Cümə, 22 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Enactus birbaşa ölkənin inkişafında öz töhfəsini verir”


Enactus Azərbaycanın ölkə direktoru Kəmalə Məmmədli ilə olan müsahibəni təqdim edirik:


– Kəmalə xanım, ilk olaraq bilmək istərdik ki, Enactus nədir? Azərbaycanda fəaliyyəti nə zamandan var və insanlar tərəfindən necə qarşılandı?

– Enactus (SIFE) Proqramı 70 – ci illərin ortalarında ABŞ-da yaradılıb. 1984 – cü ildə Enactus müsabiqəsində ABŞ Universitetlərindən cəmi 17 komanda iştirak etmişdi. 10 ildən sonra, 1994 – 1995 – ci akademik illərdə bu proqrama cəlb edilən tələbələrin sayı 30 000 – ə yaxın olmuş və müsabiqədə 171 komanda iştirak etmişdi. Hazırda  50 – ə yaxın ölkəni təmsil edən tələbə komandaları hər il keçirilən Enactus Dünya Kubokunda öz ölkələrini və Universitetlərini təmsil edirlər. Artıq Enactus  Proqramı genişlənərək dünyanın Universitet əsaslı ən iri təşkilatlarından birinə çevrilib.Enactus Proqramı gənclərə nəzəri biliklərini praktikada tətbiq etmək, biznes, təhsil və sosial layihələrini həyata keçirmək, azad sahibkarlığı təbliğ etməklə öz arzularını gerçəkləşdirməyə kömək edir. Eyni zamanda gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığa dəstək Enactus Proqramının əsas məqsədlərindən biridir. Enactus Proqramının İctimai Fəlsəfəsi budur ki, “Mənə balıq ver bir gün ac qalmayım, mənə balıq tutmağı öyrət ömürlük ac qalmayım”. 2005-ci ildən Enactus Qlobalın Azərbaycan üzrə rəsmi təmsilçisi “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində”  İctimai Birliyidir. “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində”  İctimai Birliyinin əsas fəaliyyət istiqaməti təhsil proqramlarının həyata keçirilməsidir. Enactus Proqramı insanlar tərəfindən çox uğurla qarşılanır.

– Enactus Azərbaycan, Ölkənin iqtisadi inkişafına hansı töhvələri verdi?

– Bu Proqram vasitəsilə insanların həyatı biznesin pozitiv gücü ilədəyişilir, çünki, hər bir Dövlətin inkişafında Kiçik və Orta Sahibkarlığın rolu böyükdür. Enactus layihələrində iştirak edən hədəf auditoriyalarımızın da əsas məqsədi biznes işlərinin qurulması, yeni iş yerlərinin yaradılmasına, işsizliyin qisməndə olsa aradan qaldırılmasına təsir edir və hansı ki, bir başa Ölkənin inkişafında öz töhvəsini verir.

– Beynəlxalq aləmdə Azərbaycan Universitetlərinin imic kimi tanınmasında bu Proqramın (layihənin) nə kimi rolu var?

– Məncə, Azərbaycan Univeritetlərinin Enactus Proqramında iştirak edən 36 Ölkə Universitetlərinin sıralarında və siyahısında birgə görmək, bunun özü böyük bir işdir. Əsas məqsəd – Universitet nümayəndələri bir birilərinən tanış olsunlar, birgə əmakdaşlıq etsinlər, forumlarda birgə iştirak etsinlər. Proqramın özü böyük bir şəbəkəyə çevrilib.

– Enactus ideyaları ən çox hansı sahələrdən olur? İndiyədək ən yaxşı layihə hansı Universitetin layihəsi olub?

– Sahələr müxtəlifdir. Aqrar, Qida, Sənətkarlıq və Turizm kimi sahələr.  2010-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin ABŞ və Malaziyada Enactus Dünya Kuboklarında -“Şəfalı Çay” layihəsi, 2012-ci ildə ABŞ-da Azərbaycan Tibb Universitetinin “Zəli” layihəsi, 2016- cı ildə Kanadada – Azərbaycan Respublikasının Presidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Cücələrim” layihəsi, 2017-ci ildə Londonda Azərbaycan Dövlət İqtisad Univeristetinin “Proboard” layihəsi olmuşdur.

– Azərbaycan Enactus Dünya Kubokunda çempion ola bilərmi?

– General olmaq istəməyən əsgər əsgər deyil, Napaleon Banapart bunu çox gözəl demişdir. Bəli, çempion ola bilər, sadəcə Enactus Milli Yarışda qalib gələn komadalar, öz üzərlərində daima işləməlidirlər. Bü hətta iş həyatında belədir, uğur əldə etmək üçün, qarşısına məqsəd qoyub və dayanmadan irəliyə addım atmalısan, yalnız bu zaman uğur səni tapacaq. Bunun üçündə, Azərbaycan komandaları daima öz layihələrini mükəmməl şəkildə qurub işləməlidirlər.

– Gənclər uğur əldə etmək üçün hansı addımları atmalıdırlar? Sonda, gənclərə nə arzu etmək istərdiniz?

– Gənlcər daima öz inkişafları üzərində işləməlidirlər, dayanmadan yeniliklər axtarışında olmalıdırlar. Bu gün onlar üçün çox gözəl imkanlar yaradılır, onlara diqqət ayrılır. Gənclərdən istədiklərimiz, çoxlu çalışsınlar, inkişaf etsinlər, digər ölkələrin təcrübəsini öyrənsinlər.  Gənclərə əsas saglamlıq arzu edirəm, nə qədər saglam olsalar düşüncələri və qarşılarına qoyduqları məqsədləri də sağlam olacaq. Bu da onları uğura aparacaq. (economic.az )

pia.az
Etiket:
loading...