rezonans

Xəbər xətti

23 İYUN

21:55 Çin havanı ən çox çirkləndirən ölkələr arasında liderdir

21:40 “BMW” şirkəti ehtiyat variantlar axtarışındadır- “Brexit”dən sonra

21:33 DÇ-2018:Meksika Almaniyadan sonra Koreyanı da məğlub etdi

21:25 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

21:15 Zimbabve prezidentinə sui-qəsd edilib

21:13 Borca görə axtarışda olan 10 nəfər saxlanıldı

20:50 Bərdədə 3 il əvvəl törədilmiş avtomobil oğurluğunun üstü açıldı

20:44 Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı

20:38 Dünya Çempionatı 2018: Lionel Messiyə nə olub?

20:16 Putin həqiqətən dünya çempionatını alıbmı?

20:05 Sevgilisini ailəsi ilə tanış etdi

19:40 Azərbaycan nefti bahalaşdı

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb



MÜSAHİBƏ

...

“Bu il Azərbaycan və Moldova arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək”

Tarix 28.05.18, 14:33

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun “APA-Economics”ə müsahibəsi:


- Hazırda Azərbaycan-Moldova əməkdaşlığı və münasibətlərini necə qiymətlədirirsiniz?
 
- Azərbaycan-Moldova münasibətləri dinamik, yüksələn xətlə inkişaf edir. Mütəmadi olaraq Azərbaycan nümayəndə heyəti Moldovaya, Moldova rəsmiləri isə Azərbaycana səfər edir. Moldova hökuməti Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır. Bunu biz bütün səviyyələrdə fəaliyyətimizdə hiss edirik. İki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə daha da artır və iqtisadi göstəricilərin yaxşılaşmasının səbəbi Azərbaycan məhsullarının Moldova bazarına daxil olmasından ibarətdir. Azərbaycan istehsalı olan mürəbbələr, şirələr və digər məhsullar artıq Moldova bazarında öz yerini tapıb. Bir neçə ay əvvəl Azərbaycanın daxili işlər naziri Ramil Usubovun dəvəti ilə Moldovanın daxili işlər naziri ölkəmizdə səfərdə olub. Səfər zamanı Azərbaycanın Daxili İşlər, Fövqəladə Hallar Nazirliklərində və Dövlət Miqrasiya Xidmətində görüşlər olub. Azərbaycanın baş prokuroru Zakir Qaralovun dəvəti ilə bir neçə aydan sonra Moldovanın baş prokurorunun Azərbaycana səfəri baş tutacaq. Artıq bu səfərə hazırlıq görülür. Bu ilin noyabr ayında Moldovada parlament seçkilərinin keçirilməsi gözlənilir. Seçkilərdən əvvəl - sentyabrın sonlarında və ya oktyabrın əvvəllərində - Moldovanın Baş naziri Azərbaycanda rəsmi səfərdə olacaq. Rəsmi səfər zamanı Azərbaycan və Moldova arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclasının keçirilməsi gözlənilir. Moldova tərəfindən iş adamları, ayrı-ayrı müəssisələrin rəhbərləri də Azərbaycana səfər edəcəklər. İqtisadiyyat Nazirliyi tərəfindən biznes forumun keçirilməsi nəzərdə tutulub. Belə ki, Moldovanın baş nazirinin Azərbaycana rəsmi səfəri zamanı İqtisadiyyat Nazirliyində biznes forum keçiriləcək və biznes forumda Azərbaycanın iş adamları, böyük müəssisə rəhbərləri iştirak edəcəklər. Biznes forumun keçirilməsində məqsəd hər iki ölkənin biznes nümayəndələri və iş adamlarının bir-biri ilə yaxından tanış olması və əlaqələr qurmasına şərait yaratmaqdır. Biznes forumlar iş adamlarının təmasda olması və gələcək münasibətlərini daha da inkişaf etdirməsi üçün çox yaxşı zəmin yaradır. Bundan əlavə, iki ölkə arasında tələbə mübadiləsi də mövcuddur. Moldova hökuməti Azərbaycandan olan tələbələri öz dövlət büdcəsi hesabına oxudur. Hazırda 20-yə yaxın azərbaycanlı tələbə Moldovanın dövlət ali təhsil ocaqlarında təhsil alırlar. Azərbaycanın dövlət başçısının tapşırığına uyğun olaraq biz öz diqqət və qayğımızı onların üzərindən əsirgəmirik. Moldovada güclü və yaxşı təşkilatçılığa malik olan Azərbaycan diaspor təşkilatı, Azərbaycan Konqresi fəaliyyət göstərir. Bu ölkədə erməni diasporu da fəaliyyət göstərir, ancaq bizim diasporun fəaliyyəti onlardan daha güclüdür.

 
- Qüdsi bəy, Moldovanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir? Özünün Dnestryanı münaqişəsi kimi problemi olan ölkə bu məsələdə Azərbaycana necə dəstək olur?
 
- Moldova tərəfi bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Moldova GUAM çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq edir. Moldova beynəlxalq təşkilatlarda indiyədək Azərbaycanın əleyhinə qərar qəbul etməyib və hər zaman Azərbaycana öz dəstəyini göstərir. Bu sahədə Moldova ilə Azərbaycan münasibətləri tamamilə üst-üstə düşür və hər iki ölkə bir-birini dəstəkləyir.
 
- Siz ölkəmizdə Azərbaycan-Moldova biznes-forumunun keçiriləcəyini vurğuladınız. Bəs Moldovada belə bir biznes forumun keçirilməsi nəzərdə tutulurmu?
 
- Bildiyiniz kimi, hökumətlərarası iclas ildə bir dəfə bir ölkədə keçirilir. Bu il hökumətlərarası iclas Azərbaycanda keçiriləcəyi üçün gələn il də belə bir iclas Moldovada baş tuta bilər. Azərbaycan investisiyasının və iş adamlarının Moldovaya gəlməsi yaxşı haldır. Azərbaycan sahibkarlarının Moldovaya investisiya yatırması üçün hər imkan var. Burada iş adamlarına şərait yaradılır. O cümlədən, bizim kənd təsərrüfatı sahəsində böyük nailiyyətimiz var. Artıq Azərbaycanda böyük müəssisələr yaradılıb və biz öz məhsullarımızı dünya bazarına çıxarırıq. Moldovada kənd təsərrüfatı üçün yaxşı şərait və torpaqlar çox olduğu üçün bizim bu sahə ilə məşğul olan iş adamlarımız bura gəlib öz müəssislərini yarada bilərlər. Burada daha maraqlı məqam ondan ibarətdir ki, bu ölkənin Avropa İttifaqı ilə ticarət əlaqələri, sazişləri mövcuddur. Gələcəkdə bu ölkədə istehsal olunan bizim məhsul Moldova brendi ilə Avropa bazarlarına çıxarıla və satıla bilər. Təbii ki, bizim iş adamlarının buna marağı olacaq. Azərbaycan iş adamlarının Moldovaya maraq göstərəcəyinə şübhəmiz yoxdur.  
 
- Sizcə, azərbaycanlı iş adamları Moldovada hansı sahədə iş qura bilərlər?
 
- Azərbaycanın iş adamlarının bu ölkədə kənd təsərrüfatı, meyvə-tərəvəz, heyvandarlıq sahəsində iş qurmaları üçün şərait var. Moldovanın təbiəti kənd təsərrüfatının inkişafı üçün əlverişlidir, dövlətin biznesə münasibəti də müsbətdir. Sahibkarların, investorların  iş fəaliyyətini tənzimləyən qanunlar var. Bu ölkəyə xarici investisiyanın yatırılması üçün kifayət qədər qanunvericilik bazası mövcuddur.  Bütün bunları nəzərə alsaq, təbii ki, azərbaycanlı iş adamları gələcəkdə bu ölkədə öz biznesini qura bilərlər və bunun üçün bütün imkanlar var.
 
- Son zamanlar bir çox ölkədə Azərbaycan Ticarət Evi açılıb və bu yaxınlarda daha bir neçə ölkədə belə ticarət evlərinin açılması nəzərdə tutulub. Moldovada Azərbaycan Ticarət Evinin açılması planlaşdırılırmı?
 
- Məsələ ondadır ki, Belarus, Ukrayna, Rusiya və digər ölkələrdə böyük bazar mövcuddur. Biz məhsulumuzu yalnız ticarət evlərində deyil, həmçinin həmin ölkənin bazarlarında satışa çıxara bilərik. Ancaq Moldovada bazar o qədər də güclü, ölkə o qədər də varlı deyil. Moldovada gənc nəslin əksəriyyəti xaricdə çalışır. Azərbaycan məhsullarının bu bazarda daha çox satılması məsələsi sual doğurur. Ancaq məhsulu Moldovada istehsal edib digər bazarlara çıxarmaq daha məqsədəuyğundur.
 
- Gələcəkdə Azərbaycan rayon və ya şəhərləri ilə Moldova şəhərlərinin qardaşlaşması istiqamətində hansı işlər görülür? 
 
- Moldovada türkdilli Qaqauziya vilayəti var ki, onun da 120 min əhalisi mövcuddur. Bizim onlarla çox sıx əlaqələrimiz var. Heydər Əliyev Fondu tərəfindən Qaqauziyada məktəb və mədəniyyət mərkəzi inşa edilir. Bizim münasibətlərimiz çox yaxşıdır. Qaqauziyanın başqanı İrina Vlax mütəmadi olaraq Azərbaycana səfərə gəlir. Bu yaxınlarda Qəbələ ilə Qaqauziya vilayətinin paytaxtı Komrat şəhəri arasında şəhərlərin qardaşlaşması ilə bağlı sazişin imzalanması gözlənilir. Artıq bununla bağlı sənədlər hazırdır. Gələcəkdə Gəncə və Moldovanın paytaxtı Kişinyov arasında belə saziş imzalanacaq. Gəncə şəhər İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyev bununla bağlı qərar verib və bu qərar ölkə rəhbərliyi ilə razılaşdırılıb. Bundan başqa, bu ilin oktyabr ayında Kişinyov şəhərində, Azərbaycan səfirliyinin qarşısında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə böyük büstü ucaldılacaq. Moldova rəhbərliyi tərəfindən bununla bağlı qərar verilib. Kişinyov şəhərinin sakinləri səfirliyin qarşısından keçərkən Azərbaycanın ümummilli liderinin büstünü görə biləcəklər.
 
- Bu il, həmçinin ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edilir. Moldovada bununla bağlı hansı işlərin görülməsi nəzərdə tutulub?
 
- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Moldovanın Milli Akademiyasında bu ilin oktyabr ayında konfrans təşkil ediləcək. Bu konfransda Moldova hökuməti rəhbərliyinin, müxtəlif ölkələrin səfirlərinin, elm və mədəniyyət xadimlərinin iştirakı nəzərdə tutulub. Ancaq buna qədər, yəni mayın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı böyük tədbir təşkil ediləcək. Artıq biz bu tədbirə hazırlığı başa çatydırmışıq. Bundan başqa, diaspor təşkilatı ilə Azərbaycanın yaxın dostu, Azərbaycan Miltikulturalizm Mərkəzinin Moldova və Ukrayna üzrə nümayəndəsi Aureliya Qriroriu ilə birgə Moldovada silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru