Xəbər xətti

20 YANVAR

11:23 Odessada silahlı insident: 3 nəfər ölüb

11:16 Bakıda mərkəzində yaşayış binasında yanğın söndürülüb

11:11 Ləğv prosesində olan iki banka məxsus 11 avtomobil hərrac yolu ilə satılıb

11:06 Terrorçular Türkiyəyə qarşı çıxmayan dinc sakinlərə atəş açdı - 25 ölü

11:00 Azərbaycan-Rusiya sərhədinin demarkasiyasına dair növbəti görüş keçiriləcək

10:54 Əli Əhmədov: “Qida Təhlükəsizliyi Agentliyi bir neçə aya fəaliyyətə başlayacaq”

10:45 Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

10:40 “WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu

10:35 Ucarda ata və oğlunu bıçaqlayan şəxs tutuldu - Yenilənib

10:29 Qızıl 4 dollara yaxın bahalaşıb

10:24 İstifadəçilərin söhbətlərini dinləyən casus proqramı aşkarlandı

10:20 ABŞ-da hökumətin fəaliyyəti dayanıb

10:15 Türkiyədə avtobus qəzası: 13 ölü, 42 yaralı

10:10 Bakının mərkəzində tarixi yaşayış binası yanır - Yenilənib

10:05 Atəşkəs 132 dəfə pozulub

10:00 Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

0:59 Roma Papası göydə nikah kəsdi - Video

0:47 Antonio Banderas məşhur rəssamın rolunda

0:34 İlin ən innovativ şirkətləri bəlli oldu

0:21 Dino Ndlovu rəsmən Çin klubunda

0:13 NASA və ABŞ nüvə reaktoru hazırlayırlar

0:02 Bu gün bürcünüz nələr vəd edir?

19 YANVAR

23:59 Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib - iki yaralı

23:54 Azərbaycan xalqının 20 yanvar imtahanından 28 il keçdi

23:48 Fransa hərbi xərclərini artırdı

23:41 Azərbaycan neftinin son qiyməti

23:35 Sergey Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsi xəbərini təkzib edib

23:29 Almaniyada 2017-ci ilin ən yaxşı futbolçusu məlum oldu

23:22 Salyanda evdən 3 kilo narkotik aşkarlandı

23:15 Belçikada miqrantlar polisə hücum etdi

23:09 Erməni deputat: “Sarkisyanı devirməyə hazıram”

23:01 Bitkoini bu ölkənin kəşfiyyatı yaradıb - İddia

22:54 Prezidentliyinin ilk ilində Trampın dəstək reytinqi ən minimum səviyyəyə enib

22:47 Bakıdakı qəzada yaralananların kimliyi məlum oldu

22:40 Meksikada güclü zəlzələ

22:33 Bakıda “ölümə gedən piyada” kameraya düşdü - Video

22:25 Musa Musayev saxlanıldı

22:19 Zərdüşt Əlizadənin ittihamlarına sərt reaksiyalar

22:11 Hövsanda zəncirvari yol qəzası baş verib

22:03 Mübariz Mənsimovun daha bir tankeri həbs olundu

21:55 “Qazprom” şirkəti “Türk axını”nın 2-ci xəttinin inşasına icazə alıb

21:48 Neftin bahalaşması qeyri-neft sektorunun inkişafını ləngidə bilərmi?

21:44 Dövlət İdarəçilik Akademiyasında faciənin 28-ci ildönümü qeyd edilib

21:40 İsmayıllıda ev quşları kütləvi şəkildə tələf olur

21:33 Fazil Məmmədovun ətrafında müəmmalı sükut

21:26 Dünya fond birjalarının dəyəri 81 trln. dollara çatıb

21:18 Fazil Məmmədovun tutdurduğu şairin vaxtından əvvəl azad edilməsi istənilir

21:10 “Məsələ namizədliyimin irəli sürülməsi deyil…”

21:02 Avropa İttifaqı Fələstini dövlət kimi tanımaq məsələsini müzakirə etməyəcək

20:56 “Sobesendik” qəzetinin yaradıcısı - azərbaycanlı jurnalist vəfat edib

20:49 Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlanıb

20:41 Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb

20:34 Odessada atışma - Ölən var

20:26 Pele xəstəxanaya yerləşdirildi

20:19 Ermənistanda Rusiya vətəndaşı saxlanılıb

20:11 10 minə yaxın məhkumun cəzası yüngülləşdiriləcək

20:04 Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır

19:57 Politoloq: “Hazırda Sarkisyanın bütün siyasi gedişləri...”

19:50 Beynəlxalq Enerji Agentliyi: ABŞ-da neft istehsalı böyük həcmdə artacaq

19:43 “Yol polisləri məni çox saxlayıb” - Qurban Qurbanov

19:36 “Silahlı Qüvvələr haqqında” qanun qüvvəyə mindi - Fərman

19:29 Bakı metrosunda qatar tuneldə qalıb

19:22 Türkiyə Kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb

19:15 Abid Şərfiov: “Kimsə övladımın tərbiyəsizlik etdiyini deyə bilməz”

19:09 Ermənistanın xarici borcu rekord səviyyədə artdı

19:01 “Formula 1”ə görə Azərbaycana gələcək əcnəbilərə şad xəbər

18:54 Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb

18:48 Yerevanda qiymətlərin yüksəlməsinə qarşı etiraz aksiyası keçirilir

18:41 Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb

18:34 Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirilib - Video

18:27 Bu gecə Bakının bu yolları bağlı olacaq

18:20 MM üzvləri AŞPA-nın qış sessiyasına qatılmaq üçün Strasburqa səfər edəcək

18:12 Ayaz Mütəllibovun keçmiş mətbuat katibinə hökm oxundu

18:06 Jurnalistlərdən Dilçilik İnstitutuna qarşı sərt mövqe: “Bağlamaq lazımdır”

18:05 “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” müsabiqəsinin qalibləri mükafatlandırıldı

18:00 Azərbaycana bir blokdan artıq siqaret gətirilməsinə qadağa qoyulacaq

17:54 “Barselona”da növbəti müqavilə

17:49 Dilimizin utanc gətirən sözləri

17:43 Binəli Yıldırım Türkiyənin məqsədini açıqladı

17:36 YAP üzvlərinin sayı açıqlanıb

17:34 İcra başçısı 20 Yanvar faciəsi əlilləri və şəhid ailəsi ilə görüşdü

17:30 Baş prokuror Qobustanda vətəndaşları qəbul edib

17:24 Türkiyəli general: “Türkiyə Afrinə təcili hərbi əməliyyat təşkil etməlidir”

17:20 Belçikada miqrantlar polisə hücum etdilər

17:16 “10 dollara almırlar, ancaq 50 dollara satırlar” - Gömrük şefi

17:11 AMEA: Bakıda müşahidə edilən hava yanvar üçün səciyyəvi deyil

17:06 Leyla Şıxlinskayanın klinikasının baş mühasibinin məhkəməsi başladı

17:01 Oğlu Brilliant Dadaşovanı özündən çıxardı: “Tərbiyəsiz...”

16:56 YAP-ın 8 milyon gəliri olub

16:51 Rusiya hərbçilərini Suriyanın Afrin rayonundan çıxarır

16:46 Biznesi başına bəla olan millət vəkili hədəfdə - Təfərrüat

16:41 Cənubi Koreya ötən il 41,71 milyard dollarlıq avtomobil satıb

16:36 “Bu aləmdən uzağam, Rövşənlə bir şəklim də yoxdur”

16:31 Sabah “ASAN xidmət” mərkəzləri işləməyəcək

16:26 Hərbi qulluqçumuz şəhid olub

16:21 20 Yanvar faciəsinin il dönümü qeyd olunub - Nəsimi rayonunda

16:16 21 yaşlı gənc qız üstündə bıçaqlandı

16:11 Qazaxda iki top mərmisi tapıldı

16:06 Azərbaycanlı taksi sürücüsü Oleq Qazmanovun oğlunun pul qabını oğurlayıb qaçdı

16:01 “Bu, mənim öz sirlərimdir” - Xatun

15:56 Türkiyədə məhbuslar vahid xüsusi geyimlə təmin olunacaq

15:51 Qazaxıstandakı dəhşətli avtobus faciəsinin səbəbi açıqlandı

15:46 Alişanla sevgilisinin toy tarixi açıqlandı

15:40 “Apple” “ağıllı” diş fırçası yaratdı

15:36 “Anam mənə inanmırdı” - Niyam

15:31 Pul veriləcək TV-lərin adları açıqlandı

15:25 “Lüğət təsdiq olunduqdan sonra onu heç kim poza bilməz”

15:20 Lənkəranskinin qardaşı bəraət aldı - Fotofakt

15:14 “Lapşinin irəli sürdüyü iddialar cəfəngiyyatdır” - Deputat

15:10 Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vaxtı açıqlanıb

15:05 AVRO-2024: Türkiyə loqo və şüarı açıqlayıb

15:00 Türkiyənin müdafiə naziri: Afrinə girəcəyik

14:55 Qulyabani: Tam fərqli bir film

14:51 68 milyonu kim ortadan çıxarıb: Ələddin yoxsa, Əmlak Komitəsinin rəhbərliyi?

13:30 ABŞ-ın yeni PKK planının arxasında nələr gizlənir?

13:25 “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram”

13:20 DİN Bakıda banka basqınla bağlı məlumat yaydı

13:15 Azərbaycanın ilk Nahidi öldü

13:11 Məsud Məmmədov saxta veteranlıq sənədi satır - Gədəbəydə

13:07 Bakıda 20 yaşlı qız dəm qazından boğulub



İQTİSADİYYAT

...

“Dövlətin məcmu valyuta ehtiyatları 13 faizdən çox artıb”

Tarix 11.01.18, 9:33

Font ölçüsü : - / +
bitmap-img6


Bunu maliyyə naziri Samir Şərifov yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib


S.Şərifov bildirib ki, yola saldığımız 2017-ci il Prezident İlham Əliyevin rəhbərliyi altında makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının təmin edilməsi, xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması, mənfi fəsadlarının aradan qaldırılması və iqtisadi artımın bərpa olunması üçün münbit şəraitin yaradılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olub:

 “Belə ki, operativ statistik məlumatlara əsasən, 2017-ci ilin ilk 11 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12 faiz artaraq 21,8 milyard ABŞ dolları təşkil edib, əmtəə ixracı isə 19 faiz artaraq 14 milyard ABŞ dollarını üstələyib. Məmnunedici hal kimi qeyri-neft əmtəə ixracının 24 faiz artmasını xüsusi qeyd etmək lazımdır. Bütövlükdə ticarət hesabında 6 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb və nəticədə dövlətin məcmu valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,5 milyard ABŞ dolları və ya 13,3 faiz artıb”.

Nazir qeyd edib ki, xarici şokların iqtisadiyyata mənfi təsirlərindən təkcə Azərbaycanda deyil, bütün region ölkələrində ən çox bank sektoru zərər çəkib: “Lakin digər ölkələrdən fərqli olaraq, ölkəmizdə özəl kommersiya banklarında sığortalanmış əmanətlərə 2016-cı ildə xüsusi olaraq qəbul edilmiş Qanuna əsasən dövlət 100 faiz zəmanət verir. Bunun nəticəsində bank əmanətçilərinin mütləq əksəriyyəti zərərlərdən tam qorunub. Bu əsasda bank sektorunda sağlamlaşdırma tədbirləri nəticəsində fəaliyyəti dayandırılmış bir sıra banklarda qorunan əmanətlərin qaytarılması məqsədilə dövlət büdcəsindən Əmanətlərin Sığortalanması Fonduna 545 milyon manat məbləğində vəsait köçürülüb.

Möhtərəm cənab Prezident, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş proqnoza qarşı 98 faiz səviyyəsində icra olunub və müvafiq olaraq 16 milyard 447 milyon manat və 17 milyard 588 milyon manat təşkil edib”.

O əlavə edib ki, büdcə proqnozu ilə nəzərdə tutulan mədaxil mənbələrindən 736 milyon manat az vəsait daxilolmasına baxmayaraq, gömrük daxilolmalarının 16 faiz və ya 359 milyon manat çox olması, əlavə həcmdə dövlət qısamüddətli istiqrazlarının daxili bazarda satılması və büdcə xərclərinin səmərəliliyinin artırılması hesabına büdcə təşkilatlarının təqdim etdikləri məxaric sifarişləri dövlət büdcəsinin təsdiq olunmuş xərcləri çərçivəsində tam icra olunub:

“Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş yuxarı həddən 34 milyon manat az olub. İcmal büdcənin icrasında əldə edilmiş müsbət dinamika xüsusilə qeyd olunmalıdır. Belə ki, təsdiq olunmuş icmal büdcənin kəsiri 7,6 milyard manat və ya ÜDM-in 11,1 faizi səviyyəsində proqnozlaşdırılırdısa, ilin nəticələrinə əsasən həmin kəsir ÜDM-in 1,5 faizinədək daralaraq 1 milyard manat təşkil edib”.

S.Şərifov deyib ki, 2017-ci ildə sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədilə 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilib: “Bu vəsait çərçivəsində maliyyələşdirilmiş bir sıra sosial xərcləri xüsusilə qeyd etmək istərdim. Ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması təmin edilir. Bu istiqamətdə 2014-cü ildən başlanılmış işlər uğurla davam etdirilib və dövlət büdcəsindən 164 milyon manat vəsaitin yönəldilməsi ilə dəstəklənib. 2018-ci il yanvarın 1-i vəziyyətinə 140 min müəllimin bilik və bacarıqlarının qiymətləndirilməsi başa çatdırılıb ki, bunun da 41 min nəfərdən çoxu 2017-ci ilin payına düşür.

Səhiyyə sisteminin idarə olunmasının təkmilləşdirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində 1800-dən çox müayinə, müalicə, diaqnostika, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətləri özündə birləşdirən icbari tibbi sığortanın tətbiqinə başlanılıb və 2017-ci il dövlət büdcəsindən bu məqsədə 36,0 milyon manat vəsait yönəldilib”.

Nazir bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2017-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 326,0 milyon manat, o cümlədən dövlət büdcəsindən 221,0 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 105,0 milyon manat vəsait ayrılıb:

“Bu səpkidə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Bakı və Abşeron yarımadasında qəzalı binalarda məskunlaşmış 4 mindən çox məcburi köçkün ailələrinin yeni təhlükəsiz mənzillərə köçürülməsi ilə bağlı nəcib təşəbbüsü xüsusilə təqdirəlayiqdir. Həmin təşəbbüsə cavab olaraq ölkəmizin bir sıra özəl şirkətləri öz vəsaitləri hesabına bir neçə yaşayış kompleksi inşa edib məcburi köçkünlərin sərəncamına verilməsi barədə qərar qəbul ediblər”.

O qeyd edib ki, 2017-ci ildə sosial təminat və əmək bazarı sahələrində də bir sıra islahatlara başlanılıb: “Belə ki, 2017-ci ilin ortalarından etibarən əmək pensiyaları haqqında qanunvericiliyə dəyişikliklərin qüvvəyə minməsi ilə yeni pensiya sisteminə keçilib, İşsizlikdən Sığorta Fondunun, qeyri-rəsmi əmək bazarı üzrə komissiyanın yaradılması, yeni peşə təlimi mərkəzlərinin açılması və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçilməsi istiqamətində atılan addımlar əhalinin sosial təminatının və əmək bazarının daha da yaxşılaşdırılmasına xidmət edir.

Möhtərəm Prezident, xüsusi diqqətiniz sayəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi potensialımızın artırılması dövlətimizin ən ümdə vəzifəsi kimi gündəmdə qalmaqdadır. Sizin tapşırığınıza əsasən müdafiə xərclərinə ayrılan vəsaitlərin həcmi ilbəil artırılmaqla dövlət büdcəsinin xərclərinin tərkibində böyük xüsusi çəkiyə malik olur”.

S.Şərifov vurğulayıb ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli və sürətlə həyata keçirilməsi üçün müstəsna rola malik olan “ASAN xidmət”in maliyyə təminatı üçün 2017-ci ildə 45,0 milyon manat vəsait yönəldilib:

“2017-ci ilin dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 milyard 690 milyon manat vəsait yönəldilməklə, nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin edilib. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 651,0 milyon manat, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 milyard 237 milyon manat vəsait ayrılıb”.

Nazir deyib ki, hesabat dövrü ərzində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 67,0 milyon manat vəsait sərf edilib. Bu, 2016-cı illə müqayisədə 35,0 milyon manat və ya 2,1 dəfə çoxdur. (oxu.az)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


İQTİSADİYYAT

design-img

Vernisaj

Neftin bahalaşması qeyri-neft sektorunun inkişafını ləngidə bilərmi?

bitmap-img3

Rakurs

Ağciyər İnstitutunda budama əməliyyatında Oqtay Şirəliyev faktoru: Gənc kadrlar niyə hədəfdədir?

bitmap-img3

Seçmələr

Cabbarov yeni departament yaratdı - Sabiq bankir baş direktor təyin edildi

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru