Xəbər xətti

20 NOYABR

15:26 Atambayev Nazarbayevə qarşı Putindən kömək istədi

15:22 Məmmədyarov - Lavrov görüşünün detalları

15:20 “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması sahəsində əməkdaşlıq - Qaradağda

15:18 “Qarabağ”ın oyununun hakimləri bilindi - Adlar

15:14 Akif Çovdarov apellyasiya şikayəti verdi

15:10 “Qarabağ danışıqlarına inam qalmamışdı...” - Bahar Muradova

15:06 Bu il Bakıda xəstəxanalardan kənarda 83 körpə dünyaya gəlib

15:02 Rza Zərrabın Ebru Gündeşlə evlənmə səbəbi bu imiş - İddia

14:58 Mənzillərin içinə beton dirəklər quraşdırılır – Bakıda 40 ailə qorxu içində

14:55 “Xəyanət olmayıb” - Rəvan

14:51 Generallarla görüş: Prezident şərtlə istefa verdi

14:47 “Qarabağ” – “Çelsi” oyununu FİFA prezidenti də izləyəcək

14:43 “BMT, ATƏT və AŞ ikili standartlardan əl çəkməlidir” - Əli Həsənov

14:41 Barama Lissabon veb-sammitində

14:39 Azərbaycanda 180 min müxtəlif qüsurlu uşaq var

14:35 Çempion Reyhan Məmmədovanı öldürən sürücüyə 7 il 6 ay həbs

14:31 “İrəli” sədri: “Azərbaycanda gənclərin çoxu fürsətcildir”

14:27 Hacı Qalib Salahzadənin oğlunun müdafiəsinə yeni vəkil qoşulub

14:23 Diktatorlar atəş altında: Muqabedən sonra növbə kimindir?

14:19 “Facebook” istifadəçiləri yazdıqları statusları niyə silə bilmir?

14:15 “Mövcud vəziyyəti heç kəs qəbul etmir” - Məmmədyarov

14:12 Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır

14:11 “Münaqişənin həlli ilə bağlı menyu masa üzərindədir” - Lavrov

14:08 Türkiyə artıq ABŞ və NATO-ya lazım deyil?

14:07 Kaş qadın doğulardım – Ayxan Ayvaz

14:03 Putin iki gün sonra yeni Qarabağ planını təqdim edir

13:43 Əli Həsənovun karyerasına təhlükə yaranıb

13:40 Təhsilin dövlət standartları layihəsinin bəzi detalları açıqlanıb

13:36 Brüsseldə Qarabağ forumu: Azərbaycan haqq davasını dünyaya yayır

13:32 Rusiyada benzinin qiymətinin artacağı gözlənilir

13:28 Dünyanın ən uzunmüddətli diktatorları

13:25 Azərbaycanda hava pisləşir - Xəbərdarlıq

13:22 Yeznə qaynını bıçaqla hədələdi

13:18 Allahşükür Paşazadə Rusiyaya gedir

13:15 Bakıda türkiyəli iş adamına məxsus zavod partladı - ölən və yaralananlar var

13:12 “Bakı-Tbilisi-Qars dəmir yolunun bizimlə əlaqəsi yoxdur” – Lavrov

13:09 “Lavrovun açıqlaması bir daha sübut etdi ki,...”- Elxan Şahinoğlu

13:05 “Lotu Quli” kriminal aləmi təmizləyir- Foto+Video

13:01 700 yaşlı Tövratı oğurlayanlar yaxalandı - Foto

12:59 Kommunist partiyasının villasını alan Azərbaycan investorları kimdir?

12:56 Tanınmış müğənni açıq-saçıq klipinə görə həbs olundu

12:53 15 yaşlı oğlan özünü asdı

12:50 Bu kadrlara görə sevgilisi ondan ayrıldı

12:47 “Qarabağ”-“Çelsi” oyununa 400 avtobus ayrılacaq

12:43 Tacikistan prezidenti “şahənşah” elan edildi - Video

12:40 Məmmədyarov-Lavrov görüşü başladı

12:37 “Azərbaycan sülh və barış xəttindən çəkilmir” - Prezidentin köməkçisi

12:34 “Quska” məndən üzr istəyib — Hacı İbrahim Nehrəmli

12:31 Məhsullarımızın Rusiyaya ixracı ilə bağlı yeni razılıq əldə edildi

12:27 “Azərbaycanı Avrasiya İqtisadi İttifaqında görməkdən çox məmnun olarıq”

12:24 FİFA-nın yeni prezidenti Azərbaycana səfər edəcək – İlk dəfə

12:21 Depozit hərracında tələb təklifi üstələdi

12:18 Ayaqyoluna getmək adı ilə ölkədən qaçan Naim Süleymanoğlu…

12:15 Öldürülən iş adamının xanımı: “Həyatımız təhlükədədir”

12:12 İranlı hakerlər ABŞ telekanalına hücum etdi

12:09 “Barselona”nın ucuz qiymətə satmaq istədiyi 10 ulduz - Siyahı

12:05 “BDU-nun adı olduğu kimi qalsən, amma …” – Təhsil eksperti

12:02 Ekspertlər həyəcan təbili çalır: Ölkənin bank sistemi çökə bilər

12:00 Lavrov Heydər Əliyevin məzarını ziyarət edib

11:57 Kafkanın romanı əsasında bina tikdilər - Foto

11:55 “Rusiya-ABŞ münasibətləri Qarabağ münaqişəsinə təsir etmir” - Lavrov

11:54 Lavrov: “Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır”

11:51 İlham Əliyev: “Məsum övladlarımızın qanı yerdə qalmayacaq”

11:48 Millimizin sabiq üzvü Almaniyada dubl etdi

11:45 Seysmoloq gələn ildən güclü zəlzələlərin sayının artacağını proqnozlaşdırır

11:44 Lavrov niyə gəlib? Dağlıq Qarabağa, yoxsa “Şərq Tərəfdaşlığı”na görə?..

11:42 Bakı-Quba yolunda “Mercedes” işıq dirəyinə çırpılıb, ər-arvad ölüb

11:39 Qırğızıstan prezidenti saatını çıxarıb jurnalistə hədiyyə etdi - Video

11:36 Mourinyo üçün rekord məbləğdə kompensasiya

11:33 Ceyhandan yola salınan 1 milyon barrel kürd neftinin sirri: alıcı kimdir?

11:30 Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat

11:27 “Ərəb ölkələrinin çoxu ilə gizli əlaqələrimiz var” – İsrailin energetika naziri

11:23 Da Vinçinin əsər saxta çıxdı

11:19 Həbsdə olan tabor komandiri Penitensiar Xidmətə müraciət edib

11:15 Müqabe istefa bəyanatı verməkdən imtina edib

11:11 Leyla Şıxlinskayanın klinikasının işçilərinin məhkəməsi davam edib

11:10 Eldar Yunusovun Bakı meriyasından başlanan macəraları: MTN-dən İsrailədək….

11:07 “Vicdanın varsa, sus...” - Floradan Zeynəbə ağır sözlər

11:03 Ziya Məmmədovun daha iki obyekti əlindən alındı

11:02 Prezidentə xəyanət edən oliqarxlar... və “Zaferoğlu İnşaat”

10:59 Eyni mənzilin bir neçə nəfərə satışının qarşısını belə ala bilərik

10:56 Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki...

10:52 Rusiya demoqrafik fəlakət həddində - Araşdırma

10:48 Baş prokurorun qəbul qrafiki açıqlandı

10:44 “Yaxın gələcəkdə dünyada ciddi ərzaq çatışmazlığı yarana bilər”

10:40 Artur Rasizadə Milli Məclisə dəvət olundu

10:36 Azərbaycandan Tacikistana aviareys açılacaq

10:32 “Quş qripi” bəlası qayıdır? – Ördək fermasında H5N6 aşkar edildi

10:28 Abşeron Mərkəzi Xəstəxanasında doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb

10:24 “Nəvələrimə deyirlər ki, sizin babanız qatildir” – Telman İsmayılov

10:20 “Çelsi”nin kapitanı: “İndi hər şey öz əlimizdədir”

10:16 Rusiya Müdafiə Nazirliyinin telekanalı Sarkisyanı “faşist” adlandırdı

10:12 Bakı bulvarında faciə: gənc oğlan öldü

10:08 Deputat: “Kimsə o pulları yeyib, özünə villalar, yaxtalar alıb”

10:04 Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq

9:58 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

9:54 Qəbiristanlıq biznesi - son mənzilin fantastik qiymətləri - bizdə və Avropada

9:50 Kolumbiyada ağır yol qəzası baş verib: 14 ölü, 35 yaralı

9:46 Brend malları saxtalaşdırıb satan çetenin qara əməlləri - Şok faktlar

9:42 Hülya bunu da etdi

9:38 Poroşenko Ukraynanı «kosmik güc» adlandırıb

9:34 Cəbhədə atəşkəs 128 dəfə pozulub

9:30 Türkiyə İdlibə hərbi texnika göndərməkdə davam edir

9:26 Sabirabadda “Mercedes”lə “KamAZ” toqquşub, bir nəfər ölüb

9:22 Putinin “ağır topu” Bakıda - Kremlin iki hədəfi

9:17 "Putin rejimi xaricdən sabit görünür, daxildə ciddi qayğıları var"

9:13 Telman İsmayılov qətl ittihamlarını rədd edib

9:09 Qarakənd faciəsindən 26 il ötür

9:05 Lənkəranda tələbə qız özünü binadan atıb

19 NOYABR

21:55 ABŞ generalı Trampın nüvə zərbəsi barədə əmrini yerinə yetirməyəcəyini bəyan edib

21:45 İranda Şəhriyarın büstünü dağıtdılar

21:40 Handenin yataq otağında onun şəkli var

21:33 Türkiyənin məşhur ağır atleti Naim Süleymanoğlu dəfn edilib

21:22 Qadını döyərək öldürüb, sonra onunla cinsi əlaqədə olub

21:05 "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır"

20:50 Sabunçuda kütləvi dava: iki nəfər bıçaqlandı

20:33 Jirinovski Putini “Ali hökmdar” adlandırmağa çağırdı

20:20 Saakaşvilinin sürücüsünü amansızcasına döydülər

20:10 İtaliyada zəlzələ olub- 4,4 bal gücündə

19:50 Bakıda universitetin qarşısından tələbə qız qaçırıldı


MÜSAHİBƏ

...

“Füzulinin heykəlinə görə Ömər Eldarovu köməkçi götürdüm”

Tarix 17.07.17, 17:15

Font ölçüsü : - / +
bitmap-img6


Görkəmli heykəltəraş Koroğlu heykəlini tənqid edənlərə cavab verib


Xalq rəssamı, heykəltəraş Tokay Məmmədov APA-ya müsahibə verib. Müsahibəmi təqdim edirik: 

...Xəttin o başından yorğun, xırıltılı səsi eşidilir: gəl evdə görüşək, bir-birimizdən xoşumuz gəlsə, söhbət edərik. Mobil telefonunun nömrəsini istəyirəm, çox çətinliklə, harasa baxıb yadına salır. Sonra huşundan-başından şikayətlənir, sonra evin yerini nişan verir: Niyazi yaşayan binada qalıram, maestronun evinin aşağısındakı mənim mənzilimdir. Pilləkənlə yuxarı qalxanda narahat-nigaran elə hey soruşur ki, səni nə maraqlandırır, nədən danışmaq istəyirsən? Və əməlli-başlı imtahan: mənim haqqımda nə bilirsən?

 Mənzilə çatanda təngnəfəs olur, Niyazidən söz salır. Deyir ki, rəhmətliyin bir böyrəyi yox idi, xahiş etmişdi, binanın yan tərəfindən mənə lift çəkin, etmədilər. Bunu elə-belə, sözgəlişi deyir.  

 Rahat, geniş mənzilində diqqətimi ən çox çəkən kitabxanası olur. Bir də başının üstündən asdığı həyat yoldaşının şəkli. Kitabxanasında Romen Rollanın, Balzakın, Fenimor Kuperin, Tolstoyun, Çexovun bütün cildləri var.

 Tokay Məmmədov Azərbaycan heykəltəraşlığının sonuncu mogikanlarından biridir. Hər halda mən Füzuliyə, Nəsimiyə, Üzeyir bəyə heykəl qoyan bu sənətkarın mogikan olduğuna şəkk etmirəm. Ömrünün doqquzuncu onilliyini yaşayan “heykəl sənətkar” bu dünyada olmayanda, bu şəhərin küçələrində görünməyəndə onun ömrünü indi dərs dediyi tələbələri, Füzuli, Üzeyir bəy, bir də böyük Nəsimi yaşayacaq. Və yaşadacaq...  

 Bir də doğma şəhərində, əziz Bakısında onun xatirəsinin də daşlaşacağına, heykəlləşəcəyinə elə Üzeyir bəyin abidəsi kimi inanıram...

 Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ Dövlət Mükafatı laureatı Tokay Məmmədov APA-ya danışır

 - Tokay müəllim, iyulun 18-də doğum gününüzü qeyd edəcəksiniz. Doxsana bir şey qalmayıb...  

 - Dünən yadıma düşüb ki, ad günümə az qalıb. Tamam unutmuşdum. Mən axı tək yaşayıram...

 - İllər necə keçib?

 - İllərdən danışsam, gərək “Min bir gecə” olsun. (Gülür). Onu nə sən davam edə bilərsən, nə də mən. Çətin məsələdir. Elə şeyləri görə-görə gəlmişəm ki...

 - Ananız Zivər xanım Azərbaycanın ilk qadın heykəltəraşı olub. Gəlin, bir az ananız haqqında danışaq...

 - Ana babam dövlətli adam idi. “Torqovı”dakı ən böyük bina babamın olub. Sonra hökumət alıb əlindən. Tək o evi yox, bütün var-dövlətini. Yazıqlar o dərəcədə yoxsullaşıblar ki, hətta çörəkdən korluq çəkiblər, aclıqla imtahan olunublar. Məsələ belə olub ki, Şamaxı zəlzələsindən sonra iki qardaş gəliblər Bakıya. Qardaşın biri ticarət işləri ilə məşğul olub, o biri, yəni mənim ana babam mədəniyyətə həvəs göstərib. Teatra, sərgilərə gedirmiş. Anamı da elə tərbiyə eləmişdi ki, mədəniyyəti çox sevirdi, rus-alman dillərini bilirdi. Bundan başqa, skripka məktəbinə getmişdi, gözəl skripka çalmağı var idi. Anam Üzeyir bəyin özünün dirijorluq etdiyi orkestrdə ilk skripka ifaçısı olub. Skripkanı ona Üzeyir bəy özü hədiyyə etmişdi. Həmin skripka indi Üzeyir bəyin ev muzeyində saxlanılır. Nərimanov Bakıda və Tiflisdə rəssamlıq məktəbi açanda anam rəssamlıq təhsili alıb. Nəriman Nərimanov Moskvaya rəhbər vəzifəyə aparılandan sonra anam Moskvada oxuyub. Gör, nə qəribə işdir: eyni zamanda Gürcüstanda və Azərbaycanda rəssamlıq məktəbi açılmışdı, amma gürcülər onun adını akademiya qoydular, bizimkilər texnikum. Belə şey olar? Nə qədər dala qalmışıq! Anam ərə gedib, biz doğulandan sonra başı qarışıb, işdən uzaqlaşıb. Bir tərəfdən də aclıq illəri idi, yaşamaq da çətinləşmişdi. 30-cu illərdən sonra heykəltəraşlıq sahəsində işləməyə başladı. Pyotr Sabsay vardı, SSRİ xalq rəssamı idi, o, Kirovun heykəlini düzəldəndə anam ona kömək edirdi. O vaxt on beş yaşım vardı, gedib baxırdım, öyrənirdim. Atam Moskvada texnika təhsili aldığına görə biz hamımız Moskvada qalırdıq. O illərdə anam həm də Kremldə tərcümə işləri ilə məşğul idi. Koliginin tapşırığı ilə Moskvanın düz mərkəzində bizə ev vermişdilər, orda yaşayırdıq. Evi iki yerə bölmüşdülər – bir tərəfində biz, o biri tərəfində Mayakovski yaşayırdı. Amma Mayakovski bizdən əvvəl ora köçmüşdü.

 - Siz Mayakovskini xatırlayırsınız?

 - Bacımın lap yaxşı yadında qalıb. Mən kiçik idim, dumanlı xatırlayıram. Moskvadan Bakıya köçəndə lap balaca, şəraitsiz mənzilə köçdük. Anam həmişə atama deyirdi ki, sən niyə əvvəldən maraqlanmırdın ki, gedib harada yaşayacağıq. Atam tramvay parkında çalışırdı, sonra Neft Akademiyasında işə düzəldi. 1918-ci ildə atamı möhkəm qorxutmuşdular, ona görə çox ehtiyatlı adam idi. Amma müəllim kimi əvəzini tapa bilməzsən. Elə yaxşı müəllim olduğuna görə, atama Lenin ordeni vermişdilər. Mənim uşaqlığım əvvəl Bakıda sonra Moskvada keçib. Bakıda rəssamlıq məktəbini oxumuşdum.

 - Əzim Əzimzadə adına məktəbdə...

 - O vaxt Əzimzadə sağ idi, hələ adını o məktəbə verməmişdilər. Hə, sözüm onda yox. Leninqrada gedib oxuyandan sonra 51-ci ildə Bakıya qayıtdım. Hələ Leninqradda oxuyanda məni partiyaya qəbul etmişdilər. Rəssamların qurultayında cavanlar seçildilər, intəhası yaşamağa yerləri yox idi. Məni böyükləri seçmişdilər, onlar üçün bir iş görməli idim. O vaxt ev verilməsi çətin məsələ idi. Növbəyə dayansaydım, iki-üç ilə ev verərdilər, amma fikirləşdim ki, gənc rəssamlara kömək etmək lazımdır. Rəssamların evini mən tikdirmişəm. 25 mənzili camaata payladım. 50 iş yeri də öz yerində. Mənim tikdirdiyim binanın yanında binalar var, sonralar o mənzilləri təmir etdirdilər, amma mənim tikdirdiyim binaya əl vurmadılar. Çünki keyfiyyətli iş görmüşdüm. Özüm də orda yaşayırdım. Qara ilə dost idim...

 - Qara Qarayevlə?

 - Hə. Gəldi ki, Tokay, gəl evi dəyişdirək. Oğlum köçsün sənin evinə, sən köç bura. Oğlu özü də belə istəyirdi. Yoldaşım konservatoriyada işləyirdi, bura yaxın idi. Ona görə razılaşdım, işə-rahat gedib-gəlirdilər.

 - Divardan asdığınız yoldaşınızın şəklidir yəqin ki...

 - Yoldaşımdır. Dörd il əvvəl rəhmətə getdi. Üç-dörd gün qabaq ildönümü idi. Birinci dəfə  istiyə, bir də hündürlüyə görə gedə bilmədim, qorxdum. Tanışlığımız da qəribə olub. Mən Leninqradda oxuyurdum, Aida Moskva Konservatoriyasında. Aidanın bacısı Əzimzadə adına məktəbdə də, Leninqradda da mənimlə bir yerdə oxumuşdu. Demişdi, Moskvaya yolun düşəndə Aidanı tap, tanış ol. Getdim yataqxanaya, görüşdük, tanış olduq. Yadımdakı ki, həmin gün kasıbçılıqdan lobya qutabı yedik.

 - Tokay müəllim, yaradıcılığınızdan danışaq. Məşədi Əzizbəyovun heykəlini işləmisiniz, 1976-cı ildə Bakıda ucaldılıb...

 - Məşədi Əzizbəyovun heykəli hansıdır? Yadıma gəlmir...

 - Sizə o heykələ görə SSRİ Dövlət Mükafatı verilib...

 - Hə, hə, yadıma düşdü. Qocalıq belədir də, ay oğul. Amma o heykəl sonranın işidir. Bizim vaxtımızda heykəltəraşların bəziləri pul üçün işləyirdilər, amma məni maraqlandıran əsas sənət idi. Birinci portretim taxtadan olub. Nizami Gəncəvinin portretini işləmişdim.

 - Bilirəm ki, Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə siz istifadə etmisiniz...

 - Elədir! Məndən qabaq ağacdan portreti heç kim işləməmişdi. Həmin əsər indi Nizami Muzeyində saxlanılır. Rafael Hüseynova dedim ki, ay Rafael, üstündən əlli il keçib, onun fotosu da məndə qalmayıb. Dedi, hə, hə, edərik, sonra yaddan çıxardı. (Gülür). Sonra evdə baxdım ki, şəkli varımdır. İlk işlərimdən biri də Füzulinin heykəli olub. Onda cavan idik, işləmək üçün pul lazım idi. Ömər Eldarov da mənimlə Leninqradda oxumuşdu. Füzulinin heykəli üçün elan olunan müsabiqədə layihəmiz birinci yerə çıxdı. Ömərə dedim, gəl mənimlə işlə, kömək elə. Şəhərləri gəzdik, axtarış apardıq, daşları tapdıq. Mənim dostum Ömər yaxşı adam çıxmadı. Ev tikdirirdim, başım qarışıq idi. Moskvadan dedilər, heykələ görə mükafat verilib, gəlin aparın. Ömərə dedim, get, onu gətir. Gətirəndə gördüm ki, öz familiyasını birinci yazdırıb. Dedim, sən haradan birinci familiya oldun? Əgər əlifba siyahısı ilə götürülsə, yenə sənin adın birinci gəlmir. Səni gətirdim ki, kömək elə, gör gedib nə iş tutubsan. Nə isə, çox dərinə getmədim. Bizim rəssamlarda, artistlərdə paxıllıq olur. Amma beləsi olmamışdı.

 - Bir dəfə oxumuşdum ki, heykəlin yerinə qara daş qoyulub, üzərinə də yazılıb ki, bura Məhəmməd Füzulinin heykəli qoyulacaq. Abidənin ucaldılmasını səbirsizliklə gözləyənlər hətta həmin daşın qabağına gül-çiçək qoyurmuşlar...

 - O qara daş həqiqətən ora qoyulmuşdu. Amma gül-çiçək məsələsini deyə bilmərəm. İnsanlar Füzuli sevgisinə görə daşın üstünə gül dəstələri qoya bilərdilər. Kukla Teatrı ilə üzbəüz park var, ora Koroğlunun heykəlini qoymaq istəyirdilər. O vaxt da daş qoymuşdular ki, bura Koroğlunun heykəli qoyulacaq. Sonra o məsələ alınmadı. Elə dedilər, bura yaxşı deyil, ayrı yer tapmaq lazımdır. Belə-belə, o məsələ həll olunmadı. Füzulinin heykəlinə görə bizə Lenin mükafatı vermək istəyirdilər. O mükafat üçün üç mərhələdən keçmək lazım idi, heykəl keyfiyyətinə görə hər üç mərhələdən keçmişdi. Amma alınmadı. Nə isə, o məsələni də çox ciddiyə almadım. Sonra Konservatoriyanın qabağındakı Üzeyir bəyin heykəlini hazırladım. Bir az keçdi, bizim evin yanındakı heykəli hazırladım.

 - Nəsiminin heykəli...

 - Hə, Nəsiminin. Məşədi Əzizbəyovun heykəlini hazırlamaq ərəfəsində Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyin olunmuşdu. Əzizbəyovun 100 illiyi münasibəti ilə Heydər Əliyev məni çağırdı ki, Tokay, vaxtımız az qalıb, Məşədi Əzizbəyov üçün heykəl hazırlamalıyıq. Vaxt həqiqətən az idi, dedim, Heydər müəllim, iş çox böyükdür, çətin olacaq. Dedi, sənə inanıram, sən bacararsan ona görə ki, Leninqradda yaşayıbsan, oranı yaxşı tanıyırsan. Birinci iki metrlik variantı işlədim, göndərdim Leninqrada. Ustalar zəng etdilər ki, heykəl qırıq-qırıq gəlib çatıb. Əllər, barmaqlar, gözlər... hamısı qırıb-qırıb olub dağılmışdı. Ustaya dedim, nəyi bacarsan mən gələnə qədər elə, nə alınmasa, özüm gəlib hazırlayacağam.

 - Heydər Əliyevə heç nə demədiniz?

 - İstəmədim deyəm. Qanqaralıq olmağını istəmirdim. Həm də bizə iş tapşırmışdı, gərək vaxtında təhvil verəydik. Bir tərəfdən də bilmirdim axı dəqiq kim edib, niyə edib. Həmin heykələ görə tək mənə dövlət mükafatı verdilər. Yaddaşım məni aldatmırsa, eyni gündə bir yaxşı gürcü filmi var, adı görüm, nə idi...

 - “Əsgər atası”?

 - Yox, “Əsgər atası” deyildi. Yaxşı, gülməli kino idi. Bir “lyotçik”...

 - “Mimino”nu deyirsiniz...

 - Hə, eyni gündə həmin kinonun yaradıcı heyətinə də mükafat verdilər. Demişdilər, Moskvaya gələndə yoldaşınızla gəlin. Aidanı götürüb getdim. Yaxşı tədbir oldu. Sonra iş gəldi çıxdı XI Qızıl Ordu abidəsinin məsələsinin üstünə. Heydər Əliyev yenə məni çağırdı ki, Brejnev Bakıya gəlməlidir, istəyirəm, bu abidəni də sən hazırlayasan. Leninqradda işlədim, abidənin hündürlüyü 27 metr idi. Hazır olanda Heydər Əliyev dedi ki, Tokay, əhsən sənə, əladır.

 - Sonuncu işiniz Koroğlu olub?

 - Beş il bundan əvvəl prezident İlham Əliyevə dörd variantda Koroğlu heykəlinin kiçik variantlarını göstərdim ki, hansını istəyirsiniz, hazırlayım. Baxdı, əlini indiki heykəlin kiçik variantının üstünə qoydu ki, bu yaxşıdır. Açılışında özü çıxış etdi, dedi, bizim istedadlı heykəltəraşımız Tokay Məmmədov gözəl və əzəmətli əsər yaradıb, bu gözəl hadisə münasibəti ilə sizin hamınızı ürəkdən təbrik edirəm.

 - Koroğlunun heykəli tənqid olunurdu. Mətbuatda yazılanları oxuyurdunuz?

 - Oxumurdum, amma mənə deyirdilər. Nə istəyirlər, yazsınlar.

 - Yazırdılar ki, Koroğlu ilə atın ölçüsü düz gəlmir...

 - Bilsəm ki, bu sözləri professional adam deyir, mübahisəyə girişərəm. Hər kəsin öz fikri var. Şəhərdə beş heykəl varsa, onlar da mənim işlərimdir. Baxır, Koroğlunun heykəlinə sən hansı bucaqdan, hansı tərəfdən baxırsan. Heykəlin düz altından baxanda, əlbəttə, atın ayaqları böyük görünəcək. Yaxud, onun qılıncı və s. Kiyevdə bir peşəkar mühəndislə görüşmüşdüm, deyirdi, dünyada nə qədər atlı heykəl varsa, hamısını araşdırmışam, ən yaxşısı sənin işindir. O adam danışırdı ki, elə bir heykəl yoxdur, atın dörd ayağı havada olsun. Heykəli baxır haradan, hansı bucaqdan görürsən. Bir də heykələ baxanda bilməlisən ki, onun açarı atdır, yoxsa qəhrəman özü. Bu, vacib məsələdir. Uzaqdan baxanda görünür ki, hər şey yerli-yerindədir. 

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Dünyanın ən uzunmüddətli diktatorları

bitmap-img3

Rakurs

Eldar Yunusovun Bakı meriyasından başlanan macəraları: MTN-dən İsrailədək….

bitmap-img3

Seçmələr

“Putin Ərdoğana demək istəyib ki, bu məsələ sənlik deyil” - Şahin Cəfərli

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru