Xəbər xətti

19 APREL

21:26 Rusiya ABŞ-dan təzminat istəyir

21:20 Almaniya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

21:14 NASA “planet ovçusu“ peykini yola saldı

21:08 Armen Sarkisyan aksiya iştirakçılarını dialoqa çağırıb

21:02 Avropa Parlamenti Mark Sukerberqi dinləmək istəyir

20:57 “Barselona”nın Umtiti planı - 250 milyon avro

20:51 Çində böyük kriptovalyuta dələduzluğunun üstü açılıb

20:45 Tovuzda 2-ci qrup əlil özünü asdı

20:39 “Səfərə getməyə razılıq verdik” - Qurban Qurbanov

20:33 Avropa Komissiyasının prezidenti İlham Əliyevi təbrik edib

20:27 “Ərim deyirdi ki, hicab bağla, mən də ayrıldım” - Leyla

20:21 Ermənistanda həbs edilən müxalifətçilərin sayı 100-ə çatıb - Canlı

20:15 Əkrəm Həsənov: “Problemli kreditlər BOKT-larda da var”

20:09 “Ali Baş Komandan əmr verəcəyi halda…” - Şair Ramaldanov

20:03 Ermənistanda nümayişçilərlə polislər arasında toqquşma - Saxlanılanlar var

19:58 Samir Şərifov “Expo 2025”in ev sahibliyinin xərci barədə

19:54 “Müstəntiq mənə pul, ev təklif edir…” - “Alışanov işi”ndə ilginc bəyanat

19:52 Koreya lideri Əliyevi təbrik etdi

19:46 Kubokun finalına cəzalı duruma düşənlər

19:40 Bakıda tozun miqdarı 26 faizə düşüb

19:34 Derbidə bomba partladı

19:28 Kubanın yeni rəhbərinin adı məlum oldu

19:22 Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib

19:16 XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır

19:10 Stepan Danielyan: “Məmurlar da Sərkisyana inamını itirib”

19:04 Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - Video

18:59 Hakim generalla polkovnikə güzəşt etmədi

18:57 “Media Klub” yaradılıb

18:53 Üç əsrin insanı öldü: heç bir qohumu həyatda deyil

18:47 Prezident İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə edəcək

18:41 Ermənistanda polis xalq tərəfə keçir

18:35 400 minlik toy edən lift müdirinin qızı məhkəmədə dindiriləcək

18:29 NATO generalların Bakı görüşü barədə məlumat yayıb

18:23 Qonşusunun evini talayan şəxs tutuldu

18:17 Prezident Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinə sədr təyin edib

18:11 “Prezidentin fərmanı 8800 ailəyə şamil ediləcək” - Nazir

18:05 General oğlunun məhkəməsində şahid 200 manat cərimələnib

18:00 AZAL Səudiyyə və Monteneqro istiqamətində yeni reyslər açır

17:55 Daha 18 qanun dəyişəcək – Siyahı

17:49 Bakı və Abşeronda tozun miqdarı nisbətən aşağı düşüb

17:44 Nazim məhkəmənin qərarına etiraz etdi

17:38 Leyla Əliyevanın kitabı Tehranda nəşr olunub

17:33 Günəş sistemindən kənar planetlərin axtarışı üçün fəzaya teleskop göndərildi

17:29 “Həbsim qurama idi…” – Gülər Əhmədova keçmişin sirrini açır

17:24 Dollar sabah neçəyə olacaq?

17:20 Polşa prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

17:15 Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb

17:10 “İndi də məmurların “saxladıqları” qadınlar özbaşınalıq edir” - Deputat

17:05 İsrail səfirliyində Eynulla Fətullayevlə təhlükəsizlik əməkdaşları arasında qarşıdurma

17:00 “Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil”

16:55 “Əsgərə məktub” layihəsi Tərtərdə

16:50 Gerasimovla Skaparotti Bakıda görüşdü

16:43 Yunanıstan və Türkiyə müharibəyə doğru gedir

16:35 Şamaxı rayonunda hesabat yığıncağı keçirilib

16:30 “Çelsi”nin futbolçusuna sərt cəza

16:25 Türkiyədə sorğu keçirilib: Ərdoğan 55.6 faizlə liderdir… – AKP açıqladı

16:20 “Aliment fondunun yaradılması qaçılmaz zərurətdir”

16:15 Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edildi

16:10 Bakıda 3 azyaşlı yanğından xilas edildi - Yenilənib

16:05 Tovuz sakini özünü asıb

16:00 “Sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var”

15:56 Gülüstan Əliyeva əsəbiləşdi

15:52 İsrail ABŞ-ın Suriyada müharibəyə cəlb olunmasında niyə maraqlıdır?

15:47 Rusiya ABŞ-a qarşı hərəkətə keçdi – Kompensasiya tələbi qaldırıldı

15:44 “Apple” iki SİM-kartlı “iPhone” buraxacaq

15:41 Ermənistanda kütləvi həbslər davam edir – Daha 100 nəfər saxlanıldı

15:30 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıdıb

15:25 “Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq

15:20 DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

15:07 Hollivud ulduzu İlham Əliyevi təbrik etdi

15:03 Prezident İlham Əliyev Corc Buşa başsağlığı verib

14:57 Ağ evdə müzakirə: Suriyadan çəkilməli, yoxsa qalmalı?

14:53 “İqtidar komandasında yeniliklər olacaq” – Deputat

14:46 “Suriyada 1 ay öncə ruslarla çox amansız döyüşümüz oldu” – Tramp

14:40 Salyanda 5 kiloqram narkotiklə tutulan narkobaron necə azad olunub?

14:35 Ötən il Azərbaycanda 37 618 abort icra edilib

14:30 Bakıda yaşayış binası yanır

14:25 Yerevanda etirazçılar ABŞ səfirliyinə doğru hərəkət edir

14:20 Azərbaycan” Nəşriyyatı “Azərsu” ASC-ni məhkəməyə verdi

14:18 Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını açıqlayıb

14:13 “Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

14:08 “Hüquq müdafiəçisi üç polis əməkdaşına xəsarət yetirib” - DİN

14:04 Prezident NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

13:32 “Faytonçu Nazim” məhkəməni uduzdu

13:27 Şəmkir-Gədəbəy yolunda ağır qəza: Yaralılar var

13:25 “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!”

13:23 Bu gün və sabah Bakının əsas yollarında hərəkət məhdudlaşdırılacaq

13:19 Duyğularını təmizlə...

13:15 Bakıda oğurluqla məşğul olanlar tutuldu

13:11 Kəmaləddin Heydərov Atom Enerjisi Agentliyinin rəhbəri ilə görüşüb

13:07 Rusiya və ABŞ generalları yenidən Bakıdadır

13:03 Ermənistanda aksiya zamanı jurnalist döyüldü

12:58 “Aygün Kazımovaya oxşamaq istəmişik” - Pişik Günel

12:54 Qurban Qurbanov: “Futbol həmişə sürprizlərlə doludur”

12:49 Qırğızıstan hökuməti istefaya göndərildi

12:45 “Rahat” marketlər şəbəkəsi: “Yazılanlar doğru deyil”

12:41 Sərkisyan İrəvana xüsusi dəstə yeritdi – Video

12:37 Yağış yağacaq, temperatur 4-8 dərəcə enəcək - Xəbərdarlıq

12:33 ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 37 faiz yuxarıdır

12:28 Rusiyalı hərbi ekspertdən müharibə anonsu

12:24 DİM: Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik

12:19 Elçin Şıxlı: “Arada bir neçə nəfərin başı gedəcək”

12:15 “İran Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq” – İsrailli general

12:11 Azərbaycanda dələduzluq edən şəxs İnterpol xətti ilə axtarılır

12:07 Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək

12:03 “Forbes”: Vahid Ələkbərov 16,4 mlrd. dollarlıq sərvətlə Rusiyanın 4-cü ən varlı iş adamıdır

11:59 Bakı sakinindən 5 kq narkotik götürülüb

11:55 Amaliya Pənahovanın yeni görünüşü təəccübləndirdi – Foto

11:51 Ombudsmanın hesabatı aprelin 24-də Milli Məclisdə müzakirəyə çıxarılacaq

11:47 Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız

11:43 Hacıqabulda yük maşını aşdı, 30 ton sement yola dağıldı

11:39 Təhlükəli selfi: Məktəblini cərəyan vurdu

11:35 Yerevanda onlarla müxalifətçi saxlanıldı

11:31 Azərbaycan Gürcüstandan avtomobil idxalını 6 dəfəyə yaxın artırıb

11:27 Məmur olmaq istəyən yaşlı namizədlərin heç biri imtahanda uğur qazana bilməyib

11:23 İranda güclü zəlzələ oldu – 5,9 bal gücündə

11:17 Toy edənlərə xəbərdarlıq

11:13 Merkel Trampa: “Rusiyaya sanksiya dayansın”

11:08 Türk-İran yaxınlaşmasına ərəb baxışı

11:04 Bu gün Şəmkirdə Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq



MÜSAHİBƏ

...

“Elza Seyidcahanın yazdığı o mahnını oxumaq fikrim var”

Tarix 07.01.18, 11:25

Font ölçüsü : - / +
bitmap-img6



Müasir Azərbaycan xanəndələri sırasında Xalq artisti Zabit Nəbizadənin məxsusi yeri var. Onunla bugünlərdə gerçəkləşən görüşümüzdə özünün yaradıcılığı, müasir muğam ifaçılığı ilə bağlı bir sıra mətləblər ətrafında söhbətləşdik:


– Zabit müəllim, çağımızda texnologiyanın sürətli inkişafı, məşğulluq sahələrinin gündən günə artması muğam sənətimizə nəyi qazandırır və nəyi alır?

– Əvvəlcə onu deyək ki, muğam nə qazandırır insana. Muğam mənəvi bir dəyərdir. Bu dəyərdən kimlər faydalanırsa, elə onlar da çox şey qazanmış olar. Muğamdakı qəzəliyyat, muğamda ifa olunan çalarlar mənəvi bir bütövlükdür. Ondan o tərəfə heç nə qazanmaq və qazandırmaq olmaz. O ki qaldı zamana, elə həmin zamandı, dövran həmin dövrandı. Dəyişən biz insanlarıq. Muğamı sevən və ona əksinə, laqeyd yanaşan insanlar əvvəllər də olub, indi var. Muğama laqeyd yanaşan insanlara görə muğam dəyişən deyil. Yəni nə qazanır, nə də itirir. Mənim uşaqlıq illərimdə, yadımdadır ki, toylarda deyərdilər, “xanəndə bir şey oxusun, qulaq asaq”. İndi isə deyirlər: “Bir şey oxusun, oynayaq”. Biz bunu indi atırıq zamanın üstünə, amma zamanın günahı yoxdur. Bu, biz insanlardan asılıdır. Ancaq indinin özündə bəzi yerlər var ki, orada toylarda sırf muğama qulaq asırlar. Məsələn, Masallı, Ağcabədi, Şamaxı, Tovuz, Mingəçevir kimi bölgələrimizin də elə kəndləri var ki, orada muğamı çox sevir və böyük məhəbbətlə dinləyirlər.

– İfa zamanı nə kimi hisslər keçirdiyiniz maraqlıdır…

– Əslində, bunu ifaçı özü etiraf edə bilməz, dinləyici hiss edər. Mənə elə gəlir ki, musiqinin daxilinə vardıqca, oxuduğun qəzəlin təsvirində tərki-dünya olursan. Bu sözü mənə bir neçə nəfər də deyib. Mən özüm isə bunu bir neçə xanəndədə hiss etmişəm.

– Özünüzü hansı muğamda tapırsınız?

– Muğamların hamısı mənimçün doğma və əzizdir. Bəlkə də adi bir ifaçı olsaydım, fərq qoyardım. Ancaq ifaçı və müəllim kimi tədris vaxtı görürəm ki, muğamları bir-birindən ayırmaq heç mümkün deyil. Bəzən isə elə muğam və ya şöbələri olur ki, onu oxuyanda insan bir ayrı ləzzət alır. Məsələn, “Şikəsteyi-Fars”ı oxuyarkən bir ayrı cür həzz alıram. “Segah” isə ana laylasıdır elə bil. Onu bəlkə də hər kəsin ifasında sevə bilərəm.

– Bəs hansı muğamı özünüzə, qəlbinizə uzaq hiss edirsiniz?

– Uzaq o zaman ola bilər ki, ya oxuya bilməyəsən, ya da hiss etməyəsən. Bu da mənim gənc vaxtlarımda olub. Məsələn, gəncliyimdə “Zabul” muğamını oxumaqdan həmişə qaçmışam. Çünki o dövrlərdə səsim o qədər çılğın idi ki, bəzən cilovlamaq çətin olurdu, “Zabul”un maye pərdələrinə oturmurdu, zil oxumağa can atırdı. Hətta el şənliklərinə gedəndə Allaha yalvarırdım ki, məndən bu muğamı istəməsinlər. Ancaq bir gün toyların birində məndən bunu istədilər. Həmişə dinlədiyim solo tar yolu ilə bu muğamı ifa etdim və oradakı bir yaşlı dinləyicidən “Bərəkallah” da qazandım. Bundan sonra başladım bu muğam üzərində işləməyə və onu daha da yaxşı öyrənməyə.

– Köhnə mahnıların yeni tərzdə ifası tendensiya halını alıb. Buna münasibətiniz necədir?

– Elə mahnı var ki, ona aranjman yaraşır, elə bir mahnı da var ki. qəbul edilmir. Bəzən görürsən ki, mahnının ortasına rəqs salırlar, hansısa başqa bir mahnı ilə sintez edirlər, girişini başqa bir mahnıya yamayırlar. Ataların bir misalı var, yüz ölçüb, bir biçmək lazımdır.

– Davamlı olaraq muğam müsabiqələri keçirilir. Bunların hamısı sənətəmi xidmət edir?

– Muğam sənəti çox ağır sənətdir. Bunu ancaq sənətin içərisinə girəndən sonra daha yaxşı anlamaq mümkündür. Müsabiqəyə qatılıb, dörd ay efirdə olmaq o demək deyil ki, artıq hər şeyi bildin, bununla da sənin işin tamamlandı. Bu sənət yarımçıqlığı xoşlamır. İndiki gənclərdən çox azını görmək olar ki, muğama tam mənası ilə yiyələnsin, özünü bu sənətin içində tapsın. Hər kəs öz üzərində daha yaxşı çalışsa, vəzifəsini layiqincə icra etsə, qazanan da sənət olacaq.

– Musiqini ifa etmək, yoxsa dinləmək daha zövqlüdür?

– Əgər musiqini gözəl dinləyicisi olsa, onda ikisi bir-biri ilə vəhdət təşkil edəcək. Yaxşı ifanı dinləmək, yaxşı dinləyici üçün də ifa etmək zövqlüdür.

– Muğamdan başqa hansı musiqiləri dinləyirsiniz?

– Yaxşı estrada mahnılarını dinləməyi sevirəm. Klassiklərdən Rəşid Behbudovun, Mirzə Babayevin, müasirlərdən Azər Zeynalovun, İlqar Muradovun ifalarını sevirəm. Yaxşı musiqinin hamısını dinləyə bilərəm. Məsələn, illər öncə yazılmış bir mahnı var, caz tərzindədir, daha doğrusu, cazla estradanın qarışığıdır. O mahnını çox bəyənmişəm, hətta fikrim var ki, ifa edim. Mahnı hələ heç yerdə oxunmayıb, Elza Seyidcahanın mahnısıdır.

– Toylarda muğamlar ifa edirsinizmi? Öz repertuarınızla qəbul edirlərmi sizi?

– Sırf xanəndə kimi kənd toylarında dəstgah oxuyuramsa, deməli, bunu sifariş edirlər. Orada repertuar çox da rol oynamır. Şadlıq evlərində isə hər kəsin öz repertuarı var. Çox zaman mən elə publikaya baxıb repertuarımı seçirəm.

– Bəzən ifaçılar zildən oxumaqla qışqırmağı səhv salırlar. Zildən oxumaq şərtdirmi?

– O, bir dövrdür. Xüsusən gənclərdə daha çox rastlaşırıq. Mən bunu pis qəbul etmirəm. Çünki özüm də gənc vaxtı zildən oxumağa can atırdım. Düzdür, bunu mənə irad tutan olmurdu, çünki bəmdən də oxuyurdum. Bir müddətdən sonra bu da öz yoluna düşür. Qışqırmaq isə, əlbəttə, yolverilməzdir.

– Tez-tez xarici səfərlərdə, qastrollarda olursunuz. Bu zamana kimi sizi ən çox hansı ölkənin tamaşaçıları təəccübləndirib? Hansı ölkəni Azərbaycana oxşatmısınız?

– 1996-1997-ci illərdə dəyərli sənətkarlarımız Möhlət Müslümov və Fəxrəddin Dadaşovla İngiltərəyə festivala getmişdik. Orada böyük bir kilsədə çıxış etdik. Təsəvvür edin ki, kilsədə 2-3 min nəfərlik yer var idisə, elə bir o qədər adam da ayaqüstə, qapı ağzında dayanıb dinləyirdi bizi. Həmin illərdə oradakı səfirimiz Mahmud Məmmədquliyev konsertdən sonra bizə dedi ki, bu zamana qədər burada çox konsertlər olub, amma belə alqış, maraq olmayıb. Təbii ki, bu, tar-kamanın, muğamın dəyəridir. Fransada, Hollandiyada, Taylandda çox maraqlı çıxışlarımız olub. Cənubi Azərbaycan öz yurdumuzdur, doğmadır, orada da çox gözəl tədbirlərimiz olub, bu yaxınlarda da Təbrizdə konsertimiz olacaq. Türkiyədə olarkən özümüzü Azərbaycanda kimi hiss edirik. Belçikada bir dəfə konsertdə insanların sevgisini görəndə elə bilmişdim zaldakılar azərbaycanlılardır. Sonradan mənə dedilər ki, burada bizdən başqa azərbaycanlı yoxdur. Musiqinin dili olmaz, onlar bu musiqini sözlərini anlamasalar da, sevmişdilər.

– Necə düşünürsünüz, nə zamansa yeni muğamlar yarana bilərmi?

– İnanmıram ki, yaransın. Hələ bizə qədər yaranmış bu muğamları belə qarışıq dünyada qoruyub gələcəyə ötürə bilsək, igid adamlarıq. Mən istərdim ki, muğamlarımız dədə-babadan necə varsa, elə də qalsın, düzgün oxunsun. Bu zamana qədər yeni muğam yaranmayıbsa, yəqin ki, daha yaranmaz.

– Xanəndələrimizə az qəzəl bilməyi irad tuturlar. Siz necə düşünürsünüz? Qəzəlxanlardan qəzəllərini, şeirlərini oxumanız üçün müraciət edənlər olurmu?

– Qəzəldən çox qəzəl var. Niyə oxumamaqlarının isə səbəbi başqadır. Bəzən təzə qəzəli oxuyub dinləyiciyə çatdırmaq, qəbul etdirmək olmur. Mən bacardığım qədər muğamlarımızı ayrı-ayrı, yeni qəzəllər üzərində oxumağa çalışıram. Məsələn, tədris vaxtı muğamı öyrətdiyim qəzəlləri özüm məclislərdə, efirdə oxumaram, başqa qəzəllər oxuyuram. Bu zaman bir muğamın da fərqli qəzəllər sayəsində yeni və fərqli çalarları, nəfəsləri yaranır. Bəzən isə xanəndələrimizin ifasında qəzəlin sözləri başa düşülmür. Bu da dinləyicinin qəzəli anlamasını və qəbul etməsini çətinləşdirir. Qəzəlxanlardan təkliflər gəlir, kitablarını da göndərirlər. Sadəcə, indi qəzəli əzbərləmək çətindir mənə. Gənclikdə tez əzbərləyərdim, indi isə yox. Efirdə üzündən oxumağı isə həmişə özümə ayıb bilmişəm. Ona görə də mən də gənclərə tövsiyə edərdim ki, hər dəfə muğamları başqa-başqa qəzəllərlə oxusunlar. Həm qəzəl ehtiyatları çox olar, həm də muğamları fərqlənər.

– Sizcə, layiq olduğunuza nail ola bilmisinizmi?

– Bu günümüzə çox şükür. Əməyim hər zaman dövlətimiz tərəfindən qiymətləndirilib. Xalq artisti fəxri adına layiq görülmüşəm, müəyyən titullara, mükafatlara sahib olmuşam. Bir neçə Xalq artisti var ki, Heydər Əliyev Fondu yaranandan oranın üzvüdür. Onlardan biri də mənəm. Cavan yaşımdan buna sahiblənmişəmsə, deməli, muğamın hesabınadır. Bunun üçün də dövlətimizə minnətdaram.

– Sənətkarın özünü təsdiq etməsi üçün fəxri ad lazımdırmı?

– Fəxri ad dövlətin öz sənətçisinə diqqəti, qayğısıdır. Bu, sənətçinin özünü təsdiq etməsi üçün deyil, özünü təsdiq etmiş sənətçiyə verilir. Sənətinlə dövlətin işinə yaramalısan, onu layiqincə təmsil etməlisən, dövlət tədbirlərində iştirak etməlisən. Heç nə asan başa gəlmir, qazanmaq və layiq olmaq lazımdır.

– Hər xanəndə muğam bilicisidirmi?

– Deyirlər ki, hər oxuyan Molla Pənah ola bilməz. Hər xanəndə müəllim, hər müəllim də yaxşı xanəndə ola bilməz. Muğamat çox zəngindir, hər xanəndə onu dərinliklərinə qədər bilmir. Elə xanəndələr var ki, muğamları qarışdırır. Hətta bunları bir-birindən ayırmağı bacaran xanəndələrin sayı barmaqla sayılacaq qədərdir. Əgər on nəfər varsa, mən sevinərəm. İndi hamımıza sənətkar deyirlər. Bu isə çox dəyərli sözdür.

– Muğam ifaçılığını bölgələrə bölmək nə dərəcədə düzgündür?

– Bu, çox səhv fikirdir. Azərbaycanın bir “Rast” muğamı var. Onu Cəlilabadda da, Qarabağda da, Bakıda da eyni cür oxuyurlar. İndi bunu üç məktəbə bölürlər. Bəs, Cəlilabaddan Sabir Mirzəyev, Teymur Mustafayev, Canəli Əkbərov kimi böyük sənətkarlarımız çıxıb. Bunları hansı məktəbə yazaq? Mən bölgələrimizin hamısında el şənliklərində, tədbirlərdə olmuşam, orada ayrı-seçkilik görməmişəm. Xalq özü özünü ayırmırsa, biz niyə ayıraq ki?!

– Müəllim kimi tələbələrinizdə, ümumən gənc xanəndələrimizdə sizi nə qane etmir?

– Tələbənin hamısı müəllimi qane edə bilməz. Əsas problem odur ki, bəzi gənclərimiz sənəti yarımçıq öyrənirlər. Bu dəqiqə gənclərimiz əsasən muğam müsabiqələrinin hesabına tanınırlar, dörd ay ərzində məşhur olurlar. Bu dörd ayda nə öyrənirlərsə, onunla kifayətlənməsinlər. Muğam ifaçılığı ağır sənətdir, burda təkəbbürə qapılmaq olmaz. Çox təəssüf ki, bir çox gənclərimizdə də bu var. Ümumiyyətlə, insan gərək Allahın verdikləri üçün qürrələnməsin, eləcə də səslə. Bu sənətə gələn insanlar nə qədər sadə olsalar, o qədər yaxşıdır.

“525-ci qəzet”

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Media Klub” yaradılıb

bitmap-img3

Rakurs

“Lider” şirkətindən mal əti salosu fırıldağı - Foto

bitmap-img3

Seçmələr

Ramiz Mehdiyev kadr siyasətindən yazdı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru