Xəbər xətti

25 İYUL

0:58 Akif Nağı: “Mənə Alim Qasımovdan sual vermə”

0:44 Terrorçular bank kartı ilə maaş alacaq

0:38 Ətin xarab olduğunu göstərən əlamətlər

0:26 ““Qarabağ” çox güclü komandadır”

0:12 Suriyada atəşkəs elan edilən bölgələrin sayı artır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

24 İYUL

23:55 Ağdamda 7 yaşlı uşağı it dişləyib

23:48 “Azərbaycan yük daşınmaları sahəsində mühüm ölkədir”

23:32 Sabiq bankir axtarışa verildi

23:24 Eks-mer ABŞ-ın baş prokuroru ola bilər

23:16 “Onlara şahzadə Diananın kim olduğunu mən öyrədirəm”

23:04 Rusiyada şaxtada parlayış baş verib

22:58 Nazir: “Bu layihələrin uğurlu nəticəsini görəcəyik”

22:42 Kosmik hotel layihəsi təqdim olunub

22:38 Ötən gün 74 cinayət faktı qeydə alınıb

22:24 Xaçmazda 8 yaşlı uşağı maşın vurdu

22:11 Şura daha 9 QHT-yə maliyyə ayırdı

22:06 İŞİD-in hərbi naziri öldürüldü

21:59 Yardımlıda yeni tarixi abidələr aşkarlanıb

21:46 Ən bahalı və ən ucuz ixtisaslar – Siyahı

21:33 İraq Rusiyadan kömək istədi

21:27 Avropa çempionatının biletləri satışa çıxarıldı

21:13 Füzulidə mina tapılıb

21:09 Bərdə sakini arvadını öldürüb intihar etdi

20:56 Bakıda 4-cü kurs tələbəsi həlak olub

20:42 Nəzir qutularında şəffaflığı necə təmin edək?

20:38 Yaqub Zurufçu: “Ququş hər zaman özünü fars adlandırıb”

20:26 Sabahın məzənnəsi

20:13 Şimali Koreya pivə festivalının keçirilməsini dayandırıb

20:01 Rau: “Türkiyə xalqının işinə qarışmaq lazım deyil”

19:56 Yanacaqdoldurma məntəqələri yeni ödəniş sisteminə keçir

19:51 Səyyar “ASAN” xidmət Siyəzəndə vətəndaşlara xidmət göstərəcək

19:47 Azərbaycan tennisçisi Avropa çempionu adını qazandı

19:42 Bakıda marşrut avtobusu qəza törədib

19:37 Üç Türkiyə vətəndaşı Azərbaycanı beynəlxalq məhkəməyə verib

19:34 “İlham Əliyev Putinlə görüşdə mövqeyini prinsipial şəkildə ortaya qoyub”

19:30 Məmmədyarov Macarıstan parlamentinin rəsmi şəxsləri ilə görüşüb

19:26 “Azərbaycan bayrağına toxunanın ciyərini sökərəm”

19:23 Sumqayıtda gəlin 3 uşağını atıb Türkiyəyə qaçdı

19:19 “Yeni sanksiyalar “Şimal axını 2” layihəsinə zərər vura bilər”

19:15 Azərbaycanlılar Türkiyədə 333 daşınmaz əmlak alıb

19:11 Partlayışda ölənlərin sayı 28 nəfərə çatdı

19:06 Azercell pulsuz “Coding Kids - Summer IT School layihəsinə başlanılıb

19:03 700 bal toplayan qız: “Xaricdə oxumaq istəyirəm”

18:59 Rekordçu abituriyent: “Müəllim yanına getməmişəm”

18:55 “Qarabağ”a ağır itki

18:51 “Adi kətan da geyinsəm, Elzalığım bilinəcək”

18:46 Avtomobillərdən oğurluq edən dəstə üzvləri saxlanılıdı

18:41 Məzara telefon zəngi

18:37 XİN-dən Nalbəndyanın Qarabağ səfəri ilə bağlı açıqlama

18:33 Azərbaycanlı idmançı qəzada öldü

18:28 İran denominasiyaya hazırlaşır

18:24 “Evdə tək” filminin məşhur aktyoru vəfat etdi

18:20 “YouTube” bu funksiyanı dayandıracaq

18:16 DİN-dən vətəndaşlara müraciət

18:11 Zirə-Türkan yolunun tikintisinə pul ayrılıb

18:07 I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlandı

18:03 Avtoqəzada ölən baş zabitin qardaşı danışdı

18:00 Tovuzda ağır qəza: Ana ölüb, 3 övladı xəsarət alıb

17:54 Qərb dəyərlərinin ərsəyə gətirdiyi Avropa liderləri: Sonsuzlar, homoseksuallar, transvestitlər

17:48 Sabahdan müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

17:41 Suriya müstəvisində iki üçlük: “Cihadçı” şimali qafqazlıların yerini putinçilər tutur

17:35 “Samsung” simsiz qulaqcıqlarını təqdim edəcək

17:29 “Moskva-Bakı münasibətlərinin inkişafı Rusiyada müəyyən bir qüvvənin ürəyincə deyil”

17:25 Dolların sabaha olan rəsmi məzənnəsi açıqlandı

17:21 Rusiya ordusu neft kəmərimizi nəzarətinə keçirdi

17:19 Ərdoğan Qətərə getdi

17:13 Azərbaycan vətəndaşları bu il Türkiyədə 333 ədəd daşınmaz əmlak alıb

17:08 Londona uçan sərnişin havada təyyarənin qapısını açmağa cəhd göstərib

17:03 Azərbaycanlı idmançı iki erməniyə qalib gəldi

16:56 Polşada etirazlar nəticə verdi – Məhkəmə islahatı təxirə salınır

16:50 Dubayda dənizin ortasında 134 metrlik qüllə tikiləcək

16:43 Maşallah Əhmədovun cəzası azaldıldı

16:37 Əli Mirəliyev də aparıcılıq edəcək

16:32 Bərdədə arvadını öldürərək intihar edən şəxs psixi xəstəlikdən əziyyət çəkirmiş - Rəsmi

16:20 Vakant müəllim yerlərinin yekun sayı açıqlanıb

16:13 Həsən Ruhani İlham Əliyevi inauqurasiya mərasiminə dəvət etdi

16:06 Dağlıq Qarabağ problemi Rusiya üçün də problemə çevrilir?

16:00 Rusiyada kiçik ölçülü qablaşdırmada spirtli içkilərin satışı qadağan ediləcək

15:59 Mətbuat Şurası Azərbaycan prezidentinə məktub ünvanlayıb

15:53 Yanacaqdoldurma məntəqələrində yeni ödəniş sistemi tətbiq ediləcək

15:53 İsrail Türkiyədəki diplomatik təmsilçiliklərini bağladı

15:46 Ağstafadan olan iki qardaş Bakıda dənizdə boğuldu

15:41 Emin Ağalarov ABŞ-da satışa çıxardığı əmlak barədə

15:36 “Azərbaycan” qəzeti dənizi hasarlayan və çimərlikləri pullu edənləri “topa tutdu”

15:31 Vəkil: “Lapşinin ekstradisiyası hələlik mümkün deyil”

15:26 Azərbaycanda ölənlərin 15.5%-ni 25 yaşadək insanlar təşkil edir

15:20 Məmmədyarov macarıstanlı həmkarı ilə görüşüb

15:16 Kərəm Həsənov hesabat verdi

15:11 “Ölüm” sözünün türk şüurundakı gizli kodu

15:06 “Ən yaxşı dost Azərbaycandır, Amerika təhlükədir!”

15:01 Toydan əvvəl bir yerdə olmaq

14:56 “Hardansa bir dələduzu tapıb,SOCAR-a işə düzəlmək…” - Vitse-prezident

14:51 “Onlara veriləcək ev yox idi…” – Əli Həsənov

14:45 Arzular hara aparır

14:40 8 yaşlı oğlanı zorlayan manyak həbs edildi – Təfərrüat

14:35 Real iqtisadi vəziyyət və statistika: Şişirdilmiş rəqəmlər bizi hara sürükləyir?

14:32 Ərdoğan müsəlmanlara səsləndi: “Qardaş davasının qalibi olmur”

14:26 Sevən kişinin xəyanəti

14:20 “O evə qayıtmayacam” - Oğlu ilə itkin düşən Xanım

14:14 Akif Çovdarovun məhkəməsində sənədlərin tədqiqinə başlanılıb

14:08 Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb

13:41 OPEC bu il ABŞ-ın neft hasilatçıları danışıqlara başlaya bilər

13:36 Rusiya, İran, Qazaxıstan hərbi gəmiləri Bakıya gəlib

13:31 Xalq artisti ölkəni həmişəlik tərk edib

13:25 KƏŞ-in unikal üzvü: ABŞ ona yenə də vasitəçilik təklif edir?

13:20 Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirildi

13:16 Ayazla Səbinə arasında mahnı qalmaqalı

13:10 Xaçmazda maşın yoldan çıxaraq aşdı: Yaralılar var

13:05 Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb

13:01 İran milli valyutasının adı dəyişib

12:56 Faiq Əmirliyə hökm oxunub

12:51 Külək davam edəcək

12:46 Sabiq deputat Dünyamin Xəlilova hökm oxunub

12:41 Keysəriyyə kəsiyi əməliyyatı edilənlərlə bağlı xəbər

12:36 ABŞ üçün ən böyük təhdid Rusiyadır - General

12:31 Beş nəfərlik azərbaycanlı ailəsi yanaraq öldü – Rusiyada

12:26 Böyük Britaniyada dronların məcburi qeydiyyatına başlandı

12:21 Alişandan qeyri-adi toy qərarı

12:16 Sabiq deputat Dünyamin Xəlilov məhkəmədən bəraət istəyib


ÖLKƏ

...

“İlqar Əliyev guya ifadə verib…” – Həbsdəki MTN generalı anons verdi

Tarix 17.07.17, 18:12

Font ölçüsü : - / +
bitmap-img6



MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəri məhkəmə prosesi keçirilib


Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı

Maqsud Mahmudovun epizodu üzrə şahidlər dindirilib.
Qeyd edək ki, ittihama görə, 2015-ci ildə Maqsud Mahmudov MTN-ə çağırılıb və ondan hədə-qorxu yolu ilə 120 min dollar pul alıblar.
Məhkəmədə şahid qismində zərərçəkmiş iş adamının dostu Aslan Qəhrəmanov ifadə verib.

O bildirib ki, Maqsud Mahmudov 2015-ci ilin yayında ona zəng edib və görüşmək istədiyini bildirib:
“Onunla görüşdüm. Görüş zamanı Maqsud bildirdi ki, onu MTN-ə çağırıblar, şantaj edirlər, 120 min dollar istəyirlər. Maqsud bildirdi ki, pulun çatdırılması üçün ona bir gün vaxt veriblər. Bizim obyektlərimiz var idi. Biz dost olmaqla yanaşı, həm də kirvə idik. Buna görə də aramızda pul söhbəti olmayıb. Maqsud təklif etdi ki, mənim obyektim kiçik olduğu üçün onu sataq və əldə olunan pulu MTN-ə verək, sonra bu məsələni öz aramızda həll edək. Həsən Əliyev küçəsində olan mağazanı tələsik satdıq və əldə olunan 60 min dolları götürərək MTN-ə gəldik.

Yaxınlıqdakı parkda maşını saxladıq. Maşından düşəndə Maqsud orada onu gözləyən Azər Mehdiyevlə söhbət etməyə başladı. Həmin zaman kənarda olduğum üçün pulun verilməsini görməmişəm. Maqsud geri qayıdanda bildirdi ki, pulu MTN işçilərinə verib”.

Zərərçəkmişin kirvəsi əlavə edib ki, pulu polkovnik Azər Mehdiyev tək almayıb.
Onun sözlərinə görə, kirvəsi Maqsud bu işdə antiterror mərkəzinin rəis müavini İlqar Əliyevin və həmin mərkəzin əməkdaşı Ayaz Gərayzadənin də adını çəkirmiş.
Zərərçəkmiş Maqsud Mahmudov bildirib ki, pulu Azər Mehdiyevə və Ayaz Gərayzadəyə verib.
Məhkəmədə şahid qismində ifadə verən Marik Şamilov isə bildirib ki, 2009-cu ildə anasına məxsus olan ev plana düşüb və aldığı pulla Salyan yolu 32 ünvanında torpaq sahəsi alıb.
Onun sözlərinə görə, həmin torpaq sahəsinin bələdiyyədən alınmış sənədləri olub.

M.Şamilov 2 ildən sonra torpaq sahəsinə gələndə görüb ki, orada ondan xəbərsiz tikinti işləri gedir:
“Bildirdim ki, bu torpaq sahəsini mən almışam. Orada işləyənlər dedilər ki, gözlə, torpağı alan sahibkar gələcək. Bir qədər sonra Maqsud ora gəldi. O bildirdi ki, torpağı ona satıblar. Bir az sonra ora torpağı satan Elşən və Nizaməddin gəldi. Onlar Maqsudu kənara çəkdilər və söhbət etdilər. Sonra mənə dedilər ki, torpaq məsələn həll ediləcək. Ama gözləsəm də, bu məsələ həll edilmədi”.

Şahid Marik Şamilov deyib ki, bununla bağlı dəfələrlə polis və prokurorluğa şikayət edib, məhkəməyə üz tutub. Amma bir nəticəsi olmayıb.
“Mənə torpağı satanlar Maqsudun dostları idi. Sonra onlar mənə hədə-qorxu gəlməyə başladılar. Həmin ərəfədə Maqsudla telefonla danışsam da, o mənə hədə-qorxu gəlməyib. Torpağı satanlar mənə hədə-qorxu gəldiyi üçün MTN-ə şikayət etdim. MTN-ə kiminsə tapşırığı ilə şikayət etməmişəm. MTN-nin qəbul şöbəsində ərizə yazmışam”, – deyə şahid bildirib.

Bu ifadəyə münasibət bildirən Maqsud Mahmudov isə söyləyib ki, bu şikayətdən sonra ondan 120 min dollar alıblar.
“MTN-dən Ayaz mənə dedi ki, həmin pulun 10 min dolları Marikə çatıb. Bununla bağlı Ayaz Gərayzadənin də, digər MTN əməkdaşlarının da ifadələrində var”.

Həbsdə olan MTN polkovniki Azər Mehdiyev isə deyib ki, həmin ərəfədə “Atletlər kəndi”də keçirilən tədbirlə bağlı qurulan əməliyyat qrupunun üzvü olub və işə gəlmirmiş.
“Ancaq “Atletlər kəndi”də olurdum. İyulun 2-də işə çıxdım. Mənə qovluqda ərizə verdilər ki, bu məsələni araşdırım. Həmin günü Maqsuda zəng etmədim. Buna görə mənə dedilər ki, niyə zəng etməmisən? Mən də günün ikinci yarısında Maqsuda zəng elədim və MTN-ə çağırdım. Onun izahatını alandan sonra materialı rəhbərliyə göndərdim. Bu işin araşdırılması üçün nazirin imzası olub. Buna görə də mən də rəsmi qaydada araşdırma aparmışam. Marik Şamilovun şikayət ərizəsi ilə bağlı qaranlıq məqamlar var. Onları burada açıqlamaq istəmirəm.
Bununla bağlı qapalı iclasda geniş danışacam”.

Həbsdəki general Elçin Quliyev isə bu ifadələrlə bağlı bunları deyib:
“Bu işlə bağlı İlqar Əliyevin (həbsxanada intihar edən polkovnik red) ifadələrinə istinad olunur. Amma həmin ifadələri mənə təqdim etmədilər. Bildirdilər ki, həmin ifadə dövlət sirridir. Eyni zamanda Ayaz Gərayzadə və Ramin Hümmətov da ifadə veriblər. Sonradan bu şəxslər yoxa çıxıb. Bu məsələ ilə bağlı qapalı icalasda geniş danışacam. Mən çox şeylər danışacam. Danışandan sonra görəcəksiz ki, necə əməliyyatçı olmuşam. Sübut edəcəm ki, bu işdə heç bir fakt yoxdur. MTN-də baş verən olaylardan sonra iki ay işimdə qalmışam, sonra başqa işdə işləmişəm. Sonradan mənim və həyat yoldaşımın ölkədən çıxışına “stop” qoyulub. İki uşaq anasının ölkədən çıxışına “stop” qoyulur. Hara qaçacaqdı? Mən uzun illər xüsusi xidmət orqanında işləmişəm. Özümdə günah hiss etsəydim, başqaları kimi qaçardım. Mənim kimi ölkədən qaçmağa imkanı olan ikinci bir şəxs olmayıb. Elə qaçardım ki, izimi-tozumu da tapa bilməzdilər. İlqar Əliyev həbs olunandan sonra guya ifadə verib. Amma həmin ifadə ortalıqda yoxdur. Sonradan Ayaz və Ramin könüllü ifadə veriblər, cinayətlərini etiraf ediblər. Bu şəxslərin ölkədən çıxmalarına “stop” qoyulmalı halda, qoyulmayıb. Onlara ölkədən çıxmalarına şərait yaradılıb”.

Maqsud Mahmudov Elçin Quliyevin arayışına cavab verib: “Məni MTN-ə aparıbsız? Guya dövlətə xəyanət etmişəm, amma həbs etməyibsiz”.
General Elçin Quliyev isə cavab verib ki, MTN-ə gətirilən hər kəsi həbs etmirdilər.

Məhkəmə prosesi davam edir.


pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ÖLKƏ

design-img

Vernisaj

Maşallah Əhmədovun cəzası azaldıldı

bitmap-img3

Rakurs

Azərbaycanda yeni reklam şirkəti fəaliyyətə başlayıb

bitmap-img3

Seçmələr

Xanım general kimləri və niyə dinlətdirib?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru