rezonans

Xəbər xətti

16 İYUL

20:26 Bakıda 199 nömrəli avtobusun yolu uzadıldı

20:20 36 yaşlı oğlan əqli qüsurlu qıza dəfələrlə təcavüz etdi... - Bakıda

20:13 Putin: “Rusiya və ABŞ böyük məsuliyyət daşıyır”

20:06 Bilik Fondunun Himayəçilik Şurası üzvləri dəyişdirildi

20:02 Putinlə Trampın nümayəndə heyətlərinin iştiraklı ilə danışıqları başladı

19:59 BTC vasitəsilə 3 milyard barel neft ixrac olunub

19:54 DİN-nin iş otağında vəfat edən şöbə rəisinin FOTOsu yayıldı

19:48 “Şərq Tərəfdaşlığı” sammitinin vaxtı açıqlanıb

19:42 Donald Tramp Helsinki görüşündə Putinə göz vurub - Video

19:37 Bakı Metropolitenindən paytaxtdakı çökmə ilə bağlı açıqlama

19:30 Abituriyentlərə “Qarabağ”ın oyununa pulsuz bilet paylanacaq

19:24 İranlı nazir: “OPEC dağılmaq təhlükəsi ilə üz-üzə qala bilər”

19:17 Bakıda oğurluq edən keçmiş məhkum tutuldu

19:10 Gürcüstanın yeni baş prokurorunun adı məlum olub

19:04 Tünzalə Ağayeva Adnan Oktarın yaxın adamıyla - Fotofakt

18:59 “Qəbələ” Lüksemburqa yollanır

18:53 İran ABŞ-dan BMT-yə şikayət edib

18:47 Moskvada partlayış: Yaralılar var

18:41 Prezident İlham Əliyev ANAMA işçilərini təltif edib

18:35 Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı

18:29 Kaliforniyada meşə yanğınları tüğyan edir

18:23 Bakıda dönərə pulu çatmayan 14 yaşlı uşağı döydülər

18:17 Almaniya XİN başçısı: “Ağ Evə artıq tam etibar edə bilmərik”

18:11 Tramp və Putin arasındakı görüş başa çatdı

18:05 Ali Məhkəmə gizirin şikayətini rədd etdi

18:00 Əmircanda qadın sürücü piyadanı vuraraq öldürüb

17:53 Azərbaycanda da Adnan Oktardan zərər çəkənlər var

17:47 Türkiyə “Patriot” sistemləri almaq üçün ABŞ-la danışıqlar aparır

17:41 Rusiyada “quş qripi” tapıldı, məhsullar geri çağırılır

17:36 Dolların sabaha olan məzənnəsi

17:31 Ərdoğanla Tramp arasında telefon danışığı olub

17:26 “Ford”dan elektromobil həmləsi

17:20 Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

17:15 Özcanla Mahsun illər sonra barışdılar

17:10 “Qırmızı Xaç” Azərbaycana əsir düşən erməni kəşfiyyatı üçün danışıq aparır

17:04 Azərbaycan dilində qədim əlyazmanın surəti əldə edilib

16:59 Eldar Əzizov Bakı şəhər icra hakimiyyəti başçısının birinci müavini təyin olunub

16:54 Şimali Koreya lideri “xalq düşmənləri”ni əfv edəcək

16:36 Kitab müqabilində görüşən fahişə

16:30 Kim kimə qadağa qoyub?

16:25 Tramp: “2020-də prezidentliyə namizədliyimi verəcəyəm”

16:20 Britaniya “Brexit” üzrə ikinci referendum keçirmək niyyətində deyil

16:13 Azərbaycana ət idxalı 7,2% azalıb

16:07 Ağdaşda soyğunçu dəstə saxlanıldı

16:02 Putin İranı Trampa peşkəş edəcəkmi?

15:55 Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıqlanıb

15:47 Məşhur rejissorun itmiş ssenarisi tapıldı

15:41 Bakıda qanunsuz inşa edilən 16 mərtəbəli binanın tikintisi dayandırıldı

15:37 Lavrov və Pompeo görüşüblər

15:31 Azərbaycanlı illüziyaçını kobra ilanı vurdu

15:26 Ermənistan NATO ilə sıx əməkdaşlığın səbəbini ilk dəfə açıqladı

15:20 “Qarabağ” – “Olimpiya” oyunu canlı yayımlanacaq

15:15 Helsinkidə Tramp və Putin arasında görüş başlayıb

15:10 Gürcüstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

15:04 Bir milyarddan çox adam sərinləməyə yer tapmır

14:58 Müasir cihazların ən mənasız funksiyaları

14:53 Xarici sərmayənin 79,4 faizi 9 ölkənin payına düşür

14:49 Rusiya ordusu Ermənistanda dronlardan istifadə etməklə təlim keçirir

14:14 Bu gecə Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq

14:09 “İran Hörmüz körfəzini bağlasa, özünü ayağından güllə ilə vurmuş olar”

14:05 Siyəzəndə qadın sürücü avtomobilini aşırdı: Bacısı öldü

14:00 Sabah bəzi rayonlarda güclü yağış yağacaq

13:55 Mogerini: “Şərq Tərəfdaşlığı”na dəstəyi artırmağı planlaşdırırıq”

13:51 Qüdrət Həsənquliyev: “Hadisələr hələ bitməyib”

13:47 Azərbaycan prezidenti Fransa yığmasının qələbəsi münasibəti ilə Makronu təbrik edib

13:42 Paşinyan: “Azərbaycan bütün cəbhə boyu qoşun cəmləşdirir”

13:40 “Nikoyl Bank”dan 45 milyon manat zərər

13:25 30 min manata kinoteatr satışa çıxarıldı

13:20 Gürcüstanda matəm elan olunub

13:15 Rusiya mundialı 3-cü ən məhsuldar dünya çempionatı oldu

13:10 Bakının Mir Cəlal küçəsində hərəkət tam məhdudlaşdırılacaq

13:10 Şirvanda itkin düşdüyü bildirilən 18 yaşlı oğlan tapılıb

13:05 “Azərbaycana qarşı olan qüvvələr sosial şəbəkələrdən istifadə edirlər”

13:01 Rəsmi Tehran Gəncə hadisələrinə dair bəyanat verdi

12:56 Tramp Finlandiyaya gəldi - Putinlə görüşə

12:51 Kürd terrorçuları Menbiçdən tamamilə çıxdılar

12:47 Bakıda tuneli bağlayıb şampan partladan gənclərlə bağlı araşdırma başladı

12:42 Şirvanda 18 yaşlı oğlan itkin düşüb

12:38 FIFA 2018-ci il dünya çempionatının ən yaxşı qoluna namizədləri açıqlayıb

12:34 Rusiya ordusu Ermənistanda dronlardan istifadə etməklə təlim keçirir

12:29 Əli Həsənov: “Milli iradəyə qalib gəlmək olmaz”

11:26 “Mossad”ın Tehranda məxfi əməliyyatının detalları üzə çıxdı

11:03 Rezidenturaya ixtisas seçimi başa çatır

10:58 Siqaret tanınmış aktrisanı reanimasiyalıq etdi

10:53 Gürcüstanda mədəndə qəza: Ölənlər və yaralananlar var

10:47 Bakıda işdən çıxarılan bağban ev sahibini yaraladı, həyat yoldaşını öldürdü

10:21 Nazir jurnalistlərlə belə rəqs etdi - Video

10:17 “Evlənmək barədə düşünmürük”

10:13 Böyük Britaniya şahzadələri Trampla görüşməkdən imtina ediblər

10:09 İsrail Suriyanın hava limanını bombaladı

10:04 4 uşaq anası olan 23 yaşlı qadın itkin düşdü - Goranboyda

10:00 Tramp Putinlə görüşmək üçün Britaniyadan Finlandiyaya səfər edib

9:57 Polis borclu şəxs kimi axtarışda olan 8 nəfəri saxlayıb

9:53 İşləyənlərin sayı artıb

9:50 Cəbhədə gərgin gecə: kəndlərimiz atəşə tutuldu

9:47 Sərnişinlə dolu avtobuslar ötüşdü - Video

9:43 Dollar həftəyə bu qiymətlə başladı

9:40 DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı

9:36 Neft ucuzlaşıb

9:32 Cüdoçularımızdan 2 qızıl, 1 gümüş medal

9:28 Azərbaycanda internetin orta sürəti açıqlandı

9:24 Mingəçevirdə avtomobil tərəfindən vurulan yaralıllardan biri dünyasını dəyişib - Foto

9:20 Şahzadələr Trampla görüşmək istəmədilər

9:17 Hicablı modelyer: “Mənə deyirlər ki, yanlış yoldasan”

9:14 Nigeriyada 70-ə yaxın hərbçi itkin düşüb

9:10 Rəcəb Tayyip Ərdoğan: “O gecə bizim üçün dua edənlərlə...”

9:07 FİFA dünya çempionatında iştirak edən komandaların mükafatını açıqlayıb

9:03 İstanbul mitinqində İlham Əliyevin fotolarını qaldırdılar

9:00 Bu gün bürcünüz nələr vəd edir?

15 İYUL

21:58 DÇ-2018-in ən yaxşı bombardiri müəyyənləşdi

21:31 Tohid İbrahimbəyli İranda “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstə yaradıb

21:16 Bakıda mənzildə meyit tapılıb

21:07 Fransa milli komandası futbol üzrə dünya çempoionudur

20:59 Cəlilabadda taxılla dolu “Qazel” aşıb, sürücü ölüb

20:44 “Böyük Britaniya hərbi sferada Rusiya və Çindən geri qalır”

20:35 Polisi qətlə yetirən Rəşad Böyükkişiyev qumbara istifafə etməyə çalışarkən məhv edilib

20:24 “Türkiyə S-400 alarsa, Rusiya F-35-lərin işləmə mexanizmini öyrənə bilər”

20:15 Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının bağlanış mərasimi keçirilib - Fotolar

20:06 Kölə kimi işlədildi, günlərlə quyuda gecələdi

19:59 6 otaqlı ev yandı - Xaçmazda



GÜNDƏM

...

“GünayBank”dakı “xortumlama” əməliyyatında Eldar Mahmudov sxemi

Tarix 30.06.18, 14:17

Font ölçüsü : - / +
bitmap-img6


Oğurlanmış pulları qaytarmamaq üçün yeni plan işə düşüb; ölkənin ən iri banklarından birinə rəhbərlik etmiş Zakir Zeynalov özünün çoxmilyonluq varidatını heç kimlə bölüşmək niyyətində deyil


4-5 il əvvəl Azərbaycan Beynəlxalq Bankında baş verən “xortumlama” əməliyyatı Azərbaycanın məşhur banklarından olan “GünayBank”da təkrarlanmaqdadır.

Son məlumatlara görə, bankdakı qeyri-rəsmi hesablarından on milyonlarla dolların misli görünməmiş oğurluğu gerçəkləşib. Bankın hazırda həbsdə olan İdarə Heyətinin sədr müavini Emin Zeynalov az qala 100 milyon manatı ofşor hesablarına köçürüb.

Pulların ofşor hesablara Baltikyanı ölkələrin Vaşinqtonun sanksiyaları altında olan bankları vasitəsilə çıxarılması haqda məlumatlar var. Virtualaz.org yazır ki, baş verənlərlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) “GünayBank”ın müdafiəsinə hesablanan bəyanatı isə heç bir etimad doğurmur.

Sayt Palatanın rəhbərlərindən biri olan İbrahim Alışovun bankın Bakının mərkəzində - “Nizami” metro stansiyasının yaxınlığında yerləşən filialı vasitəsilə həyata keçirilən çirkli sxemlərin iştirakçısı olduğunu da yazır. “Yeni Müsavat” xatırladır ki, İbrahim Alışov hazırda MBNP-nin baş icraçı direktoru olmaqla əsas söz sahibidir. Palatanın nizamnaməsinə edilən dəyişikliklər Direktorlar Şurasının sədri Rüfət Aslanlını səlahiyyətsiz duruma salıb. Bank sektorunda çalışanlar Rüfət Aslanlının bu sahənin nadir mütəxəssislərindən olduğunu bildirirlər, İbrahim Alışov haqda isə bu fikirləri işlətməkdən çəkinirlər.

İbrahim Alışov manatın devalvasiyasının qızğın vaxtında valyuta alqı-satqısında, ölkədə maliyyə böhranının dərinləşməsinə “yardım” etmiş biri kimi xarakterizə olunur. Lakin bu gün Rüfət Aslanlını sıxışdırıb çıxarmış Alışovdan danışmayacağıq. Bu epizod, sadəcə olaraq, bir daha sübut edir ki, maliyyə sektorundakı bir çox məmurlar nə qədər “günaha batıblar” və buna görə də “GünayBank”ın işinin ədalətli araşdırılmasında maraqlı deyillər.

Hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin təcridxanasında saxlanılan Emin Zeynalov atası - təcrübəli bankir Zakir Zeynalovla birgə fəaliyyət göstərib.

Günay Bank Zakir Zeynalov ile ilgili görsel sonucu

Mənbələr iddia edirlər ki, “GünayBank”ın sahibi Mahmud Məmmədovun yaxın dostu olan Zakir Zeynalov axtarışda olan oğlunu bilərəkdən gizlədib və onu hüquq-mühafizə orqanlarına KİV-də yayımlanmış və geniş rezonans doğurmuş yazıların dərcindən 15 gün sonra təhvil verib. Zakir  Zeynalov “GünayBank” rəhbərliyi ilə əlbir olaraq, aldadılmış əmanətçilərin vəsaitlərinin mənimsənilməsi üzrə öz planını gerçəkləşdirir və bildirir ki, bank qarşısında bütün borclarını bağlayıb. Bununla birlikdə, oğlunun oğurladığı pullar hesabına alınmış daşınmaz əmlakı bankın aktivlərinə yatıraraq, aldadılmış əmanətçilərə deyir ki, pullarını bankdan tələb etsinlər.

Zakir Zeynalov gözəl anlayır ki, heç kəs onun oğlu tərəfindən oğurlanmış pullarla alınmış və bankın balansına daxil edilmiş daşınmaz əmlak vasitəsilə pulları qaytara bilməyəcək. Başqa sözlə, uzun illər ərzində ölkənin ən iri banklarından birinə rəhbərlik etmiş və adı müxtəlif maliyyə fırıldaqlarına bulaşmış Zeynalov özünün çoxmilyonluq varidatını heç kimlə bölüşmək niyyətində deyil.

Günay Bank Zakir Zeynalov ile ilgili görsel sonucu

Bütün aktivlərini “GünayBank”ın balansına keçirməklə Zeynalov yeni çirkin oyuna başlayıb. Bank dairələrində qeyd edirlər ki, təcrübəsiz Emin Zeynalov təkbaşına bu böyüklükdə bank fırıldağını həyata keçirə və məşhur məmurlara məxsus olan milyonları xaricdəki hesablara yollaya bilməzdi. Bütün mənbələr ona işarə edir ki, bu bank fırıldağında cinayətkar qruplaşma fəaliyyət göstərib və həmin qruplaşmaya “GünayBank”ın rəhbərliyi də cəlb olunub.

E.Zeynalovun həbsindən sonra “GünayBank”ın bütün zərərçəkmiş əmanətçiləri DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə şikayətlə müraciət ediblər. Lakin əlaqələrindən və varidatından istifadə edən “Mahmud Məmmədov - Emin Zeynalov - Zakir Zeynalov” cinayətkar qruplaşması istintaqa və zərərçəkmişlərə güclü təzyiq göstərir. Qruplaşma yaxşı məlum olan vasitələrdən - qorxutmadan, şantajdan, qarşılıqlı ittihamlardan yararlanır...

Bir şey məlumdur ki, mütəşəkkil cinayətkar qruplaşma oğurlanmış pulların mənimsənilməsi naminə bütün yollara gedir. Devalvasiyadan 1 ildən bir az çox keçmiş daha öncə maliyyə bazarının həndəvərinə yaxın düşə bilməyən Mahmud Məmmədov “qara bazar”da valyuta spekulyasiyalarının hesabına öz bankını möhkəmləndirdi, filial və valyutadəyişmə məntəqələri şəbəkəsini genişləndirdi ki, bütün bunlar ölkədə baş verən bank və maliyyə böhranı fonunda heç bir məntiqə sığmırdı.

Səs-küylü qalmaqaldan sonra M.Məmmədov var gücü ilə özünün yeni layihəsinin əsas simasını - ifşa edilmiş Emin Zeynalovu xilas etməyə çalışır. Bu azmış kimi, M.Məmmədov İbrahim Alışovun və Maliyyə Bazarlarına Nəzarət üzrə Palatanın köməyi ilə Baltikyanı ölkələrin cinayətkar maliyyə dairələri ilə əlaqələrdə adı hallanan bankının nüfuzunu xilas etmək istəyir. Sayt yazır ki,  aldadılmış əmanətçilər istintaqa çoxsaylı yazışmaları, əlaqələri, videoyazıları təqdim etməyə hazırdırlar ki, Cahangir Hacıyev - Eldar Mahmudov sxemi üzrə fəaliyyət göstərən cinayətkar qruplaşmanı sona kimi ifşa etsinlər. Aldadılmış əmanətçilər və Mahmud Məmmədovun mütəşəkkil cinayətkar qruplaşmasının və “GünayBank”ın qurbanları ədalətli araşdırmaya ümid edirlər.

“GünayBank” ASC 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir. 2015-ci ilin maliyyə böhranına baxmayaraq, bank ayaqda qalmağı bacarıb və ötən ili zərərsiz başa vura bilmiş azsaylı banklardan biridir.

Bankın əsas səhmdarları Mahmud Məmmədov və onun həyat yoldaşı Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89,76%-nə sahibdirlər, Mahmud Məmmədov isə bankın Müşahidə Şurasının sədridir. 2017-ci ilin məlumatlarına əsasən, bankın aktivlərinin ümumi həcmi 186 milyon manata bərabərdir.

Hazırda yaşanan qalmaqallı oğurluq olayında 46 şəxsə ümumilikdə bankın aktivlərindən yarıdan çoxu qədər - 100 milyon manat “atıldığı” iddia olunur.(“Yeni Müsavat”)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

Türkiyə “Patriot” sistemləri almaq üçün ABŞ-la danışıqlar aparır

bitmap-img3

Rakurs

Beyləqanda Bakir Balakişiyev kabusu: Bələdiyyədən şəhər merinədək talan yolu

bitmap-img3

Seçmələr

Gəncədə öldürülən polis zabitlərindən biri axund Hacı Tahirin qardaşıdır

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru