rezonans

Xəbər xətti

22 İYUN

0:59 Həkimlər “Yaşamayacaqsan“ demişdi - Dünya üçüncüsü oldu

0:47 “Qarabağ” axtardığı qapıçını İtaliyada tapdı

0:34 “Facebook” qruplara üzvlük ödənişli ola bilər

0:21 “İngiltərə qalib gələrsə, verilişə lüt çıxacam” - Aparıcı söz verdi

0:13 Buffonun bir ayağı PSJ-də

21 İYUN

23:59 Ermənistan məktəblərini korrupsiya bürüyüb

23:54 Naxçıvan əhalisinin sayı artıb

23:48 Fələstin daha bir təşkilata üzv oldu

23:42 Bakıda qayda pozan yol polisi cəzalandırıldı - Video

23:36 Mahaçqalada atışma zamanı bir nəfər ölüb

23:30 “Miss Britaniya”nın meyiti tapılıb

23:24 Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq

23:18 Bu günün işi, 47 il sonranın yazısı... - Elçin Mirzəbəylinin qeydləri

23:12 Qardaş qardaşı bıçaqladı

23:06 Türkiyədə gecə klubunda atışma olub, ölənlər və yaralananlar var

23:00 Ölkənin qızıl-gümüş bazarında qiymətlər düşür

22:55 Paşinyana qarşı qaldırılmış cinayət işi bağlandı

22:49 Rio-de-Janeyroda polisin keçirdiyi əməliyyat zamanı 6 nəfər öldürülüb

22:43 Sevinc ərə getmədiyini belə təsdiqlədi - Video

22:37 Azərbaycanda narkomanlar arasında yeniyetmələr və azyaşlılar da var

22:31 Ərdoğandan etiraf:16 ildə bunu edə bilmədik

22:25 Şəmkirdə musiqiçilər qəzaya düşdü

22:19 Bu şirkət 18 min dollar maaş təklif edir

22:13 Mun Ce-in: KXDR tam nüvəsizləşdirmə üzrə real tədbirlər görür

22:07 Gədəbəydə avtomobil yolları yenidən qurulur - Video

22:01 Vasif Talıbov İranın Naxçıvandakı baş konsulunu təltif edib

21:56 Sarkisyanın qohumlarının biznes-imperiyalarında yoxlamalar aparılır

21:50 DÇ 2018: Fransa - Peru qarşılaşması - Fransa qalib gəldi

21:44 “Araz” Supermarketlər Şəbəkəsi işçisinin qətli ilə bağlı məlumat yayıb

21:38 10 yaşlı azərbaycanlı istedadı ilə dünyanı heyran edir - Fotoar

21:32 Bakıda tələbəni döyüb, öldürən şəxslərə hökm oxunub

21:26 Türkiyə ilk “F-35”i təhvil aldı

21:20 Baş katib: “BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir”

21:14 Pambıqçıların zəhərlənməsinə görə cinayət işi: 3 vəzifəli şəxs həbs olundu

21:08 Neftçalada 19 yaşlı gənc intihar edib

21:02 Latviyada rus dilində tədris qadağan edildi

20:57 ABŞ-da ağdərililər “milli azlığa” çevrilir - Hesabat

20:51 Zərdabda ağır yol qəzası: ölən və yaralılar var

20:45 Trampdan etirazçıya şok sözlər: Ananın yanına get...

20:39 Yay gəldi - Bakıda kirayə mənzillər ucuzlaşdı

20:33 “Bu dəfə Azərbaycan müdafiə naziri haqqında həqiqəti söyləyib…”

20:27 Netanyahunun həyat yoldaşına 100 min dollarlıq korrupsiya ittihamı

20:21 Fred “Mançester Yunayted”də - Rəsmi

20:15 XİN: Qətnamələrinin icrası Minsk qrupuna həvalə edilib

20:09 “İlqar Məmmədovu qətiyyən siyasi məhbus hesab etmirəm”

20:06 Azercell “Yaşa Azərbaycanım” sərgisinə dəstək oldu

20:03 Liviyada milli ordu iki əsas neft limaninı silahlılardan geri alıb

19:58 Azərbaycanda bu universitetin girişində sütunlu tavan çökdü

19:52 Şabranda arvadı küsüb evdən gedən kişi özünü asdı

19:46 İsmayıllıda körpü uçdu, şəhərlə əlaqə kəsildi - Video

19:40 Türkiyə ABŞ-dan idxal olunan bəzi məhsullara gömrük rusumu tətbiq edib

19:34 Ronaldu: “Keçi saqqalı mənə uğur gətirir”

19:28 Çingiz Qənizadə: “Azərbaycan vətəndaşları qul deyil”

19:22 Ərdoğan koalisiya hökumətinin anonsunu verdi

19:16 Bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərcləri 45% artırılır

19:10 Vasif Talıbov baş nazirin birinci müavini işdən çıxarıb

19:04 Sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır

18:59 Putin Poroşenkoya zəng edib

18:53 Göyçay körpüsü yaxın günlərdə istifadəyə veriləcək

18:47 “Qarşı tərəfdə qoşunların toplanmasını müşahidə edirik…” - David Babayan

18:41 Yol tikintisinə 13,7 milyon manat ayrıldı

18:35 Saxlanılan bankir Zakir Zeynalovun oğludur

18:29 Azərbaycanın energetika naziri OPEC-in tədbirində çıxış etdi

18:23 Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

18:17 Bu rayonların qazı kəsiləcək

18:11 Mənsimovun daha bir “törəməsinin” 2.3 milyardlıq borcu üzə çıxdı

18:05 Avropa Birliyi Yerevana 3 milyon ayırdı

18:00 Azərbaycanda uşaqlara dini adların qoyulması halları azalıb

17:54 Dünya əhalisinin üçdə biri oyun oynayır

17:49 Somali iranlı 17 dənizçini azad edib

17:44 “Üçdə bir”

17:38 Zidandan sonra oğlu da “Real”dan gedir

17:28 “Messi dünya kubokuna görə ağlayır”

17:22 Səfər Mehdiyev vətəndaşları qəbul edəcək

17:18 Ərdoğan koalisiya hökumətinin anonsunu verdi

17:13 Müşviqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

17:13 İsraildəki “Avroviziya”ya dörd şəhər namizəddir

17:08 Rusiya azərbaycanlıları Diaspora komitəsinin işindən razıdırlar mı?

17:03 Bakının 2 rayonunun qaz təchizatı məhdudlaşdırılır

16:58 Putin və ya dünyanı öz maskası ilə heyran etmiş Moskva

16:53 Göyçaydakı körpünün dağılması ilə bağlı 7 vəzifəli şəxs həbs olundu

16:48 Türkiyədə avtobus aşdı: 25 yaralı

16:43 Ana olmağa hazırlaşan Oksana həyatını dəyişən gizli şəxsdən yazdı

16:38 Qadını alçaltdığını etiraf edən məşhur Azərbaycan şairi

16:33 Əmanətçilərin 100 milyon manata yaxın pulunu mənimsəyən bankir tutuldu

16:27 Azərbaycanlı Moskvada atasının qatilindən qisasını aldı

16:22 Böyük Britaniyada kilsə bağlandı - Quşlara görə

16:16 Tramp qalmaqallı qərarını ləğv etdi

16:11 Neftçalada 17 yaşlı oğlan özünü asdı

16:06 Kəlbəcər sakini Cavid Qurbanovdan və imkanlı şəxslərdən kömək istəyir

16:01 Rusiyada mumiya tapıldı

15:55 Azərbaycan tütün idxalını azaldıb

15:50 Paşinyanın məmur balaları və hərbi xidmətlə bağlı planı var

15:43 Moskvadan Yerevana uçan təyyarə faciədən qurtuldu

15:37 Günəşdə partlayış baş verdi

15:32 Nazirin qəbul vaxtı dəyişdi

15:25 “Devid üçün yaxşı arvad olmağa çalışıram”

15:17 “Terrorçular iyulun 4-də Menbiçin mərkəzini tərk edəcəklər”

15:06 Elçin Quliyev İran-Azərbaycan sərhədində silahlı insidentin baş verdiyi ərazidə olub

15:00 Hacı Nuran xəstəxanaya yerləşdirildi

14:55 Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb

14:45 Avropada Sorosa qarşı qanun qəbul edildi

14:40 İranlı nazir Azərbaycana gələcək

14:33 DÇ-2018: Sabahkı oyuna hakim təyinatları açıqlandı

14:26 Türkiyə yeni əməliyyata başladı

14:21 Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib

14:16 Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi

14:11 “Media klub” KİVDF-nin işini araşdıra bilər?

14:06 İmişli sakini Bakıda öz maşınını qaçırdı

14:02 Ərdoğan çətin imtahan qarşısında - Türkiyədəki seçkilərin 5 mümkün ssenarisi

13:57 “Aqrarkredit” şirkəti: “Ürəkbulanma zəhərlənmə demək deyil”

13:32 “Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”

13:27 “Avropa İttifaqı Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir”

13:22 “Keçi saqqalı mənə uğur gətirir” - Ronaldo

13:17 Sabah hava necə olacaq?

13:13 “Hüseyn elə bilirdi ki, Roza maşını ona verəcək”

13:08 “Taliban”dan növbəti hücum: 14 hərbçi öldürüldü

13:03 Azərbaycanda uşaqların ölümünə səbəb olan oyunun qurucusu tutuldu

12:58 Əli Əhmədov: “Təhsil islahatları dərinləşməkdə davam edir”

12:54 Birləşmiş Ştatların gündəlik neft hasilatı 10,9 milyon barreldir



SOSİAL

...

“Bu il 1,3 mln. nəfər təqaüdçünün pensiyası artırılıb”

Tarix 13.03.18, 15:33

Font ölçüsü : - / +
bitmap-img6

Prezident İlham Əliyev tərəfindən imzalanan Fərman və Sərəncamlarla cari ilin əvvəlindən 1 mln. 256 min nəfər pensiyaçının pensiyası,ünvanlı sosial yardım alan ailələrdəki ailə üzvlərindən ibarət olmaqla 400 min insana yönələn sosial yardımın, habelə 2018-ci il martın 1-dən 621 min nəfərə müxtəlif növ müavinətlərin (o cümlədən 60 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərinin), 846 min nəfərin əmək haqlarının artırılması təmin edilib. Bu artımlar, ümumilikdə 3 mln. 123 min nəfəri və ya respublika əhalisinin 31,55%-ni əhatə edir  və qeyd olunan sosial ödənişlər üzrə artımların təmin edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulan əlavə vəsait 600 mln. manat təşkil edir.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilə dair fəaliyyətinin yekunlarına və Fondun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclasında vurğulayıb.
 
Nazir qeyd edib ki, əvvəlcədən sistemli şəkildə aparılmış təhlillər əsasında sosial ödənişlərə edilən bu artımlar Prezident İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin ildən-ilə davam etdirilməsinin növbəti əyani təsdiqidir.
 
S. Müslümov diqqətə çatdırıb ki, dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu islahatlar dünyada, xüsusən də regionda narahatedici proseslərin davam etdiyi 2017-ci ildə də Azərbaycanda xalq-iqtidar birliyinə əsaslanan möhkəm ictimai-siyasi sabitlik zəminində dayanıqlı iqtisadi inkişafa, bütün sahələrdə yeni irəliləyişlərə səbəb olub: “Eyni zamanda, cənab Prezidentin tapşırığına uyğun olaraq, sosial proqramlar yüksələn xətlə davam etdirilib. Belə proqramlardan biri kimi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində ötən il nazirlik tərəfindən bu təbəqələrdən olan 315 nəfərə mənzillər (o cümlədən 148 nəfərə yeni inşa olunmuş binalardan mənzil, 167 nəfərə fərdi yaşayış evi) təqdim edilib. Bununla da indiyədək nazirliyin xətti ilə mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 6,1 minə çatdırılıb”.
 
S. Müslümov sosial təmin sisteminin səmərəliliyinin artırılmasının bu sistemin sosial rifahda və yoxsulluğun azaldılmasında rolunun getdikcə artmasını şərtləndirdiyini qeyd edib. “Bunun təzahürü kimi, həmin sistemin mühüm komponentlərindən olan pensiya təminatında artım dinamikası ildən-ilə artır. Ötən il də pensiyanın orta aylıq məbləği 8,4 faiz artaraq 01 yanvar 2018-ci il vəziyyətinə 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb,” – deyə S. Müslümov bildirib.
 
2017-ci ilin 01 iyulundan pensiya qanunvericiliyində dəyişikliklərin tətbiqinin ötən ilin yaddaqalan islahat tədbirlərindən olduğunu qeyd edən nazir diqqətə çatdırıb ki, bu islahat tədbiri pensiya sistemində sığorta prinsipinin əsaslı tətbiqinə imkan yaratmaqla, işləyən əhalinin sosial sığorta sistemində fəal iştirakının və pensiyalarda artımın daha da stimullaşdırılmasına şərait yaradıb. S. Müslümov bildirib ki, 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 mln. 318 min 446  nəfər əmək pensiyası alır. Onlardan 59,01%-i yaşa görə,  11,42%-i ailə başçısını itirməyə görə, 29,57%-i əlilliyə görə əmək pensiyası alanlardır: “Əgər nəzərə alsaq ki, bu gün pensiyaçılar əhalinin 13,4 faizini təşkil edir, o zaman pensiya təminatında mütəmadi artımların sosial rifahda önəmli rol oynadığını görmək olar. İqtisadi şaxələndirmənin genişlənməsi nəticəsində neftdən asılı olmadan milli iqtisadiyyatın sabit artım tempinin təmin edilməsi şəraitində ölkənin sığorta-pensiya sisteminin inkişafı da davamlı xarakter alıb. Bunun növbəti təsdiqi kimi,  2017-ci ildə Nazirlik  yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri  2016-cı ilə nisbətən 221,80 milyon manat və ya 6,98 faiz artaraq 3399,84 milyon manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,72 faiz və ya 167,45 milyon manat artaraq 2084,44 milyon manat təşkil edib. Fondun gəlirlərinin tərkibində qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarının ötən il də artması müsbət məqamlardan biri kimi xüsusi qeyd oluna bilər. Belə ki, qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,20 faizini və ya 1340,76 milyon manatını təşkil edib və bu da 2016-cı illə  müqayisədə 11,05 faiz və ya 133,38 milyon manat çox olmaqla, illik proqnoz 103,14 faiz icra olunub”.
 
Hesabat ilinin daha bir mühüm islahat tədbiri kimi, ötən il “İşsizlikdən sığorta haqqında” Qanunun qəbul olunduğunu qeyd edən S. Müslümov bildirib ki, bu Qanuna əsasən, cari ilin əvvəlindən işsizlikdən sığorta sisteminin yaradılması aztəminatlı ailələrin daha geniş şəkildə aktiv tədbirlərə cəlb olunmasına imkan yaradıb: “2016-cı ilin fevral ayından ünvanlı sosial yardım təyinatının elektronlaşdırılması bu sahədə ünvanlılığın və şəffaflığın təmin edilməsini şərtləndirib.  Eyni zamanda, cənab Prezidentin tapşırığına əsasən, aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması, onların gəlir imkanlarının artırılması tədbirlərinin xeyli genişləşdirilməsi sosial yardım proqramından asılı aztəminatlı ailələrin də sayını ildən-ilə əhəmiyyətli şəkildə azaldacaq. Ötən ilin noyabr ayından yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacağın və Reabilitasiya Müəssisəsinin fəaliyyətə başlaması sosial xidmətlərin əhatə dairəsini xeyli genişləndirib. Bu müəssisələrdə müvafiq şəxslərin  təkcə stasionar şəkildə sosial xidmətlərlə təminatı deyil, normal həyata qayıdışları məqsədilə də müvafiq işlər aparılır. Ümumilikdə sosial təminat sisteminin bütün istiqamətləri üzrə 2017-ci ildə məqsədyönlü işlər aparılıb və cari il ərzində bu sistemin daha da gücləndirilməsi və sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasında səmərəliliyin yüksəldilməsi fəaliyyətimizin əsas xəttini təşkil edəcək”.
 
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, 2017-ci ildə Fondun xərcləri 3464 mln. manat təşkil edib və bunun 3383,89 mln. manatı və yaxud 97,69%-i əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 3289,57 mln. manat,  məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə isə 94,32 mln. manat olub. Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı 2018-ci ilin 1 yanvar tarixinə ötən ilin əvvəlinə nisbətən 193 188 nəfər artaraq 3 566 745 nəfər təşkil edib. Ötən il ölkə əhalisinin 4,8%-nə və ya 482915 nəfərə (o cümlədən 384956 nəfərə (79,7 faiz) aylıq, 97959 nəfərə (20,3 faiz) birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Bundan əlavə, 60021 nəfər Prezident təqaüdləri ilə təmin olunub.
 
Fondun nəzdindəki “Məzun evi” Sosial Müəssisəsində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarından ibarət 240 nəfər şəxs yaşayır. Onların məşğulluğunun təminatı işlərinin davamı olaraq, müəssisədə ötən il  xalçaçılıq və tikiş sexləri də açılıb. Hesabat ilində 1165 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib, Fondun tabeliyindəki sosial xidmət müəssisələrində 1079 nəfər tam dövlət təminatında olub, 11025 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərilib, nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr əsasında 4100  nəfər  uşaq və müvafiq hallarda ailələri sosial xidmətlərlə təmin ediliblər. Fondun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 2017-ci ildə əlavə olaraq 350 nəfər gənc peşə kurslarına qəbul edilib, Fondun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 68 nəfər insan alveri qurbanına və 28 nəfər insan alverinin potensial qurbanına müxtəlif yardımlar göstərib. 
 
Dövlət Sosial Müdafiə Fondunun digər fəaliyyət istiqamətlərində görülən işlər də diqqətə çatdırılıb.
 
İclasda 2017-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş işlərin yekunları ətraflı müzakirə edilib. Müsbət nəticələrlə yanaşı, əhaliyə xidmət sahəsində yol verilmiş nöqsan və çatışmazlıqlardan da bəhs olunub, fəaliyyətini düzgün qurmayan vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul olunub, fəaliyyət sahələrinə dair müvafiq tapşırıqlar verilib.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


SOSİAL

design-img

Vernisaj

XİN: Qətnamələrinin icrası Minsk qrupuna həvalə edilib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru