Xəbər xətti

23 AVQUST

21:10 Tanınmış meyxanaçı həbsdən çıxdı

21:04 Ərdoğan Mattislə görüşdə etiraz etdi

20:58 Xaçmazda 54 yaşlı kişini tok vurub öldürdü

20:53 İran və Səudiyyə Ərəbistanı əlaqələri yenidən bərpa etmək niyyətindədir

20:49 İraqda 5,6 bal gücündə zəlzələ olub

20:43 Özünü yaşadığı evdə asdı

20:37 Yəmən paytaxtına endirilmiş aviazərbə nəticəsində 35 nəfər ölüb

20:31 Bu il 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

20:25 Millimizin heyəti açıqlandı

20:19 Tillerson: “Rusiya terrorçulara silah verir”

20:13 Ueyn Runi İngiltərə milli komandasında karyerasını başa vurub

20:07 Soçidə Putinlə Sarkisyan görüş keçirir

20:00 Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırdı

19:55 Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən sərəncam

19:49 Nazir: “İran OPEC qarşısında öhdəliyinə əməl edir”

19:42 Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

19:36 Nyu-Yorkdakı Qarabağ döyüşü

19:29 Şəki sakini naməlum şəxs tərəfindən güllələnib - Video

19:23 Sergey Şoyqu: Suriyada vətəndaş müharibəsi bitdi

19:17 Almaniyada avtobus qəzası: 40 yaralı

19:11 Mərkəzi Bankda hərrac

19:05 Bakıda 4 nəfərlik soyğunçu dəstə tutuldu

18:59 FHN Gürcüstanda yanğınla bağlı düşərgə yaratdı

18:54 “Bakıda tozun miqdarı 52 faizə çatdı” - Əhalinin diqqətinə!

18:48 Nazirlər Kabinetində sahibsiz itlərlə bağlı Müşavirə

18:42 28 rayonun içməli su təminatı yaxşılaşdırılacaq - Sərəncam

18:36 Avrozona iqtisadiyyatında inkişafın dayanması siqnalları gəlir

18:30 Ramil Quliyev qələbəsini 15 yaşlı şəhidə həsr etdi

18:24 Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif olundu

18:18 Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - DİM sədri

18:12 Qadın güləşçilərimiz məğlub oldu

18:06 İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunu təsdiqlədi

18:00 Bakı və Abşeronda tozun miqdarı bir az da artıb

17:57 Dünyada ən böyük məlumat mərkəzi tikiləcək

17:52 Jirinovski: “Bunların başı xarab olub”

17:48 Prezidentdən ukraynalı həmkarına təbrik məktubu

17:43 Paytaxtda kollec qarət olunub

17:39 Runi İngiltərə yığmasında karyerasını bitirdi

17:35 Avropa ənənəvi enerji növlərindən imtina edir

17:30 Sabahın məzənnəsi

17:26 Türkmənistan prezidenti Ermənistana gedir

17:22 Dənizdə boğulan 2 nəfər xilas edildi

17:18 Merkel: “ABŞ Şimali Koreya ilə müharibəyə başlayarsa...”

17:13 Ukrayna Rusiyanı tələyə salan yem olacaqmı?

17:08 Ermənistanda 100 min kəndli hara yoxa çıxıb...

17:05 Bayram Səfərov: ““Qarabağ” necə olur olsun qalib gəlməlidir”

17:01 UNİCEF-dən 2 yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsinə münasibət

16:56 Taekvandoçumuz qızıl medal qazanıb

16:52 Nazirlik operativ iş rejiminə keçdi

16:49 Fransada hərbi patrula hücum edilib

16:44 Xaçmazda 29 yaşlı qadın bıçaqlanıb

16:38 DİN-dən Lerikdəki dəhşətli qətllə bağlı açıqlama

16:34 ABŞ kəşfiyyatının rusiyalıların internet trafikinə çıxışı var

16:28 Dolu Ağaoğlunun milyonluq maşınlarını dağıtdı

16:25 Səudiyyədən Qətərə Həcc ziyarəti qadağası

16:21 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

16:16 Xızıda yol çəkilişi zamanı məzarlıq aşkarlandı

16:12 ““Satılır” qadağası ilə bağlı açıqlamanı mən yaymamışam”

16:09 Cavid Cabbaroğlu Elçibəydən yazdı

16:04 MTN generallarının məhkəməsi qapalı davam etdiriləcək

16:01 “Üçüncü günün adamı” filminin beynəlxalq təqdimatı olacaq

15:56 Yəməni bombaladılar: 30 ölü

15:52 Nazim: “Əməliyyatlara 62 min dollar xərcləmişəm”

15:46 Bulvarda naməlum qadın meyiti tapılıb

15:42 Ermənistan ordusunun iki zabiti ağır yaralanıb

15:37 Ronaldu: “Həmişə olduğu kimi, daha güclü qayıdacam”

15:33 Avtomobil qəzasında ölən azərbaycanlı məşhurlar

15:28 “Azərişıq”ın maşınını yandıran saxlanıldı

15:25 Azərbaycanda ilk dəfə çarpaz əməliyyat icra olunub

15:23 Bukmekerlər: “Qarabağ” bu mərhələni keçəcək

15:18 Rusiya varlıları offşorda 1 trilyon dollar saxlayır

15:15 Bayram Kürdəxanılı dəfn olundu

15:10 “Barselona” “Liverpul”a dördüncü dəfə təklif göndərəcək

15:06 Pentaqon şefini Ankaraya gətirən səbəblər – Şərh

15:01 Jurnalistin başı-ayağı kəsilmiş cəsədi tapıldı

14:57 Azərbaycan daha çox pomidor və qızıl ixrac edir

14:53 Trampın Əfqanıstan planı...

14:49 320-dək aviareys təxirə salındı

14:46 Borca görə atasını öldürdü, anasını yaraladı

14:41 Azərbaycan Ukraynadan mal ətinin idxalını artırıb

14:37 Vaxtı keçmiş məhsullar aşkarlandı

14:34 Gəncədə maşınla vurulan piyada ölüb

14:30 Tramp: “Kim Çen İn bizə hörmət edir”

14:27 Zamanında imperiya qurmuş uyğurların azadlıq mücadiləsi

14:22 “Ərdoğan Bakı səfərində İrəvanın sevincinə nöqtə qoyacaq”

14:18 Sumqayıtda qəbirstanlıq yanır

14:14 Ağamirzə Bayramı öldürən qohumundan danışdı

14:11 Zahid Oruc:“Türkiyə Ermənistanla sərhədlərini açmayacaq”

14:08 İraq ezidiləri: “Biz artıq Bərzaniyə etibar etmirik”

14:05 Şoyqu: “Suriyada vətəndaş müharibəsi bitdi”

14:01 Mehriban xanım Heydər Əliyev amallarını yaşadır, təbliğ edir

13:57 Marqvelaşvili: “Azərbaycanlılar əsl dostlarımız olduqlarını göstərdilər”

13:52 Azərbaycanda 11 mindən çox yeni iş yeri açılacaq

13:49 “Neft Daşları”nda yeni quyu istismara verilib

13:46 Bakıda kirayə mənzillər iki dəfə bahalaşdı

13:42 BMT-dən İsrailə Qüds barədə xəbərdarlıq

13:38 Rusiyanın Azərbaycandakı səfirindən Vilyam Hacıyevə təbrik

13:34 Sabahın hava proqnozu

13:30 Çavuşoğlu İraqa kürdlərlə danışığa getdi

13:26 General mini yubkalı qız şəkli göstərdi

13:01 “Onun heç vaxt şəxsi maşını olmayıb”

12:56 Ərdoğanın ilk rəqibi məlum oldu

12:52 Gecə yemək yeyənlərə xəbərdarlıq

12:48 Daha bir xarici şirkət Azərbaycan bazarını tərk edir

12:44 Rusiya DİN azərbaycanlı idmançının “başına pul qoydu”

12:40 Sabah 360 zəvvar Məkkəyə gedəcək

12:36 Çempionlar Liqasında səbətlər müəyyənləşdi

12:33 Alimlər Antarktidada buz altında 91 vulkan tapdılar

12:29 Bakıda qadın yanğın nəticəsində ölüb

12:26 Nazirin qardaşı oğlu məhkəmədə dindirildi

12:24 Vurma cədvəlini bilməyən direktor və... Nazirin 248 saylı məktəbdə baş verənlərdən xəbəri varmı?

12:23 4 arvadlı o amerikalı Azərbaycanda niyə yaşaya bilməzdi?

12:20 Ramil Səfərov: “İşğaldan sonrakı prosesə diqqət etməliyik”

12:17 Şimali Koreya raketlərin sayını artırır

12:12 Evli kommunistə vurulmaq günahdımı?

12:07 “Stimul Hospital”dan “Qarabağ”a dəstək

12:04 Mikroavtobusun salonunda 14 min siqaret aşkarlandı

11:59 Yay tətilindən altı məqam

11:55 Bayram Kürdəxanlını Ağamirzənin qohumu vurub?

11:50 Naməlum investor Cahangir Hacıyevin zavodunu aldı


ANALİZ

...

“İŞİD terrorundan İran mühafizəkarları qazandı”

Tarix 07.06.17, 17:08

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış jurnalist Azər Sarıoğlu yazır


Lakin bu, gələcək itkilərin anonsu idi.

İran parlamentində və imam Xomeyni türbəsində törədilən terror aksiyası ilə bağlı ilk ağlıma gələn iki ehtimal oldu:

1. Terror İran hakimiyyətinin mühafizəkar qolu tərəfindən cəmiyyətə nəzarəti gücləndirmək üçün törədilib.
2. PKK-nın İran cinahı Pejak tərəfindən reallaşdırılıb. 

Lakin terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürəndən hər iki ehtimal öz hökmünü itirdi. Bununla belə, bütün hallarda baş vermiş hadisə İİR hakimiyyətinin son seçkilərdən məğlubiyyətlə çıxmış mühafizəkar cinahının mövqelərini və cəmiyyətə nəzarəti gücləndirmək imkanlarını artıracaq. İran türk və kürd hərəkatlarının, ərəb və bəlucların artmaqda olan fəallığının qarşısını almaq üçün İran islam hakimiyyətinin mühafizəkar və islahatçı qanadları arasında ciddi fikir ayrılıqları hökm sürür. İnqilab Keşikçiləri Korpusuna söykənən dini mühafizəkar tərəf etirazların hərbi güc metodu ilə önləməyin tərəfdarıdırsa, islahatçı kəsim isə xırda güzəştlər-“islahat” simulyasiyaları ilə önləməyi düzgün hesab edir. Sona aylar İran məclisində türk fraksiyasının yaradılmasına razılıq verilməsi, prezident Ruhaninin milli və etnik azlıqlar üzrə müşaviri Əli Yunisinin məktəblərdə milli azlıqların ana dilində təhsil ala biləcəkləri barədə açıqlamaları da sonuncu qrupun taktiki manevrlərinin tərkib hissəsi sayıla bilər. 

Terror aktını İŞİD törədibsə, bu hadisə yeni adı çəkilən dini terror qruplaşmasının arxasında duran güclərin İranı terror əyləmlərinə hazırlığını yoxlamaq üçün kəşfiyyat gedişi də ola bilər ki, qonşu dövlətin bu yoxlamadan “zəif” qiymət aldığını söyləmək olar. 

Terror hadisənin məhz parlamentdə və İran İslam İnqilabının banisi olan İmam Xomeyninin məqbərəsində baş verməsi isə əslində İrana verilmiş mesaj idi: Artıq terror əvvəllər olduğu kimi İranın əyalətlərində deyil, İslam-şiə respublikasının mərkəzində, özü də dövlətin və cəmiyyətin müqəddəs və ideoloji istinadgahında və qanunverici orqanında baş verir.

Terrorun ABŞ prezidentinin bölgədəki müttəfiqlərini ziyarət edərək İranın əsas düşmənlərindən biri olan Səudiyyə Ərəbistanına 11 milyard dollarlıq silah satılmasına dair anlaşmanın əldə olunmasından və Qətər ətrafında baş verən son hadisələrdən sonra reallaşması da diqqətçəkicidir. Hələ ki, güclü olan İranın zəiflədilməsi üçün ABŞ çoxistiqamətli gedişlər edir. Bir tərəfdən İranı Suriyada, qismən Yəməndə ərəb dövlətlərindən yaratdığı ittifaqla müharibəyə çəkir, digər tərəfdən İranın tərəfdaşı Qətəri cəzalandırır və beləliklə, İran ətrafındakı dairəni daraltmağa çalışır. İİR-in münaqişələrə cəlb edilməsi əvvəlki illərə zəifləməkdə olan iqtisadiyyatının çöküşünü sürətləndirə bilər. 

Haşiyə çıxaraq İran islam inqilabı ərəfəsində baş vermiş bir hadisəni diqqətə çatdırmağı uyğun bilirəm. 1979-ci ildə İranda islam hərəkatının tüğyan etdiyi bir zamanda Ağ Ev departamentinə İran üzrə mütəxəssislərinə tapşırılır ki, prezident C. Niksona təqdim olunmaq üçün şah İranındakı son durum barədə ətraflı hesabat hazırlasınlar. Xatırladım ki, o zaman ki, şah İranı ABŞ-ın bölgədəki əsas müttəfiqlərindən biri idi və Ağ Ev administrasiyası İranda baş verən hadisələrdən ciddi narahatlıq keçirir və baş verənlərin mahiyyətini bilərək uyğun addımlar atmaq barədə ciddi müzakirələr aparırdı. Həmin hesabatı hazırlayan Morqan soyadlı gənc mütəxəssis qeyd edir ki, Şah İran büdcəsinin 80 faizini silahlanmaya xərcləyir və bu gedişlər iqtisadiyyat çökə, yaranmış inqilabi şərait dərinləşə bilər və bu da prosesləri qarşısıalınmaz edə və Orta Şərqdəki neftlə zəngin müttəfiqin itirilməsi ilə nəticələnə bilər. O zaman prezident C. Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olan Zbiqnev Bzejinski həmin hesabatı rədd edir və gənc mütəxəssisin dəyərləndirmələri ilə razılaşmır. Və bir neçə aydan sonra İranda inqilab baş verir. Bzejinski isə səhvini başa düşəndə artıq çox gec idi və böyük strateqin ozamankı səhvi həm ABŞ, həm də region üçün bu gün də ciddi təhlükə mənbəyi olaraq qalır. 

Haşiyədən öncəki fikrimi davam etdirərək nəzərə çatdırım ki, ABŞ-ın İranı irimiqyaslı regional müharibəyə çəkilməsi də əvvəlki illərdə müqayisədə zəifləməkdə olan iqtisadiyyatının, zəncirvari olaraq cəmiyyətin digər sahələrində də böhranla nəticələnə bilər. Belə ki, onsuz da dini diktaturadan əziyyət çəkən cəmiyyət iqtisadi böhranla bağlı heç şübhəsiz ki, etirazlar başlanacaq. İran hakimiyyətinin milli və etnik siyasətindən narazı qalan qeyri-farsların hərəkatlarını da nəzərə alsaq, İran İslam dövlətinin düşəcəyi durumu təsəvvür etmək çətin olmaz. İranın qərbindən silahlı etnik kürdlərin, cənub-şərqindən isə silahlı bəlucların müqavimət hərəkatını, xüsusən də Güney Azərbaycan türklərini milli hərəkatını da etiraz aksiyaları fonunda daha da canlanacağını da nəzərə alaq. Son dövr fəallaşan etnik ərəbləri də diqqətdən qaçırmamaq lazımdır. İran İslam dövlətinə ciddi müxalifət hərəkatı sayılan və xaricdə faəliyyət göstərən Mocaheddin-e Xəlq kimi təşkilatların da mübarizələrini gücləndirəcəyi də şübhəsizdir. Son terror olayı da göstərdi ki, İranın başına yeni bəla gəlir və hələ görəcək günləri qabaqdadır. (Yeri gəlmişkən, həmin terror aktı baş verən zaman paytaxtda daha bir neçə terror təşkilatının zərərsizləşdirildiyi barədə rəsmi məlumat yayılıb.) 

Ancaq qeyd edim ki, bütün bu proqnozların çox yaxında reallaşacağını düşünmürəm. İran İslam Respublikası hələ ki, güclüdür və ehtimallarımın gerçəkləşəcəyini şərtləndirən amillər tam mövcud deyil və yaxşı ki, elədir. Çünki millət olaraq baş verəcək qarşılıqlara adekvat cavab vermək üçün tam hazır deyilik. 

Milli hərəkatlar o zaman uğur qazanır və məqsədlərinə nail olur ki, onu önündə güclü avanqard təşkilat və əksəriyyətin inandığı və dəstəklədiyi xarizmatik lider olur. Şimali Azərbaycandakı milli azadlıq hərəkatının dərslərini unutmayaq. SSRİ məkanında 1980-ci illərin sonlarında başlayan etiraz dalğaları bizi qəfil yaxaladı. O zaman nə güclü vahid təşkilatımız, nə liderimiz var idi. Ermənilərin isə həm xaricdə, həm də daxildə ciddi xarici və daxili dəstəyə malik, böyük maliyyə qaynaqları olan təşkilatı var idi. Ona görə də milli hərəkatların qarşısını almaq üçün SSRİ xüsusi xidmətlərinin yaratdığı etnik qarşıdurmada ermənilərə uduzduq, hərəkatın nailiyyəti zəif, torpaqlarını itirmiş dövlət oldu. İranda da təxminən eyni vəziyyətdir. ETTELAAT milli və etnik hərəkatların qarşısını almaq üçün şübhəsiz ki, xalqlar arasında münaqişə ocağı yaradacaq və bu mübarizədən isə bizim alacağımız zərbələr çox sarsıdıcı ola bilər İtkilərimiz qazancımızdan çox olar. Yaxud da yaxın keçmişimizdə olduğu kimi, qazancımız ancaq tarix kitablarına inqilabçı xalq kimi düşməyimiz olar.

Azər SARIYEV
pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img

Vernisaj

Ukrayna Rusiyanı tələyə salan yem olacaqmı?

bitmap-img3

Rakurs

Vurma cədvəlini bilməyən direktor və... Nazirin 248 saylı məktəbdə baş verənlərdən xəbəri varmı?

bitmap-img3

Seçmələr

“Azərbaycanda “5-ci kolon” mövcuddur” - Tofiq Zülfüqarov

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru