Xəbər xətti

21 FEVRAL

11:24 “Bu eşq günah olsa da, qəbul edirəm” - İlqarə

11:20 Şimali Koreya liderinin bacısı ABŞ vitse-prezidenti ilə görüşdən imtina etdi

11:16 İranın müdafiə naziri Azərbaycana gəlib

11:12 Sumqayıtda çoxmərtəbəli binanın lifti qırıldı: 3 nəfər ağır xəsarət aldı

11:08 Azərbaycan və Türkiyə “Qaz savaşı”nın tən ortasında

11:04 Azərbaycan məmurları xaricdəki milyardlarını itirə bilərlər - “ABLV Bank” qalmaqalı

11:00 Vaşinqtondan Bakıya da sanksiya xəbərdarlığı gəlib

10:55 Pxençxan-2018: Almaniya Norveçə çatdı - Medal siyahısı

10:51 “Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq olaraq qalır”

10:47 Bakıda əhali sıxlığı: Paytaxt ağır “yük” altında

10:43 Bədənə yapışa bilən displey yaradıldı

10:38 Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq

10:29 Almaniya yığması Olimpiadaya 3,5 min litr pivə gətirib

10:25 Netanyahu Mahmud Abbası “terrorçuların sponsoru” adlandırdı

10:21 Bakının iki magistralında sürət həddi endirildi

10:17 Keçmiş polis intihar etdi - Ağdamda

10:13 Azərbaycan-Makedoniya matçının vaxtı dəqiqləşdi

10:08 Bakının iki rayonunda qaz təchizatı məhdudlaşdırılır

10:04 Sabiq deputatlara pensiya veriləcək

10:00 Bu gün Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşəcək

9:58 Azərbaycandan Avropaya daha bir qaz dəhlizi - Təhlil

9:53 Neft ucuzlaşdı

9:49 Suriyada barışdırılma üzrə Rusiya mərkəzi atəşə tutulub

9:46 Bayılda gərginlik artır

9:42 Atəşkəs 135 dəfə pozulub

9:37 Fəxriyə Xələfova: “Dəb olmasaydı, həyat dayanardı”

9:33 Tələbə kreditləri haqda yeni təklif

9:29 Polkovnik: “Ermənilər hücuma keçə bilər”

9:25 “Alpinistlərin tapılmaması qeyri-peşəkarlıqdır”

9:21 ATƏT məşhur təşkilatını Azərbaycana göndərir

9:17 Bakıda gənc qadın intihara cəhd edib

9:14 Mərkəzi Bank notlarını hərraca çıxarır

9:10 Elşən Musayev: “Əli Kərimlinin cəsarəti çatıb bu gün də debata gəlsə...“

9:06 Bakıda fəhlə özünü öldürüb

9:03 İranın müdafiə nazirinin Bakı səfərinin mümkün səbəbləri

9:00 Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - Təfsilat

0:57 ABŞ kriptovalyutalara nəzarəti gücləndirəcək

0:49 Üz cizgilərinin formalaşmasını təmin edən genlər müəyyən edilib

0:36 Göygöldə yoxa çıxan gəlin tapıldı

0:28 17 türk məmur Yunanıstana qaçdı

0:14 Hava vasitəsilə enerji toplayan batareya yaradılıb

0:03 Bu gün bürcünüz nələr vəd edir?

20 FEVRAL

23:58 “Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”

23:44 Ramil Usubov kral Salmanla görüşdü

23:37 Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb

23:25 ABŞ-da orta məktəb atışma ilə əlaqədar təxliyyə edilib

23:11 Olimpiadada səyyar məscidlər xidmət göstərəcək

23:06 Ərdoğandan Əsəd ordusunun həmləsinə ilk reaksiya

22:58 İki dərmanın satışı qadağan edildi

22:42 Tehrandakı iğtişaşda 300 nəfər saxlanılıb

22:36 Maldiv adaları uğrunda Çin-Hindistan rəqabəti - Təhlil

22:29 Çexiyanın “Tatra” yük maşınları Azərbaycanda yığılacaq

22:16 Vahid Əhmədov: “Kənd təsərrüfatı sahəsində ikinci mərhələ başlayır”

22:03 Azərbaycanda işsizlərin sayı açıqlandı

21:55 YPG qüvvələri Afrindən geri çəkilib

21:42 Vəzifəli şəxslərin cəriməsi müəyyənləşdi

21:37 Poroşenko Donbasda ordudan istifadəni qanuniləşdirdi

21:24 İranda təyyarə qəzasında ölənlərin cəsədləri tapılıb

21:19 Komitə sədri Cocuq Mərcanlı məscidində

21:07 Bakının iki rayonunda qaz olmayacaq

20:55 Adnan Oktar: “Biz Ermənistanla sərhədləri açacağıq”

20:41 “Seçkiləri kifayət qədər beynəlxalq təşkilat müşahidə edəcək”

20:39 “ABŞ Suriyada öz regional maraqlarından əl çəkməyəcək”

20:27 Sabahdan Bakı-Sumqayıt elektrik qatarının hərəkət qrafiki dəyişir

20:14 “Erməni və Azərbaycan icmaları arasında dialoqun qurulması vacibdir”

20:03 Bakıda şirkət və mağazadan oğurluq edildi

19:58 Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər

19:55 “AzerGold” QSC-nin mütəxəssisləri İsveçrəyə işgüzar səfər ediblər

19:51 Bu sürücülər 50 manatadək cərimələnəcək

19:46 Xarici ölkələrdə Xocalıya aid tədbirlər keçiriləcək

19:42 Reks Tillerson: “Kim məni əsəbiləşdirir”

19:37 Böyük Vətən Müharibəsi veteranlarının prezident təqaüdü artırıldı

19:31 Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu

19:26 Əhalinin su sayğacları ilə təmin edilməsinə 15 milyon pul ayrıldı

19:23 Əsəd ordusu Afrinə daxil oldu

19:19 AKP-MHP ittifaqı seçkiyə bu adla girəcək

19:14 Tehranda polislə dərvişlərin toqquşdu: 6 ölü

19:10 Kılıçdaroğlu: “Qardaş Azərbaycanın kədəri Türkiyənin kədəridir”

19:06 Əfv Komissiyasının növbəti iclası keçirilib

19:02 İranda böhran dərinləşir

18:57 Azərbaycan - Makedoniya matçının vaxtı və stadionu dəqiqləşib

18:53 STP Tacikistana kabel ixrac edəcək

18:48 Saxta diplomla 8 il həkimlik edən fırıldaqçı tutuldu

18:41 “Cəzalandırmasaq, sabah fəlakətlər qarşısında aciz qalacağıq”

18:36 Azərbaycan XİN Serj Sarkisyanın təbrikini şərh edib

18:34 Vətəndaşın qeydiyyat vəsiqəsi itib

18:31 Azərbaycanda 21 xarici vətəndaş saxlanılıb

18:29 FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

18:27 Tanınmış rejissorda ağır xəstəlik tapıldı

18:23 İlham Əliyev sərəncam imzaladı

18:19 Sabahın məzənnəsi

18:15 Bayıl sakinlərinə kirayə haqları niyə ödənilmədi?

18:11 SOCAR-ın trest müdiri ittihamlara cavab verdi

18:09 “The Daily Caller”: Azərbaycan Amerikanın mühüm müttəfiqidir

18:05 “Kağıza “ayda 100 min” yazıb qabağıma qoydu, dedi...”

18:02 Bakıda dövlət qurumunun binası yanır

18:00 Avropa Bankı TAP-ın maliyyəsini artıracaq

17:55 ABŞ-a məxsus F-16 qırıcısının havada mühərriki alışıb

17:49 “Oğullarım ikinci ərimi, o da övladlarımı qəbul etmədi”

17:44 Fevral ayının iqlim xarakteristikası açıqlanıb

17:39 “Bayılda sürüşmə prosesi aktiv fazadadır…” – Nazirlik rəsmisi

17:34 Qvardiola baş məşqçiyə hücum etdi

17:29 Türkmənbaşı öz zirehli “Mercedes”lərini satır

17:24 Ziyafət Əsgərov MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini ilə görüşdü

17:20 Rusiya mediası: “FTX “Qazprom”da genişmiqyaslı yoxlama aparır

17:15 Rusiyada azərbaycanlılar çinli turisti qarət etdi

17:10 İş adamı Şirzad Abdullayevə verdiyi 10 milyonu tələb edir

17:05 Dubayda 3D texnologiyası ilə villalar tikiləcək

17:00 Ermənistandan Avropaya şikayətlər artır

16:55 Şəhriyar del Gerani: “Dediyim bütün fikirlərin arxasındayam”

16:50 Moskva polisi məşhur azərbaycanlı bloqeri saxladı

16:44 Göygöldə itkin düşən gənc qadın tapılıb

16:39 Ziya Məmmədov evinin yanması xəbərindən danışdı

16:34 Direktor: “Hər ay şir 400, piton ilanı 20 manatlıq yem yeyir”

16:28 Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasının rəhbəri bəlli oldu

16:23 Peterburqda öldürülmüş azərbaycanlının meyiti tapıldı

16:16 Lənkəranskinin qatili bilindi

16:10 Boksçumuz turnirə qələbə ilə başladı

16:03 Putin Suriyadakı qoşun qruplaşmasının komandanını dəyişir

15:58 Livanlı general Tel-Əvivi hədələdi



MÜSAHİBƏ

...

“Dövlət rəhbərinin belə qərar verməyə tam səlahiyyəti var” - Zahid Oruc

Tarix 06.02.18, 10:08

Font ölçüsü : - / +
bitmap-img6


“Seçki nəticəsində hər hansı “X” namizədə 42 milyard dollarlıq valyuta ehtiyatının təhvil veriləcəyini düşünən çox yanılır”


Prezident İlham Əliyev fevralın 5-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncam imzalayıb.

Sərəncamın yaratdığı sualları deputat Zahid Oruca müraciət etdik.

- Zahid bəy, prezident İlham Əliyev növbədənkənar prezident seçkisi haqda sərəncam imzalayıb. Niyə oktyabrda yox, aprel?

- Ölkə başçısının qərarını yüksək qiymətləndirənlərin arqumentinə diqqət yetirsəniz onlar hüquqi normala əsaslanır, əksinə düşünənlər isə siyasi dəlillərlə çıxış edirlər. Halbuki biz sərəncamın konstitusion normalara cavab verib-vermədiyi suala birinci növbədə aydınlıq gətirməliyik.

Bilirsiniz ki, 1993-cü ilə qədərki praktikadan fərqli olaraq,ötən 25 ildə hakimiyyət orqanlarının formalaşması məhz seçkilər vasitəsilə baş verib. Ona qədər silahlı mübarizələr vasitəsilə dövlət başçısının müəyyənləşməsi praktikası, müharibə şəraitindən doğan uğur və ya uğursuzluğu fonunda taxt-tacın ələ keçirilməsi və ya meydan mübarizələri, vətəndaş toqquşmalarından keçərək birinci şəxsi təyin etmək həqiqətən qeyri-konstitusion hadisələr idi. Biz o vaxtlar yeni Ana Qanun vəd edənlərin özlərinin belə hüquq çərçivəsi əsasında hərəkət etdiklərini görə bilmədik. İndi oyun qaydalarının tanındığı bir şəraitdir və seçkilərin növbədənkanarlığı üçün mütləq fors-major vəziyyətin yaranması mütləq şərt deyil.

İkincisi, ötən on illiklər ərzində dövlət orqanlarının formalaşmasının müəyyən zaman ardıcıllığı, siyasi fəlsəfəsi və hüquqi prosedurları formalaşıb. Lakin 2016-cı ildə keçirilən ümumxalq səsverməsi prezidentlik müddətini 7 il müəyyənləşdirib. Ona görə də bu il keçirilən seçkilər 2025-ci il praktikasında fərqli bir durumu meydana çıxaracaq. Bu, ondan ibarətdir ki, parlament və prezident seçkiləri 1 ay zaman fərqi ilə keçiriləcək. Nəzərə almalıyıq ki, seçkilər mənafelərin toqquşduğu bir hadisədir, maraqlar çulğalaşır, insanlar iddiaları uğrunda mübarizəyə çıxırlar. Heç şübhəsiz ki, iki fərqli hakimiyyət qolu uğrunda mübarizə ölkədəki dayanıqlığa mənfi təsir göstərə bilər. Belə hallar ABŞ, yaxud Qərb ölkələrinin praktikasında olub, yəni Konqres və prezident seçkilərinə eyni zamanda start verilib və iki kampaniya aparılıb. Lakin qeyd olunan praktikaya yüzilliklər ərzində gəlinib. Ona görə də biz bu amilin nəzərə alınmasını arzulayırdıq.

- Ermənistanda seçkilər apreldə keçiriləcək...

- 5 fevral sərəncamını Ermənistandakı aprel seçkiləri ilə bağlamaq çox yanlışdır. Çünki Azərbaycanda hakimiyyət orqanlarının formalaşmasının ayrı prosedurları, siyasi məntiqi və təhlükəsizlik şəraiti var. Hətta deyərdim ki, Ermənistanda hakimiyyətin ağrlıq mərkəzinin dəyişəcəyi, yəni parlamentli modelə keçidin baş verdiyi şəraitdə Sarkisyan baş nazir kimi proseslərə nəzarəti itirəcək və mərkəzdənqaçma güclənəcək. Belə olan halda Azərbaycanda yaranmış şəraiti Qarabağda hərbi-siyasi baxımdan tam öz xeyrinə dəyişə də bilər. Deməli, təqvim uyğunlaşdırılmasına mexaniki gedilməsini deyənlərin arqumenti kəsərsizdir.

- Bəlkə hakimiyyət müxalifətin bir araya gəlməsinin qarşısını almaq üçün bu addımı atdı?

- Xeyr, heç bir qəfil yaxalanmadan, yaxud onların hazırlıqsız vəziyyətə qoyub üzərilərinə getmək həmləsindən söhbət ola bilməz. Çünki bu qüvvələr 25 ildir hakimiyyətdən kənar düşüblər və məğlubiyyətləri də aprelin 11-i və ya oktyabrın 15-i tarixi ilə izah oluna bilməz. Demirdilər ki, hər zaman iqtidara hazır olmaq lazımdır, onda buyursunlar. Əgər müəyyən elektoral bazaya malikdilərsə, arxalarında siyasi gələcəklərinə investisiya qoyan dairələr mövcuddursa, onlar bu prosesi özləri həyata keçirə bilərlər. Özü də dəfələrlə müxalifətin dilindən növbədənkənar seçki ideyasını eşitmişik. Onda hansı qanunlara əsaslanırdılar? Deməli, proses hüquqi məcradan çıxası deyil və dövlət rəhbərinin belə qərar verməyə tam səlahiyyəti var.

- Hazırda əsas sual budur: niyə heç bir izahat olmadan növbədənkənar seçkilər təyin edilir? Normal ölkələrdə bu cür qərarlar veriləndə cəmiyyətə izahatı da verilir, amma Azərbaycan hakimiyyəti bu barədə susur, səbəb nədir?

- Hesab edirəm ki, Azərbaycan cəmiyyəti ötən dövrlərdə yürüdülən siyasətin məntiqinə dayanaraq, həmçinin regionda və dünyada baş verən hadisələri hesablayaraq qərarın mühüm zərurəti olduğunu dərk və qəbul edir, o cümlədən, bu kampaniyada iştirak edəcək. Əgər hər hansı bir şəraitdə qərar insanların və yaxud müəyyən bir sosial qrupların narazılığı ilə qarşılanardısa, onu biz meydanlarda avtomatik görməli idik. Nəhayət, siyasi situasiyanın çevrilməsi baxımından son sərəncam rəqib qüvvələrin xeyrinə işləyə bilərdi. Gerçəkdə isə biz belə ümumxalq etirazlarını və etimadsızlığını görmürük. Əgər seçkilər günü tanınmırsa, insanlar onu sadəcə həmin tədbirə getməməklə qərarlarının ardınca gedərdilər. Yəni, belə demək mümkünsə, dövlətin məntiqi tanınmır, ona kimlərsə itaət göstərmir və əleyhinə gedilir. Məgər, ayrı-ayrı partiyalar və təşkilatlar üçün bu arzuolunan deyilmi?! 

Eyni zamanda, burada dövlət və xalq arasında konsensusu göstərən mühüm məsələ var. Bu ondan ibarətdir ki, hər kəs hətta oktyabrda keçirilən seçkilərdə qalib lideri yaxşı tanıyır. O daxili resurs, zaman müddəti, major amillərin üzərində lider deyil. Ötən dövrdə görülən işlərə söykənərək ölkənin təhlükəsizliyini qoruyaraq, onun xarici aləmdə qəbul etdirərək dövlətə rəhbərliyi haqq edir. Seçkilərin oktyabrda keçirilməsi halı və vəziyyəti müxalifəti qətiyyən ayrı duruma salası deyil. Misal gətirdiyimiz hüquqi və siyasi izahlar qarşıdakı dövrdə rəsmi orqanlar tərəfindən geniş ictimaiyyətə bir daha açıqlanacaq. Lakin mütləq fövqəladə şəraitinin olduğunu irəli çəkmək və digər şəraitlərdə “belə seçkilərə gedilə bilməz” söyləmək məntiqli deyil. Bir daha deyirəm, bu, müxtəlif ölkələrin siyasi həyatında özünü geniş göstərən hadisədir.

- Zahid bəy, hansı ölkələrin, ad çəkə bilərsinizmi?

- Baxın, Avropa ölkələrinin özündə müxtəlif vəziyyətlərdə seçkilər elan olunub. Dövlət rəhbərinin hüququ var ki, konstitusion müddət başa çatmadan prezident,yaxud parlament seçkilərini qeyd edilən zamandan ertələnmiş formada reallaşdırsın. Məgər, ikinci dünya müharibəsindən sonra Fransada 3-4 dəfə bunlar təkrarlanmayıbmı, Türkiyədə dəfələrlə belə hadisələr olmayıbmı?Almaniyanın praktikasında dinc dövrdə belə seçkilərə gedilib.

- Siz adını xatırlatdığınız ölkələrdə seçkilər siyasi böhranlardan irəli gələrək keçirilib. Deməyinizdən belə çıxmırmı ki, hakimiyyət daxilində böhran var?

- Qətiyyən, böhrandan danışılması çox yanlışdır. Hansısa qüvvələr dövlətin yürütdüyü siyasətə qarşı çıxsaydı, onu tənzimləmək üçün məhz seçkiyə əl atılmazdı. Əksinə, dövlətin birinci şəxsinin iradəsi qarşısında duruş gətirən qüvvə mövcud deyil, hakim partiyada vahidlikdir, dövlətdə də dəqiq bəlli olan komanda mövcuddur. Son 3 ildə prezident hökumətdə də, öz komandasında da xeyli yeniləşmələr aparıb. Bugün hansı bir qüvvə xalqın seçimiylə hakimiyyəti ortadan qaldırmağa zərurət meydana çıxarardı? Qoy, onda böhran əlaməti üçün bir şəxsin adını çəksinlər.

- Bəlkə Dağlıq Qarabağla bağlı aparılan sülh danışıqlarında ciddi güzəşt gözlənilir?

- Əlbəttə, bu məsələ ətrafında ən çox irəli sürülən ehtimallardan biri Dağlıq Qarabağ məsələsi olacaq. Unutmayaq ki, hazırkı reallıqda Azərbaycan özünün mövqelərini hərbi cəhətdən möhkəmləndirdiyi təqdirdə güzəştə gedilməsi heç bir anlamda qəbul edilə bilməz. Ermənistan son 25 ildə işğal reallığını siyasi danışıqlara keçirməyə və bizi kaputaliyasiyaya cəhd edib. İndi isə Dağlıq Qarabağda torpaq və siyasi status güzəşti ilə hakimiyyətini möhkəmləndirməyə çalışmaq növbəsi məhz qarşı tərəfdədir. Bir daha vurğulayım ki, Sarkisyan özünü baş nazir elan edəndən sonra proseslərə nəzarət edə bilməyəcək. Hətta müharibə şəraitinin meydana çıxacağını da gözləmək olar. Bu baxımdan qarşı cinahda ayrı reallıq yaşanırsa, Azərbaycan dövləti status məsələsində fərqli mövqeyə gedəcək deyə, 5 fevral sərəncamını verdi fikrinin məntiqi yoxdur. Tam məsuliyyətlə deyirəm, Azərbaycan Qarabağ məsələsində öz mövqeyini daha da sərtləşdirəcək.

- O zaman, iqtisadi amil gündəmə gəlir, yəni növbəti devalvasiya təhlükəsi hakimiyyəti bu addımı atmağa vadar etdi?

- Məncə, növbəti spekulyasiya predmetindən biri bu olacaq. Devalvasiya ölkənin maliyyə-bank sektoru ilə bağlı öz təsirini göstərən birinci amildir və bundan sonrakı dönəmdə də ölkənin bütün həyatını əhatə edir. Əminəm ki, son müşavirəyə baxanlar şahiddilər ki, əldə olunmuş resurslar manatın kursunun sabitləşdiyini göstərir. Son günlərdə bu barədə daha əhatəli açıqlamalar verilib, həmçinin neft amili də əvvəlki qədər büdcəni təhdid etmir. Belə olan təqdirdə kütlələri özünə cəlb etmək üçün seçkilərdən sonra kimlərsə kampaniyalara əl atacaq. 

Ancaq onu göz altına almalıyıq ki, hər bir hakimiyyət rəhbərliyi tərəfdarlarını daha çox sayda əldə saxlamağı düşünür. Çünki hər hansı bir maliyyə-istisadi qərara görə itirilən tərəfdarlar mütləq başqa qüvvələrin bazasına çevrilir. Bu mənada manat ətrafında siyasi spekulyasiya aparanlar olacaq. Yekun olaraq deyim ki, qarşıdakı dönəmdə istər növbədənkənar, istərsə də konstitusiya ilə müəyyənləşdirilmiş dövrdə oktyabrda keçirilən seçkilərdə bu ölkənin rəhbəri prezident İlham Əliyevin liderliyi davamlılığı şəraiti həm də onunla əsaslandırılır ki, kimsə düşünürsə ki, seçkilərin nəticəsində hər hansı X namizədə 42 milyardlıq dollarlıq valyuta ehtiyatını, hazırkı reallığını, formalaşmış düzəni onlara təhvil verəcək, çox yanılırlar. Yəni müxalifət qarşısında tanımadığı hakimiyyətin kursunun üzərindən xətt çəkirsə, gərək o 42 milyard dolları da düşünməsin.

- Deyirsiniz ki, cəmiyyət, xalq hakimiyyətdən razıdır, ciddi problem yoxdur, o zaman İlham Əliyev niyə tələsir?

- Qətiyyən, burada hər hansı siyasi tələskənlikdən söhbət gedə bilməz. Əslində, buna qədərki arqumentlərim daha soyuqqanlı hərəkətlərin mövcudluğunu göstərir. Hətta bir çoxları hesab edirlər ki, burada Rusiya və Ermənistandakı seçkilərin olması Azərbaycan əleyhinə beynəlxalq dairələrin planlarını işlətməyə imkan verməyəcək. Həmçinin belə bir dönəmdə Qərb də müxtəlif cinahlarda hərbi savaşlar aparıb, bu üzdən Azərbaycan əleyhinə ssenarilər də olmayacaq. Belə olan təqdirdə prezident İlham Əliyevin beynəlxalq, regional, həmçinin Konstitusiya və referendum reallığı, 2025-ci il amili, hamısını matrisa kimi kompleks yanaşmada nəzərə aldığından danışmaq daha düzgün olardı.

- Başqa bir açıqlama, ötən ilin dekabrın 17-də YAP-çı deputat Siyavuş Novruzov demişdi ki, növbədənkənar seçkilərlə bağlı çaşdırıcı məlumatlar yayırlar, belə bir şey gözlənilmir. Hətta müxalifətin uydurması saymışdı bunu. Bəs siz dedikləriniz nədir?

- Həmin açıqlamadan bir neçə gün əvvəl mənim mövqeyim dərc olunmuşdu. Mən məsələnin əsaslandırılmasında hansı beynəlxalq, regional və hüquqi amillərin olduğunu incələmişdim. Hər kəsin mövqeyinə hörmətlə yanaşır və dediyiniz açıqlamanı da xatırlayıram. Siyavuş Novruzov dövlətçi adamdır, həmin məsələyə baxışı fərqli olubsa, buna görə onu linç etmək və bir şəxsi mövqeyi ilə hakimiyyət siyasəti arasında ziddiyyət axtarmağına dəyməz. Ən əsası odur ki, dövlətin mühüm və strateji qərarları birinci şəxs tərəfindən qəbul olunur. İndi prosesin legitimliyi üçün iddiaçılara şərait yaratamaq, rəqabəti təmin etmək və milli iradəni ortaya qoymaqdır.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Xaləddin İsgəndərovdan “qardaşoğlu” əməliyatı - Biri qovuldu, digəri...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru