Bazar ertəsi, 21 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Forbes” kriptovalyuta milyarderlərinin siyahısını dərc etdi

“Forbes” jurnalı kriptovalyuta əməliyyatlarında zənginləşən şəxslərin siyahısını dərc edib


Vladtime.ru-nun xəbərinə görə, reytinqə “Ripple” rəqəmsal valyuta servisinin keçmiş baş direktoru Kris Larsen (Chris Larsen) başçılıq edir. Onun məcmu varidatının 7,5-8 mlrd. dollar qiymətləndirilir.

İkinci sırada 1-5 mlrd. dollar göstərici ilə “Ethereum”un yaranmasına kömək edən Cozef Lavin (Jozef Lavin), üçüncü sırada isə 1,1-2 mlrd. dollar gəlir əldə edən “Binance” kriptovalyuta birjasının təsisçisi Çanpen Çjao yer alıb.

"Bitcoin" sayəsində ilk milyarderə çevrilən Tilor və Kemeron Uinklvos (Tylor and Cameron Winklevoss) qardaşlarının sərvətinin isə 0,9-1,1 mlrd. dollar olduğu güman edilir.

Beşinci sırada “Ethereum”un qurucusu Vitalik Buterin qərarlaşıb ki, onun da 400-500 mln. dollar gəlir əldə etdiyi bildirilir.

Qeyd edək ki, siyahıda ümumilikdə 19 iş adamının adı yer alıb.Lent.az

pia.az
Etiket:
loading...