Xəbər xətti

22 FEVRAL

9:04 Sabah hava necə olacaq?

9:00 “Azərbaycanda kazinoların fəaliyyəti leqallaşmalıdır”

0:56 Rusiyada 13 min 500 sayt bağlanılıb

0:48 “Google Pay” istifadəyə verildi

0:36 “Sanksiyalar Rusiya büdcəsinə 3 milyard dollar ziyan vurub”

0:27 Ukrayna: “Rusiya 50 ildən tez süqut edəcək”

0:14 “Bu futbolun yazılmayan qanunudur”

0:04 Bu gün bürcünüz nələr vəd edir?

21 FEVRAL

23:58 Peruda sərnişin avtobusu dərəyə yuvarlanıb: 44 ölü, 10 yaralı

23:41 Lənkəranda naməlum kişi meyiti tapıldı

23:37 Azərbaycan Səhiyyə Nazirliyi nəzarəti gücləndirdi

23:23 Bayram ərəfəsində 500-dək məhkum əfv edilə bilər

23:14 Rusiya “qanuni oğruları” deportasiya edir

23:07 Bakıda 200-ə yaxın pandus quraşdırılıb

22:56 Türkiyə-ABŞ münasibətləri düzəlir

22:41 Saakaşviliyə Ukraynaya daxil olmaq qadağan edildi

22:33 Teyyub Qurban vəfat etdi

22:28 Onlayn əldə edilən dərman və vitaminlər fəsadlar verə bilər

22:16 “İnsanı bu cür qocaltmaq düzgün deyil”

22:02 ABŞ kosmosda müharibəyə hazırlaşır

21:59 Lavrov Afrinə görə ABŞ-ı günahlandırdı

21:48 “Zeytun budağı” əməliyyatının son statistikası

21:35 Mingəçevirdə qadın əri tərəfindən döyülüb

21:27 Siqaret çəkmək boyun ağrılarına səbəb olur

21:14 Türkiyə - İran sərhəd keçid məntəqələri fasiləsiz işləyəcək

21:09 Putin Azərbaycan nümayəndə heyəti ilə görüşəcək

20:56 Qaxda 28 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb

20:48 “Mercedes Benz” avtomobillərini geri çağırır

20:35 Türkiyədə heyvanlara pasport veriləcək

20:29 Cəbhədə düşmən kvadrokopteri ələ keçirilib

20:14 Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

20:02 Livan prezidenti Yerevana gedib

19:55 Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilib

19:50 Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir

19:46 Avtobus dərəyə yuvarlandı: 30 ölü

19:41 Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

19:37 70-ə yaxın qanunsuz agac kəsildi

19:33 Amerikalı diplomatların gizli xəstəliyi açıqlandı

19:29 Qaxda gənc oğlan parkda bıçaqlanıb

19:25 Akademik Musa Əliyevin 110 illiyi qeyd ediləcək

19:20 Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edə bilər

19:16 Azercell Qubada təlimlər təşkil edib

19:11 “Problemli kreditlərin amnistiyası elan olunsun”

19:06 Əsəd rejimi qətliama davam edir: 300 ölü

19:03 İlham Əliyev sərəncam imzalayıb

18:58 Rəşadət Eyvazova “Əməkdar Mühəndis” fəxri adı verilib

18:52 Mübariz Qurbanlı türkiyəli səfirlə görüşüb

18:47 Üç ölkənin deputatları Ankarada toplaşır

18:40 Artur Rasi-zadə: “Ermənistan perspektivsiz siyasət aparır”

18:36 Türkiyə insansız tank istehsal edəcək

18:31 Erməni əsgər hərbi hissədə ölüb

18:27 “IdeAll - Psixologiya və İnkişaf Mərkəzi” yeni məkanda - Fotolar

18:23 Məzahir Pənahov ATƏT və Aİ rəsmiləri ilə seçkilərə hazırlığı müzakirə edib

18:17 Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac edəcək

18:12 Dünyanın ən innovativ şirkətinin adı açıqlandı

18:08 Sabahın proqnozu

18:04 Putinin qərargahına hücum edildi

18:00 Türkiyədə heyvanlara pasport veriləcək

17:54 Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir

17:48 Pakistanlı general: “Xocalıda törədilən vəhşiliklərin oxşarını görməmişəm”

17:43 Karyerasına son qoyub körpəsini böyütmək istəyir

17:38 ABŞ dünya banklarını 243 milyard cərimələdi

17:33 Bill Geyts məşhur serialda rol alacaq

17:28 Ramil Usubov qalmaqallı polis rəisini işdən çıxartdı

17:23 Şagirdlərə “2” yazılması qadağan edilə bilər

17:18 Ronaldo bu gün oynamayacaq

17:14 BP: “2030-cu illərin sonunda neftə tələbat hədsiz yüksələcək”

17:10 Xəstəlik yayan pullar dezinfeksiya edilirmi? - Mərkəzi Bankdan cavab

17:05 Keçmiş qalmaqal yenidən alovlandı

17:00 Nazirlik ağacların qanunsuz kəsilməsinə görə Baş Prokurorluğa müraciət etdi

16:56 İraqda iki türk hərbçisi həlak olub

16:50 Azərbaycan idmançısına sanksiya tətbiq edildi

16:43 Afrin–Türkiyə-İran rəqabətinin yeni cəbhəsi: Yaxşı variantlar azdır

16:35 BP: “Şahdəniz-2” layihəsi üzrə quruda tikinti işləri yekunlaşıb

16:30 1-ci sinfə qəbul zamanı uşaqlara güzəşt ediləcək

16:23 Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar cinayət işi başlanıb

16:16 Məktəbdən qayıdan şagirdi maşın vurdu

16:11 Ermənistan – Azərbaycan oyununun vaxtı dəqiqləşib

16:05 Naxçıvan gömrüklərində nə baş verir?

15:59 Sumqayıtda oğlu ilə mübahisə edən ana özünü bıçaqladı

15:59 Yaponiyalı alim öz robot-oxşarını yaratdı

15:53 Elmar Məmmədyarov Cenevrəyə səfər edəcək

15:53 “Azərbaycanla İran arasında hərbi və hərbi-texniki sahədə münasibətlər uğurla inkişaf edir”

15:46 Avrokomissar Mogerinidən Azərbaycana dair misli görünməmiş bəyanat

15:41 Yeni doğulanlar daha çox hansı ölkədə ölür? - Siyahı

15:36 “Türkiyənin Dəməşqdəki rejimlə rəsmi təmas qurması mümkün deyil”

15:31 Neçə Milli Qəhrəman var?

15:25 İlyas Yalçıntaş Bakıya gəlir

15:20 YAP imzatoplama kampaniyasını başa çatdırıb

15:14 2040-cı ildə Türkiyə əhalisinin sayı 100 milyona çatacaq

15:05 Azərbaycanda valyuta satışı kəskin azalıb

15:00 “Sanksiyalardan Azərbaycan ordusu hansısa texniki gərginlik hiss edə bilər” - Hərbi ekspert

14:55 Musiqili Teatrın həftəsonu repertuarı

14:50 Millimizin iki futbolçusu evləndi

14:45 Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirilib

14:40 ABŞ-a məxsus F-16 qırıcılarının uçuşlarının dayandırılması tələb olunub - Yaponiyada

14:35 Elkoponenin “işə saldığı” iş adamları - Onların taleyi necə olacaq?

14:30 Azərbaycanın Olimpiadadakı yeganə təmsilçisi sabah starta çıxacaq

14:26 Yəməndə difteriya bəlası - 62 nəfər ölüb

14:21 Əkrəm Əylislinin pəncərə ağzına qoyduğu kitab

14:11 Kürdlərin təmsilçisi: “Suriya Milli Qüvvələri Afrindədir”

14:06 Rusiya 16 azərbaycanlı “qanuni oğru”nu ölkədən sürgün edir

14:01 İŞİD-in “Orta Asiya cəbhəsi” ən yaxın zamanda açılmaq üzrədir

13:56 Azərbaycanın həndbol komandaları dünya reytinqindən kənarda qaldı

13:33 “Bu münaqişənin həllinə sadiqliyimizi göstərir”

13:30 Prezidentin əmisi nəvəsinə 30 sutkalıq həbs - Riyad Əliyev saxlanıldı

13:28 “Ukrayna “Peçora” C-125M zenit-raket kompleksini modernləşdirməyə başlayır”

13:24 Sabahdan Bakıda I siniflərə elektron qəbul başlayır

13:19 “Əsəd rejimi Türkiyə ordusuna qarşı bizə yardım edəcək” – PYD

13:15 Bu gün Beynəlxalq Ana dili günüdür

13:11 “Yoldaşımdan 4 yaş böyüyəm” - Elnarə

13:07 “Seçkilərə hakimiyyətin “siqnal”ı ilə qatıldığımı iddia edənlər...” - Sərdar Cəlaloğlu

13:03 DSMF Suraxanı şöbəsində dövlət vəsaitlərinin mənimsənilməsi təsdiqlənib

12:58 Nazir oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə edib

12:54 “Nataşa”ya doğru gedən Azərbaycan genefondu - SOS

12:50 Bakıda marşrut avtobusu ağır qəza törətdi: Ölən var

12:46 Azərbaycanlı zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi məlum olub

12:41 Türkiyənin hərbi gəmiləri döyüş vəziyyətinə gətirilib

12:37 Bayılda sürüşmə zonasından təxliyyə olunanlara aylıq kirayə haqqı verildi

12:33 Sabah hava necə olacaq?



MÜSAHİBƏ

...

“Hər kəs ölkə başçısından nümunə götürməlidir” - Millət vəkili

Tarix 10.08.17, 14:08

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün əvvəl deputat Çingiz Qənizadənin 60 yaşı tamam oldu. Yubiley günündə o, ölkə prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edildi. Bakı şəhərinin sabiq prokuroru, hüquq üzrə fəlsəfə doktoru, insan hüquqları müdafiəçisi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü ilə söhbət təkcə yubiley təəssüratlarını əhatə etmir. Ölkənin gündəmində olan aktual mövzulara onun orijinal yanaşması var


PİA.AZ Ç.Qənizadənin “Yeni Müsavat” qəzetinə müsahibəsini təqdim edir:

- Çingiz bəy, 60 yaşda “Şöhrət” ordeni ilə təltif olunacağınızı gözləyirdinizmi?

- Yox. Məndən öncə də 60 yaşı tamam olanlar olub. Ancaq bu cür təltif hər kəsə qismət olmur. Hesab edirəm ki, mənim həm KİV-dəki, o cümlədən televiziyadakı çıxışlarım, yerlərdə seçicilərlə əlaqələrim, həm ölkə, həm də beynəlxalq tədbirlərdəki çıxışlarım və parlamentdəki aktiv fəaliyyətim dəyərləndirilib. Görünür, möhtərəm prezidentin gözündən heç nə yayınmır. Ölkənin ictimai-siyasi həyatında fəal iştirakıma görə mənim fəaliyyətimi müsbət dəyərləndirən cənab prezident məni “Şöhrət” ordeni ilə təltif etdi.

- Sürpriz xəbəri harda aldınız?

- İyulun 31-də məzuniyyətdə olsam da, təmsil etdiyim İmişli-Beyləqan rayonlarının hər ikisində yarım illik hesabat yığıncağında iştirak edirdim. Bakıya qayıdarkən çox dəhşətli isti var idi. Mənə xəbər çatdı ki, möhtərəm prezident ölkənin ictimai-siyasi həyatında fəal iştirakımla əlaqədar olaraq məni “Şöhrət” ordeni ilə təltif edib. Bu, mənim üçün böyük bir sürpriz oldu. Təbii ki, havanın istisi də, yorğunluq da hamısı yaddan çıxdı. Bir az keçmiş dostlardan zənglər gəlməyə başladı. Bu günə qədər də təbrik zəngləri davam edir.

- Çingiz bəy, istərdim sizinlə gündəmdəki bəzi məsələlərdən danışaq. Hüquq müdafiəçisi olaraq baş nazirin müavini Əli Həsənovun nəvəsinin törətdiyi hadisə ilə bağlı nə deyə bilərsiniz? Bu mövzu ətrafında müzakirələr gedərkən belə yanaşmalar da oldu ki, valideyn övlada cavabdeh deyil. Razılaşırsınızmı?

- Övlad hətta 50-60 yaşına çatsa da, valideyn üçün yenə övlad olaraq qalır. Deyək ki, bir neçə gün öncə mənim 60 yaşım tamam oldu, amma anam mənə yenə uşaq kimi, övladı kimi baxır. Təbii ki, onun hüququ qalır ki, övladına nəyisə tövsiyə eləsin, məsləhətlərini versin. Baş verən hadisə təbii ki, ağır hadisədir. Birincisi, ona görə ki, burada sırf ehtiyatsızlıqdan söhbət getmir, hadisə avtoxuliqanlıqla müşayiət olunub. Mətbuat da bu barədə kifayət qədər yazıb. Heydər Əliyev prospektində çox böyük sürətlə ötüşmə əməliyyatı olub. Ulu öndərin adına olan prospektdə böyük nəqliyyat axını var, aeroporta gedən yoldur və s. İkincisi, nəticə etibarilə ağır hadisə baş verib, iki nəfər ölüb, Türkiyə vətəndaşı olan iki nəfər isə ağır yaralıdır. Ən azı, cənab prezidentin özündən, özünü cəmiyyətdə sadə aparmasından, övladlarının sadə davranışından hər kəs nümunə götürməlidir. Gəlin kiçik Heydər Əliyevə diqqət yetirək. Bəzən tələbə dostları ilə universitetdə, müzakirələrin gedişində, çay süfrəsi arxasında çəkilmiş fotolarını paylaşır. Baxırsan ki, nurlu bir gəncdir. Əminəm ki, o bu sadəliyindən heç vaxt dönməyəcək. Deməli, canında, qanında var. Cənab prezidentin də yerlərdə sadə insanlarla səmimi davranışları onun daxilindən gələn bir haldır. Düşünürəm ki, hər kəs ölkə başçısından nümunə götürməlidir.

Mən təəssüf edirəm ki, belə bir hal baş verib. Eyni zamanda bir daha hüquq müdafiəçisi, millət vəkili olaraq, prezidentin mövqeyini dəstəkləyən biri olaraq deyirəm ki, hər kəs övladlarına nəzarət etməlidir. Bəzi gənclər bahalı maşınları, geyimləri, saatları, seyflərindəki pullarını çəkib internetə yerləşdirməklə xalqı qıcıqlandırırlar.

- Son zamanlar digər bir sıra cinayətlərdə də artım müşahidə olunur, xüsusilə də uşaqlara və qadınlara qarşı törədilən ağır cinayət hadisələrindən söhbət gedir. Hətta bəzi deputat həmkarlarınız bu günlərdə ölüm hökmünün ləğvindən təəssüfləndiyini bildirir. Necə bilirsiniz, qanunun sərtləşdirilməsinə zərurət varmı?

- Bu məsələyə iki prizmadan yanaşardım. Birincisi, adi vətəndaş kimi yanaşsam, təbii ki, bu insanların ən ağır cəzalara layiq görülməsini istəyirəm. Bu, bir vətəndaş olaraq mənim cəmiyyətimizdə baş verənlərə etirazımın formasıdır. Amma hüquqşünas olaraq mən bunları qeyri-mümkün hesab edirəm. Çünki Avropa Şurasına daxil olarkən öhdəliklər götürmüşük və öhdəliklərdən biri ölüm hökmünün ölkəmizdə ləğvi ilə bağlıdır. Cənab prezidentimiz də qeyd edir ki, biz Avropaya inteqrasiya etmək istəyirik, Avropa dəyərlərinə uyğunlaşmaq istəyirik. Təbii ki, yaxşı dəyərlərdən söhbət gedir. Çox təəssüf ki, bəzən ölkəmizə Avropadan milli mentalitetimizə, adət-ənənələrimizə zidd olan dəyərlər də gətirirlər. Amma biz hüquqi məsələlərdə bu dəyərlərə üstünlük verməliyik. O baxımdan bu cinayətlər olsa da, olmasa da, üzərimizə götürdüyümüz beynəlxalq öhdəlikləri poza bilmərik.

- Deməli, ölüm hökmünün bərpası mümkün deyil?

- Nə qədər ki, Avropa Şurası ailəsinin üzvüyük, qanunlar indiki kimi qalacaq. Biz ölüm hökmünü tətbiq edəriksə, o halda qanunlara dəyişikliklər etməliyik, Avropa Şurasından çıxmalıyıq. Amma baş vermiş 5-10 hadisəyə görə biz Avropadan uzaqlaşmalı deyilik. Burada başqa bir məsələni demək istərdim ki, bu cür insanların cinayət törədəndən sonra əməlləri bugünkü qanunvericilikdə olan maddələrlə tövsif edildikdən sonra məhkəmələrdə işə baxılarkən bu insanlara cəza tətbiqində sanksiyaların yuxarı həddini tətbiq etmək lazımdır. Misal üçün, bu günlərdə Biləcəri qəsəbəsində bir cinayət hadisəsi oldu. Məlum oldu ki, cinayət törətmiş həmin şəxs eyni əmələ görə məhkum olunub və vaxtından əvvəl azadlığa buraxıldıqdan sonra ikinci dəfə azyaşlıya qarşı bu cür hərəkətlər edib. Ona görə deyirəm ki, cəza təyinatı zamanı və eyni zamanda qanunda nəzərdə tutulan vaxtından əvvəl azad etmə institutunu bu cür insanlara şamil etmək düzgün deyil. Əfv Komissiyasında bu insanların məsələsi müsbət həll edilə bilməz, vaxtından əvvəl azad etmək üçün məhkəməyə təqdimatlar yazıla bilməz. Yazılarsa da, məhkəmələr bu təqdimatları təmin etməməlidir. Cinayət qanunvericiliyində hər bir maddənin dispozisiya və sanksiya hissəsi var. Yəni əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiya hissəsi ilə tövsif olunduqdan sonra sanksiyaların - cəzaların tətbiqi zamanı məhkəmələr cəzanın ən yuxarı həddini onlara tətbiq etməlidirlər. Körpələrə, yaşlı, köməksiz insanlara qarşı bu cür cinayət törədənlərə ən ağır cəzalar verilməlidir. Azyaşlı körpələrə qarşı əxlaqsız hərəkətlərin edilməsi ilə bağlı Cinayət Məcəlləsində olan bir neçə maddənin sanksiya hissəsinə yenidən baxmaq lazımdır və bu əməllərə görə cəzalar artırılmalıdır. Ola bilər ki, payızda bu məsələlərə qayıdaq.

- Siz Bakı şəhər prokuroru vəzifəsində çalışmısınız. O dövrdə də bu kimi cinayətlər bu qədər geniş yayılmışdı, yoxsa son dövrlərin bəlasıdır?

- Belə hadisələr həmişə olub. Sovet dövründə insanların mənəviyyatı, əxlaqı tamamilə fərqli idi. Amma indi müstəqillikdən, azadlıqdan, demokratiyadan, xüsusilə internet resurslarındakı nalayiq filmlərə, şəkillərə baxan insanların çoxunun beyni sanki dəyişib. Boşanmaların, ərli qadınların ərlərini, uşaqlarını qoyub başqaları ilə qaçmasının, əxlaqsız hərəkətlərin sayı artıb. Biz bunun qarşısını almaq üçün interneti qapadıb ölkəni informasiya blokadasına sala bilmərik. İnsanların beynində nə var, onlar nə düşünürlər, bunu əvvəlcədən görmək çox çətindir. Sadəcə, cəzalar sərtləşdirilməli, bu sahədə maarifləndirmə işi aparılmalıdır. Siz bilirsiniz ki, bu cür insanlar cəzaçəkmə müəssisəsində qanundankənar cəzalarla da üzləşirlər. Heç kim onlarla ünsiyyətdə olmur, salam vermir və s. Düşünürəm ki, bu istiqamətdə maarifləndirmə işi, insanların beyninə təsir edə biləcək, onları düz yola dəvət edəcək tədbirlər görülməlidir.

- Bu günlərdə narkotikdən istifadə edənlərə qarşı cəzanın aradan qaldırılmasına tərəfdar olduğunuzu demişdiniz. Çox maraqlı təklifdir...

- Bəli, içki düşkünü olanlar kimi, narkotik qəbul edənlər də narkotika düşkünüdürlər. Onları həbs etməyi düzgün hesab etmirəm. Bu gün CÇM-də narkotik qəbul etmə ilə bağlı azadlıqdan məhrum edilmişlərin sayı həddən artıq çoxdur. Niyə dövlət onlara 2-3 il xərc çəkməli, yedirtməlidir? Digər tərəfdən, bu adamlar həbs edildikdən sonra ailəsi və uşaqları başsız qalır, maddi problemlərlə üzləşirlər. Bu isə ciddi fəsadlar törədir. Amma biz narkotiki əkib-becərənlərin, satanların cəzalarını artırmalıyıq!

- Qənizadələr ailəsində iki prokuror var, biri keçmiş, biri indiki prokuror. Oğlunuz Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavinidir. Heç oğlunuzun işinə qarışırsınızmı? Yaxud generalın nə vaxtsa oğlunun işinə qarışdığı hallar olurmu?

- (gülür) Mən Elgizin işinə heç vaxt müdaxilə eləmirəm, ümumiyyətlə, maraqlanmıram. Amma təbii ki, bir hüquqşünas alim və ata kimi, həm də təcrübəli bir insan olaraq o, mənimlə bəzi məsələlərlə bağlı mövqeyini bölüşməyə cəhd edir, məsləhətlər, tövsiyələr alır...

- Oğlunuzun neçə yaşı var?

- 34. O, mənimlə bəzi məsələlərdə öz mövqeyinin nə qədər ədalətli və qanuni olduğunu müzakirə etmək istəyir. Qeyd edim ki, bizim hüquq-mühafizə orqanlarında - prokurorluq, daxili işlər, ədliyyə sistemində xeyli islahatlar aparılıb. DTX yenidən formalaşıb. Hər bir məmur insanlarla təmasda təvazökar, sadə olmalıdır. Bu, cənab prezidentin tələbidir! O cümlədən mən oğluma tövsiyə edirəm ki, şikayətə gələn hər kəsi işin çoxluğuna baxmayaraq, qəbul etmək lazımdır. Hər kəsi dinləmək, şikayətləri qeydə almaq lazımdır. Çünki Baş Prokurorluq da bunu əməkdaşlarının qarşısında həm tələb və həm də tövsiyə kimi qoyur. İnsanları incitmək, narazı salmaq olmaz. Haqsız şikayətlər olsa da belə, qanunu onlara şirin dillə izah etmək lazımdır. Bir də əməlin tövsifində prinsipial olmaq gərəkdir. Həmçinin digər hüquq-mühafizə orqanları ilə dostluq, əməkdaşlıq münasibətləti saxlanılmalıdır ki, cinayətlərin açılmasında bir-birinə dəstək olsunlar, yaxından əməkdaşlıq etsinlər və uğurlar əldə edə bilsinlər. Oğlum 10 ildən çoxdur ki, hüquq-mühafizə orqanında çalışır. Test imtahanlarından yüksək bal toplamaqla işə qəbul olunub. Mən hesab edirəm ki, Elgizə böyük bir etimad göstərilib. Bir ildən artıqdır ki, o, bu vəzifədədir. Mənə çatan məlumatlar, siqnallar belədir ki, Elgiz hələlik rəhbərliyin etimadını doğruldub və bundan sonra da etimadı doğruldcağına ümid edirəm.

- Çingiz bəy, müsahibələrinizin birində çox şanslı insan olduğunuzu demişdiniz. “Şöhrət” ordenindən sonrakı hədəfiniz hansıdır?

- Mən qarşıma məqsəd qoyanda ona çatmaq üçün bütün çətinliklərə dözür və mübarizə apara bilirəm. Həyatda da istədiyim hər şeyə şükürlər olsun ki, nail olmuşam. Heç vaxt hansısa bir mükafatı almaq naminə çalışmamışam. Cənab prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif edilməyim mənim üçün sürpriz oldu. Yüksək mükafata layiq görüldüyümə görə ona öz adımdan və ailəm adından mətbuat vasitəsilə təşəkkürü bildirmişəm. Bu gün fürsətdən istifadə edərək bir daha möhtərəm prezidentimizə öz dərin təşəkkürlərimi bildirirəm. Özümü kifayət qədər enerjili və işgüzar hesab edirəm. Çünki işləməkdən yorulmayan birisiyəm. Mən mətbuat vasitəsilə həm dostlarıma, uğurlarıma sevinən hər bir kəsə bildirmək istəyirəm ki, bundan sonrakı fəaliyyətim indiyə qədər necə olub, elə də olacaq. Dövlətimizə, dövlətçiliyimizə həmişə olduğu kimi, sadiq qalacaq, möhtərəm prezidentimizin ölkənin iqtisadi inkişafı, ölkəmizin təhlükəsizliyi üçün qarşıya qoyduğu bütün məsələlərin reallaşmasında ona dəstəkçi olacaq, bu siyasi kursu dəstəkləyəcəyəm. Bütün fəaliyyətimi xalqımın, millətimin və dövlətimin parlaq gələcəyi naminə görüləcək işlərə həsr edəcəyəm.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Pakistanlı general: “Xocalıda törədilən vəhşiliklərin oxşarını görməmişəm”

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

“Karqo Şamil”in obyektlərində əməliyyat - Saxlananlar var

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru