Xəbər xətti

25 MAY

0:58 Zaxarova: “Ukrayna yeni siyasi senzura tətbiq edir”

0:46 Alpinistlər həmkarlarının öldüyü yeri ziyarət etdi

0:31 Xəzərdə tapılmış meyitlərin kimliyi məlum olub

0:27 AVRO-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb

0:13 Dünyanın ən bahalı brendi açıqlandı

0:03 Bu gün bürcünüz nələr vəd edir?

24 MAY

23:55 Gəncə sakini bıçaqlanıb

23:41 Zərərli məhsulların reklamına məhdudiyyət qoyula bilərmi?

23:38 Ərdoğandan Qarabağla bağlı addım

23:11 Məşhur repçi həbs olundu

23:03 BAXCP sədri: “KQB bəzi ziyalılarımızı agent etmişdi”

22:58 Azərbaycanda qızıl bahalaşıb

22:44 Paşinyan aclıq elan etmiş müxalifətçi ilə görüşdü

22:37 Britaniya qadın casusların sayını artırır

22:26 BP-nin rəhbəri: “Neftin qiyməti 100 dollara çatmayacaq”

22:11 “WhatsApp”da xəta

22:07 Ramazanın 9-cu gününün duası

21:52 İftardan sonra bunu çox etməyin

21:49 İngiltərə klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

21:26 ABŞ “Tomohawk”ın istehsalını dayandırır

21:25 Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu

21:13 Ağstafada yol qəzası: yaralılar var

21:04 Sərnişin təyyarəsini Rusiyanın vurduğu dəqiqləşdi

20:52 BƏƏ liderindən İlham Əliyevə məktub

20:49 Ərdoğan regionla bağlı planlarını açıqladı

20:33 Çemponlar Liqasının final oyunu İstanbulda keçiriləcək

20:28 İlham Əliyev İordaniya kralını təbrik edib

20:16 “Qarabağ” 9 futbolçu ilə yollarını ayırdı

20:07 Maradona: “Bu sistemlə 1930-cu ildə oynayırdılar”

20:07 Maradona: “Bu sistemlə 1930-cu ildə oynayırdılar”

19:56 ABŞ İran və Türkiyəyə qarşı sanksiyalar qəbul edib

19:55 Azərbaycana xaricdən pul köçürmələri 45% artıb

19:51 İraq lideri İlham Əliyevə məktub göndərdi

19:47 NATO generalları ordumuzun təlimini izləyib

19:44 Arda Turanın cəzası azaldılıb

19:40 Hindistanda qarşıdurma: 13 ölü, 70 yaralı

19:36 Azərbaycanda avtomobillər kəskin bahalaşdı

19:31 “Bu, Azərbaycanın humanist ölkə olmasının sübutudur”

19:28 Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı yenilik

19:24 TAP-ın prezidenti Azərbaycana gələcək

19:19 Çin lideri İlham Əliyevi təbrik edib

19:15 Dünya çempionatının rəsmi mahnısını onlar oxuyacaqlar

19:11 Siyəzəndə intihar hadisəsi baş verib

19:06 Ukraynanın sanksiya tətbiq etdiyi Rusiya mətbu orqanları - Adlar

19:01 Aslan İsmayılovun barəsində cinayət işi icraata götürüldü

18:57 Dmitri Roqozinə vəzifə verildi

18:53 Prezident İlham Əliyev: “Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcək”

18:48 Azərbaycanda dollarla valyuta əməliyyatlarının dəyəri artıb

18:44 Ştaynmayerdən İlham Əliyevə təbrik

18:39 Faiq Ağayevdən rejissora etiraz

18:35 Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib

18:31 İcra hakimiyyətinin şöbə müdiri həbs edildi

18:27 Xəzərdə iki nəfərin meyiti tapılıb

18:23 Nazarbayevdən İlham Əliyevə təbrik

18:20 Əfv siyahısında 41 əcnəbi, 3 vətəndaşlığı olmayan şəxs var

18:16 İlham Əliyev yol tikintisinə pul ayırdı

18:12 16 qadın əfvə düşdü - Siyahı

18:08 Saday Şəkərli azadlığa buraxıldı

18:04 İlham Əliyev sahibkarları mükafatlandırdı - Siyahı

18:00 Müəllimlərin diaqnostik qiymətləndirməsində 20 min nəfər iştirak edəcək

17:55 Ukrayna Rusiyanın dövlət xəbər agentliklərini blokladı

17:49 “Rəhim şeytandır” - Kərim

17:44 İnterpolun axtardığı Azərbaycan vətəndaşı Ukraynada saxlanıldı

17:42 “…acgöz müdirlər”- Baş redaktorlara tərs şapalaq

17:35 “Fransa xarici işlər nazirinin səfəri AXC-nin 100 illiyinə töhfədir”

17:30 “Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

17:29 İqtisadçılar 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasını tənqid edir

17:25 FHN Xəzərdə iki nəfərin meyitinin tapılması haqda açıqlama verib

17:20 BVF: “Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir”

17:14 “Oğlumu bağrıma basmaq istəyirəm”

17:08 Şimali Koreya “Phunqeri” nüvə poliqonunu söküb

17:03 Rusiyada demokratik institutlar tamamilə məhv edilir

16:58 Çempionlar Liqasının finalı yenidən İstanbulda keçiriləcək

16:53 Türkiyə XİN-dən Afinaya sərt cavab

16:46 Bakı və Buxarest arasında birbaşa aviareyslər açıla bilər

16:40 Prezidentin əfv etdiyi siyasi dustaqlar bunlardır - Adlar

16:33 “Leyli və Məcnun” 100 illiyi qeyd olunub

16:27 İlin sonunadək evlə təmin olunmuş məcburi köçkünlərin sayı 285 minə çatacaq

16:20 “Qarabağ” 9 futbolçu ilə vidalaşdı

16:15 “Varlı ailələrin “debil” uşaqları…” – Deputatdan sərt sözlər

16:10 Vahid Ələkbərovun oğlunu Rusiyanın ən varlı varisi elan etdilər

16:09 Prezident əfv sərəncamı imzaldı: 634 nəfərə şamil olunan siyahı - Yeniləndi

16:04 Nəqliyyat naziri bir telefon zənginə görə istefa verdi

16:00 200 manatlıq əskinaslar: Elmar Rüstəmovun piar kampaniyası, yoxsa...

15:58 “Azərbaycan xalqı əmindir ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik”

15:53 Abramoviç İsrail vətəndaşlığı alır

15:48 Cümhuriyyətin şərəfinə adı Müsavat qoyulan böyük Azərbaycan şairi

15:43 Rusiya Müdafiə Nazirliyinin generalı həbs olunub

15:37 Xəzərdə içində meyitlər olan qayıq aşkarlandı - Yenilənib

15:33 FİFA millimizin oyunlarını tanımır

15:28 Türkiyədə hərbi konvoya hücum - Hərbçilər həlak oldu

15:23 Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib

15:16 Dəşkəsəndə yük maşını çaya düşdü

15:11 “Grand” Hospital adını niyə dəyişdi? – “Rebrendinq”in pərdəarxası

15:05 Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş elmi konfrans keçirilib

15:00 Hakim partiya 140 meqalayihə reallaşdıracaq

14:54 “Malayziya təyyarəsi Rusiya ordusuna aid raketlə vurulub”

14:50 “Onu yerə yıxıb, üstünə oturdum…” – Məktəb direktoru

14:45 Nərimanovda maarifləndirilmə işinin aparılması təlimi keçirilib

14:39 Təhsil naziri: “Azyaşlı şagirdlərin yükü azaldılacaq”

14:35 Aleksey Kudrin: “Neft 50 dollara qədər ucuzlaşacaq”

14:30 Milli Şuranın 28 mayda mitinq keçirməsinə razılıq verilmədi

14:25 “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq”

14:05 Sorosa bağlı şəxslər Ermənistanda vəzifələrə gətirilir - Rusiyanın mövqeyi nə olacaq?

13:49 “Ümumi təhsil haqqında” qanun hazırlanır

13:48 Ukrayna prezidenti ilə bağlı qalmaqal böyüyür

13:44 Uşakov: “Putinlə Trampın görüşünə hazırlıq aparılmır”

13:39 Təhsil naziri: “Bakı məktəblərində 10 faiz sıxlıq var”

13:34 Ronaldinyo eyni anda iki qızla evlənir - Foto

13:29 Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

13:25 Cümhuriyyətin 100 yaşlı bayrağı Bakıya gətirildi

13:21 Durğun hava diskomfort hissi yaradacaq

13:17 “Əkrəm Əylisliyə qarşı yumşaq davrandıq deyə, Rüstəm İbrahimbəyov...”

13:12 Məhşur futbolçu 9 milyon avro cərimələnib

13:07 Bakıda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var

13:02 İlham Əliyev və xanımı məcburi köçkünlər üçün salınan yaşayış kompleksinin açılışında iştirak edib

12:57 Korrupsiya pullarını kazinolar üzərindən “yuyan” yüksək vəzifəli Azərbaycan məmurları

12:52 Avropa İttifaqı 2019-da Türkiyəyə əlavə yardım ayıracaq - 1,5 milyard avro

12:48 Oğlu olmayıb, xanımından isə ayrılıb - Azərin yalanı

12:43 Şou aləmində qalmaqal yenidən alovlandı



MÜSAHİBƏ

...

“Ən yaxşı yol ondan ibarətdir ki, nazir getsin Milli Məclisə və desin ki...”

Tarix 05.02.18, 11:09

Font ölçüsü : - / +
bitmap-img6

“Bizə Məmmədyarovla Nalbəndyan arasında yox, iki ölkə, iki xalq arasında sülh lazımdır”


Qarabağla bağlı ATƏT-in müşahidə missiyasının sayının artırılması narahatlığa səbəb olub. Rusiyanın bu məsələni xüsusilə təbliğ etməsi, ermənilərin məmnunluğu rəsmi Bakının nədən bu anlaşmaya getdiyi ilə bağlı suallar yaradır. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovla bu mövzuda söhbət etdik:

- Tofiq bəy, bir sıra ekspertlərin fikrincə, müşahidəçilərin sayının artırılması status-kvonun saxlanmasına, işğalın davam etməsinə rəvac verəcək və Azərbaycanın zərərinədir. Xatırladım ki, erməni tərəfi aprel döyüşlərindən sonra bu məsələdə anlaşmanın əldə olunması üçün cəhdlər göstərirdi və nəhayət, razılaşma əldə olundu. Siz bu məsələ ilə bağlı nə düşünürsünüz?

- Apreli yaxşı yada saldınız. Apreldən sonra iki məsələ gündəmdə idi. Birincisi, ermənilərin iddia etdiyi təhlükəsizlik məsələləri. Yəni atəşkəs rejiminin bu və ya digər şəkildə güclənməsi. Bu mövqeyi vasitəçi dövlətlər də təbliğ edirdilər və dəstəkləyirdilər. İkinci məsələni isə Azərbaycan qoyurdu. Bəzi vasitəçilər buna cavab olaraq deyirdilər ki, aktual məsələdir. Yəni real və substantiv danışıqlar. Danışıqların o səpkidə qurulması ki, sonda nəticə əldə olunsun. O halda isə hamı başa düşürdü ki, ən yaxşı variantda torpaqların bir qismi ilkin mərhələdə azad olunmalıdır. Bir azdan iki il olacaq ki, bu müzakirələr gedir. Nəticəsi ondan ibarətdir ki, heç bir real danışıqlar olmadı, siyasi vəziyyət dəyişmədi. Ermənistanın siyasi elitasının mövqeyi daha da sərtləşdi. Demək olmaz ki, onların istədiyini tam şəkildə reallaşdı. Sadəcə, bir qismini həyata keçirirlər və bu missiyanı genişləndirirlər.

- Yəni siz də hesab edirsiniz ki, missiyanın genişləndirilməsi işğalçı ölkənin faydasınadır?

- Təbii. Axı, onlar bu məsələni qoyurdular, məqsəd də bundan ibarət idi. Onlar deyirdilər ki, biz bu məsələlər həll olunmayınca danışıqlara getməyəcəyik. Bir müddət də imtina etdilər. İndi minnət edə-edə danışıqlara qayıdıblar. Buna cavab olaraq vasitəçilər onların “narahatlığını” nəzərə alaraq, buna razılıq veriblər. Belə çıxır ki, Azərbaycan da bunu qəbul edib.

- Amma Elmar Məmmədyarov sonuncu danışıqların kreativ keçdiyini demişdi. Bu kreativ ifadəsinin arxasında sizcə, nə dayanır? Azərbaycanın müşahidəçilərlə bağlı razılaşmaya getməsinin qarşılığında hansı marağı təmin olunub?

“Onda bu şəraitdə substantiv, kreativ və sair nə deməkdir?”

- Bilirsiniz, Azərbaycan tərəfindən üç termin eşitmişəm: kreativ, substantiv və məntiqi danışıqlar. Artıq bunu lağlağaya çevirənlər də var. Mən də bu terminlərin bəzən real məna daşımadığını görməkdəyəm. Məsələn, Ermənistanda Təhlükəsizlik Şurası keçirilir və parlamentin qapalı iclaslarında danışıqların indiki vəziyyəti müzakirə olunur. Bizdə bu kreativin, ya məntiqli, ya da substantiv olmasının yeganə qiymət verəni Məmmədyarovdur. Bu, bir ölkə üçün yetərli deyil, açıq deyirəm. Ona görə yox ki, məni nazir kimi qane etmir. Bu, elə məsələdir ki, bir adamın rəyi ilə bağlamaq düzgün deyil. Həmçinin danışıqların lazımi səviyyədə getməsi ilə bağlı şübhələr üçün çox böyük əsaslar var. Bir mütəxəssis olaraq şəxsən mən belə düşünürəm. Bunu mən açıq deyirəm. Amma bundan da kənar, yəni şəxsiyyətdən uzaqlaşan məqamı da götürsək, bununla bağlı parlamentdə qapalı bir iclas keçirsinlər. Məsələ ilə bağlı parlamentə məlumat verilsin, situasiya şərh olunsun. İndiki mərhələyə qayıtsaq, belə çıxır ki, ermənilər qismən nəyəsə nail olublar. Amma danışıqların nədən ibarət olduğunu biz təkcə Elmar Məmmədyarovun sözündən bilirik. Təbii ki, bu vəziyyət qəbuledilməzdir.

- Amma Azərbaycan rəhbərliyi bir neçə dəfə bəyan edib ki, İrəvan danışıqlara şərtsiz qayıtmağa vadar olub. Ola bilərmi ki, Məmmədyarov Bakının xeyrinə olan detalları açıqlamır?

- Varsa da, mən bilmirəm nəyə görə açıqlamır. Mən vaxtilə 6 ilə yaxın danışıqların başında dayanmış adamam. Bilmirəm, orda hansı məsələlər ola bilər ki, onları heç kəsə deməyək? Əgər söhbət hansısa torpaqların azad olunmasından gedirsə, onu açıq demək lazımdır. Ermənistan ictimaiyyəti buna hazır olmalıdır. Amma biz görürük ki, bu məsələni yada salanda ermənilər deyirlər yox, biz heç bir ərazini vermərik və s.

- Serj Sərkisyan bunu elə keçən ay AŞ PA tribunasından da bəyanladı.

- Bəli. Onda bu şəraitdə substantiv, kreativ və sair nə deməkdir? Ermənistan açıq-aşkar deyir ki, torpaqları qaytarmaqdan söhbət getmir. Əgər bundan söhbət getmirsə, onda digər məsələlər bizim nəyimizə lazımdır. Açıq deyirəm, bu, ermənilərin nailiyyətidir ki, köhnə mandatla 7 nəfər əlavə müşahidəçi olacaq. Düzü, məni narahat edən ayrı bir məsələdir. Guya orada təzə sənədlər tərtib olunub, bu barədə Lavrov da deyib. Əgər Anjey Kasprşikin missiyasına təzə vəzifələr qoyulursa, bu, açıqlanmalıdır. Çünki bu, tam ayrı məsələdir. Amma 20 il bundan əvvəl qəbul olunmuş mandata müşahidəçilər əlavə olunursa, bu, tam başqa bir vəziyyətdir. Papov da, Lavrov da bunu deyib ki, bəs, hansısa sənədlərin qəbul olunmasına guya biz yaxınlaşırıq. Bu sənədlər maliyyə sənədləri ola bilər. Yəni bəlkə Vyanada ATƏT-in Daimi Şurası 7 nəfər müşahidəçi ilə bağlı maliyyənin büdcəsinin artırılması və s. bağlı sənədlərdən söhbət gedir. Amma mandatdan, onların fəaliyyətini nizamlayan sənəddən söhbət gedirsə, bu, ciddi məsələdir.

- Müşahidəçilərin haradan olmasının önəmi varmı?

- Bu, çox vacib deyil. Çünki müxtəlif ölkələrdən olublar və dəyişiblər. Adətən, onların çoxu hərbçilər, hərbi diplomatlar olur. Yəni onların məruzə və  məlumatlar hazırlamasını Anjey Kasprşik özü idarə edir.

- Kasprşiklə bağlı vaxtaşırı neqativ fikirlər yayılır. Siz onunla bağlı nə deyə bilərsiniz?

- Mən 20 ildən çoxdur ki, bu adamı tanıyıram. Evimə də gəlir, 3-4 aydan bir görüşürük, müzakirələr aparırıq. Təbii ki, mən xidməti məsələlərlə bağlı suallar vermirəm. Amma mən başa düşdüyüm kimi, mandat köhnədir, 20 il bundan qabaq qəbul olunub, bunun hazırlanmasında mən də iştirak etmişəm, ona görə də incəliklərindən xəbərdaram. Təzə sənədlər ki, deyirlər, o da şübhə doğurur, məsələn, Lavrovun, ya Papovun bəyanatları. Lakin çox məsələlər var ki, gərək Elmar Məmmədyarov parlamentə getsin və qapalı iclasda vəziyyətlə bağlı məruzə etsin, suallara cavab versin.

Gülməli bir vəziyyət yaranıb. Heç səfirlərin yanında da bu barədə məlumat vermir. Mən iclaslarda bir səfir kimi iştirak etmişəm, amma kimsə vəziyyət barədə soruşanda deyilib ki, bir nazir kimi, özündən başqa heç kəs bilmir. Bu məxfilik kimə lazımdır? Məsələ bir adamla bağlı ola bilməz, heç bir dövlətdə! Şəxsən mən buna etiraz edirəm. Yaxşı diplomat, yaxşı vətəndaşdır, öz yerində. Amma nəzarət olmalıdır. Vəziyyət yaxşıdır, ya pisdir, deyə bilmərəm. Amma nəticələr yoxdur.

- Kasprşiklə bağlı suala tam cavab vermədiniz. Belə fikirlər var ki, bu adam ermənilərə məlumat daşıyır...

- Onunla sonuncu dəfə 1-2 ay bundan qabaq görüşmüşük. Mən Tallində işləyəndə də görüşmüşdük. Merzlyakov da Rusiyanın nümayəndəsi idi. Görüşürdük, nahar edirdik. Onun ermənilərə məlumat aparmasına ehtiyac yoxdur. Həm ermənilər, həm də bizimkilər ayrı mənbələrdən məlumatlar əldə edirlər. 1 il bundan qabaq ermənilər əsgərlərimizin meyitlərini qaytarmaq istəmirdilər. Onda Kasprşik birbaşa bu məsələ ilə məşğul oldu. Biz birmənalı başa düşməliyik ki, bu, vasitəçidir. O, öz fəaliyyətini elə qurmalıdır ki, vasitəçi kimi qalsın. 20  ildir vasitəçilik missiyasını həyata keçirir və tərəflər şikayət etmir. Deməli, yüksək səviyyədə peşəkardır. Bu səviyyədə iş aparmaq asan deyil.

- Müşahidəçilərin mənzil-qərargahının olmaması da maraqlıdır...

- Burda onların nə mənzil-qərargajı, nə də akkreditasiyası yoxdur. Çünki onların akkreditasiyası ola bilməz. Onların maşınlarının diplomatik nömrələri Gürcüstana məxsusdur. Bu missiyaya görə, bir yerdə iki həftədən çox otura bilməzlər, çünki mandatın şərti belədir. Onların məsələn, Xankəndidə vəziyyətə nəzarət etmək istəməsi məntiqlidir. Amma təbii ki, biz onların orada rəsmi akkreditasiyasına razı deyilik. Səhra köməkçiləri var və  bu missiya daim hərəkətdədir.

- Tofiq bəy, siz də narahatsınızmı ki, müşahidəçilərin sayının artırılması Azərbaycanın əl-qolunu bağlaya bilər?

- Yox. Ermənilər təbii ki, istəyirdilər ayrı bir nəzarət sistemi tətbiq olunsun. Deyirdilər ki, xüsusi cihazlarla təminat lazımdır və s. Təbii ki, o, alınmadı və Azərbaycan tərəfi onu qəbul etmədi. Yəni onların ən aşağı səviyyədə “nailiyyəti” 7 nəfərin artırılmasıdır. Açığını deyim ki, bu, onların istəyini ciddi şəkildə, tam təmin edən məsələ deyil. Sadəcə olaraq, onlar elə bilirlər ki, nəsə alıblar. Biz isə heç nə almamışıq. Əgər almışıqsa, Məmmədyarov ən azı qapalı iclasda deputatlara çatdırsın. Ümumiyyətlə, sülh prosesi bir, iki, üç adama bağlı olmamalıdır.

- Həmsədrlərin budəfəki səfəri nə ilə bağlıdır. Ciddi bir prosesə start verilir, yoxsa sadəcə seçki ilində sakitliyi təmin etmək istəyirlər?

- Danışıqların hansısa nəticə verməsi üçün tərəflər ona hazırlığını nümayiş etdirməlidir. Ermənistan prezidentinin çıxışı, siyasi elitanın mövqeyi onu göstərir ki, onların mövqeyi kompromisə yox, daha radikal istiqamətdə inkişaf edir. Ola bilməz ki, onlar ictimaiyyət üçün bir şey desinlər, amma danışıqlarda desinlər yox, biz torpaqları azad edəcəyik. Mən buna inanmıram. Bunu edən siyasi xadimin ömrü uzun ola bilməz.

Bu baxımdan şərait yoxdur ki, hansısa irəliləyiş olsun. Gəlin açıq danışaq da, yoxdur şərait. Mən ermənilərin hansısa real danışıqlara hazırlığını görmürəm. Onlar aprel döyüşlərindən sonra heç olmasa 7 müşahidəçi alıblar, biz heç nə almamışıq. İndi ən yaxşı  yol ondan ibarətdir ki, nazir getsin Milli Məclisə, desin vəziyyət belədir. Ondan sonra baxaq, görək ictimaiyyət nə deyir. İstəyirlər qapalı olsun, istəyirlər açıq. Gördünüz ki, Ziyafət Əsgərov müşahidəçi məsələsinə çox mənfi fikir bildirib. Digər belə mövqelər də eşitmişəm. Heç olmasa izah etsinlər ki, 7 nəfər müşahidəçinin artırılmasına razılıq vermişiksə, bunun əvəzinə nə alacağıq? Əslinə qalsa, bizə Məmmədyarovla Nalbəndyan arasındakı sülh lazım deyil. Bizə iki ölkə, iki xalq arasında sülh lazımdır və ona nail olmaq istəyirik.(müsavat.com)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Nazarbayevdən İlham Əliyevə təbrik

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Yeni hökümətin fəaliyyəti hiss olunurmu?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru