Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Hamı istəyir ki, bu millətin ocağını söndürənin ocağı söndürülsün”


“Bu məsələdə xalq qəlbən və ruhən prezidenti dəstəkləyəcək”


"Elə məsələlər və ya şeylər var ki, əlavə şərhlər onun səviyyəsinə, tutumuna xələl gətirə bilər. Prezident İlham Əliyevin də ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən son müşavirədəki çıxışı, verdiyi mesajlar, səsləndirdiyi fikirlər bu qəbildəndir".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Fəzail İbrahimli iyulun 3-də "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəzadan sonra ölkədə yaranmış elektrik enerjisi böhranının qısa zamanda aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirləri və enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən son müşavirədə dövlət başçısının səsləndirdiyi fikirləri, eləcə də verdiyi mesajları dəyərləndirərkən deyib.

 
 Millət vəkilinin fikrincə, Prezidentin müşavirədə açıq-aydın formada dedikləri, verdiyi mesajlar və açıq ifadələri bütün millətin, xalqın istəyi, ürəyindən gələn sözlər idi: "Təbii ki, baş vermiş hadisənin günahkarları tapılacaq və cəzalandıralacaq. İndi bütün xalq, millət, o cümlədən dövlət başçısı hadisənin araşdırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının yekun rəyini, gəldiyi nəticələri gözləyir. Hamı istəyir ki, bu millətin ocağını söndürənin ocağı söndürülsün. Bu millətin başına bu müsibəti gətirən adamın da başına bu cür müsibət gətirilməli, ən ciddi və sərt şəkildə cəzalandırılmalıdır. Bu cəza bütün xalqın ürəyindən olacaq, heç kim buna qarşı çıxmayacaq. Bu məsələdə xalq qəlbən və ruhən prezidenti dəstəkləyəcək. Nə yaxşı ki, heç olmasa prezident belə bir mövqedədir. Bəziləri deyir ki, prezident sərt mövqe göstərdi. Əslində prezident dövlətə qarşı edilmiş laqeyd münasibəti çox sivil formada ifadə etdi və onun mövqeyi də çox ədalətlidir. Dövlət başçısının öz sözləri ilə desək, o hələ bunları çox yumşaq formada deyib.
Ona görə də mən də bir adi vətəndaş, eləcə də bir deputat, bir ziyalı kimi cənab Prezidentin müşavirədə səsləndirdiyi fikir və çağırışlara qoşuluram.

O müşavirədə iştirak edənlərin hər biri, eləcə də hər bir yüksək və ya aşağı vəzifəli məmur oturduğu kreslonun məsuliyyətini hiss etməlidir. Çünki gec-tez hamı edilən məsuliyyətsizliyə görə cavab verməli olur".

"Bu həmrəyliyin əsasında Azərbaycan Prezidentinə və onun fəaliyyətinə olan inam dayanır"
 Qeyd edək ki, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. 

Xatırladaq ki, iyulun 3-də gecə Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İES-in yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Prezident İlham Əliyev baş vermiş qəzanın araşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması barədə sərəncam imzalayıb.
İyulun 4-də təxminən axşam saatlarında "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Bir neçə saat sonra elektrik enerjisinin verilişi bərpa edilib. İyulun 5-də səhər adıçəkilən stansiyada yenidən yanğın baş verib. Lakin onun qarşısı tezliklə alınıb və bu dəfə baş vermiş yanğın elektrik enerjisi paylayan şəbəkələrə təsir etməyib.

pia.az
Etiket:
loading...