Xəbər xətti

19 APREL

21:26 Rusiya ABŞ-dan təzminat istəyir

21:20 Almaniya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

21:14 NASA “planet ovçusu“ peykini yola saldı

21:08 Armen Sarkisyan aksiya iştirakçılarını dialoqa çağırıb

21:02 Avropa Parlamenti Mark Sukerberqi dinləmək istəyir

20:57 “Barselona”nın Umtiti planı - 250 milyon avro

20:51 Çində böyük kriptovalyuta dələduzluğunun üstü açılıb

20:45 Tovuzda 2-ci qrup əlil özünü asdı

20:39 “Səfərə getməyə razılıq verdik” - Qurban Qurbanov

20:33 Avropa Komissiyasının prezidenti İlham Əliyevi təbrik edib

20:27 “Ərim deyirdi ki, hicab bağla, mən də ayrıldım” - Leyla

20:21 Ermənistanda həbs edilən müxalifətçilərin sayı 100-ə çatıb - Canlı

20:15 Əkrəm Həsənov: “Problemli kreditlər BOKT-larda da var”

20:09 “Ali Baş Komandan əmr verəcəyi halda…” - Şair Ramaldanov

20:03 Ermənistanda nümayişçilərlə polislər arasında toqquşma - Saxlanılanlar var

19:58 Samir Şərifov “Expo 2025”in ev sahibliyinin xərci barədə

19:54 “Müstəntiq mənə pul, ev təklif edir…” - “Alışanov işi”ndə ilginc bəyanat

19:52 Koreya lideri Əliyevi təbrik etdi

19:46 Kubokun finalına cəzalı duruma düşənlər

19:40 Bakıda tozun miqdarı 26 faizə düşüb

19:34 Derbidə bomba partladı

19:28 Kubanın yeni rəhbərinin adı məlum oldu

19:22 Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib

19:16 XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır

19:10 Stepan Danielyan: “Məmurlar da Sərkisyana inamını itirib”

19:04 Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - Video

18:59 Hakim generalla polkovnikə güzəşt etmədi

18:57 “Media Klub” yaradılıb

18:53 Üç əsrin insanı öldü: heç bir qohumu həyatda deyil

18:47 Prezident İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə edəcək

18:41 Ermənistanda polis xalq tərəfə keçir

18:35 400 minlik toy edən lift müdirinin qızı məhkəmədə dindiriləcək

18:29 NATO generalların Bakı görüşü barədə məlumat yayıb

18:23 Qonşusunun evini talayan şəxs tutuldu

18:17 Prezident Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinə sədr təyin edib

18:11 “Prezidentin fərmanı 8800 ailəyə şamil ediləcək” - Nazir

18:05 General oğlunun məhkəməsində şahid 200 manat cərimələnib

18:00 AZAL Səudiyyə və Monteneqro istiqamətində yeni reyslər açır

17:55 Daha 18 qanun dəyişəcək – Siyahı

17:49 Bakı və Abşeronda tozun miqdarı nisbətən aşağı düşüb

17:44 Nazim məhkəmənin qərarına etiraz etdi

17:38 Leyla Əliyevanın kitabı Tehranda nəşr olunub

17:33 Günəş sistemindən kənar planetlərin axtarışı üçün fəzaya teleskop göndərildi

17:29 “Həbsim qurama idi…” – Gülər Əhmədova keçmişin sirrini açır

17:24 Dollar sabah neçəyə olacaq?

17:20 Polşa prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

17:15 Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb

17:10 “İndi də məmurların “saxladıqları” qadınlar özbaşınalıq edir” - Deputat

17:05 İsrail səfirliyində Eynulla Fətullayevlə təhlükəsizlik əməkdaşları arasında qarşıdurma

17:00 “Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil”

16:55 “Əsgərə məktub” layihəsi Tərtərdə

16:50 Gerasimovla Skaparotti Bakıda görüşdü

16:43 Yunanıstan və Türkiyə müharibəyə doğru gedir

16:35 Şamaxı rayonunda hesabat yığıncağı keçirilib

16:30 “Çelsi”nin futbolçusuna sərt cəza

16:25 Türkiyədə sorğu keçirilib: Ərdoğan 55.6 faizlə liderdir… – AKP açıqladı

16:20 “Aliment fondunun yaradılması qaçılmaz zərurətdir”

16:15 Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edildi

16:10 Bakıda 3 azyaşlı yanğından xilas edildi - Yenilənib

16:05 Tovuz sakini özünü asıb

16:00 “Sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var”

15:56 Gülüstan Əliyeva əsəbiləşdi

15:52 İsrail ABŞ-ın Suriyada müharibəyə cəlb olunmasında niyə maraqlıdır?

15:47 Rusiya ABŞ-a qarşı hərəkətə keçdi – Kompensasiya tələbi qaldırıldı

15:44 “Apple” iki SİM-kartlı “iPhone” buraxacaq

15:41 Ermənistanda kütləvi həbslər davam edir – Daha 100 nəfər saxlanıldı

15:30 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıdıb

15:25 “Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq

15:20 DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

15:07 Hollivud ulduzu İlham Əliyevi təbrik etdi

15:03 Prezident İlham Əliyev Corc Buşa başsağlığı verib

14:57 Ağ evdə müzakirə: Suriyadan çəkilməli, yoxsa qalmalı?

14:53 “İqtidar komandasında yeniliklər olacaq” – Deputat

14:46 “Suriyada 1 ay öncə ruslarla çox amansız döyüşümüz oldu” – Tramp

14:40 Salyanda 5 kiloqram narkotiklə tutulan narkobaron necə azad olunub?

14:35 Ötən il Azərbaycanda 37 618 abort icra edilib

14:30 Bakıda yaşayış binası yanır

14:25 Yerevanda etirazçılar ABŞ səfirliyinə doğru hərəkət edir

14:20 Azərbaycan” Nəşriyyatı “Azərsu” ASC-ni məhkəməyə verdi

14:18 Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını açıqlayıb

14:13 “Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

14:08 “Hüquq müdafiəçisi üç polis əməkdaşına xəsarət yetirib” - DİN

14:04 Prezident NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

13:32 “Faytonçu Nazim” məhkəməni uduzdu

13:27 Şəmkir-Gədəbəy yolunda ağır qəza: Yaralılar var

13:25 “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!”

13:23 Bu gün və sabah Bakının əsas yollarında hərəkət məhdudlaşdırılacaq

13:19 Duyğularını təmizlə...

13:15 Bakıda oğurluqla məşğul olanlar tutuldu

13:11 Kəmaləddin Heydərov Atom Enerjisi Agentliyinin rəhbəri ilə görüşüb

13:07 Rusiya və ABŞ generalları yenidən Bakıdadır

13:03 Ermənistanda aksiya zamanı jurnalist döyüldü

12:58 “Aygün Kazımovaya oxşamaq istəmişik” - Pişik Günel

12:54 Qurban Qurbanov: “Futbol həmişə sürprizlərlə doludur”

12:49 Qırğızıstan hökuməti istefaya göndərildi

12:45 “Rahat” marketlər şəbəkəsi: “Yazılanlar doğru deyil”

12:41 Sərkisyan İrəvana xüsusi dəstə yeritdi – Video

12:37 Yağış yağacaq, temperatur 4-8 dərəcə enəcək - Xəbərdarlıq

12:33 ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 37 faiz yuxarıdır

12:28 Rusiyalı hərbi ekspertdən müharibə anonsu

12:24 DİM: Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik

12:19 Elçin Şıxlı: “Arada bir neçə nəfərin başı gedəcək”

12:15 “İran Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq” – İsrailli general

12:11 Azərbaycanda dələduzluq edən şəxs İnterpol xətti ilə axtarılır

12:07 Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək

12:03 “Forbes”: Vahid Ələkbərov 16,4 mlrd. dollarlıq sərvətlə Rusiyanın 4-cü ən varlı iş adamıdır

11:59 Bakı sakinindən 5 kq narkotik götürülüb

11:55 Amaliya Pənahovanın yeni görünüşü təəccübləndirdi – Foto

11:51 Ombudsmanın hesabatı aprelin 24-də Milli Məclisdə müzakirəyə çıxarılacaq

11:47 Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız

11:43 Hacıqabulda yük maşını aşdı, 30 ton sement yola dağıldı

11:39 Təhlükəli selfi: Məktəblini cərəyan vurdu

11:35 Yerevanda onlarla müxalifətçi saxlanıldı

11:31 Azərbaycan Gürcüstandan avtomobil idxalını 6 dəfəyə yaxın artırıb

11:27 Məmur olmaq istəyən yaşlı namizədlərin heç biri imtahanda uğur qazana bilməyib

11:23 İranda güclü zəlzələ oldu – 5,9 bal gücündə

11:17 Toy edənlərə xəbərdarlıq

11:13 Merkel Trampa: “Rusiyaya sanksiya dayansın”

11:08 Türk-İran yaxınlaşmasına ərəb baxışı

11:04 Bu gün Şəmkirdə Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq



MÜSAHİBƏ

...

“Gəncləri dağ yürüşünə kim buraxıb, təcrübələri var idimi?”

Tarix 07.01.18, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


Dekabrın 23-də itkin düşən “Gilavar” hava və ekstrim idman klubunun alpinistləri Babur Hüseynov, Namin Bünyatzadə və Fəridə Cəbrayılzadənin axtarışları davam edir


10 gündən çoxdur davam edən axtarışlara ən müxtəlif qurumlar qoşulsa da, hələ ki, bir nəticə vermir.

1991-2000-ci illərdə Respublika Alpinistlər Federasiyasının prezidenti olan, hazırda Həmkarlar İttifaqının Respublika Alpinist Turist Klubunun sədri Səridan Mursaqulov bu məsələ ilə bağlı “Azadlıq” radiosunun suallarını cavablandırıb.

– Səridan müəllim, 3 alpinistin dekabrın 23-dən itkin düşməsi barədə sosial şəbəkələrdə və mediada yazılanlardan xəbərdarsınız. Ümumiyyətlə, onların itkin düşməsinin səbəbləri barədə nə deyə bilərsiniz?

– Müxtəlif səbəblər ola bilər. Birinci hava şəraiti, ikinci, qar uçqunu, üçüncü, təcrübə. Nəhayət, onların hazırlıqlı olub-olmaması da itkin düşmələrində rol oynaya bilər. Bu, təbiətlə mübarizədir, təbiət də öz şıltaqlığını hər an göstərə bilər.

– Təcrübə deyəndə nələr tələb olunur?

– Əgər qış yürüşünə gedirsənsə, mütləq alpinizm dərəcələrinin olması vacibdir. İkinci, indiyə qədər qış yürüşünə çıxmışdılarmı, bu suala aydınlıq gətirilməlidir. Üçüncü, onlar yürüşə çıxarkən götürdükləri ləvazimatlar qış yürüşünün tələblərinə cavab verirdimi?

– Sovet dövründə qış aylarında dağ yürüşünə çıxmağa icazə vardımı?

– Bəli, icazə verilirdi. Ümumiyyətlə, son illərə qədər qış yürüşləri olurdu. Şahdağda biz hər il qış yürüşü təşkil edirdik, bunu heç kim qadağa edə bilməzdi. Qış yürüşünün əsas tələbi hazırlıq idi, söhbət 7-8 min metrlik dağlara çıxmaqdan gedir. Ona görə biz Pamirə, Tyan-Şan dağ silsiləsinə getməzdən əvvəl hər il Şahdağa qış yürüşləri edirdik. Mən özüm uçqunlara düşmüşəm, sonuncu dəfə 2001-ci ildə Bazardüzü dağ silsiləsində 7 nəfər uçquna düşdük. Uçquna düşəndə də nə etməyi bilməlisən. Gərək hərəkət etməyəsən, əks təqdirdə, qarın altında qalardıq. Təcrübəmiz olmasaydı, uçqunun altında qalacaqdıq. Elbrus dağında da uçquna düşmüşəm. O zaman kimlərsə qış yürüşünə getmək istəyirdisə, əvvəlcə, təcrübəsi öyrənilirdi, ən azı alpinizm üzrə ikinci dərəcəsinin olması vacib idi. Əks təqdirdə, onları dağlara aparmazdıq. Bilirsiniz, fərqi yoxdur, Tufandağ olsun, yaxud Tyan-Şan, dağla sənlə danışmaq olmaz, sizlə danışmaq lazımdır. O cümlədən, dağın hündürlüyünün nə qədər olması sualına da ehtiyac yoxdur. Belə hadisələr alçaq sayılan 4 minlik dağlarda da olur, çünki dağ uçqunu təhlükəsi hər yerdə var.

 Adətən bu cür yürüşlərdə təlimatçılar və xilasedici qruplar olmalıdır. Amma son hadisələrdə bu tələblərin olmadığı üzə çıxdı. Siz nə düşünürsünüz bu barədə?

– Bilirsiniz, mən klubun və federasiyanın işinə müdaxilə etmək istəmirəm. Amma dedikləriniz düzdür, təlimatçı və xilasedici qrupun olması vacibdir. İkinci, alpinizmdə qayda var, alpinistlər marşruta buraxılanda, hər gün 3 dəfə əlaqə saxlayıb məlumat verməlidirlər. Səhər saat 8-9 radələrində, saat 12 və 16-da əlaqəyə girmək vacibdir. Əgər əlaqə olmadısa, o zaman xilasedici qrupu fəaliyyətə başlamalıdır. Bu, alpinizmin qaydasıdır. Mənim aldığım məlumata görə, onlar 1 dəfə əlaqəyə çıxıblar, ondan sonra əlaqə itib və axtarışlar başlanıb. Amma onların təcrübələrinin olub-olmamaları haqda məlumatsızam. Hesab edirəm ki, onlar yürüşə buraxılanda alpinist üçün vacib tələblər yoxlanılmalıydı. Yayın yürüşü ilə qışın yürüşü tamamilə fərqlidir. Qışda qar uçqununa düşmək təhlükəsi var, uçqunda da 8 saatdan artıq qalmaq çətindir. Bir daha deyirəm, təbiətin şıltaqlığı məsələsi var, yürüşə başlayanda normal hava ola bilər, 1 saatdan sonra tamamilə dəyişər və qar uçqunu yaranar. Mən başqa nə deyə bilərəm, hələ onlar tapılmayınca, rəhmət oxuya bilmərəm. Mediadan axtarışlar üçün böyük qüvvə cəlb olunduğunu oxumuşam. İndi də orda hava şəraitinin çox kəskin və görüntünün az olduğunu bilirsiniz. Bütün hallarda axtarışlara birinci gündən təcrübəli və peşəkar mütəxəssisləri cəlb olunmalıydı.

– Ancaq alpinistlərin itkin düşməsindən 3 gün sonra məlumatın yayıldığı bildirilir. Bu qədər gecikmə necə qiymətləndirilə bilər?

– Mən yuxarıda dedim, hər gün 3 dəfə əlaqəyə girməliydilər, əgər 2 dəfə məlumat yox idisə, deməli, tədbirlər görülməliydi. Mən onların qış yürüşünə hazırlıq təcrübəsinin və alpinizm dərəcələrinin olub-olmadığını bilmirəm, amma bunlar mütləq dəqiqləşdirilməlidir. Bunların araşdırılıb ictimaiyyətə çatdırılması üçün komissiya yaradılmalıdır. Komissiyaya təcrübəli və səlahiyyətli alpinistlər cəlb edilməlidir. Hansı ki, böyük məktəb keçiblər. SSRİ vaxtı xilasedicilər qrupuna məktəb keçənlər daxil edilirdi və onlara xilasetmə jetonları verilirdi. Yalnız o adamlara xilas etmə işlərində iştiraka icazə verilirdi. Bilirsiniz, baş verən hadisəni tam dəqiqləşdirmək üçün böyük suallar yaranır, amma gəncləri suçlamaq lazım deyil. Buna ehtiyac yoxdur, onun yerinə təcrübəli insanlardan ibarət qrup təsis olunmalı və onlar ciddi araşdırma aparmalıdır. Yalnız nəticə alınandan sonra ictimaiyyəti məlumatlandırmaq lazımdır. Nəzərə alın ki, alpinistlərin ailələri hansı vəziyyətdədir.

– Ancaq hər hansı dağ yürüşünə çıxanda plan tutulmalıydı da…

– Bəli, bu, mütləq vacib idi. Komissiya yürüşün plan əsasında baş tutub-tutmadığını araşdırmalıdır. Ardınca dediyim suallara cavab verilməlidir. Mən helikopterlərlə axtarışa çıxanların zəhmətini itirməyin əleyhinəyəm. Amma dəqiq araşdırandan sonra günahkarları üzə çıxarmaq lazımdır. Birinci, gənclər niyə dağ yürüşünə çıxıb, onları kim buraxıb, təcrübələri var idimi? Azərbaycan xalqı gələcəyin anasını və atalarını itirə bilər. Burda təmkinli olub, araşdırmaları davam etdirmək gərəkdir.



pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Media Klub” yaradılıb

bitmap-img3

Rakurs

“Lider” şirkətindən mal əti salosu fırıldağı - Foto

bitmap-img3

Seçmələr

Ramiz Mehdiyev kadr siyasətindən yazdı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru