mühakimə etsinlər ki, 7 dəfə Həcc ziyarətində olan, ömrünün qürub çağlarını yaşayan 70 yaşlı Azərbaycan kişisinə bu hərəkət yaraşardımı?
Günlərin birində bir nəfər molladan soruşur ki, molla əmi, xalanı almaq olar? Molla, buyurur ki, xeyr, olmaz!

Sual verən şəxs bildirir ki, molla əmi, mən xalamı aldım, oldu!
Görünən budur ki, Bala Heydərə hər şey olar! Şərləmək də, böhtan atmaq da, qara yaxmaq da, insanları ölümə, həbslə hədələmək də…”

Elşən Ələkbərov daha sonra qeyd etdi ki, 2014-cü ildə Səhiyyə Nazirliyi “Atlas” klinikasını “baş alıb gedən özbaşınalıqlara” görə qapatmışdı. “Həmin vaxtlar klinikada hüquqşünas işləyən Tofiq İsmayılovun ciddi səyləri sayəsində nazir Oqtay Şirəliyev klinikanın fəaliyyətini yenidən bərpa etdi. Lakin Tofiq İsmayılov Bala Heydərdən “Sağ ol” eşitmək əvəzinə işini itirdi və 13 aylıq əmək haqqısını ala bilmədi. Hələ bu azmış kimi, Bala Heydər onu “Bizim yol” qəzetindəki müsahibəsində təhqir etməkdən də çəkinmədi”.

Adının çəkilməsini istəməyən bir başqa mənbə isə bildirib ki, Heydər Əliyev öz tabeliyində olan işçiləri aldadır, qara yaxır, hakim dairələrdəki nüfuzlu rəhbərlərin adından, nüfuzundan istifadə edərək insanları həbslə hədələyir: “Öldütdürərəm, qanını batızdıraram”, “qollarına qandal vurduraram”, “cibindən narkotik vasitə, silah-sursat çıxartdıraram” tipli hədələr onun leksikonunun “bəzəyidir”, təmiz, saf adamlara “narkoman”, “qumarbaz” damğası vurmaqdan çəkinmir.

“Heydər Əliyev neçə illər öncə kiminsə adından istifadə edərək, ofisinə 4 nömrəli hökumət telefonu çəkdirib və bu telefon vasitəsilə nazirlərə, komitə sədrlərinə zənglər edir, lazım gələndə onlara hətta göstərişlər verməyə belə cəhd edir. Onun hökumət telefonundan qanunsuz istifadə etməsi barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə dəfələrlə məlumatlar ötürülsə də, heç bir tədbir görülmür”.

Uzun illər “Qorqud” holdinqdə çalışmış bir başqa mənbə isə bildirir ki, bir dəfə əməkhaqqı yubandığına görə Heydər Əliyevin qəbuluna gedib, neçə ayların yığılıb qalmış maaşını istəyib. “Heydər ayağa qalxdı və başını divara, qapıya çırpmağa başladı, saçını yoldu, özünə xəsarət yetirmək istədi. Mən onda anladım ki, bu adam necə təhlükəlidir. Onunla işləməyə dəyməz, istənilən çirkin əməli gözləmək mümkündür. Həmçinin, onun aktyorluq peşəsini seçməməsinə də çox heyfsləndim…”

Mənbə bildirir ki, Heydər Əliyev dövlətin vergisindən yayınmaq üçün tabeliyindəki personalı əmrsiz, müqaviləsiz işlədir, bilərəkdən klinikada çalışan həkimlərlə birgə tibb müqaviləsi tərtib etmir, onların əmək hüquqlarını tapdayır, ən sonda işçilərin aylarla yığılıb qalmış maaşlarını vermir. Məsələn, “Atlas” klinikasının maliyyə direktoru işləmiş Həsənova Rahilə Qazıxan qızı neçə müddətdir 8 aylıq maaşını və bir ay müddətinə ona borc verdiyi 30.000 ABŞ dolları pulunu ala bilmir: “Rahilə xanımın müraciəti əsasında əmək müfəttişliyi klinikanı 20.000 manat cərimə etmişdi. Lakin Heydər həmin cəriməni də vermir. Klinikada USM həkimi işləmiş Cəbrayıl Eynalov da 8500 manat əməkhaqqısını ala bilmir. Bu siyahını 50-yə çatdırmaq olar…

Bala Heydər bir vaxtlar iddia edirdi ki, icarəsində olan “Şərq Bazarı”nda alış-verişin canlanması naminə bazarın qarşısından keçən avtobus marşrutlarının sayının artırılması üçün Nəqliyyat Departamentinin rəisi vəzifəsində işləmiş Zamin Məmmədova 40.000 manat rüşvət vermişdir.
Əsl həqiqətdə isə Heydər nə Zamin Məmmədovu tanıyır, nə də “pul verdiyi” zamanı, vaxtı xatırlayır…”

Mənbə deyir ki, Sovetlər dövründə müxtəlif vəzifələrdə işləyən Heydər Əliyev, SSRİ-nin süqutundan sonra xalq hərəkatı baş qaldıranda AXC fəalı kimi cəbhəçi bəylərin önündə gedir, yüksək vəzifə gözləyirdi: “O, həmişə formaca iqtidar, məzmunca müxalifətçi olub. Heç çox da uzağa getməyəək: Ölkə başçısının təşəbbüsü ilə “Sovetski” adlanan xarabazarlığı xatırladan yaşayış massivində ötən əsrlərdən qalan birmərtəbəli evlər sökülərək yerində ən müasir evlərin tikintisi və park salınması nəzərdə tutulurdu.
Adıçəkilən ərazidə sahiblərinin razılığı ilə bütün evləri sökmək mümkün olduğu halda, Bala Heydərə məxsus evi sökmək çox müşkül bir problemə çevrilmişdi. Ən sonda onun evi sökülən günü o, tabeliyində olan bütün işçiləri əraziyə cəlb edərək, polislə qarşıdurma yaratmışdı… (Ünvan: Z.Adıgözəlov küçəsi 50)”

oqtayHəmsöhbətimiz sonda üzünü Səhiyyə naziri Oqtay Şirəliyevə tutaraq, soruşur: “Hörmətli Nazir, həqiqət naminə qeyd edilməlidir ki, hazırda istər Bakıda, istərsə də bölgələrdə ən müasir tibb avadanlıqları ilə təchiz olunmuş özəl səhiyyə müəssisələri insanların sağlamlığı keşiyində durur.
Lakin keçmiş Sovetlər dövründəki ucqar kənd xəstəxanalarını xatırladan, heç bir müasir tibb avadanlığı mövcud olmayan, fantastik qiymətləri ilə tanınan, qeyri-standart bazar kümbəzlərində fəaliyyət göstərən və bütün pasiyentləri qiymətinə və xidmətinə görə narazı salan “Atlas” klinikası barədə niyə ölçü götürmürsünüz?

Axı Sizdə məlumatlar da var ki, “Atlas” klinikasında özbaşınalıq, qanun pozuntuları baş alıb gedir. Bura yeganə tibb müəssisəsidir ki, 2 kassa fəaliyyət göstərir. Kassanın biri Əliyev Heydərə, digəri isə onunla bərabər işləyən oğlu Nihad Əliyevə məxsusdur. Onlar arasında pul üstündə vaxtaşırı qarşıdurma yaranır, klinikaya təşrif buyuran xəstələr və klinikanın kollektivi isə maraqlı tamaşanı seyr edirlər.

2014-cü ilin dekabr ayında qeyd edilən bu kimi qüsurlara görə “Atlas”-ın fəaliyyəti tərəfinizdən dayandırılmışdı. Lakin təxminən ay yarımdan sonra klinikanın fəaliyyətinin yenidən bərpası bir çox müəmmalı şübhələrə güman yaradır…”

Barəsində səsləndirilən bu ittihamlarla bağlı Heydər Əliyevə ünvanladığımız yazılı sorğu cavabsız qaldı. Bununla belə, onun mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

Bakının abadlığı adı altında büdcə talanı! – “Bakı Abadlıq Xidməti” MMC milyonlarla dolları göyə sovurur

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru