Çərşənbə, 20 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Facebook” fikrindən daşındı: Dronla internet paylamayacaq

“Facebook” şirkəti özünün “Aquila” layihəsindən imtina edib


Lent.az-ın BBC telekanalına istinadən məlumata görə, bu layihə çərçivəsində şirkət internet paylayan dronlar yaradıb işə salmağı planlaşdırırdı. 

“Aquila” 2014-cü ildə təqdim olunmuşdu. O zaman iri texnologiya şirkətləri hava ilə internet paylamağı nəzərdə tutan uçan aparatlar sahəsində biri-biri ilə rəqabətə girməyə başlamışdılar. Əvvəlcədən “Facebook” bu dronu müstəqil olaraq yaratmağı planlaşdırırdı. Şirkət bir neçə uçuş həyata keçirdikdən sonra bu layihədən imtina etməli oldu. 

Artıq “Aquila”nın Böyük Britaniyadakı ofisi bağlanıb. Uçan aparatın tərtibatı üzərində işləyən 16 əməkdaş isə işdən çıxarılıb. 

pia.az
Etiket:
loading...