Şənbə, 23 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Fənərbağça”nın baş məşqçisi istefaya göndərildi

Qadın voleybolçulardan ibarət "Fənərbağça" klubunun baş məşqçisi Jan De Brandt istefaya göndərilib


PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin "İqtisadçı"nın sabiq çalışdırıcısı ilə yollarını ayırmasına komandanın son matçlarda uğursuz çıxışı səbəb olub.

Belçikalı mütəxəssis artıq yığmamızın da hücumçusu Polina Rəhimovanın heyətində yer aldığı "Fənərbağça" ilə vidalaşıb. O bildirib ki, nəticələr ürəkaçan olmadıqda komandadan ilk gedən baş məşqçi olur: "Gülə-gülə "Fənər". Oyunçular və məşqçilər korpusuna işbirliyimiz üçün təşəkkür edirəm. Mövsümün axırınadək hər şey ürəyinizcə olsun. Yeni təkliflər gözləyirəm".

Qeyd edək ki, 2008-2010-cu illərdə də "Fənərbağça"da işləmiş Brandt mövsümün əvvəlində komandanın "sükanı arxası"na keçmişdi. İstanbullular ölkə çempionatında və Çempionlar Liqasında 3-cü pillədə qərarlaşıb.

pia.az
Etiket:
loading...