Xəbər xətti

25 APREL

0:44 Sarkisyanın istefasına Rusiyadan nə reaksiya var? –BBC-nin şərhi

0:33 Ermənistan hökuməti Paşinyanla danışıqları dayandırdı

0:22 “Türkiyə qarşıdakı 10 il boyunca Ərdoğanın hakimiyyəti altında qalacaq”

0:01 Bugün bürcünüz nələr vəd edir?

24 APREL

23:55 "1915-ci ildə zərər çəkmələrindən kədərlənirik"

23:40 "Ermənistan müxalifəti nə qərbyönlüdür, nə rusiyayönlü..."

23:33 Bitkoin 9 min dollar həddini keçdi

23:10 Naxçıvan mədəniyyət naziri təyin edilib

23:05 İran şahının mumiyası tapılıb

22:55 Azərbaycan və Türkiyə prezidentləri birgə şam ediblər

22:20 Azərbaycanlı turistlər Türkiyəni Gürcüstana və İrana dəyişiblər

22:05 Naxçıvan Turizm Departamentinin direktoru təyin edilib

21:55 “Şimali Koreya lideri olduqca səmimi və qürurlu insandır“

21:40 “Nə qədər varam, ölkədə meydan hərəkatına heç bir əsas olmayacaq” –Lukaşenko

21:20 Azərbaycanın əməkdar artisti vəfat etdi

21:12 Usama ben Ladenin mühafizəçisi Avropada miqrantların arasında tapılıb

20:40 Goranboyda ilanlar evlərə hücum edib

20:33 Bakı Metropoliteninin vəzifəli şəxsi üzr istədi

20:13 İraq İŞİD-in Suriyadakı obyektinə zərbələr endirib –Açıqlama

20:05 Əli Əhmədov: İçməli suyun tükənməməsi üçün həyata keçirilən layihələr kifayət etmir

19:50 Fransanın futbol əfsanəsi Anri Mişel öldü

19:40 Ukrayna Rusiyaya çay blokadası tətbiq edəcək

19:35 General oğlunun cinayət işini aparmış müstəntiq məhkəməyə gəlməyib

19:20 AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

19:17 Rusiya azərbaycanlını “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib

19:12 Tramp: "İranla nüvə sazişi imzalanmamalı idi"

19:05 “Bundan sonra da sıx əməkdaşlığımızı davam etdirmək niyyətindəyik“

18:50 Prezident İlham Əliyev Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib

18:34 Sürücülərin nəzərinə: Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

18:30 Jirinovskidən əcaib təklif:"Moskvadan Yerevana metro xətti çəkilsin..."

18:25 Naxçıvanda gömrükçülər 108 kq heroin aşkar edib

18:17 Karapetyanla görüşdə o, baş nazir olmaq məsələsini qaldıracaq

18:12 Kadırov: “Qərb bilir ki, Rusiyaya hücum etsə...“

18:05 Şəmkirdə toya gedən şəxslər qəzaya düşüb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

18:00 İsrail və İran savaş astanasında

17:58 Əbülfəz Elçibəyin 80 illik yübileyinə hazırlıq işləri aparılır

17:55 “Qadınlar hər zaman mənə paxıllıq ediblər” - Aygün

17:49 Başından zədələnmiş xəstənin səhvən ayağını əməliyyat etdilər

17:45 FETÖ-nün gizli şifrəsi aşkarlandı: “Gəlin, çay içək”

17:40 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:35 Əfqan Muxtarlının şikayəti təmin edilmədi

17:30 Küveyt baş naziri Azərbaycan prezidentini təbrik edib

17:25 Saatlı sakini bıçaqlanıb

17:20 Ramiz Mehdiyev Rövşən Rzayevi kollektivə təqdim etdi

17:18 İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb

17:15 “Qərb bilir ki, Rusiya nə Suriya, nə də Liviyadır…”

17:09 Ərlərini və sevgililərini döyən məşhur qadınlar

17:05 Nəsimi rayonunda Zərifə xanım Əliyevanın xatirəsi anılıb - Fotolar

17:03 “Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”

16:58 Lukaşenko İrəvana səsləndi: Tələsməyin!

16:53 “BMT Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir”

16:48 Prezident: “Türkiyədəki seçkilərlə bağlı çox müəmmalı ssenari ortaya atılıb”

16:43 “Qarabağ” bu göstəricidə dünya ikincisidi...

16:37 Yeni nazir Muxtar Babayev hansı məşhurun övladıdır? - Video

16:26 Nazim İbrahimov: “Ramiz Mehdiyev bizim ağsaqqalımızdır...”

16:21 ABŞ Türkiyə əleyhinə qanun qəbul edəcəkmi?

16:15 Serj Sarkisyanın anası öldü

16:10 AMEA: Dünyanın ən nəhəng palçıq vulkanı 30 ildən sonra yenidən püskürüb

16:05 Ərdoğan ermənilərə başsağlığı verib

16:00 Flora Kərimova Röya haqda sərt sözlər dedi

15:55 Məhkəmədə vəkil cinayət işinin materiallarını yedi

15:51 Bakı Metropoliteninin vəzifəli şəxsi vətəndaşları təhqir etdi

15:47 “iPhone X”-in ən böyük çatışmazlığı üzə çıxdı

15:42 Həsən Turabov niyə ölmək istəyirdi?

15:37 “Yaxşı oxumasaydım, hamıyla dost olardım” - Elton

15:33 “Formula 1” yarışı üçün yüklər Bakıya gətirilib

15:29 Ərdoğan: “Suriyanın şimalında lazım olanı edəcəyik”

15:24 Səbaildə akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

15:20 “Azercell“in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir

15:16 Ramiz Mehdiyev: “Nazim İbrahimov vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədi”

15:12 Ermənistanda nə baş verdi? - Abxaziya tipli çevriliş, yoxsa “məxməri inqilab”?

15:07 “Baş nazir vəzifəsindən imtina etmərəm” – Nikol Paşinyan

15:03 Qadının başına it düşdü, beyni silkələndi - Video

14:59 “Vicdanım rahat durmurdu” - Natavan

14:54 Cəlilabadda kütləvi dava olub

14:50 O falçının anama dedikləri düz çıxdı

14:44 Keçmiş komitə sədri kollektivlə vidalaşdı

14:39 ShushaPost.az saytı Şuranın dəstəyi ilə təkmilləşdirildi

14:35 Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

14:35 Kim keçmiş sevgilisini söymək istəsə...

14:31 Ramzan Kadırov: “Çeçenistana gəlsə, Tramp həbs ediləcək”

14:27 Cavanşir Yusifli: “Anara hələ bu xoşbəxtlik üz verməyib”

14:23 Emmanuel Makron İlham Əliyevi təbrik edib

14:18 Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı

14:14 İlham Əliyev Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı ilə görüşüb

13:53 Türkiyə hərbçilərinin uniforması dəyişir

13:48 Saatlıda 4 yaşlı qız gölməçəyə düşərək boğulub

13:44 Milli Məclis müflisləşmə haqqında qanunu qəbul edib

13:39 Yeni ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim edilib

13:34 Əflatun Amaşovdan Ombudsmanın hesabatına etiraz

13:30 Sabah hava necə olacaq?

13:26 Elmira Süleymanova hesabat verdi

13:22 Ermənistanda icra başçısını güllələdilər

13:20 Silah satışında Azərbaycana qoyulan məhdudiyyətlərin səbəbi nədir?

13:18 Rusiya iqtisadiyyatı harbi vəziyyət rejiminə keçir

13:14 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

13:10 Həsən Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı

13:05 Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqlədi

13:00 Ramiz Mehdiyev yeni təhsil nazirini kollektivə təqdim edib

12:06 Xudatda nə baş verir? - Tenderlərdəki “oyun”ların pərdəarxası məqamları

11:58 Ermənistan hakimiyyəti müxalifətlə danışıqlara başlayır

11:54 Milli Məclisin komitəsində dəyişiklik – Yeni sədr seçiləcək

11:49 İki vəkilin fəaliyyətinə 1 illik qadağa

11:45 Amansız Qarabağ döyüşçüsü jurnalistə təslim oldu

11:41 Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək

11:37 Gürcüstanda azərbaycanlı ailənin evinə maskalı basqın olub

11:33 Gəncədə mənzildən 30 min dollar oğurlanıb

11:28 “Roma” İngiltərəyə 22 futbolçu ilə getdi

11:24 Öz qazdığı quyuya düşən

11:19 Sosial işçilər üçün maarifləndirici seminarlar təşkil olunacaq

11:15 Fransa aktivləşir və ABŞ-ı beynəlxalq arenada sıxışdırır...

11:11 İntihar edən polkovnikin qardaşı Eldar Mahmudovu məhkəməyə verdi

11:07 Deputat Zahid Orucdan dəyişikliklərə reaksiya

11:03 Yol təmiri zamanı 145 sovet əsgərinin skeleti tapıldı

10:59 Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu üçün son vaxt açıqlandı

10:55 Deputatlar bu gün toplaşır – 20 məsələ müzakirə ediləcək

10:51 Vahid Əhmədov ürəyindən əməliyyat olundu

10:47 “O böyük koalisiya terrorçuların öhdəsindən gələ bilməyib, əvəzində…”

10:43 BMT Baş katibindən Qarabağla bağlı bəyanat

10:38 Paşinyan: ““Məxməri inqilabı” yarımçıq qala bilməz”



SİYASƏT

...

“Əlimizdən gələni etməliyik…”

Tarix 05.01.18, 10:37

Font ölçüsü : - / +
bitmap-img6

BAXCP sədri İrandakı etirazların səbəblərini açıqlayıb


İranda baş verənlər əsasən son illər ərzində bu ölkənin iqtisadiyyatında geriləmənin doğurduğu sosial problemlərlə bağlıdır. 

Son illər ərzində İranda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi təqribən iki dəfəyədək azalıb. 700 milyard ABŞ dollarından 380 milyard dollara düşüb. Bu da sözsüz ki, insanların gəlirlərinin azalmasına, sosial vəziyyətin ağırlaşmasına səbəb olub. Baş verən etirazların əsas səbəbləri bundan ibarətdir.

APA-nın xəbərlərinə görə, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

BAXCP sədri qeyd edib ki, korrupsiya,insan haqları və qanunun aliliyi kimi problemlər də aksiyaların digər səbəbləridir: “İran prezidenti bəyan etdi ki, insanların etiraz etmək haqqı var, amma sözsüz ki, bu etiraz dinc xarakterli olmalıdır. Hesab edirəm ki, bu, baş verənlərin müsbət tərəfidir. Etirazlar zamanı çoxsaylı insan tələfatının olması, aksiyaların zorakılıqla müşayiət olunması isə təəssüf doğurur. Əlbəttə, bu zorakılıqların arxasında dayanan qüvvələrin kimliyi ciddi və obyektiv şəkildə araşdırılmalıdır. Zorakılıqların aksiya iştirakçıları tərəfindən törədildiyi, yaxud bu aksiyaları gözdən salmaqla repressiyalar üçün bəhanə əldə etməyə çalışan dövlət strukturları və ya hakimiyyətdaxili qruplar tərəfindən təşkil edildiyi, yəni günahkarların kimliyi ortaya çıxarılmalıdır. Bununla yanaşı, hər bir halda düşünürəm ki, bu hadisələr İran hökumətini ciddi islahatlar aparmağa sövq etməlidir. Əgər bu islahatlar aparılmasa İranda daha kütləvi və ciddi siyasi nəticələr doğuracaq hadisələrin baş verməsi qaçılmaz olacaq”.

Qüdrət Həsənquliyev bildirib ki, bizi qonşumuzda baş verən hadisələr düşündürməlidir və düşündürür də: “Azərbaycan xalqı və dövləti maraqlıdır ki, qonşuları sivil dövlətlər olsunlar, rifah içərisində, problemsiz yaşasınlar. Bu ölkələrdə qanunun aliliyi, azadlıqlar təmin olunsun, demokratik ənənələr formalaşsın. Amma İranda baş verənlər Azərbaycan xalqı üçün ona görə xüsusi əhəmiyyət kəsb edir ki, bu ölkənin sərhədləri daxilində, öz tarixi ata-baba torpaqlarında bizim 30 milyondan artıq soydaşımız yaşayır. Onlar öz Vətənlərində – Cənubi Azərbaycanda yaşayırlar. Cənubi Azərbaycan da bu gün İran dövlətinin tərkibindədir. İranda aksiyaların baş verdiyi zaman kəsiyində, bayram günlərində mətbuatda müxtəlif yanaşmaların şahidi oldum. Bəziləri bildirirdilər ki, biz İranda baş verən hər hansı bir prosesə qarışmamalıyıq və ya biz ancaq müstəqillik hərəkatına qoşula, yaxud başlada bilərik. Bəziləri fikirləşir ki, bu etirazların Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza heç bir aidiyyatı yoxdur, onlar sadəcə bu prosesləri kənardan müşahidə etməlidirlər və s. Belə yanaşmaların kökündən yanlış olduğunu düşünürəm. Mənim üçün siyasət mövcud reallıqlar nəzərə alınmaqla onun dəyişdirilməsi uğrunda mübarizədir. Eyni zamanda siyasət mümkün olanı əldə etmək bacarığıdır. Bu baxımdan, İrandakı azərbaycanlılar mövcud reallıqlar çərçivəsində nəyi əldə edə bilərlərsə onun uğrunda mübarizə aparmalıdırlar. Onlar da bu gün İran vətəndaşları kimi çalışmalıdırlar ki, ölkədə demokratiya olsun, qanunun aliliyi təmin edilsin, bəşəri, dünyəvi dəyərlər bərqarar olsun. Belə olacaqları təqdirdə insanlar milli, təbii hüquqlardan istifadə edəcəklər, yəni öz ana dillərində təhsil almaq, oxumaq, yazmaq, milli mədəniyyətlərini inkişaf etdirmək hüquqları qazanacaqlar. Bunun ardınca isə artıq siyasi hüquqların əldə edilməsi gəlir.

Bir qrup insanlar düşünür ki, Güney Azərbaycanda yaşayan soydaşlarımız yalnız siyasi müstəqillik uğrunda mübarizə aparmalıdırlar. Belə yanaşmaları ziyanlı hesab edirəm. Bəziləri isə bildirirlər ki, azərbaycanlılar yalnız İranın tərkibində öz hüquqlarının təmin olunması uğrunda mübarizə ilə kifayətlənməlidirlər. Hesab edirəm ki, Cənubi Azərbaycanlılar daha çox demokratik prosesin inkişafına dəstək verməlidirlər. Bu prosesin gedişində nəyi əldə etmək mümkündürsə onu da reallığa çevirsinlər. Yəni İran konstitusiyasına uyğun olaraq azərbaycanlıların öz dillərində məktəblər, universitetlər açmaları, öz mədəniyyətlərini, müsuqilərini inkişaf etdirmələri mümkün olacaqsa, deməli bunu əldə etmək lazımdır. Əgər növbəti mərhələdə bundan da irəli getmək, bir toplum olaraq müəyyən siyasi instisional hüquqların əldə edilməsi imkanları olacaqsa, məsələn Cənubi Azərbaycanda azərbaycanlıların muxtar dövlətinin qurulması , o zaman buna nail olmaq lazımdır”.

BAXCP sədri bildirtib ki, sosial inkişaf səviyyəsinə görə İranda farslar daha üstün mövqedədirlər: “Biz bunu utanmadan və çəkinmədən söyləməliyik. Düşünürəm ki, Cənubi Azərbaycanlılar demokratik azadlıqlara , vərdişlərə, ənənələrə farslarla birlikdə yiyələnməlidirlər. Belə vərdişlər və ənənələr olmadan əldə olunan böyük nailiyyətlər bəzən o xalqlara xoşbəxtlik də gətirmir. Məsələn, hansısa radikal səylər, parçalanmalar sayəsində yaran yeni dövlətlərdəki siyasi rejim hətta farsların formalaşdırdığı mövcud rejimdən daha amansız və sərt olacaqsa, mən heç bir azərbaycanlıya bunu arzulamıram. Bizim kənardan məsləhət verməyimiz də doğru deyil, amma mənim qənaətimə görə azərbaycanlılar öz hüquqları uğrunda mübarizə aparmalıdırlar, siyasi baxımdan təşkilatlanmalıdırlar. Hər bir imkandan çalışmalıdırlar ki, faydalansınlar. Yoxsa oturub gözləyəcəyəm ki, nə zaman əlverişli beynəlxalq şərait yaranacaq, yaxud İranın daxilində proseslər o istiqamətdə inkişaf edəcək ki, ayağa qalxıb öz müstəqil dövlətimi quracağam – məsələyə bundan cəfəng və səviyyəsiz yanaşma təsəvvür edə bilmirəm. Ona görə də hesab edirəm ki, azərbaycanlılar dinc mübarizə metodlarına üstünlük verməlidirlər, zorakılıqdan yayınmalıdırlar. Məsələn, Təbrizdə, yaxud hər hansı başqa bir şəhərdə aksiya keçirilərsə və bu aksiya zamanı dövlət obyektləri, yaxud hər hansı bir iş adamının müəssisəsi, əmlakı yandırılırsa, bu topluma, xalqa, ölkəyə nə verə bilər? Bu, iqtisadiyyata ziyan vuracaq və insanların sosial vəziyyətini bir az da ağırlaşdırmış olacaq. Bu baxımdan da hesab edirəm ki, azərbaycanlılar yüksək mədəniyyətlə, dinc yolla digər xalqlarla birlikdə öz hüquqları uğrunda mübarizə aparmalıdırlar. Biz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq, inqilabları Azərbaycan üçün rəva bilmiriksə, başqaları üçün də, o cümlədən xalqımızın digər hissəsi üçün də rəva bilməməliyik. Çalışmalıyıq ki, hər şey təkamül yolu ilə inkişaf eləsin. Hakimiyyətə təzyiq və hakimiyyətdən tələb yolu ilə oradakı azadlıqlar genişləndirilsin və nəhayət azərbaycanlılar da sonda öz milli hüquqlarını əldə edə bilsinlər.

Gələcəkdə iki sivil və uzun müddət birgə yaşamış xalqlar kimi azərbaycanlılar və farslar çexlər və slovaklar kimi mədəni formada ayrıla da, yaxud konfederativ dövlət də qura bilərlər, bir federasiya tərkibində də ola bilərlər. Məsələn, yaxın gələcəkdə Azərbaycan türkcəsi İranda dövlət dillərindən biri olmalıdır. Farslar azərbaycalıların milli kimliyinə və dilinə hörmətlə yanaşmalıdırlar. Sayca onlardan az olmayan xalqla fərqli davranış birgəyaşayışı mümkünsüz edəcəkdir. İranda azərbaycanlılar və farslarla yanaşı başqa xalqlar da yaşayır. Gələcəkdə bu xalqlar konfederativ, yaxud federativ əsasda birliklərini qoruyub saxlayacaqlar və ya öz dövlətlərini quracaqlar. Bu artıq gələcəyin və həmin xalqların işidir. Bir partiya olaraq biz İranın ərazi bütövlüyünü tanıyırıq. Amma ona da inanırıq ki, bütün parçalanmış xalqlar kimi azərbaycanlıların da birləşmək haqqı var. Çalışmalıyıq ki, bu hüququmuzu dünya birliyi və farslar da tanısın. Son olaraq, bir məqamı da xüsusi qeyd etmək istəyirəm: Dünya qloballaşır, İran bir çox beynəlxalq sənədlərə imza atıb və beynəlxalq hüququn subyekti kimi insan haqları ilə bağlı üzərinə öhdəliklər götürüb. Buna görə də insan haqları və azadlıqları artıq heç bir dövlətin daxili işi deyil. Bu səbəbdən, biz də cənubi azərbaycanlıların hüquqlarının qorunması üçün əlimizdən gələni eləməliyik. Çalışmalıyıq ki, onları repressiyalardan qoruyaq, səslərini dünyaya çatdıraq. Amma yenə də bildirirəm ki, son sözü orada yaşayan azərbaycanlılar deməlidir”.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


SİYASƏT

design-img

Vernisaj

Tramp: "İranla nüvə sazişi imzalanmamalı idi"

bitmap-img3

Rakurs

Lənkəranlı sahibkarlar prezidentdən kömək istədi

bitmap-img3

Seçmələr

Vergilər Nazirliyi və Gömrük Komitəsi razılaşdı - Kimlərə birgə nəzarət ediləcək?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru