Xəbər xətti

22 MAY

19:42 ABŞ-da marixuana çəkənlər həbs olunmayacaq

19:38 Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq

19:33 Ələtdə Azərbaycan-Çin sənaye şəhərciyi salınacaq

19:27 İsrail beynəlxalq məhkəməyə veriləcək

19:23 DİM: Abituriyentlərdən 648 nəfəri imtahanda iştirak etməyib

19:18 Ərdoğan Fələstin liderinə zəng etdi

19:14 İran prezidenti İlham Əliyevi təbrik etdi

19:11 Qətərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu

19:06 Qabonun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

19:03 DİM: 28 nəfərin imtahan nəticələri ləğv edilib

18:59 Bakıda əl qumbarası tapılıb

18:55 İlham Əliyev sərəncam imzaladı

18:50 Goranboya 2 milyon manat ayrıldı

18:45 Böyük Britaniya Kraliçasından İlham Əliyevə təbrik

18:41 İlham Əliyevdən əmisi ilə bağlı sərəncam

18:37 Neft bahalaşır

18:33 Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən İlham Əliyevə təbrik

18:29 ABŞ-Şimali Koreya danışıqları pozula bilər

18:25 Bakıdakı partlayışa görə vəzifəli qardaşlar həb edildi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:17 Çavuşoğlu: “İsrail etdiklərinə görə hesab verəcək”

18:12 Sabah bu ərazilərdə qaz olmayacaq

18:08 ““Şimal axını-2” layihəsi dayandırılmalıdır”

18:04 “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

18:00 Pakistanda şiddətli istilər - 65 ölü

17:56 “Dəniz Səki başqası ilə eşq yaşayırdı” – Keçmiş nişanlısı

17:52 İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı

17:48 Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək

17:43 Rəngli sular zob yaradır

17:38 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:33 Putin Venesuela prezidentinə yardım əli uzatdı

17:28 Milli Məclisin sonuncu plenar iclasının gündəliyi müəyyənləşib

17:23 Jirinovskidən ilginc təklif

17:16 Avropaya qaçmış Xalid ibn Fərhan əmilərini çevrilişə niyə təhrik edir?

17:11 “Azərbaycan hekayələri” kitabı Londonda

17:06 Dağıstanda bəzi şəhər və kəndlər su altında qalıb

17:01 MN zabitlərin yol qəzasında ölməsi barədə məlumatlara aydınlıq gətirib

16:56 “Vicdan haqqı” finala hazırlaşır

16:51 “Təhsil haqqında” qanuna dəyişikliklər edilir

16:47 Ciddədə təyyarə sərt eniş etdi - Yaralılar var

16:41 İran-ABŞ qarşıdurması: Regionda daha bir Suriyanın yaranma ehtimalı var?

16:36 DİM I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb

16:30 ETSN Daşkəsəndə reyd keçirib

16:25 Serbiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

16:20 “Bakcell” karyera sərgisinə qatılıb

16:15 “Azərbaycanda son 5 ildə əllilərin sayı 100 000 nəfər artıb”

16:10 Beyləqanda ağır qəza - hərbi qulluqçu həlak oldu

16:03 “Putinin adamları” İtalyada hökumət formalaşdırır

15:56 “Vergilər Nazirliyi indi adam balası kimi işləyir...” - Cavid Qurbanov

15:51 “Bu sektorun imici o qədər korlanıb ki...”

15:46 Navalnını dəstəkləyən Yekatrinburq meri istefa verdi

15:40 Marinski teatrında kütləvi zəhərlənmə

15:33 “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı heç bir razılaşma yoxdur”

15:28 Azərbaycan-Serbiya işgüzar görüşü keçirildi

15:23 Qoy sertifikasiya olsun, təki bu məsələyə bir son qoyulsun...

15:16 Gürcüstanın Azərbaycana qarşı xəyanəti...

15:11 Qrizmann qərar verməkdə çətinlik çəkir

15:06 “Ermənistanla danışıq aparması Azərbaycanın ən böyük güzəştidir”

15:01 “Mətanət İsgəndərli oxumasa yaxşıdır”

14:55 Fələstin İsraili beynəlxalq məhkəməyə verib

14:50 Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olunub

14:45 ABŞ Kim-ə bu xəbərdarlığı etdi: “Səni də Qəzzafinin gününə salarıq”

14:40 Paşinyan və Sarkisyan Gürcüstana gedir

14:35 DİM vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib

14:30 Boru xətti tankın lüləsinə çevriləndə...

14:25 Rusiyada əks-sanksiyalar haqqında qanun qəbul edildi

13:58 Traktor aşdı: ağır yaralılar var

13:54 Rusiya və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

13:49 Azərbaycan beynəlxalq ədəbiyyat festivalında – İlk dəfə

13:44 Lənkəranda adı “Qırmızı kitab”a düşən kəpənək aşkar edilib

13:39 Ərli qadınların yubkasında əxlaq axtaran Manaf Ağayev

13:34 Maştağa sakini özünü asdı

13:29 Gizem Karaca məhkəmənin qərarına etiraz edib

13:24 “Dərman mafiyası işi”: Gömrük hospitalının iranlı həkimi həbs olundu

13:20 Dövlət qulluğuna qəbul üçün müsahibə elan edildi

13:16 Qəbul imtahanında ilk: DİM cavabın səhv olduğunu açıqladı

13:12 Şəhid əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olunub

13:04 “İclasımızda Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin olunacağına ümid edirəm”

12:59 XİN-də geniş tərkibli iclas keçirilib

12:54 Putin SSRİ-ni sarsıdan 1991-ci ilin avqust qiyamından danışdı

12:49 “Ödənişlərin az olması vergi siyasətinin sərtləşdirilməsini tələb edir”

12:44 Sabah hava necə olacaq?

12:40 Məşhur müğənni xəstəxanaya yerləşdirildi

12:35 Azərbaycan: İran, ABŞ və İsrail arasında

12:30 “Arsenal”ın yeni baş məşqçisinin adı məlum oldu

12:26 “Azərbaycanla konstruktiv əməkdaşlıq üçün kifayət qədər resursumuz var”

12:22 Bakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

12:17 “İqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib”

12:13 AXC-nin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

12:08 Özünü lallığa vurub casusluq edən azərbaycanlı

12:04 Monqolustanın baş naziri Rusiya səfərindən imtina etdi

11:59 Ərə getməyə hazırlaşan aktrisa son qərarını verdi

11:55 Trampın “tvit”lərində davamlı səhvlərin sirri açıldı

11:50 Ekspert: “Yeni nazir quzunu qucağında tutmaqla ilk addım atıb?”

11:46 Azərbaycanda xarici şirkətlərin və sahibkarların hesabları yoxlanılacaq

11:41 Ağcabədidə nəvə babasının evindən oğurluq edib

11:36 Abramoviçdən gəlirlərinin qanuni olmasının sübutu tələb olundu

11:31 Büdcənin icrası barədə illik hesabat Milli Məclisdə müzakirə ediləcək

11:27 Rusiya avtomobillərinin istehsalı dayandırılır

11:23 Beren Saat və Kənan Doğulu ayrılıb?

11:18 Naxçıvan əhalisinin sayı açıqlanıb

11:14 İki qırmızı vərəqə alan yeganə oyunçu

11:09 Bişkek meri: “Köhnə paltar geyib, saqqal taxıb şəhərdə gəzirəm”

11:05 Qəzalı binalar sökülən zaman toz normadan artıq olub - Nazirlik

11:01 Əfqanıstanda terrorçularla qarşıdurmada 20 polis əməkdaşı həlak olub

10:57 Təranə Qumral məhkəməyə çıxarılacaq

10:53 Bakıdakı dəhşətli partlayışa görə vəzifəli şəxs həbs edildi

10:49 London Rusiyanın “çirkli pulları” ilə bağlı hesabat yaydı

10:45 İraqda uduzan ABŞ Türkiyənin önünü kəsmək istəyir

10:41 Zukerberqin Avropa Parlamentində çıxışı canlı yayımlanacaq

10:37 Bakıda ana və qızının dəhşətli - Təfərrüat

10:33 Bakı Avstriya idmançısına 500 min avro kompensasiya ödədi

10:29 57 yaşlı aktyor evlənir

10:25 Dövlət qulluqçuları nə qədər maaş alır?

10:21 İkardini Messiyə görə milliyə çağırılmadı

10:17 MİDA yenidən təşkil edəcəyi satışda itirdiyi etibarı geri qaytara biləcək?

10:13 İranda göbələkdən zəhərlənib ölənlərin sayı 15-ə çatdı

10:08 Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub

10:04 BDU-nun 100 illiyi keçiriləcək



GÜNDƏM

...

“Göstəriş verilsə, sabah qaça-qaça MSK-nın qabağında duracaqlar”

Tarix 13.02.18, 9:05

Font ölçüsü : - / +
bitmap-img6


Siyavuş Novruzovdan seçkini boykot edənlərə ittiham; YAP funksioneri: “Heç qohum-əqrəbaları da onlara səs verməyəcəkdi...


Deputat, YAP icra katibinin müavini, prezidentin üç səlahiyyətli nümayəndəsindən biri olan Siyavuş Novruzov prezident seçkisi mövzusunda “Yeni Müsavat”a müsahibə verib, maraqlı fikirlər səsləndirib. 

Müxalifətin boykot qərarına özünəməxsus mövqe nümayiş etdirən YAP funksioneri ilə müsahibəni təqdim edirik:

- Siyavuş bəy, budəfəki seçkidə də prezidentin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi seçilmisiniz. Hər halda, maraqlıdır, niyə məhz maliyyə məsələləri?

- (Gülür). Mən 25 ildir ki, o işə baxıram. 1993-cü ildən bu tərəfə, istər ümummilli liderin, istərsə də cənab prezidentin seçkilərində, o cümlədən parlament seçkilərində partiyanın səlahiyyətli nümayəndəsi olmuşam, özü də bu sahə üzrə. Yəqin ki, etimadı o sahədə doğrultmuşuq ki, bizə maliyyə məsələlərini həvalə edirlər. 

- Aparıcı müxalifət partiyalarının seçkini boykot qərarını necə qiymətləndirirsiniz?

- Birinci onu qeyd edim ki, Azərbaycanda azad, ədalətli, demokratik  seçki keçirmək üçün bütün mühit və şərait var. O şəxslər ki, boykot qərarını qəbul edirlər, onların heç bir sosial bazası yoxdur. Bilirlər ki, burada 40 mindən artıq seçici imzasını toplamaq lazımdır, böyük bir seçki kampaniyasını həyata keçirmək üçün tərəfdarlar tələb olunur. Bu adamlarda bunların heç biri yoxdur. O baxımdan da bunların belə qərar verməsi bəlli idi və mövqe bildirməsi. İkincisi, bu gün onlar bütün müxalifət partiyalarını təmsil etmir. Müxtəlif kateqoriyaya aid olan müxalifət var. Burada da qərar verənlər ancaq xaricdən maliyyə dəstəyi alan, onların maliyyəsi, tapşırığı əsasında qərar qəbul edən partiyalardır. Bu, nə onların üzvlərinin, nə də rəhbər strukturların qərarı deyil. Bu, sadəcə olaraq, hansısa bir ölkənin səfirinin, hansısa beynəlxalq təşkilatın, yaxud QHT-nin bunlara tapşırığının əsasında olan məsələdir. Bu, birinci dəfə deyil ki. Biz Azərbaycanda əvvəllər də belə halların şahidi olmuşuq. Onlar yaddan çıxarırlar ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan Konstitusiyasında da göstərilib ki, hakimiyyətin mənbəyi xaldır. O baxımdan da xalq kimi seçəcək, kimə dəstək verəcək, o da seçiləcək. Belə olan təqdirdə artıq hansısa ölkənin, təşkilatın deyil, xalqın rəyi əsasdır və seçkidə rol oynayır.

- Hakim partiya seçkidə iştirak etmək üçün ölkə müxalifətinə, boykot və iştirak etməmək qərarı vermiş qüvvələrə çağırış edə bilərmi ki, onlar da seçki prosesinə qatılsın?

- Xatırlayırsınızsa, vaxtilə də belə hallar olub. 1998-ci ildə də mən cənab prezidentin səlahiyyətli nümayəndəsi idim. Onda hətta müddət keçməsinə baxmayaraq, ümummilli lider Heydər Əliyev öz prezident səlahiyyətlərindən istifadə edib, seçkinin müddətini 3 ay da uzatdı. Elçibəy başda olmaqla, digərlərinə də rəsmi qaydada müraciət yazdı ki, demirdiniz müddətin azlığı sizə imkan verməyəcək? Əlavə edirəm, gəlin, açıq mübarizədə iştirak edək, seçkiyə qatılaq! Ancaq yenə də müxtəlif bəhanələr başlandı. Yox, onda icazə verin, Azadlıq meydanında tədbir keçirək, nə bilim daha nələr. Ancaq bəhanələr səsləndirdilər ki, açıq mübarizədən qaçırlar. Aydın məsələdir ki, bunlar bu gün bizim namizədə heç cür alternativ ola bilməzlər, bunu əzbər bilirlər. Azərbaycanda o adamlar yarım faiz, bəlkə ondan da az səs toplasalar, böyük şeydir. Heç qohum-əqrəbaları da onlara səs verməyəcəkdi, onlar bizim namizədə səs verəcəkdi, dəfələrlə biz bunu görmüşük. O baxımdan da hansı şərtləri ortaya qoysan belə, yenə başqa bəhanə tapacaqlar. Çünki onlara “ordan” göstəriş verilməyib. “Ordan” göstəriş verilsə, sabah qaça-qaça MSK-nın qabağında onlar duracaqlar.

- Ötən həftə ABŞ diplomatı Bakıda həm iqtidar, həm də müxalifət nümayəndələri ilə görüşdü. Belə görünür ki, Vaşinqton vaxtın dəyişdirilməsində problem görmür, sadəcə, azad, ədalətli seçki keçirilməsini istəyir. Yuxarıda dediyiniz kimi, 98-ci il təcrübəsindən istifadə oluna bilərmi? Yəni seçkinin iki ay sonraya salınması mümkündürmü?

Prezidentin səlahiyyətli nümayəndəsindən müxalifətə: “Kimləri yığıb boykot edəcəksən?”

- Yox. Yenə deyirəm ki, bu barədə deyilənlər hamısı bəhanədir. Bunların heç bir şansı yoxdur. O baxımdan da bu addımı atırlar. Əgər keçmiş tarixə nəzər salsaq, 1905-1907-ci il rus inqilabı dövründə Leninin bir şüarı var idi. İnqilaba qədər o deyirdi ki, seçkini boykot edək, 1905-1907-ci ildən sonrakı Duma seçkilərində deyirdi “Qatılın!” Sual olunurdu ki, biz indi niyə Dumaya seçkilərə qatılmalıyıq? Deyirdi artıq burjua inqilabı olub. Ona görə də biz hər hansı seçkini boykot etməkdə acizik. Seçkini boykot edən qurumlar o qədər güclü olmalıdırlar ki, onu boykot edə bilsinlər, xalq səfərbər olunsun. Bu gün xalqın buna ehtiyacı yoxdur. Xalq özü deyir ki, günü bu gün seçki olsun, biz gələk, cənab prezidentə səs verək! Sən kimi boykot edəcəksən? Kimləri yığıb boykot edəcəksən? Hansı təşkilatla, hansı qurumla? Bunların siyasi təşkilatları artıq dərnək səviyyəsindədir.

- Seçkinin müxalifətin iştirakı olmadan keçirilməsi onun legitimliyinə xələl gətirə bilərmi?

- Heç bir xələl gətirməyəcək. Elə bir şey yoxdur. Bunlar ancaq baş aldatmaqdır ki, əgər müxalifət iştirak etmirsə, demək seçki legitim deyil. Qanunda söhbət ondan gedir ki, alternativ olmalıdır. Vəssalam. Alternativ də kim namizədliyini irəli sürəcəksə, onlar olacaq. İki nəfər də iştirak edəcəksə, artıq kifayət edəcək. Bu seçki azad, demokratik, ədalətli hesab olunacaq və keçiriləcək. Hansı dünya ölkəsində olub ki, hansısa partiya iştirak etməyibsə, o seçki qeyri-demokratik adlandırılıb? Görürsünüz ki, Türkiyədə 3-4 partiya seçkilərdə iştirak edir. Məgər Türkiyədə ancaq bu qədər partiya var. Yaxud ABŞ-da 100-ə yaxın siyasi partiya qeydiyyatdan keçib, fəaliyyət göstərir. Lakin iki partiya seçkidə iştirak edir. Burada da kimsə özünün seçkiyə demokratik imici qazandıracağını düşünürsə, yanılır. 

- Azərbaycandan öncə Ermənistanda da prezident seçkiləri keçiriləcək. Qarabağ məsələsi bizi istər-istəməz düşmən ölkədəki proseslərə diqqət yetirməyə vadar edir. Siz işğalçı ölkədəki seçkilərdən nə gözləyirsiniz?

- Biz dəfələrlə görmüşük ki, Ermənistanda həmişə antidemokratik seçkilər keçirilib. Birincisi, Ermənistanda hərbi xunta, hərbi rejim hakimiyyətdədir. Ona görə də bu ölkədə hər hansı azad seçkidən söhbət gedə bilməz. Keçmiş prezident seçkilərində biz dəfələrlə şahidi olmuşuq ki, namizədləri güllələyiblər, seçkidə iştirak etmək istəyən şəxslər həbsxanaya atılıb, sərbəst toplaşma azadlığını pozublar, heç bir şərait yaratmayıblar və s. Biz Avropanın ayrı-ayrı dövlətlərində də görürük ki, atlarla, itlərlə sərbəst toplaşma azadlığına qarşı çıxırlar. Ermənistanda heç vaxt azad seçki olmayıb ki, biz onlardan bir nümunə götürək. Sadəcə olaraq, orada öyrədilmiş müəyyən müxalifət var ki, bəzi məsələlərdə hakimiyyətin dediyi ilə fəaliyyət göstərir. İkinci də Ermənistan özü də müstəqil dövlət deyil. Müstəqil dövlət olmaya-olmaya bu ölkə necə seçki keçirə bilər və orada bütün partiyalar iştirak edə bilər? Biz ATƏT və müxtəlif ölkələr qarşısında həmişə məsələ qoyuruq ki, bu, müstəqil ölkə deyil, Ermənistan tamam başqa bir ölkənin tapşırıqlarını yerinə yetirir, burada hansı azad seçkidən, mətbuat azadlığından, sərbəst toplaşma azadlığından söhbət gedə bilər? Ona görə də Ermənistandakı seçkilər bizim üçün maraqlı deyil. Biz bütün dünya ölkələrindəki seçkiləri müşahidə etmişik, Ukraynadan başlamış, bütün Şərq və Qərbdə keçirilən seçkilərdə həm müşahidəçi kimi, həm onların seçki texnologiyalarını öyrənməklə əlaqədar olaraq. Mən Azərbaycan qədər azad, ədalətli, demokratik seçki keçirən ölkə görməmişəm...

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

Milli Məclisin sonuncu plenar iclasının gündəliyi müəyyənləşib

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

Bakının abadlığı adı altında büdcə talanı! – “Bakı Abadlıq Xidməti” MMC milyonlarla dolları göyə sovurur

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru