Xəbər xətti

26 MAY

0:40 Lənkəranda “Mercedes” aşdı - Sürücü yaralandı

0:16 55 yaşlı kişi quyuya düşdü - Lənkəranda

0:15 Adamı nəğməsindən tanımaq olmur

0:01 Bu gün bürcünüz nələr vəd edir?

25 MAY

23:51 DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

23:46 Naxçıvan Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edildi

23:44 Türkiyə Silahlı Qüvvələri 49 terrorçu zərərsizləşdirib

23:35 Azərbaycan neftinin son qiyməti

23:24 “Azərbaycanda mümkün logistika və infrastruktur imkanlarına baxırıq”

23:11 Ramazanın 10-cu günü – İmsak və iftar vaxtı

22:59 Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

22:44 Kəşfiyyatçılarımızın təlimi başa çatdı

22:30 “200 manatlıqlar inflyasiya gözləntilərini artıracaq” – Ekspert rəyləri

22:23 İsraildə fələstinlilərə atəş açmağa icazə verildi

22:10 Putin növbəti prezidentlik müddətinə dair sualı cavablandırıb

22:00 Rustavidə azərbaycanlı tələbənin meyiti tapıldı

21:51 Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi

21:40 Gülüş stresslə bağlı hormonların səviyyəsini azaldır

21:34 Gədəbəy sakini bıçaqlanıb

21:20 Sürücülük hüquqları dəyişdirilir

21:07 Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alan var

20:59 Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb

20:51 İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarına nə vaxt baxılacaq?

20:40 Maliyyə Monitorinqi Xidməti yaradıldı – Fərman

20:33 Deputat: “Parlamentin səlahiyyətləri başqalarına verilə bilməz”

20:27 Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid etdi

20:20 Ronaldo futboldan gedəcəyi vaxtı açıqladı

20:13 İstanbulda xüsusi əməliyyat

20:06 Dünyada 25 milyon insan kölə kimi yaşayır

19:59 ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

19:53 “Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

19:50 Məşhur aparıcı-aktrisa keçmiş əri ilə tətilə yollanır

19:47 Pakistan Türkiyədən 30 hərbi vertolyot alacaq

19:44 Makron: “ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi düzgün qərar deyildi”

19:40 Çin-ABŞ ticarət savaşı bitdi: Asiya nəhəngi qalib gəldi

19:35 İmişlidə 25 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb

19:30 ABŞ İranın mülki aviaşirkətlərinə sanksiya tətbiq etdi

19:18 Ermənistan prezidenti Gürcüstana getdi

19:05 Bakı çimərliklərində yoxlamalar başladı

19:00 Şamaxıda M.Ə.Sabirə həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub

18:53 Akif Çovdarov məhkəmədən bəraət istəyib – “MTN işi”

18:45 “Mançester Yunayted” hücumunu gücləndirir

18:33 Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

18:26 Deputata “Xalq yazıçısı” adı verilib

18:21 “ASAN xidmət” və “ASAN Kommunal” 1 gün işləməyəcək

18:16 Binəqədidə avtomobil yollunun yenidən qurulmasına 1,9 milyon manat ayrılıb

18:10 “Bəşəriyyət hələ qarşılaşmadığı yeni böhranla üzləşə bilər”

18:05 “Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

18:00 Bakı çimərliklərində yoxlamalar başladı

17:56 İstanbulda 51 terrorçu saxlanıldı

17:52 Maşın qaçıran keçmiş məhkum tutulub

17:47 Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid edib

17:44 Dolların 4 günlük məzənnəsi

17:41 “1000 bərəkət, halal nemət” məhsulları halal deyilmiş

17:35 Azərbaycan Xocalı aeroportunu vura bilərmi?

17:30 Məşhur model intihar etdi

17:26 “Arif Alışanovu öldürmək üçün mənə 600 min manat təklif etdilər”

17:22 Bakı-Sumqayıt yolunda tıxac azalacaq

17:19 “Çoxdandır bu cür təklif gözləyirdim”

17:15 “Vurulmuş təyyarəyə görə Rusiya məsuliyyət daşıyır”

17:11 Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi

17:03 Vahid Ələkbərov: “Neftin hazırkı bazar dəyəri spekulyativ qiymətdir”

16:58 Polşada qatarlar 250 km/saat sürətlə hərəkət edəcək

16:55 İranlı parlamentar: “Tramp və Pompeo diplomatik qaydaları bilmir”

16:49 107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edilib

16:44 “Tramp-Kim Çen In görüşü ləğv edilməyib, təxirə salınıb”

16:38 Rəqsanə: “O, mənə atalıq etməyib”

16:33 NATO və Avropa Rusiyaya qarşı birləşdi

16:27 Rusiyada alkoqol məhsulları onlayn satılacaq

16:23 Facebook-da yalan məlumatların paylaşılması məsuliyyət yaradırmı?

16:18 Lavrov: “Bunu onların vicdanına buraxıram”

16:12 “Səbail” klubunun yeni baş məşqçisi müəyyənləşib

16:07 “OPEC hasilatın azaldılması siyasətini dəyişdirə bilər”

16:00 İrana görə Avropa ilə üz-üzə gələn ABŞ-ın “sanksiya silahı” öz təsir gücünü itirə bilər? – Müsahibə

15:57 “Azərbaycanla hərbi əməkdaşlığın daha da güclənməsində qərarlıyıq”

15:53 “Məşğulluq sahəsində görülən işlər öz nəticəsini verir”

15:49 “Neqativ hallara qarşı sərt mübarizə fəaliyyətimizin əsasını təşkil edəcək”

15:45 Jurnalist öz evində qətlə yetirildi

15:41 Dünyada 25 milyon insan kölə kimi yaşayır

15:38 “Tezliklə Qüdsdə böyük hadisələr olacaq”

15:32 “Ana-bacı söyüşü işlətdi, mən də ürəyindən vurdum”

15:27 Şoyqunun artan şöhrəti Putini qorxudur

15:23 28 may günü “ASAN xidmət” işləməyəcək

15:18 Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edəcək

15:15 Dünyada yeni ölümcül virus yayıldı

15:11 Kremldən Trampın qərarına reaksiya

15:07 ABŞ Türkmənistan pambığının tədarükünə qadağa qoydu

15:03 Rasim Balayev: “Məni kriminal avtoritet kimi görəcəksiniz”

15:03 “Azərbaycanda energetika sektorunda islahatlar planlaşdırılır”

14:59 Dünya liderlərinin maraqlı idman hobbiləri

14:55 Oqtay Əsədov Gürcüstana gedir

14:51 Tereza Mey: “Rusiyaya qarşı təzyiqi davam etdirəcəyik”

14:47 Bu il 41 nəfər dəm qazından zəhərlənib

14:44 Əfv sərəncamının icrası başa çatıb

14:40 İmperatordan İlham Əliyevə təbrik

14:35 “Kontakt Home” alıcılara bu yolla fırıldaq gəlir

14:30 Türkiyə AXC-nin 100 illiyi şərəfinə pul nişanı hazırladı

14:26 “İdmançılara ayrılan vəsaitlərdə böyük fərqlər olmamalıdır”

14:22 Qarabağ qazisi telekanalları qınadı

14:17 Sabahın hava proqnozu

14:13 Ermənistanın yeni Baş Qərargah rəisi kimdir?

14:10 ABŞ Türkiyəyə F-35 qırıcıları satmayacaq

14:06 Kolumbiya prezidentini seçir

14:02 Əmək haqqına vahid vergi yükü tətbiq ediləcək

13:58 Türkiyənin müdafiə nazirinin müavini Gəncəyə gəlir

13:55 İbrahimbəyova qarşı cəza tədbirləri həyata keçirilməlidir

13:51 ABŞ dövlət katibi: “Tramp İranda rejimi dəyişmək niyyətində deyil”

13:47 Azərbaycanda yeni medal təsis olunur

13:44 Ronaldinyodan 2 qizla evlənəcəyi xəbərlərinə reaksiya

13:40 Dünyanın ən zəif orduları

13:36 İran və beş ölkənin diplomatları Vyanada görüşəcək

13:32 Lars Fon Trier: “Yeni filmlərə baxmıram”

13:27 Keçmiş əri Mənzurəni oğurluqda ittiham edir

13:09 Əsəd Cahangir postinsanı düzgün anlamayıb

13:05 Nərimanovda narkomaniyaya qarşı növbəti təlim keçirilib

12:57 Bahar Muradova: “Heç kimə belə sonluq arzulamazdım”

12:53 Qız üstündə dava salan şair

12:48 Sabiq nazirin VEMTAS “islahatı”: Müslümovun “islahatçı əli” olan Elnur Məcidovun işi araşdırılır

12:48 “Qarabağ” klubunun Çempionlar Liqasına hazırlıq planı müəyyənləşib

12:45 Ağır vəziyyətdə olan məhkumlar da azadlığa çıxır



ƏDƏBİYYAT

...

“Dodağı silikon, üzü botoks, qaşları tatuaj”

Tarix 18.12.17, 12:24

Font ölçüsü : - / +
bitmap-img6

Seymur Baycan yazır


PİA.AZ Seymur Baycanın “Dodağı silikon, üzü botoks, qaşları tatuaj” yazısını təqdim edir.

İki gün əvvəl mütəmadi baş çəkdiyim bukinistdə Çexovun hekayələr kitabını gördüm. Mündəricata baxdım. Kitabdakı hekayələrin hamısını müxtəlif zamanlarda dəfələrlə oxusam da, bu hekayələri bir daha oxumaq ürəyimdən keçdi. Ovqatım bunu tələb edirdi. Çexovla dərdləşməyə ehtiyacım vardı. Kitabın qiymətini soruşdum. Bir lari. Tərəddüdsüz aldım. Kitab əlimdə şəhərdə xeyli piyada gəzdim. Acdığımı hiss etdikdə evə gəldim. Balıq qızartması yedim. Bir stəkan ağ çaxır içdim. Divana uzandım və hekayələri oxumağa başladım.

 

Hekayələri oxuduqca düşünürdüm: Görəsən Çexovun hansı arzuları ürəyində qalıb? Həyatdan nə istəyirmiş? Bəs qısa bir ömürdə insanları, həyatı necə belə dərindən, incəliyinə qədər öyrənə bilib? Bəlkə xəstəliyi, daima ölüm haqqında düşünməyi Çexovu belə müdrikləşdirib? Əlbəttə, yazıçının sırf bioqrafiyasına istinad edərək bu suallara aşağı-yuxarı cavablar vermək olar, lakin xoşbəxtlikdən, ya da bədbəxtlikdən hər şey bu qədər sadə deyil. Bəli, bir daha təkrar edək; hər şey belə sadə deyil. Kitabda hansı hekayəni oxuyurdumsa, dərin və olduqca incə bir kədər hiss edirdim. Başa düşürdüm ki, artıq müdrik Çexov üçün bütün həyat hadisələri öz əhəmiyyətini itirib, hər şey ötüb keçib, hər şey geridə qalıb, artıq hər şey onun üçün mənasızlaşıb və  o gözlə görünənlərin, əllə tutulanların gəldi gedər, fani olduğunu dərk edib və yalnız mükəmməl, gözəl mətnlər yaratmaq barədə düşünür. Peşəkarlıq, mütaliə, istedad, zəhmət öz yerində, həqiqi sənət əsəri yaratmaq üçün təmiz, saf enerji lazımdır. Bu enerjini Çexov hardan alırmış?

 

Bəlkə nə vaxtsa yaşadığı və qiymətini bilmədiyi, milyonda bir insana qismət olan həqiqi, səmavi sevgi, yaxud da sevgisizlik ona bu enerjini verirmiş. Burda zorən lap kiçik bir haşiyəyə çıxmalıyam. Həqiqi, səmavi sevgi milyonda bir insana qismət olur . Yüz minlərlə insan sevdiyini, sevildiyini guman edərək, əslində isə sevginin nə olduğunu bilməyərək, sevgi haqqında çərənləyərək, boşboğazlıq edərək, hətta sevgi mövzusunda poemalar, romanlar  yazaraq bu dünyadan koçüb gedirlər. Həqiqi sevgi xəstəlikdi, pisixi pozuntudu nədir bilmirəm, bu prosesin tibbi və elmi tərəfləri mənə maraqlı deyil, bircə onu bilirəm ki, olduqca nadir bir şeydir.  Bir daha deyirəm milyonda bir insana qismət olur. Məsələn, indi Azərbaycanda doqquz milyon adam yaşayırsa bu doqquz milyon adamdan cəmisi doqquz adamın qarşısına həqiqi sevgi çıxıb və yaxud çıxacaq. Yerdə qalanları birmənalı olaraq sevdiyini və sevildiyini güman edənlərdi. Sevmişəm, sevilmişəm deyib boş yerə özünüzü aldatmayın!

 

İndi isə yazımıza davam edək. Bütün təsirli əsərlər böyük sevgidən və ya sevgisizlikdən, sarsıntılardan yaranır. Sadəcə yaradıcılıq laboratoriyası çox müxtəlifdir. Yaşanmış hisslər müəllifin bütün hüceyrələrindən keçərək, formasını dəyişərək, tamam başqa cür, tanınmaz halda təzahür edir. Məsələni konkretləşdirmək, vəziyyətə nisbətən aydınlıq gətirmək üçün bir əhvalat yazmaq məcburiyyətindəyəm. Bu əhvalatı bəndənizə rus millətindən bir tanış qız danışıb. Yay fəsli idi. Açıq kafedə oturmuşduq. Özümüz də möhkəm içmişdik. Ürəyimiz açılmışdı. Həyatda baş verən hadisələrin yaradıcılığa təsiri haqqında söhbətlər edirdik. Xülaseyi-kəlam, bu qızla bir teatr rejissoru bir-birini sevirmişlər. Söhbətdən belə başa düşdüm ki, qarşı tərəf, yəni teatr rejissoru bu münasibətdə daha səmimi və ciddi imiş. Bir gün qız gedir səfərə. Orda bir əyləncəli tədbirdə iştirak edir. Möhkəm içir və necə olursa, nə olursa, ilk dəfə rastlaşdığı adamla bir yastığa baş qoyur. Geri qayıdanda hər şeyi olduğu kimi tərəf müqabilinə nəql edir. Teatr rejissoru baş vermiş hadisəyə görə çox pis olur. Davasız-şavasız ayrılırlar. Düz dörd il görüşmürlər. Dörd ildən sonra qız eşidir ki, keçmiş tərəf müqabili təzə tamaşa hazırlayıb. Yaddaşım məni aldatmırsa “Karamazov qardaşları”nı. Qız bilet alıb gedir tamaşaya. Deyir, tamaşa möhtəşəm alınmışdı. Hamı heyran qalmışdı. Səhnədə emosiyalar fontan vururdu. Deyir, tamaşa qurtaranda başa düşdüm ki, dörd il əvvəl baş vermiş hadisə, mənim xəyanətim, ayrılmağımız ona necə ağır təsir edib. Əlbəttə çox qısa, təfərrüatlara girmədən yazdığım bu əhvalatda böyük bir hikmət vardır, anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər...

 

…Təxminən gecə saat ikiyə qədər Çexovun hekayələrin oxudum. Gülürdüm, kədərlənirdim, sevinirdim, obrazların təsvirindən, dialoqların təbiliyindən həzz alırdım, bəzən isə barmağımı kitabın arasına qoyub öz-özümə danışırdım. Ağır, təsirli səhnələrə, cümlələrə rast gəldikdə balkona çıxıb siqaret çəkirdim. Gecəni çox pis yatdım. Yatdım deyəndə Allah kəssin elə yatmağı, sağa-sola çevrilməkdən əldən düşdüm. Bayırda bərk külək əsirdi. Balkonda balaca dəmir vedrə diyirlənib qəribə səslər çıxarırdı. Dəmir vedrənin çıxardığı səslər mənə beş il kirayədə yaşadığlm evi xatırladırdı. Ev Qara Qarayev metrostansiyasının yaxınlığında, doqquz mərtəbəli binanın yeddinci mərtəbəsində yerləşirdi. Bərk külək əsəndə pəncərə şüşələri titrəyir, evin balkonundakı nazik dəmir parçası divara çırpılır və səslər çıxarırdı. Bu səslər bir qram da məni narahat etmirdi. Əksinə belə  küləkli havada başımın üstündə dam, yatmağa yerim olduğuna görə Tanrıya sonsuz minnətdarlığımı bildirirdim. Bəzən isə balkona çıxır, özümü üşüdür, qaçıb yerimə girirdim.

 

...Səhər tezdən qalxdım. Yuyunub, geyinib küçəyə çıxdım. Külək yatmışdı. Hava çox soyuq idi. Bir həftə əvvəl “ikinci əl” geyim mağazasından yetmiş lariyə aldığım gödəkcə bədənimi yaxşı qızdırırdı. Soyuqdan qorxmurdum. Təxminən bir saat piyada gəzdim. İyirmi dörd saat işləyən restorana girdim. Kofe, xarço, çörək sifariş verdim. Pəncərəyə yaxın masada əyləşdim ki, küçədən gəlib gedənləri müşahidə edə bilim. Kofeni içdim. Dünən gecə oxuduğum hekayələrin təsiri ilə ölüm, həyat, əbədiyyat, ədəbiyyat haqqında düşünə-düşünə, müxtəlif illərdə baş verən hadisələri xatırlaya-xatırlaya kasadakı qaynar, bolluca istiotlu xarçodan beş-altı qaşıq udmuşdum ki, bir də gördüm, avtobus dayanacağında dayanan adamlar pərən-pərən düşdülər. Hər şey çox sürətlə baş verdi. Qırmızı rəngli bir minik maşını yolun kənarında dayanmış bir qadını vurub səkinin ortasına atdı. Davamına baxa bilmədim, tez üzümü çevirdim. Baxsaydım, özümü pis hiss edəcəkdim. Restoranın müştəriləri, ofisiantlar, xadimələr və aşpazlar küçəyə qaçdılar. Zalda təkcə mən qaldım. Qışqıran kim, ağlayan kim, əlini dizinə çırpan kim, ürəyi gedən kim... Bir anda hadisə yerinə çoxlu insan yığışdı. Səs-küy aləmi bürüdü. Təcili yardım maşını gəldi. Vurulan adamı təcili yardım maşınına qoyub apardılar. Xarçonu axıra qədər yedim. Siqaret çəkdim. Hesabı ödəyib restoranı tərk etdim.

 

Birbaşa bazara getdim. Qəssabdan üç kilo sümük aldım. Bir dəstə küçə iti ilə dostlaşmışam. Hər gün olmasa da, iki-üç gündən bir bazara gedib onlara sümük alıram. Küçədə məni görəndə üstümə qaçırlar. Sağıma-soluma keçirlər. Günü-gündən də sayları artır. Sayları bu templə artsa, heç bilmirəm onlara necə sümük çatdıracam. Özümün də maddi vəziyyətim günü-gündən ağırlaşır...

 

Heyvanlarla dostluq etmək olduqca xoş bir hissdir. Ancaq arada səndən asılı olmadan kiçik problemlər də yaranır. O gün itlərdən biri dəstədən aralanıb düz metronun girişinə qədər mənlə bərabər addımladı. Mənlə bərabər addımlamaq deyəsən onun xoşuna gəlir. Ola bilsin, sahibiylə gəzən ev itlərinə baxır, başın başlara qoşmaq istəyir. İstəyir, bu da onlar kimi adamla gəzsin. Həmin it çox qəşəng, təmiz itdir. Heç küçə itinə oxşamır. Mənlə bərabər addımlayarkən ərzaq mağazasının qarşısında üzündən həyasızlıq, ləçərlik, şər-şəbədə və bu kimi digər şeylər yağan, dodağı silikonlu, üzü botokslu, qaşları tatuajlı bir arvadın üstünə bərk hürdü. Arvad ağzına gələni dedi mənə. İndi bu arvada başa sala bilmirəm ki, bu it mənim deyil, küçə itidir, mənim bu itə dəxlim yoxdur. Eşitmək belə istəmir, elə hey deyir ki, iti niyə buruntaqsız çıxartmısan küçəyə. Deyirəm, xanım, Allah haqqı bu mənim itim deyil, küçə itidir, bax qulağında birka var. İt də hürməyindən qalmır. Bir az qıraqda dayanıb hürür. Arvadı daha da qəzəbləndirir. Rəsmən durduğum yerdə işə düşdüm. Nə yaxşı bir Allah bəndəsi mənə tərəfdar çıxdı. Ziyalıya oxşayan, yaşlı bir kişi idi. O da itin qulağındakı birkanı göstərib arvada dedi ki, bu onun iti deyil, küçə itidir. Canımı o həyasız arvadın əlindən güclə qurtardım.

 

Bazardan aldığım sümükləri atıram itlərə. Çalışıram ki, hamısına çatsın. Heç bir it sümüksüz qalmasın. Hansısa bir it gücündən, əzələsindən istifadə edib özündən zəifin sümüyün əlindən almaq, daha çox yemək istəyəndə üstünə qışqırıram. Danlayıram. Başa salıram ki, sülh və əmin-amanlıq şəraitində yaşamaq lazımdır. Gücdən istifadə edib başqasının sümüyün əlindən almaq ayıbdır. Dalaşsanız, əsəbləşəcəm, acığa sizə, ümumiyyətlə, sümük almayacam. Sümükləri itlər arasında ədalətlə paylayandan sonra dayanıb onların sümükləri gəmirməsinə baxıram. Bilmirəm, nədənsə həmişə bu anlarda bir tanışımı xatırlayıram. Tanışım geyim-keçim alveri ilə məşğul idi. Aləmi bəzəsə də, əyni-başı o qədər də qaydasında olmazdı. Necə gəldi, nə gəldi geyinərdi. Özü də bundan gileylənərdi. Gileylənib-gileylənib axırda da bu el məsəlini işlədərdi: “İtdən çox çarıq oğurlayan yoxdu, ayağı həmişə yalındır”. Nə gizlədim, bu məsəli çox sevirəm. Çox pozitiv, koloritli məsəldir.(kulis)

 pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Prezidentin əfv etdiyi siyasi dustaqlar bunlardır - Adlar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru