rezonans

Xəbər xətti

23 İYUN

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb

20:27 Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək

20:21 Almanların 40 faizdən çoxu Merkelin kansler postundan getməsini istəyir

20:15 Şirvan sakini qətlə yetirildi

20:09 Əli Həsənov: “Azərbaycanda azad media formalaşıb”

20:03 Çavuşoğlu PKK terrorçularının gizləndiyi yeri açıqladı

19:58 Azərbaycan Premyer Liqasında növbəti mövsümün başlama vaxtı açıqlandı

19:52 Ağdamda kollec direktoru qəzaya düşdü

19:46 Bakıda yol polisləri sürücünü döyüb? - Rəsmi açıqlama+ Video

19:40 Kosta-Rika da mundialla qrupda vidalaşdı

19:34 Xəzəryanı ölkələr sualtı boru kəmərləri çəkə biləcək

19:28 Narkotacirlərin qənimi olan qəhrəman köpəklər... - Kinoloji Mərkəzdən Fotolar

19:22 Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi

19:16 İsmayıllıda uçan körpü qismən bərpa olundu - Video

19:10 Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

19:04 Yeni büdcə qaydaları müəyyənləşdirilir

18:59 Rus futbolçular dopinqdən istifadə edirlər? - FİFA-ya müraciət

18:53 Prezident 9 milyon pul ayırdı

18:47 Yeltsinin kürəkəni Putinin müşaviri oldu

18:41 Azərbaycanda ailələr niyə dağılır? - Komitə səbəbləri açıqladı

18:35 Baş nazir pambıqçılıqla bağlı xüsusi müşavirə keçirdi



İQTİSADİYYAT

...

“Ermənistan kimin üçün desən qapı ola bilər” - Vahid Əhmədov

Tarix 13.01.18, 12:53

Font ölçüsü : - / +
bitmap-img6


Millət vəkili: “İran dövləti Azərbaycanı nəzərə alaraq Ermənistanı Şimal-Cənub tranzit layihəsinə qoşmaq mövqeyindən geri çəkilməlidir”


“Nə qədər ki, Avrasiya İqtisadi Birliyində Ermənistan var, o Birlikdə heç vaxt Azərbaycan olmayacaq”.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Ermənistanın “Şimal-Cənub” dəhlizinə qoşulmaq üçün İranla aradığı danışıqları PİA.AZ-a şərh edərkən qeyd edib.

Son zamanlar Ermənistan israrla “Şimal-Cənub” tranzit layihəsinə qoşulmağa can atır və bununla bağlı İranla danışıqlar aparır. Ermənistanın İrana etdiyi təklif Ermənistan vasitəsi ilə yüklərin Avrasiya İqtisadi Birliyinə daşınmasıdır. Lakin çox qəribədir Ermənistanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə quru sərhədi yoxdur.

Qeyd edək ki, ümumi uzunluğu 5.6 min kilometr olan “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycandan və İrandan keçməklə Rusiyanın Hindistanla, Baltik regionu ilə kommunikasiya əlaqələrini təmin edəcək. Təxminən bir il əvvəl Bakıda prezident İlham Əliyevin təşəbbüsü ilə İran və Rusiya prezidentlərinin də iştirakı ilə keçirilən üçtərəfli sammitdə bu beynəlxalq dəhlizin qərb qanadının tikintisi də məsələsi detallı şəkildə müzakirə olunub. Əlbətdə, “Şimal-Cənub” dəhlizinin reallaşması imkanlarını İranla Ermənistanı birləşdirən dəmir yolunun tikintisi imkanları ilə müqayisə etmək mümkün deyil. Xüsusən də Rusiya ilə Gürcüstan arasındakı münaqişəni nəzərə alanda. Başqa məsələdir ki, multimodal yük daşımaları İranla Ermənistanın maraqlarına uyğundur. Ancaq beynəlxalq dəhliz Gürcüstandan keçməlidir və oradan Rusiyaya uzanmalıdır. 

Erməni siyasi elitası dərk edir ki, tezliklə “Şərq-Qərb” dəhlizi kimi “Şimal-Cənub” dəhlizi də işə düşəcək və ilkin mərhələdə bu dəhlizlə ildə 3-5 milyon ton yük daşınacaq. Nəticədə Azərbaycan regionun mərkəzi və iri nəqliyyat xabına çevriləcək, ölkəyə milyardlarla dollar tranzit gəlirləri daxil olacaq. Buna görə də Ermənistan israrla Şimal-Cənub tranzit layihəsinə qoşulmağa can atır və bununla bağlı İranla danışıqlar aparır.

Ermənistan İran üçün Avrasiya İqtisadi Birliyinə açılan qapı ola bilərmi? Həmçinin İranla Avrasiya İqtisadi Birliyi arasında iqtisadi əlaqələrin artması üçün Azərbaycanın hansı imkanları var?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova müraciət edib.

Related image
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemimiz həll olunmayana qədər Ermənistan  “Şimal-Cənub” tranzit layihəsinə qoşulmamalıdır”.


Ermənistanla İran arasında olan son münasibətlərin diqqət çəkici məsələ olduğunu vurğulayan millət vəkili Vahid Əhmədov PİA.AZ-a açıqlamasında bildirib ki, bir sıra məsələlərdə İran Ermənistana çox güzəştə gedirlər. Amma bu olmamalıdır. Çünki bizim Dağlıq Qarabağ problemimiz həll olunmayana qədər Ermənistan  “Şimal-Cənub”  tranzit layihəsinə qoşulmamalıdır:

“Mən hesab edirəm ki, əgər doğrudan da İran dövləti müsəlman, dost dövlətdirsə, Ermənistanın  “Şimal-Cənub”  tranzit layihəsinə qoşulmağına imkan verməyəcək. Bir tərəfdən də Rusiya çalışır ki, Ermənistan bu cür layihələrdə iştirak etsin. Çünki Ermənistanın belə layihələrdə iştirak etməsi Rusiya üçün sərfəlidir. Gürcüstan vasitəsi ilə hərbi dəmir yolunun açılışında da biz bunun şahidi olduq. 

Ermənistan Rusiyanın koloniyasına çevrilib və öz sözü olmayan bir dövlətdir. Buna görə də Rusiya çalışır ki, Ermənistana kömək etsin. Amma daha yaxşı olardı ki, İran Azərbaycanın mövqeyini və Dağlıq Qarabağ itkisini nəzərə alsın. 

Yəni İran dövləti Azərbaycanı nəzərə alaraq Ermənistanı  “Şimal-Cənub” tranzit layihəsinə qoşmaq mövqeyindən geri çəkilməlidir. İran Azərbaycanla qonşu dövlətdir və iqtisadi-siyasi əlaqələrimiz yüksək səviyyədədir. Hətta son vaxtlar İranla Azərbaycan arasında iqtisadi əlaqələr daha da artıb. İran dövləti Azərbaycanda bir sıra strateji layihələr həyata keçirir. İran-Astara, Azərbaycan-Astara dəmir yolu, həmçinin Naxçıvana da dəmir yolu açılır. Yəni İranla Azərbaycan arasında yaxın münasibətlər çoxdur. Buna görə də İran bu münasibətləri nəzərə almalıdır. 

Vahid Əhmədov: “Azərbaycan nə İran, nə də Rusiyanın diktəsi ilə işləmir”.


Ermənistan kimin üçün desən qapı ola bilər. Bütün dövlətlər nə istəyir Ermənistan da onu edir. Bildiyimiz kimi Rusiya Ermənistanın bütün şirkətlərin alıb və Rusiya nə deyir Ermənistan onu qəbul edir. Azərbaycan isə bəzi dövlətlərin xoşuna gəlmir. Çünki dövlət başçımız müstəqil siyasət aparır və Azərbaycan xalqının mənafeyin hər şeydən üstün bilir. Amma Ermənistanda belə deyil. Ümumiyyətlə Ermənistanla İran arasında olan son münasibətlər diqqət çəkən məsələdir. Çünki bir sıra məsələlərdə İran Ermənistana çox güzəştə gedirlər. Amma bu olmamalıdır. Çünki bizim Dağlıq Qarabağ problemimiz həll olunmayana qədər Ermənistan Şimal-Cənub tranzit layihəsinə qoşulmamalıdır.

Nə qədər ki, Avrasiya İqtisadi Birliyində Ermənistan var, o Birlikdə heç vaxt Azərbaycan olmayacaq. Çünki Azərbaycanın Dağlıq Qarabağ problemi var. Nə vaxt ki, torpaqlarımız azad olar və millətimiz öz yurdlarına qayıdar, bundan sonra bu məsələlərə baxmaq olar. Azərbaycan nə İran, nə də Rusiyanın diktəsi ilə işləmir. Dövlət başçımız müstəqil siyasət aparır və millət bu siyasəti müdafiə edir”.

Nərminə UMUDLU
pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


İQTİSADİYYAT

design-img

Vernisaj

Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru