Xəbər xətti

21 OKTYABR

12:19 ABŞ-da aktiv neft quyularının sayı bu həftə də azalıb

12:13 Hava yenidən pisləşəcək: Leysan gözlənilir

12:06 Kataloniyanın taleyi həll olur - Nazirlər toplanır

12:01 Ramil Usubov Gəncədə şikayətçi vətəndaşları qəbul edib

11:56 Kiçik və orta sahibkarlara vergi güzəştləri tətbiq oluna bilər

11:49 Azərbaycan ət idxalı üçün xərclərini 91% artırıb

11:42 İtaliya polisi 15 milyon avroluq narkotik ələ keçirib

11:36 İrana qarşı sanksiyalar müzakirə olunacaq - ABŞ Konqresində

11:31 AŞ PA-dan Azərbaycana hücumlar Səməd Seyidovu bitirə bilər

11:26 Misirdə 4 avtomobilin toqquşması nəticəsində 16 nəfər ölüb

11:20 Azərbaycan Mərkəzi Bankı hərrac keçirəcək

11:13 Azərbaycan idmançıları yarışlardan 1 illik kənarlaşdırıldı

11:07 Qabil Hüseynli: “1993-cü ilin əvvəlində Qarabağı xilas etmək şansı böyük idi”

11:02 Rusiya XİN: İŞİD-lə mübarizədə istənilən addımları təqdir edirik

10:57 Baş alıb gedən “qara yumor”un, plagiatlığın qarşısını necə almalı...

10:50 Qızıl 9 dollardan çox ucuzlaşdı

10:45 Jirinovski: “Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır”

10:39 Ronaldo 370 yaralıya yardım etdi

10:33 İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ olub

10:28 İşğalçıya çarpaz zərbə: Bakının “əli” güclənir, İrəvan şanssız qalır

10:23 Sabirabadda iki avtomobil toqquşub: Ölən və yaralılar var

10:18 Dünya birjalarında neft bahalaşıb

10:13 Atəşkəs 126 dəfə pozulub

10:09 Əfqanıstanın paytaxtı raket atəşinə məruz qalıb

10:05 Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilir

10:00 Azərbaycanın D-8 ölkələri üçün əhəmiyyəti

0:57 S-400 Yaxın Şərqdə oyun qaydalarını dəyişdirir

0:44 Alim Qasımov haqda film çəkildi

0:38 İlk üzən elektrostansiya istifadəyə verilib

0:25 Rusiya: “Bir çox ölkə xüsusi əməliyyatlar keçirməlidir”

0:12 II Avropa Oyunlarının Atletlər Kəndinə azərbaycanlı rəhbər təyin olundu

0:02 Bu gün bürcünüz nələr vəd edir?

20 OKTYABR

23:58 Bacısını oğlanla görən 17 yaşlı gənc bıçağa əl atdı

23:44 Daha bir azərbaycanlı interpolun axtarışındadır

23:39 Şirin qazlı içkilər uşaqlarda sümük əriməsinə səbəb olur

23:26 Azərbaycandan aparılan 33 ton pomidor Rusiyaya buraxılmadı

23:11 “Gelandewagen”in istehsalı dayandırılıb

23:06 Qax sakini bədbəxt hadisə nəticəsində ölüb

22:59 Sərdar Cəlaloğlu Dəniz Baykalla olan görüşündən danışdı

22:44 “Bu bankda böyük məbləğdə pulu olanlara deyirlər ki, puldan imtina et”

22:39 “Kiyev-Bakı münasibətlərindəki pozitivlik heç də hamının xoşuna gəlmir”

22:25 FES rəhbərliyinə namizədlər - Siyahı

22:18 Rusiya helikopterləri terrorçuların bazasına endi

22:04 “Qanuni oğru” 3,6 milyon avro ödəyərək azadlığa çıxdı

21:56 Şəmkirdə 26 yaşlı oğlan öldürülüb

21:48 13 yaşlı yeniyetmə məktəbdə atəş açdı

21:34 Məşhur müğənninin evini yardılar

21:27 Axtarışda olan 26 nəfər həbs edilib

21:13 Misirdə silahlı toqquşma: 3 polis ölüb, 1 yaralı

21:07 Xaçmazda məktəbli itkin düşüb

20:55 FİFA futbol vətəndaşlığı ilə bağlı qaydalara yenidən baxacaq

20:47 Füzulidə top mərmisi tapılıb

20:35 Bu ilin 6 ayında ölkədə toplanılan qanın miqdarı açıqlanıb

20:29 Ölkəyə istilik veriləcəyi tarix açıqlandı

20:16 Mağazalardan oğurluq edən dəstə üzvləri saxlanıldı

20:03 Xalq artisti əməliyyat olundu

19:57 “Marca”: “Qızıl top” Kriştianu Ronalduya veriləcək

19:53 Bitkoinin qiyməti 6 000 dollar həddini keçib

19:49 MM reklamla bağlı cərimə təklifini qəbul etdi

19:45 Jirinovski: “Azərbaycan Rusiyanın tərkibinə daxil edilməlidir”

19:41 Makron: “Tramp AB ölkələrini bir-birinə yaxınlaşdırdı”

19:36 Kabildə qanlı hücum: 30 ölü

19:33 Çexiyada parlament seçkiləri başlayır

19:29 Zakir Həsənov yeni zenit-raket sistemlərinin döyüş hazırlığını yoxladı

19:24 Ermənistan ordusunun hərbi hissəsində partlayış baş verib

19:20 Malayziya: “Qarabağın işğalının davam etməsi qəbuledilməzdir”

19:16 TANAP-a 500 milyon dollar kredit ayrıldı

19:11 Ərdoğan: “Azərbaycan BMT TŞ-nın üzvü olsun”

19:07 Xələf Xələfov: “Ermənistan destruktiv siyasət yürüdür”

19:03 “Azərbaycanın coğrafi mövqeyi onu regionun sütununa çevirib”

18:58 Azərbaycanın Gürcüstandakı səfiri Çovdarova baş çəkib

18:53 Keçmiş Türkiyə gözəli reanimasiyaya yerləşdirildi

18:49 D-8 ölkələrinin birgə universiteti yaradılacaq

18:45 Azərbaycanda təqaüd alan tələbələr azalıb

18:41 Bakıda sahibsiz itlər nömrələnəcək

18:37 Azərbaycanda yeni şəlalə aşkarlandı

18:33 Azərbaycanla Meksika arasında saziş imzalanıb

18:30 ABŞ-da 3D printerlə raket yaradılacaq

18:25 Qəbul imtahanında daha bir yenilik

18:20 “Öldüyünü bilib iki əlini başına vurub ağladı”

18:16 Türkiyənin baş naziri Ankara merini istefaya səslədi

18:12 Moskvada ermənilərlə taciklər arasında kütləvi dava

18:08 MTRŞ 11 quruma yayım lisenziyası verib

18:04 Sabahın məzənnəsi

18:00 İspaniya Kataloniya parlamentini buraxır

17:54 Yeni modelin tətbiqindən əvvəl sınaq və monitorinq imtahanları keçiriləcək

17:48 “Ondan əl çək, daha evlidir”

17:42 Avropa Birliyi Kataloniya məsələsinə qarışmayacaq – Donald Tusk

17:35 Patriarx Kirill Azərbaycan prezidentinə məktub göndərib

17:29 “Kreditə görə 2 illik həbs edilənlərə xərclənən vəsaitlə 2 min ailəni mənzillə təmin etmək olar”

17:24 İraq hərbçiləri Kərkükdə kürdlərin əlindəki sonuncu şəhəri də nəzarətə götürdü

17:20 Azərbaycanda yeni televiziya yaradıldı

17:15 Telman İsmayılovun oğlunun 2 milyonluq avtomobili satışa çıxarılır

17:10 Türkiyənin Baş naziri də Ankara merini istefaya səslədi

17:04 Nəsimi rayonunda “Uşaq Hüquqları aylığı” tədbirlərinə start verildi

17:00 Azərbaycan gənclər təşkilatlarının nümayəndələri Soçidə ermənilərin təxribatının qarşısını alıblar

16:59 “Nokia 7” də gəldi

16:53 Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin saytının təqdimatı keçirildi

16:48 Yaqland Rusiyanı AŞPA-ya qaytarmaq üçün Moskvaya getdi

16:43 Səbail gəncləri “Ağ ölümə” yox deyir

16:37 Bu ərazilərdə sürüşmə sahələri yenidən fəallaşdı - Siyahı

16:32 “Yoldaşımın aparıcılıq etməsinə icazə vermirəm” - Elvin

16:26 “İqtisadiyyatımız 3 dəfədən çox artıb, 2 milyona yaxın iş yeri açılıb”

16:20 Gündə 15 dəqiqə gözəl şeylər haqda düşünsəz...

16:14 Saakaşvili ukraynalıları yenidən Ali Radanın qarşısına çağırdı

16:09 “Nar”-dan yenilənmiş “Günlük” paketləri

16:05 Azərbaycan prezidenti: “Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”

16:00 Uşaq hüquqları ilə bağlı seminar keçirildi

15:50 Məşədi, Dinozavr, Əkibala – Yazıçılarımızın “kliçkaları”

15:45 Təzə “Gelandewagen” gəlir

15:40 “Nikoil Bank” dakı böüyk talanın pərdə aprxasında nələr və kimlər gizlənir?

15:34 Regionda birdəfəlik sülhün bərqərar olmasına mane olan faktor nədir?

15:34 “Heç kəs Azərbaycan və Ermənistanı hansısa həll variantına məcbur edə bilməz”

15:29 Azərbaycan cüdoçusu dünya çempionu olub

15:23 Azərbaycan idmançıları olimpiadadan kənarda qala bilər

15:17 Dövlət qulluğu sahəsində 8 minədək boş yer var

15:11 Azərbaycan Prezidentinin Türkiyəyə səfəri başa çatıb

15:05 Pensiya və müavinətlər üçün dövlət büdcəsindən ayrılan vəsait artırılır

14:59 Həftəsonu ənənəsi dünyada və bizdə...

14:54 Səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrıldı


MÜSAHİBƏ

...

“Dağlıq Qarabağ münaqişəsinin həlli Qafqazda sabitliyin bərpası üçün mühüm rol oynayır”

Tarix 22.12.16, 11:12

Font ölçüsü : - / +
bitmap-img6


Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi "Report" agentliyinə müsahibə verib


PİA.AZ  həmin müsahibəni təqdim edir.

- Cənab səfir, ilk növbədə sizi və Yaponiya xalqını "Report" İnformasiya Agentliyi adından İmperatorun doğum günü münasibətilə təbrik etmək istəyirəm. Yaponiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələri necə qiymətləndirirsiniz?

- İlk növbədə İmperatorun doğum günü münasibətilə təbriklərinizə görə, təşəkkür etmək istəyirəm. 1992-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulandan bəri ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələr, eləcə də beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı anlaşma fəal şəkildə inkişaf edir. Azərbaycan zəngin təbii ehtiyatların olması ilə əlaqədar Cənubi Qafqaz regionunda aparıcı ölkədir. Gürcüstan və Türkiyə vasitəsilə Azərbaycan təbii resursları Avropaya nəql edir və bununla dünyanın enerji təhlükəsizliyinə töhfə verir.

Fikrimizcə, Azərbaycan regionda sülh və sabitlik yaratmaq, eləcə də regionun inkişafı üçün mühüm gücə malik ölkədir. Yaponiya hökuməti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

- İkitərəfli iqtisadi əlaqələr çərçivəsində hansı istiqamətləri inkişaf və qarşılıqlı sərmayə yatırılması üçün perspektivli hesab edirsiniz?

- Bu günə qədər Yaponiya və Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın əsas sahəsi energetikadır. Yaponiyanın INPEX və "Itochu" şirkətləri bu sahə ilə bağlı layihələrdə iştirak etməyə davam edirlər. Bildiyimə görə, son illərdə Azərbaycan sənayenin digər sahələrini inkişaf etdirərək və iqtisadiyyatının şaxələndirilməsi üçün səylər göstərərək energetika sektorundan asılılıqdan uzaqlaşmağa çalışır.

Düşünürəm ki, bu, ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün şansdır. Belə ikitərəfli əməkdaşlıq çərçivəsində Yaponiya şirkətləri Azərbaycanın qeyri-neft sektorunun inkişafında iştirak edə bilərlər.

Sevindirici haldır ki, yaponiyalı sahibkarlar Azərbaycanda uğurlu biznes qurmaq üçün şans axtarır. Gələcəkdə belə fürsət əldə etsələr və onların konkret hansı sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirəcəyi müəyyənləşsə, çox gözəl olardı. Daha dəqiq desək, məsələn, kənd təsərrüfatı, turizm, dərman preparatlarının istehsalı və s. kimi sahələrdə əməkdaşlıq etmək olar.

- Sizcə, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın səviyyəsi necədir? Böhran ticarət dövriyyəsinə təsir göstərib?

- Ölkələrimiz arasındakı ticarət dövriyyəsindən danışırıqsa, təəssüf ki, Azərbaycan və Yaponiya arasında ticarət dövriyyəsi elə də yüksək deyil. Məsələn, Yaponiyanın 2015-ci il üzrə ticarət statistikasına əsasən, ötən il Azərbaycana Yaponiyadan 81 milyon ABŞ dolları həcmində mal idxal edilib. Əsas idxal məhsullarına avtomobil, kimya sənayesi və metallurgiya məhsulları daxildir. Azərbaycandan Yaponiyaya əmtəə ixrac isə 1,3 milyon ABŞ dolları dəyərində olub. Əsas ixrac məhsulları şərab, neft və neft məhsulları və s. olub.

- İnformasiya-kommunikasiya texnologiyaları sahəsində Yaponiya-Azərbaycan əməkdaşlığı nə dərəcədə inkişaf edib?

- Bildiyim qədərilə, Azərbaycan hazırda yüksək sürətli rabitə xətlərinin çəkilməsində maraqlıdır. Məsələn, Yaponiyada İKT sahəsində analoji işlərlə NEC və bir sıra digər şirkətlər məşğul olur. Hesab edirəm ki, bu şirkət sözügedən layihənin həyata keçirilməsində Azərbaycana kömək edə bilər.

Eyni zamanda, Azərbaycan hökuməti süni peyk yaradılması və buraxılması məsələsinə də maraq göstərir. Yaponiya təbii fəlakətlərə nəzarət edən peyklər istehsal edir. Məncə, bu sahədə də əməkdaşlıq perspektivləri tam mümkündür.

- Yaponiya şirkətləri Azərbaycanda qeyri-neft sektorunun diversifikasiyasında iştirak edir?

- Bayaq qeyd etdiyim kimi, Azərbaycanın neft sektoru iqtisadiyyatın böyük hissəsini təşkil edir. Hazırda respublikanın qeyri-neft sektorunda Yaponiya heç bir irimiqyaslı layihə həyata keçirmir və planda da belə bir şey yoxdur, lakin keçmişdə belə planlar mövcud olub. Məsələn, Azərbaycan hökuməti Gəncə yaxınlığında polad istehsalı üzrə sənaye kompleksinin tikintisiylə məşğul olur. Layihənin ilkin mərhələsində Yaponiya şirkəti kompleksin texniki-iqtisadi əsaslandırması üzrə araşdırma aparıb. Bildiyimə görə, Azərbaycan hökumətinin bu layihəsi müvəqqəti dayandırılıb. Düşünürəm ki, Azərbaycan tərəfi layihəni davam etdirməyə hazır olduqda Yaponiya tərəfi də onda iştirak edə bilər.
Son vaxtlar dərman preparatlarının gələcək istehsalı üzrə Yaponiya və Azərbaycan şirkətləri arasında danışıqlara başlanıldığını görmək sevindirici haldır. Layihə həyata keçirilərsə, sadəcə, əla olacaq. Hesab edirəm ki, Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə əməkdaşlıq mümkündür.

Ümumiyyətlə, yuxarıda da qeyd etdiyim kimi, Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahəsi energetikadır. Hesab edirəm ki, bu istiqamət dəyişməyəcək. Digər tərəfdən, bu sahədə əməkdaşlığın gücləndirilməsini istəyirəm. Qeyd etmək istərdim ki, Yaponiyanın INPEX şirkəti SOCAR-ın gənc mühəndislərini Yaponiyaya dəvət etməklə onlar üçün müxtəlif təlimlər keçirir, müxtəlif biliklər və nou-hau ötürür.

Niyə INPEX belə təlimlər keçirir? Çünki onun məqsədi yalnız Azərbaycanda energetika sektorunda reallaşdırılan layihələr çərçivəsində qazanc əldə etmək yox, həm də bu istiqamətdə Yaponiyanın təcrübəsini azərbaycanlı mütəxəssislərə ötürməkdir. Axı, bu cür əməkdaşlıq gələcəkdə energetika sektorunda hər iki ölkə üçün qarşılıqlı faydaya gətirib çıxara bilər.

- Bu günə qədər Yaponiya səfirliyi Azərbaycanın bir sıra bölgələrində 200-dən çox layihə həyata keçirib. Qeyd olunan layihələr hansı sahələrdə həyata keçirilib? Planda ölkədə yeni layihələrin həyata keçirilməsi var?

- Mənə elə gəlir ki, verdiyiniz sual "Ot kökləri və insan təhlükəsizliyi" layihəsinə aiddir. Bu layihə Azərbaycanda 2000-ci ildən həyata keçirilir. O zamandan bəri başa çatmış layihələrin sayı 211-ə çatıb. "Ot kökləri və insan təhlükəsizliyi" layihəsi çərçivəsində məktəb və uşaq bağçalarının təmiri üzrə proqramlar, eləcə də tibb mərkəzlərinin tikintisi və respublikanın kəndlərində xəstəxanaların təmiri, kəndlərdə məişət ehtiyacları üçün su təchizatı xətlərinin çəkilməsi, kənd yerlərində suvarma sistemlərinin bərpası kimi işlər həyata keçirilib. Bu layihələr olduqca kiçikdir və onlar qısa müddətə - təxminən altı aya həyata keçirilir. Lakin bu cür layihələrin əsas məqsədi sakinlərə birbaşa fayda verməkdir. Biz bu 211 layihəni təxminən 18 milyon ABŞ dollarına həyata keçirə bilmişik.
Bu yerdə qeyd etmək istəyirəm ki, Yaponiya hökumətinin yardımı təkcə bu layihə üzrə həyata keçirilmir, bu, Yaponiyanın Azərbaycana yardımının bir formasıdır. Yaponiya hökuməti ODA (OfficialDevelopmentAssistance - red.) proqramı çərçivəsində müxtəlif səviyyələrdə Azərbaycanın inkişafına yardım göstərməyə rəsmi olaraq davam edir. Yardımın formalarından biri aşağı faiz dərəcələriylə verilən güzəştli kreditlər layihəsidir. Eyni zamanda, bu cür layihələrə Abşeronun şimalında yerləşən DRES, respublikanın kiçik şəhərlərində su və kanalizasiya sistemləri və s. daxildir. Bundan əlavə, kənd təsərrüfatı ehtiyacları üçün avadanlıqların təqdim edildiyi qrant proqramı həyata keçirilir. Bütün bunlar qarşılıqsız, Azərbaycanda kənd təsərrüfatı məhsuldarlığının artırılıması məqsədilə ayrılan qrantlar vasitəsilə həyata keçirilir. Bundan əlavə, texniki yardım da var.

- Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq davam edir? Bu gün Yaponiyada necə azərbaycanlı tələbə təhsil alır?

- Yaponiya Təhsil Nazirliyi hər il xarici tələbələri Yaponiyada təhsil almaq üçün qəbul edir. Yaponiyanın Bakıdakı səfirliyi kimi, biz hər il bakalavr və magistr dərəcəsi əldə etmək üçün Yaponiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrə imtahanlar təşkil edirik. Eyni zamanda, ali texniki məktəblərdə də təhsil almaq imkanı yaradırıq. Bununla yanaşı, yapon dilinin öyrədilməsi proqramı da mövcuddur.

Yaponiyanın Təhsil Nazirliyi dünyanın bütün ölkələrindən, o cümlədən Azərbaycandan iki və ya üç nəfər tələbə qəbul edir. Bu günə qədər bu proqramda Azərbaycandan olan 60-dan çox insan iştirak edib.

Yaponiya hökuməti tələbələrin yaşayış xərclərini öz üzərinə götürüb.
Həmçinin qeyd etmək lazımdır ki, son zamanlarda Azərbaycanın bir sıra ali məktəbləri - Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər İnstitutu Yaponiya universitetləri ilə birbaşa əlaqələr yaradıb və tələbə mübadiləsi üzrə proqramlar həyata keçirirlər.

- Turizm sahəsində Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq necə inkişaf edir? Hər il neçə turist Azərbaycan və Yaponiyaya səfər edir? Bu istiqamətdə hansısa addımlar atılır?

- Bildiyimə görə, Azərbaycan turizm sektorunun inkişafı üçün səy göstərir. Təəssüf ki, dəqiq statistik informasiya verə bilməyəcəm, lakin ümumilikdə hər il 2500-ə yaxın yaponiyalı Azərbaycanı ziyarət edir. Azərbaycandan Yaponiyaya isə turistik məqsədlərlə hər il təxminən 500 nəfər səyahət edir.

Azərbaycan və Yaponiya arasında məsafənin böyük olmasına görə, sıravi yaponlar Azərbaycan haqqında çox az bilgiyə sahibdirlər. Ancaq artıq dediyim kimi, Azərbaycan hökuməti müxtəlif tədbirlər təşkil edərək Yaponiyadan turist axınını artırmağa səy göstərir.
Azərbaycanın Yaponiyadakı səfirliyinin də bu istiqamətdə işlədiyini, yapon xalqı arasında təbliğat aparmasını eşitmişəm. Son zamanlar Yaponiya telekanalları əməkdaşlarını Azərbaycana ezamiyyətə göndərir. Hazırlanan müxtəlif verilişlər yaponiyalılar arasında respublikanız haqqında məlumatlılığı, bilikləri artırır. Hesab edirəm ki, azərbaycanlıların Yaponiyaya və əksinə - yaponların Azərbaycana axını çoxalsaydı, həm turizm, həm də işgüzar səfərlər baxımından daha yaxşı olardı.

- Cənab səfir ekologiya və ətraf mühitin mühafizəsi sahəsində ölkələrimiz arasındakı əməkdaşlığı necə qiymətləndirir?

- Ekologiyadan danışırıqsa, qeyd etmək istəyirəm ki, bir neçə onilliklər əvvəl, Yaponda sənaye sürətlə inkişaf etməyə başlayan zaman ətraf mühitin çirklənməsi problemi ölkədə ön plana çıxdı. Lakin Yaponiya tədricən bu məsələni həll etməyi bacardı. Hətta ekoloji problemin meydana gəldiyi zaman bəzi çaylar çox çirkləndi və bu, su hövzələrində balıqların sayına təsir etdi. Çayların çirklənməsinə səbəb su hövzələrinə məişət tullantılarının, fabrik və zavod tullantılarının atılması olmuşdu. Tullantıların çaylara axıdılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirildi, nəticədə də bu problem demək olar, tamamilə həll olundu və balıqların sayı yenidən bərpa edildi. Yaponiyanın bu təcrübəsinin Azərbaycan üçün faydalı ola biləcəyini düşünürəm. Qeyd edim ki, hazırda Azərbaycan da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir. Bildiyimə görə, Sovet dövründə Sumqayıt şəhərində sənaye müəssisələrinin işi torpağın çirklənməsinə gətirib çıxarıb və bu gün Azərbaycan hökuməti bu torpaqları təmizləmək üçün səylər göstərir. Analoji tədbirlər Bakıda, hazırkı Ağ Şəhər ərazisində aparılır.

Həmçinin, çirkli suların axıdılması kontekstində Azərbaycanın rəmzlərindən biri sayılan Xəzər dənizi ilə bağlı problem var. Azərbaycan hazırda ekoloji problemləri aradan qaldırmaq və ekologiyanı yaxşılaşdırmaq üçün səylər göstərir. Hesab edirəm ki, bu sahədə Azərbaycan və Yaponiya arasında əməkdaşlıq mümkündür.

- Yaponiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə necə yanaşır? Ərazi bütövlüyü məsələsi kontekstində, hazırda Rusiya, Çin, Koreya kimi qonşu ölkələrlə mübahisəli adalar üzrə danışıqların vəziyyətini öyrənmək istərdik. Siz nizamlanma perspektivlərini necə görürsünüz?

- Hər bir ölkə üçün ərazi mübahisəsinin həlli mürəkkəb prosesdir. Bunun üçün böyük enerji, səbr və vaxt tələb olunur. Bununla yanaşı, burada inam amili əsas rol oynayır. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Qafqazda sülh və sabitliyin bərpası üçün mühüm rol oynayır.

Məlum olduğu kimi, bu problemin həlli üçün müxtəlif ölkələr bu istiqamətdə səylər göstərir. Dəqiqləşdirsək, bu məsələ ilə münaqişə tərəfləri arasında vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupu məşğul olur. Yaponiya ATƏT MQ-nin fəaliyyətini dəstəkləyir. Hesab edirəm ki, bu problemi beynəlxalq hüquq normaları əsasında həll etmək vacibdir.

Yaponiya və Rusiya arasında ərazi məsələsindən danışarkən, belə desək, "dörd şimal adası"nın mövcudluğu səbəbindən II Dünya Müharibəsindən sonra iki ölkə arasında hələ sülh müqaviləsi bağlanmayıb. Yaponiya Rusiya ilə qarşılıqlı anlaşma və sabit münasibətlər prinsipi əsasında ərazi məsələsini həll etmək və Rusiya ilə sülh müqaviləsi bağlamaq üçün israrla danışıqlar aparır.

Çinə gəlincə, aramızda ərazilərin mənsubiyyəti məsələsi ilə əlaqədar heç bir problem yoxdur. Regionda sülh və sabitlik beynəlxalq hüquq normaları əsasında müəyyən edilməlidir.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Kiyev-Bakı münasibətlərindəki pozitivlik heç də hamının xoşuna gəlmir”

bitmap-img3

Rakurs

BDU-nun dosentindən nazirə və DİM sədrinə açıq məktub

bitmap-img3

Seçmələr

Politoloq: “Sarkisyanın “Qarabağın gələcəyini Azərbaycansız görürük”, söyləməsi...”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru