Xəbər xətti

27 İYUN

10:46 Astara sakini narkotik vasitədən ölüb

10:40 Trampdan 6 ölkəyə tətbiq edilən qadağa ilə bağlı açıqlama

10:31 Polad Bülbüloğlu: “Bununla heç vaxt barışmayacağıq”

10:22 Atəşkəs 158 dəfə pozuldu

10:15 Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzdi

10:08 “Ağıllı” yorğan hazırlanıb - Video

10:03 Sabunçu bazarında dava: 1 yaralı

10:00 Bu gün bürcünüz nələr vəd edir?

26 İYUN

23:56 Lavrov və Tillerson arasında telefon danışığı olub

23:42 Pakistanda yanğından ölənlərin sayı 157-yə çatdı çatdı

23:34 AZAL-dan “erməni yeməyi” olayına reaksiya

23:27 Rusiyada təyyarə qəzası: pilot öldü

23:10 “Şehiç “Qarabağ”dan getməli idi”

22:56 Mançesterdə təyyarə təcili eniş edib

22:46 Qətərin XİN rəhbəri Vaşinqtona səfər edəcək

22:39 Arif Hacılı Tbilisiyə gedir

22:27 Pərpətöyünün faydaları

22:14 “Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir”

22:08 Salvador Dalinin qalıqları eksqumasiya ediləcək

21:56 Eynşteyn zəkasını belə inkişaf etdiribmiş

21:41 Ağdamda 22 yaşlı gənc bıçaqlandı

21:32 NATO: “Breksit bizə təsir etməyəcək”

21:24 Sabirabadda 33 yaşlı kişini cərəyan vurub

21:11 “Hakimiyyətə təhlükə yaradan qüvvələr daha çox hakimiyyətin içindən çıxanlardır” - Qüdrət Həsənquliyev

21:03 “Azadlıq”ın redaktoru Hollandiyadan deportasiya edilir

20:55 Akopyan: “Azərbaycanın bu addımından nəticə çıxardıq”

20:47 Lavrov: “ABŞ onları qoruyur”

20:34 Tanınmış aktyor xəstəxanaya yerləşdirilib

20:30 Yunanıstanda istilər son 10 ilin rekordunu yeniləyib

20:24 Yanğında ölənlərin sayı 157 nəfərə çatıb

20:18 Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

20:12 Azərbaycan prezidenti Polşaya rəsmi səfər edib

19:55 “Qətərin 4 ərəb ölkəsinin tələblərinə əməl etməsi çətindir”

19:40 Sevgilisi tutulan aktrisa tətilə çıxdı

19:33 “Dedim ki, qızım, bu sənə lazım olan əməliyyat deyil”

19:20 Sergey Lavrov ABŞ-ı terrorçulara göz yummaqda ittiham etdi

19:05 Trampın müsəlmanlarla bağlı qadağası ləğv edilmədi

18:55 Almaniya Ərdoğanın mühafizəçilərinə qadağa qoydu!

18:40 “Təhlükəsizlik satılıq mal deyil, onu idxal etmək olmaz”

18:33 Ermənistanda baş nazirlik uğrunda savaş qızışır

18:20 Stalin ən dahi tarixi şəxsiyyət adlandırılıb

18:12 Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib

18:05 Oksana küsülü olduğu Natavan haqda: “İstəsəm barışaram“

17:50 İranda neft emalı zavodunda yanğın – 100-ə yaxın yaralı var

17:44 “Demokratiya olmadan da illərlə yaşamaq mümkündür”

17:40 Salvador Dali qəbirdən çıxarılacaq –İspaniya məhkəməsindən gözlənilməz qərar

17:33 “Ölkədəki bütün problemlərin səbəbi investisiyaların gəlməməsidir”

17:24 Mağaza sahibi ölümcül döyüldü

17:18 CNN-də Rusiya ilə bağlı sərt senzura tətbiq olunub

17:12 Bakıda top mərmisi tapılıb

17:00 Yağış Xaçmazın və Qubanın gilas bağlarına ciddi ziyan vurub –Foto

16:56 Cəlilabadda maşıb aşıb: sürücü ölüb

16:51 BP: İran dünyanın ən zəngin qaz ehtiyatlarına malikdir

16:45 Beyonsun əkizləri hələ də xəstəxanada müalicə alırlar

16:39 “Hambruqda keçiriləcək G-20 zirvəsində “böyük fırtına” əsəcək” –Alman mediası

16:33 AŞPA-nın yay sessiyasında Pedro Aqramuntun istefası gündəliyə çıxarılıb

16:27 İraq may ayında neft ixracının həcmini 0,35% artırıb

16:21 “Ginnesin rekordlar kitabı”na düşən azərbaycanlı: “Riski çoxdur”

16:15 Aleksandr Proxanov Azərbaycanda - Foto

16:09 Restoranda qanlı olay: 11 nəfər güllələndi

16:03 “Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?”

15:58 Ermənistanlı deputat AŞPA sədrinin müavini seçilib –Foto

15:52 Ağdaşda yol qəzası baş verib, 17 yaşlı sürücü ölüb, xəsarət alanlar var

15:46 Özbəkistan uçot dərəcəsini 9%-dən 14%-ə qaldırıb

15:40 İtaliyada birinci Azərbaycan film festivalı başa çatıb

15:34 Moskva-Bakı aviareysinin sərnişinlərinə “ermənisayağı” yemək təklif edildi

15:28 Sergey Lavrov ABŞ-ı terrorçulara göz yummaqda ittiham etdi

15:22 Yunanıstanda istilər son 10 ilin rekordunu yeniləyib

15:16 “Hababam sınıfı”ndakı o səhnənin sirri 40 il sonra açıldı - Fotolar

15:10 Ağ Evdə 20 illik Ramazan Bayramı ənənəsindən niyə imtina edildi?

15:04 Qərb böyük təşviş içindədir:uşaqlar sürətlə “kötükləşirlər”

14:59 Piratlar tankerdən 1,5 milyon litr yanacaq oğurladılar

14:53 Məşhur ərəb müğənnisi hava limanında kokainlə tutuldu - Foto

14:48 Rusiya 10 qırıcısını bu ölkəyə göndərir

14:42 Bakıda tanışını bıçaqla qətlə yetirən şəxs tutulub

14:37 Türkiyədə PKK terrorçuları ilə atışmada bir hərbçi şəhid olub, biri yaralanıb

14:31 Qənirə Paşayeva Malavinin keçmiş prezidenti ilə görüşüb - Foto

14:25 Salyanda 20 yaşlı iki uşaq anası intihara cəhd edib

14:19 “Bakıdan yüz erməni əsiri apardıq Yerevana...” - Boris Pastuxov

14:13 Ruslar Stalini tarixin ən dahi şəxsi seçdilər

14:07 İki avtomobil toqquşdu: ölən və xəsarət alan var

14:02 Azərbaycan yığmasının oyunçusu Avropa Liqasında 3-cü pillədə

13:57 Xalq artisti Qəndab Quliyeva vəfat etdi

13:52 Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

13:48 “Sevgi insanı yerdən-yerə vurur” - Tünzalə

13:43 Ermənistanın dövlət büdcəsinin kəsiri 5,5 faizədək artıb

13:39 “Yol terroru” iki gündə beş can aldı

13:34 An-148 təyyarələrinin istehsalı dayandırılır

13:30 “Tezliklə qoca və xəstə OPEC-ə nekroloq yazılacaq”

13:22 Qubada ana və qızını maşın vurub - Qız ölüb

13:15 Sabah havanın temperaturu 38 dərəcəyədək yüksələcək

13:04 Model qızın ölümündə günahlandırılan həkim haqqında ilginc faktlar

12:55 Bakının “Formula 1”-lə əlaqədar bağlanan mərkəzi küçələri bu axşam açılacaq

12:48 Gənc qadın dərmandan zəhərləndi - Biləsuvarda

12:40 “Proxanovun Putin elitasına yaxınlığı onun söylədiyi fikirlərin əhəmiyyətini artırır”

12:33 Xameneyi: “Problemlərlə bağlı islam ölkələri birmənalı mövqe sərgiləməlidir”

12:26 Füzulidə iftar süfrələri təşkil olunub - Fotolar

12:20 İzmirdə bir ayda 2-ci zəlzələ

12:13 Ucarda 3 gün əvvəl çayda batan 11 yaşlı oğlanın meyiti tapılıb

12:06 Şamaxıda Silahlı Qüvvələri gününə həsr edilmiş bayram tədbiri keçirilib

11:59 Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır

11:53 Avropa İnvestisiya Bankı TAP və TANAP layihələrini maliyyələşdirə bilər

11:45 Ermənilərin Ağdamı atəşə tutması nəticəsində yanğın baş verib

11:33 Şəkidə 17 yaşlı oğlan qəflətən öldü

11:16 ABŞ-da aktiv neft quyularının sayı daha 11 ədəd artıb

11:11 DİM: 16 nəfər qaydaları pozduğu üçün buraxılış imtahanlarından xaric edilib

11:05 Qəndab Quliyevanın həkimi: “Xalq artisti süni tənəffüs aparatına qoşulub”

11:00 Rus politoloq: “ABŞ-la razılaşma heç vaxt olmayacaq”

10:54 Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək

10:45 Yəməndə vəba xəstəliyindən 1300 nəfər ölüb

10:30 “Bəzi dövlətlər bizim daxili işimizə qarışır, dini ayrı-seçkilik etmək istəyənlər var”

10:22 Dünya birjalarında neft bahalaşıb

10:15 Rusiyada meşələr yanır

10:10 Ramazan münasibətilə bayram namazı qılınıb

10:05 General-leytenant Hüseyn Rəsulbəyov - 100

10:00 Ermənistan silahlı qüvvələri atəşkəsi 155 dəfə pozub

9:00 Azərbaycan Silahlı Qüvvələr gününü qeyd edir

25 İYUN

21:55 Bakıda iş qurmaq istəyən qadınlara külli miqdarda pul “atdılar”

21:40 4 gündən sonra toyu olacaq Fahriye ilə Burak küsdü

21:33 Konfederasiyalar Kubokunda yarımfınalçılar müəyyənləşib



ANALİZ

...

“Bir qurşaq, bir yol”: Çin lideri Si Szinpinin çıxışının tam mətni

Tarix 22.05.17, 12:03

Font ölçüsü : - / +
bitmap-img6


Feniks (Çin), 19.05.2017


Hörmətli ölkə və hökumət başçıları, nazirlər və beynəlxalq təşkilatların rəhbərləri, xanımlar və cənablar, dostlar!

Yay başlananda, bütün təbiət, bitkilər boy atıb gül açaraq çiçəkləyəndə –  bu gözəl anda 100 ölkədən fəxri qonaq Pekinə toplaşıb ki, “Bir qurşaq və bir yol”un (bundan sonra “Qurşaq və yol”) inşa planını birgə müzakirə etsin. Bu hadisənin son dərəcə mühüm mənası var.

Bu gün böyük sayda adam bir yerə toplaşıb. Ümid edirəm ki, hamı diskussiyalara qatılacaq və öz fikirni sərbəst ifadə edəcək; “Qurşaq və yol”un inşasının irəliləyişi üçün hər kəs öz təklifini verəcək və bu epoxal layihəyə bütün ölkələrin xalqlarını xoşbəxt etmək imkanı verəcək.

Xanımlar və cənablar! Dostlar!

Sələflərimiz iki min il qabaq ilk cığır açanın ağır əməyini çəkib arabalarda səhra və çöllükləri keçərək quruda Asiya, Avropa və Afrikanı birləşdirən böyük İpək yolu salıblar. Əcdadlarımız uzaq gəmi səfərlərinə atılıb qorxunc sədləri və hiddətli dalğaları aşıb ki, Şərqlə Qərbi birləşdirən Dəniz ipək yolunu salsınlar. Qədim İpək yolu ölkələr arasında yeni dostluq əlaqələri pəncərəsi açıb və insanlığın inkişafında yeni fəsil yazıb. Çinin Şensi əyalətindəki Tarix muzeyində qayğı ilə qorunan “qızıl suyuna çəkilmiş bürünc ipək cəhrəsi” və İndoneziyada tapılan min il əvvəl batmış Batu-Hitam gəmisi bu tarixi dövrdən xəbər verir. On min li (bu kontekstdə çox uzaq yolu bildirən qədim Çin məsafə vahidi- tərc.) uzanan və min  il əvvəl mövcud olan, özülündə barış və əməkdaşlıq, açıqlıq və əməkdaşlıq, qarşılıqlı öyrətmə, qarşılıqlı fayda və ümumi uduş  duran yol İpək yolunun özəl ruhunu cəmləşdirib. Böyük İpək yolunun ruhu insan sivilizasiyasının ən dəyərli irsidir.

Barış və əməkdaşlıq. Eramızdan, təxminən, 140 il əvvəl Xan sülaləsi dövründə diplomatik missiya Çanan şəhərini (Çinin qədim paytaxtı, indiki Sian şəhəri) tərk edib və Şərqdən Qərbə yol salmağa başlayıb. Məşhur Çjan Tsyan “qərb torpaqları”na yollanan bu missiyanın başında idi. Tan, Sun və Yuan sülalələri dövründə İpək yolunun quru və dəniz marşrutları eyni zamanda inkişaf edib. Çin səyyahı Du Huan, italiyalı Marko Polo, mərakeşli İbn-Bətutə bu yollarda iz buraxıblar. XV əsrin başlanğıcında Min sülaləsi dönəmində məşhur Çin dəniz səyyahı Çjen He açıq okeanda yeddi gəmi səfəri həyata keçirib, öz şöhrətini min illərə buraxıb. Bu ilk cığır açanlar tarixdə səf-səf atlar və uzun nizələr hesabına yer tutmayıblar, onların ancaq dəvə karvanları və xoş niyyətləri var idi. Böyük İpək yolunun səyyahları Şərqlə Qərb arasında nəsilbənəsil barış körpüləri və əməkdaşlıq qovşağı salıblar.

Açıqlıq və əməkdaşlıq. Qədim İpək yolu Nil, Dəclə və Fərat, Hind və Qanq, Huanhe və Yantszı çaylarının hövzələrindən keçib. Böyük İpək yolu Misir, Babil, Hindistan və Çin sivilizasiyalarının beşiklərini, həmçinin buddizm, xristianlıq və islamın hökm sürdüyü əraziləri yarıb keçib. O, dərisinin rəngi bir-birindən fərqlənən xalqların yaşadığı ölkələrdən keçib. Müxtəlif sivilizasiya, din və irqlərin adamları mövcud fərqlərə baxmayaraq ümumi şeylər tapmağa çalışırdılar, onlar bir-birlərinə qarşı açıq və səbirli idilər. Onlar çiyin-çiyinə qarşılıqlı sayğı sızmış əzəmətli şerlər yazır, birgə inkişaf haqda gözəl mənzərəni əl-ələ yazıblar. Qədim Tszyutsyuan, Dunhyuan, Turfan, Səmərqənd, Bağdad və Konstantinopol şəhərləri, həmçinin qədim Ninbo, Tsyuançjou, Quançjou, Beyhay, Kolombo, Ciddə və İskəndəriyyə limanları bu gün bu tarixi dövrün sivilizasiyaların açıqlıq, xalqların isə qarşılıqlı fəaliyyət sayəsində inkişaf etdiyini bizə xəbər verən canlı abidələridir.

Qarşılıqlı öyrətmə. Böyük İpək yolu təkcə ticarət yolu deyil, həm də bilik mübadiləsinə yoldur. Çin ipəyi, çini, şirəli qab və dəmir ləvazimat Böyük İpək yolu marşrutu ilə Qərbə göndərilir, eyni zamanda Çinə istiot, ədviyyat, üzüm və nar gəlirdi. Böyük İpək yolu sayəsində buddizm, islam, həmçinin ərəb astronomiyası, təqvim sistemi və təbabət Çinə nüfuz edib. Eyni zamanda Çinin dörd böyük kəşfi və ipəkçilik dünyanın müxtəlif hissələrinə yayılıb. Daha önəmlidir ki, əmtəə və bilik mübadiləsi yeni ideyalar gətirib. Məsələn, buddizm Hindistanda meydana çıxıb, Çində çiçəklənib  və Cənub-şərq Asiyada zənginləşib. Çində doğulmuş konfutsiçilik mədəniyyəti Leybnits və Volter kimi Avropa düşünərləri arasında nüfuz qazanıb. Qarşılıqlı öyrənmənin cazibə ünsiyyəti və uğuru da bundan ibarətdir.

Qarşılıqlı səmərə və ümumi uduş. Qədim İpək yolu elçi və tacirlərin quruda və saysız-hesabsız gəminin dənizdə fasiləsiz səfərlərinin əzəmətinin şahidi olub. İstehsalatın kapital, texnologiya və insan kimi amilləri əsas arteriya ilə sərbəst yerini dəyişib; əmtəə və resurslardan birgə istifadə həyata keçirilib. Böyük şəhərlər – Almatı, Səmərqənd və Çanan, Sur və Quançjou limanları tərəqqi və inkişaf edib. Qədim dövlətlər – Roma imperiyası, Parfiya və Kuşan çarlıqları coşğun şəkildə inkişaf edib; Çin Xan və Tan sülalələri çiçəklənmə dövrünə daxil olub. Böyük İpək yolu yüksəkinkişaflı və tərəqqili bölgələr yaradıb.

Bizim ən yaxşı müəllimimiz tarixdir. Tarixin bu dövrü göstərir ki, bir-birimizdən nə qədər uzaqda yerləşsək də, ilk görüşə cəsarət toplamaq və ilk addım atmağına dəyər ki, dərhal qarşılıqlı anlaşma, birgə inkişaf yoluna girilsin və xoşbəxtlik, sakitlik və harmoniyanın hökm sürdüyü uzaq, gözəl diyarlara yol başlansın.

Xanımlar və cənablar! Dostlar!

İnsanlıq tarixi baxımdan böyük tərərqqi, böyük dəyişikliklər və dərin islahatlar dövründə yaşayır. Dünyanın çoxqütblülüyü, iqtisadi kürəsəlləşmə, ictimai informativləşmə və mədəni rəngarənglik dərindən inkişaf edir. Sülh və inkişaf tendensiyaları günbəgün güclənir, islahat və innovasiyalar qüvvə toplayır. Ölkələr arasında heç vaxt bu günki qədər sıx əlaqə, adamların ən yaxşı həyata bu cür güclü can atdığını görməmişik və çətinlikləri dəf etmək üçün insanlığın heç vaxt bu qədər çeşid-çeşid  üsulları olmayıb. Gerçəklik baxımından çağırışlarla tam dolu bir dünyada yaşayırıq. Dünya iqtisadiyyatınn yüksəlişi hərəkətləndirici yeni qüvvələr tələb edir, inkişaf daha da inklüziv (bütün zümrələri əhatə edən-tərc.) və balanslaşdırılmış olmalı, varlılarla yoxsullar arasındaklı fərq isə azalmalıdır. Bəzi bölgələrdəki qaynar nöqtələr sabitsizlik doğurur və terrorizm inkişaf edir. Barış, inkişaf və idarəçilik kasadlığı  insanlıq üçün ciddi çağırış ifadə edir. Mən həmişə bu problem haqda düşünürəm.

2013-cü ilin payızında Qazaxıstana səfər edərkən İpək yolu İqtisadi qurşağının birgə inşası, sonralar isə İndoneziyada XXI əsr Dəniz İpək yolunun birgə salınması ideyasını irəli sürdüm. Bunlar birlikdə “Bir qurşaq və bir yol” təşəbbüsünü təşkil etdi. Çin atalar sözündə deyildiyi kimi, ərik və gavalı ağacları sükutdadır, lakin altda həmişə onlara sarı uzanan cığırlar yaranır. Konsepsiyanın irəli sürüldüyü dörd il ərzində 100-dən çox dövlət və beynəlxalq təşkilat bu proqrama dəstək ifadə edib və “Qurşaq və yol”un inşasında fəal iştiraka başlayıb. BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə ona isnadlar var. Bizim səylərimiz sayəsində “Qurşaq və yol” görüşü həyata keçir və zəngin bar gətirir. Bu dörd il siyasi koordinasiyanın fasiləsiz gücləndirilməsidir. Mən dəfələrlə demişəm ki, “Qurşaq və yol”un inşası təmiz vərəqdən başlamağı deyil, artıq mövcud olan strategiyaların bağlılığı əsasında işi və bir-birini tamamlayan üstünlüklərdən istifadəni bildirir. Biz Rusiya (AİB-lə bağlılıq), ASEAN üzvləri (qarşılıqlı əlaqə və qarşılıqlı çıxış üzrə Baş plan), Qazaxıstan (Qazaxıstanın “İşıqlı yol” proqramına birləşmə), Türkiyə (“Mərkəzi dəhliz” layihəsinə bağlılıq), Monqolustan (“İnkişaf yolu” proqramına birləşmək), Vyetnam (“İki dəhliz, bir çevrə” layihəsinə birləşmə), Böyük Britaniya (Northern Powerhouse strategiyasına bağlanma), Polşa (“Kəhrəba yol” planına birləşmə) və s. kimi ölkələrlə strategiyanın uzlaşdırılmasını həyata keçirmişik. Laos, Kamboca, Myanma və Macarıstanla planların birləşdirilməsi üzrə hərtərəfli iş aparılır. Çin 40-dan çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq müqaviləsi imzalayıb, 30-dan çox ölkə ilə istehsalat gücü sahəsində çərçivə əməkdaşlığı gerçəkləşdirilir. Forumun gedişində əməkdaşlıq və fəaliyyət planları haqda yeni partiya sazişlər bağlayacağıq. 60-dan çox ölkə və beynəlxalq təşkilatla “Qurşaq və yol” çərçivəsində maneəsiz ticarət məsələsi üzrə koordinasiyanın irəliləyişinə birgə başlayacağıq. Hər bir tərəflə siyasi qarşılıqlı fəaliyyət vasitəsilə nəticələri artırmaq mümkün olacaq.

Bu, infrastrukturların daim qarşılıqlı möhkəmləndirildiyi dörd ildir. Yol inşası bütün sahələrdə tərəqqi yaradır. Biz İndioneziyada yüksəksürətli dəmiryolu, Çin-Laos dəmiryolu, Əddis-Əbəbə dəmiryolu (Efiopiya), Budapeşt (Macarıstan) – Berq (Serbiya) dəmiryolu kimi infrastruktur layihələrinin irləliləyişini sürətləndirmişik. Hvadar və Prey limanları inşa olunub, infrastrukturların qarşılıqlı əlaqəsi üzrə xeyli layihənin həyata keçirilməsi plandadır. Bu gün iqtisadi dəhlizlər – Çin-Pakistan iqtisadi dəhlizi, Çin-Monqolustan-Rusiya iqtisadi dəhlizi və yeni Avrasiya qitə körpüsü avanqardında olan kompleks infrastruktur şəbəkəsi formalaşır. Quru və dəniz yolları və informasiya magistralları şəbəkənin gövdəsini təşkil edir, şəbəkənin dayağı dəmiryolları, limanlar, boru kəmərləri və digər mühüm qurğulardır.

Bu, fasiləsiz sadələşdirmə və ticarətdə manelərin aradan qaldırıldığı dörd ildir. Çin “Qurşaq və yol”un yaradılmasına qatılan ölkələrlə birlikdə ticarət və yatırımın asanlaşmasına bütün gücü ilə şərait yaradıb, biznes  fəaliyyəti üçün şəraiti daim yaxşılaşdırıb. Mən bilirəm ki, təkcə Qazaxıstan və Orta Aasiyanın başqa ölkələri üçün kənd təsərrüfatı məhsullarına gömrükxana baxışının müddəti 90% azalıb. Çinin Yol boyu ölkələrlə ticarət həcmi 2014-2016-ci illərdə üç trilyon dolları aşıb. Çinin Yol boyu ölkələrə yatırımları 50 milyard dolları keçib. Çin müəssisələri 20-dən çox ölkədə 56 iqtisadi əməkdaşlıq zonası tikib, həmçinin, təqribən, 1,1 milyard dollar həcmində vergi mədaxili təmin edib və bu ölkələrdə 180 min iş yeri yaradıb.

Bu, kapitalın sərbəst şəkildə daim genişləndiyi dörd ildir. Maliyyə sahəsində dar yer “butılka boğazı” deyilən problemdir. Bu, qarşılıqlı əlaqələrin qurulmasında xüsusən hiss olunur. Çin “Qurşaq və yol”un yaradılmasına qatılmış ölkələr və təşkilatlarla maliyyə əməkdaşlığının müxtəlif formalarında iştirakçıdır. Asiya infrastruktur yatırımları bankı artıq “Qurşaq və Yol” çərçivəsində doqquz layihə üçün 1,7 milyard dollar məbləğində borc verib. İpək Yolu Fondunun yatırımları dörd milyard dollara çatıb. Çin və Mərkəzi və Şərqi Avropanın 16 ölkəsi “16+1” formatında ortaq maliyyə holdinqi təsis edib. Bu yeni maliyyə mexanizmləri və Ümumdünya bankı kimi ənənəvi çoxtərəfli müəssisələr bir-birini tamamlayır. “Qurşaq və yol”un çoxsəviyyəli maliyyə şəbəkəsi ümumi cizgilərdə formalaşdırılıb.

Bu, xalqlar arasında əlaqələrin möhkəmləndirildiyi dörd ildir. Adamlar arasındakı sıx təmaslardan qaynaqlanan dostluq dövlətlərarası sağlam münasibətlərin açarıdır. Biz – “Qurşaq və yol”un iştirakçı ölkələri Böyük İpək yolunun ruhunu rəhbər tutaraq intellektual İpək yolu və sağlam İpək yolunun yaradılması üzrə səylər sərf etmişik, həmçinin elm, təhsil, mədəniyyət, səhiyyə və qeyri-rəsmi təmas sahələrində əməkdaşlıq həyata keçirmişik. Bu təmaslar “Qurşaq və yol” təşəbbüsünün gerçəkləşməsi üçün etibarlı ictimai və sosial özül qurmağa kömək edib. Çin hökuməti hər il 10 min hökumət təqaüdü təqdim edir. Çinin yerli hökumətləri beynəlxalq mədəniyyət və təhsil mübadilələrinə təkan üçün “İpək yolu”nun özəl təqaüdlərini təsis edib. İnsanlar arasında İpək yolu mədəniyyəti ili, turizm ili, incəsənət festivalları, kino və telelayihələr, seminarlar və araşdırma mərkzələri arasında dialoq kimi əməkdaşlıq layihələri tərəqqi edir. İnsanlar arasında təmaslar sıxlaşıb, bu cür ünsiyyətlə qəlblər arasındakı məsafə azalır.

Bu məhsuldar nəticələr göstərir ki, “Qurşaq və Yol” təşəbbüsü dövrün meyllərinə, inkişaf qanunlarına cavab verir, bütün ölkələrin insanlarının maraqlarına uyğundur və geniş perspektivləri var.

Xanımlar və cənablar, əziz dostlar!

Biz Çində tez-tez deyirik: “Yolun başlanğıcı onun ən çətin hissəsidir”. “Qurşaq və Yol” təşəbbüsünün gerçəkləşməsi çərçivəsində ilk sanballı addım atılıb. Biz “Qurşaq və Yol” təşəbbüsünü sonrakı uğurlara apararaq səylərimizi artırmalıyıq. Bu işi apararkən sıradakı prinsipləri əsas tutmağımız lazımdır.

Birincisi, “Qurşaq və Yol”u barışa yoluna çevirməliyik. Qədim İpək yolu dinc vaxtlarda inkişaf edib, amma müharibələr vaxtı öz enerjisini itirib. “Qurşaq və Yol” planalrının gerşəkləşməsi dinc və sabit şərait tələb edir. Biz fərqli özəlliyi hamı üçün sərfəli əməkdaşlıq olan yeni tipli beynəlxalq münsibətlər formalaşdırmalıyıq. Biz qarşıdurma alyansları deyil, dialoq və dostluq əsasında tərəfdaşlıq yaratmalıyıq. Bütün ölkələr başqa dövlətlərin suverenlik, ləyaqət və ərazi bütövlüyünə, inkişaf yolları və ictimai sistemlərinə hörmət etməli, həmçinin bir-birinin əsas maraq və narahatlığını nəzərə almalıdır.

Qədim İpək yolu boyu bəzi ölkələr sahili kiseldən olan əsil süd çayı idi.  Lakin bu gün bu yerlər tez-tez münaqişə, iğtişaş, böhran və problemlərlə səsləşir. İşlərin bu cür durumuna son qoymaq lazımdır. Biz əməkdaşlıq təməlində ümumi, hərtərəfli və dayanıqlı təhlükəsizlik şəraiti yaratmalıyıq. Ədalət ruhunda vasitəçiliyə səbəb olaraq kəskin problemləri siyasi üsullarla həll etməliyik. Terrorizm simptomları və ilkin səbəbləri aradan qaldırmaqla  əksterror tədbirlərini gücləndirməliyik. Yoxsulluq, gerilik və sosial ədalətsizliyin kökünün kəsilməsinə can atmalıyıq.

İkincisi, “Qurşaq və yolu” tərəqqi yoluna çevirməliyik. Bütün problemlərin həllinin açarı inkişafdır. “Qurşaq və yol” təşəbbüsünü əməldə həyata keçirərək diqqətimizi məhz bu təməl məsələyə cəmləməli, müxtəlif ölkələrin inkişaf potensialını azad etməli, iqtisadi inteqrasiya və hamının və hər kəsin xeyrinə birgə inkişafa nail olmalıyıq.

Sənaye – iqtisadiyyatın əsasıdır. Bu sahədə əməkdaşlığı möhkəmləndirməliyik ki, müxtəlif ölkələrin planları bir-birini tamamlasın. Əsas diqqəti böyük layihələrin işə salınmasına cəmləmək gərəkdir. İstehsalat gücünün artırılması və avadanlıq hazırlanması üzrə beynlxalq əməkdaşlığı gücləndirməli, həmçinin yeni şirkətlər yaratmaq və dinamik inkişafı dəstəkləməkdən ötrü yeni sənaye inqilabınn təqdim etdiyi inkişaf üçün imkanlardan yararlanmalıyıq.

Maliyyə müasir iqtisadiyyatın qan sistemidir. Qan yalnız ahəngdar şəkildə dövr edərkən artım mümkündür. Biz dayanıqlı və həyat qabiliyyətli, riskləri məhdudlaşdıran, yatırım və maliyyələşmənin yeni modellərini yaradacaq, dövlət və özəl kapital arasında əməkdaşlığı möhkəmləndirəcək, həmçinin maliyyələşmənin şaxələnmiş sistemi və çoxsəviyyəli kapital bazarı quracaq maliyyə zəmanətləri yaratmalıyıq. Həmçinin geniş qapsamlı, ayrı-seçkiliksiz maliyyələşməni inkişaf etdirməli və maliyyə xidmətləri sistemini təkmilləşdirməliyik.

İnkişaf etmiş infrastruktur əməkdaşlıq vasitsəilə inkişafın əsasında durur. Biz yerüstü, dəniz, hava və rəqəmsal infrastrukturların birləşməsinə səbəb olmalı, diqqəti əsas dəhliz, şəhər və laiyihələrə cəmləşdirməli, həmçinin avtomobil, dəmiryolu xətləri və dəniz limanları şəbəkələrini birləşdirməliyik. “Qurşaq və yol” təşəbbüsü çərçivəsində altı əsas iqtisadi dəhlizin inşası məqsəd qoyulub və indi bunun icrasına girişməliyik. Kürəsəl energetik əlaqələri inkişaf etdirmək və ekoloyi və aşağı karbohidrogenli istehsalı irəlilətmək üçün energetika texnologiyalarında inqilab və enerji istehlakı strukturundakı yeni dəyişikliklərlə meydana çıxan imkanlardan istifadə etməliyik. Transbölgə logistika şəbəkələrini təkmilləşdirmək və siyasətlə qayda və standartlar arasında əlaqəni təmin etməliyik.



Üçüncüsü, “Qurşaq və yol”u aşkarlığa yola çevirməliyik. Aşkarlıq tərəqqiyə, təcrid isə geriliyə aparır. Ölkə üçün aşkarlıq öz baramasından çıxmağa çalışan pupa oxşayır. Bəli, ən yaxın perspektivdə çətin və əzablı  olacaq, lakin yeni həyat əzablarla doğulur. “Qurşaq və yol” təşəbbüsü açıq və asan olmalıdır, axı iqtisadi artım və tarazlaşdırılmış inkişaf yalnız bu halda mümkün olacaq.

Biz aşkar dünya iqtisadiyyatını müdafiə və inkiaşf etdirərək açıq əməkdaşlıq platforması yaratmalıyıq. Biz aşkarlıq və inkişafa şərait yaradacaq elə bir mühit qurmalıyıq ki, aşkarlıq və inkişafa şərait yaratsın, ədalətli, bərabərhüquqlu və şəffaf beynəlxalq ticarət sistemi və yatırım qaydaları formalaşdırsın. İstehsalat amillərinin nizamlı tətbiqi, resursların effektli bölgüsü və bazarın tam inteqrasiyasını təmin etməliyik. Milli şərait nəzərə alınmaqla aşkar iqtisadiyyatların inkişafı, kürəsəl idarəçiliyə qatılma və ictimai rifahın yaradılması üzrə başqa ölkələrin səylərini salamlayırıq. Biz birlikdə ümumi maraqlarla geniş cəmiyyət qura bilərik.

Ticarət – artımım mühüm mühərrikidir. Biz çoxtərəfli ticarət rejimini müdafiə etməklə azad ticarət zonalarının yaradılmasına yardım olaraq liberallaşdırma, ticarət və yatırımlara şərait yaradıb xarici aləmə ön rəysiz yanaşmalıyıq. Əlbəttə, biz həm də diqqətimizi inkişafdakı disbalans, dövlət idarəçiliyinin çətinlikləri, rəqəmsal tutum və gəlirlərin qeyri-bərabərliyindəki fərqlər kimi problemlərin həllinə yönəltməliyik ki, iqtisadi kürəsəlləşmə aşkar, hamını əhatə edən, balanslaşdırılmış və hamı üçün sərfəli olsun.

Dördüncüsü, “Qurşaq və yol”u inniovasiyalar yoluna döndərməliyik. İnnovasiyalar inkişafa təkan verən önəmli qüvvədir. “Qurşaq və yol” təşəbbüsü öz təbiəti üzrə yenidir və gerçəkləşdirilərkən innovasiyaları yeritməliyik.

İnniovasiyalı inkişafa yardım etməli və rəqəmsal iqtisadiyyat, süni intellekt, nanotexnologiya və kvant hesablama texnikası kimi öncül sahələrdə əməkdaşlığı fəallaşdırmalıyıq. Biz “böyük məlumatlar”, “dumanlı mühit” və “ağıllı” şəhərlərin inkişafına yardım etməliyik ki, onlar XXI əsrin İpək yoluna dönsün. Elm və texnologiyanı sənaye və maliyyəyə tətbiq edərək innovasiya üçün şəraiti təkmiləşdirmək və resursları birləşdirməklə onların inteqrasiyasını sürətləndirməliyik. Müxtəlif ölkələrin gəncləri üçün meydança və inkubatorlar yaratmalıyıq ki, bizim internet dövründə biznesin inkişafı və arzularının həyata keçməyinə yardım olaq.  

“Yaşıl” texnolgiyanın, aşağı karbohidrogenli iqtisadiyyat, qapalı silsilələr və gələcək tələbatların qeydiyyatının mühüm yer tutduğu ekoloji inkişafa söykənən yeni baxışları, yeni həyat və iş tərzini dəstəkləməyimiz lazımdır. Ətraf mühitin müdafiəsi və səmərəli ekosistemin yaradılmasında  əməkdaşlığın gücləndirilməsi üçün səy etmək lazımdır ki, “2030-cu ilədək dövrdə dayanıqlı inkişaf sahəsində gündəlik”də qoyulmuş hədəflərə çatılsın.

Beşincisi, “Qurşaq və yol”u müxtəlif sivilizasiyaları birləşdirən yola çevirməliyik. “Qurşaq və yol” təşəbbüsünü gerçəkləşdirməklə elə etməyə borcluyuq ki, müxtəlif sivilizasiyalar arasındakı yadlığın əvəzinə mübadilə, toqquşmaların yerinə bir-birini dərk, şəxsi üstünlük hissinin yerinə yanaşı mövcudluq gəlsin. Bu, müxtəlif ölkələr arasında qarşılıqlı anlaşma, hörmət və inamı möhkəmləndirəcək.

Mədəni və şəxslərarası mübadilənin çoxlaylı mexanizmini müəyyən etməli, əməkdaşlıq üçün daha böyük meydançalar yaratmalı və kooperasiya üçün böyük kanallar açmalıyıq…  

Xanımlar və cənablar, əziz dostlar!

Çin öz inkişafında yeni çıxış nöqtəsinə çatıb. İnnovasiyalı, ekologik, aşkar və inklüziv inkişaf konsepsiyasını əsas tutmaqla bunların bizə təklif etdiyi imkanlardan yararlanaraq iqtisadi inkikşafın yeni standartlarına uyğunlaşacaq və yönələcəyik. Biz dayanıqlı inkişafa yetmək, “Qurşaq və yol” təşəbbüsünə güclü təkan vermək və kürəsəl inkişafda yeni imkanlar yaratmaq üçün təklifin prioritei ilə fəal şəkildə struktur islahatları aparacağıq.

Çin “Dinc yanaşı yaşamağın beş prinsipi”ni əsas götürməklə “Qurşaq və yol” təşəbbüsünə qatılan bütün ölkələrlə dostluq münasibəti və əməkdaşlığı möhkəmləndirəcək. Biz inkişaf üsullarını bütün ölkələrə bölüşməyə hazırıq, lakin bununla yanaşı bu ölkələrin daxili işinə qarışmaq, sosial sistem və inkişaf modelimizi ixrac etmək və yaxud iradəmizi baqşalarına zorla qəbul etdirmək niyyətimiz yoxdur. “Qurşaq və yol” təşəbbüsünün gerçəkləşməsi prosesində köhnəlmiş geopolitik manevrlərə əl atmayacağıq. Biz qarşılıqlı sərfəli əməkdaşlığın yeni modelini qurmağa ümid edirik. Biz kiminsə hüququnu tapdalamaq və sabitliyi pozmaq niyyətində deyilik, bütün üzvlərin bir-biri ilə uyumluqda yaşadığı böyük ailə qurmağa ümidvarıq.

Çin “Qurşaq və yol” təşəbbüsünün gerçəkləşməsi çərçivəsində xeyli ölkələrlə əməli əməkdaşlıq haqda müqavilə imzalayıb. Bu sazişlər təkcə nəqliyyat, infrastuktur və energetika layihələrini deyil, həm də telekommunikasiya, gömrük nəzarəti və qarantin nəzarəti sahəsində layihələri əhatə edir. Bu sazişlər iqtisadiyyat və ticarət, sənaye, internet-kommersiya, dəniz təsərrüfatı, ekoloji yönəlik iqtisadiyyat sahəsində əməkdaşlığı da ehtiva edir. Çin dəmiryol nəqliyyatı agentlikləri başqa ölkələrdəki oxşar agentliklərlə müqavilə bağlayacaq ki, Çinlə Avropa arasında müntəzəm yük daşımaları sahəsində əməkdaşlıq möhkəmlənsin. Biz bu əməkdaşlıq layihələrini mümkün qədər er işə salmaq istəyirik ki, mümkün qədər tez nəticə gətirə bilsin.

Çin İpək yolu Fonduna əlavə 100 milyard dollar qoymaqla “Qurşaq və yol” təşəbbüsünə maliyyə dəstəyini artıracaq və biz, təxminən, 300 milyard yuan vasitəsilə maliyyə institutlarını xaricdə işgüzar əməliyyatlar aparmağa həvəsləndiririk. Çin inkişaf Bankı və İxracat-idxal bankı uyğun olaraq ümumilikdə 250 milyard və 130 milyard yuan məbləğində kreditlər verilməsi üçün özəl sxemlər hazırlayır ki, infrastruktur, istehsalat gücü və maliyyə sahəsində “Qurşaq və yol” təşəbbüsü çərçivəsində əməkdaşlığı dəstəkləsin. Bundan başqa, Asiya infrastruktur yatırımları Bankı, BRHÇC Yeni inkişaf bankı, Ümumdünya bankı və başqa beynəlxalq inkişaf institutları ilə əməkdaşlıq edirik ki, “Qurşaq və yol” təşəbbüsü çərçivəsində layihələri dəstəkləyək. Biz inkişaf layihəsinin maliyyələşdirilməsinin əsas prinsiplərini dürüstcə yığcam ifadə etmək üçün  narağı olan başqa tərəflərlə də əməkdaşlıq edəcəyik.

Çin “Qurşaq və yol” təşəbbüsünə qatılmış başqa ölkələrlə qarşılıqlı sərfəli münasibətlər qurmağa, yatırım və ticarət sahəsində prosedurları sadələşdirmək və bu təşəbbüsün iştirakçı ölkələri ilə azad ticarət şəbəkəsi yaratmağa cəhd edir. Bu səylər bölgəmizdə və bütün dünyada yüksəlişə təkan verməyə yönəlib. Çin bu forumda 30-dan çöx ölkə ilə ticarət sahəsində işgüzar müqavilə və əməkdaşlıq haqda sazişlər bağlayacaq və bu dövlətlərlə azad ticarət haqda sazişin imzalanması haqda məsələ üzrə məsləhətləşmələr keçirməyə başlayacaq.

2018-ci ildən etibarən Çində beynəlxalq China International Import Expo sərgisi keçiriləcək.

Çin innovasiyalar sahəsində başqa ölkələrlə əməkdaşlığı möhkəmləndirəcək. “Qurşaq və yol” təşəbbüsü çərçivəsində elm və texnologiya sahəsində nailiyyətlərin beynəlxalq mübadiləsi üzrə təşəbbüsü, birgə laboratoriyaların yaradılması, texnoparkların əməkdaşlığı və texnologiyaların ötürülməsi üzrə təşəbbüsləri ehtiva edən elm, texnologiya və innovasiya sahəsində Perspektiv əməkdaşlıq planının gerçəkləşdirilməsinə başlayırıq.

Ən yaxın beş ildə 2,5 min gənc xarici alimi Çinə qısamüddətli araşdırma səfəri etməyə dəvət edəcək, beş min xarici alim, mühəndis və menecerə təlim verəcək və 50 birgə laboratoriya yaradacağıq. Biz ətraf mühitin müdafiəsi üzrə böyük informasiya platforması quracağıq. “Qurşaq və yol” təşəbbüsü çərçivəsində ekoloji təmiz inkişaf üzrə beynəlxalq koalisiya formalaşdırmağı təklif edir və bu təşəbbüsün iştirakçı ölkələrinə iqlim dəyişikliklərinə uyğunlaşmada yardım təqdim edirik.



Çin “Qurşaq və yol” təşəbbüsünə qatılan inkişaf etməkdə olan ölkələrə və beynəlxalq təşkilatlara onların ölkələrində həyat səviyyəsinin yüksəlməsi üzrə layihələrin gerçəkləşdirilməyinə ən yaxın üç ildə 60 milyard yuana  yaxın yardım edəcək. Bu təşəbbüsün iştirakçı ölkələrinə iki milyard yuanlıq təcili ərzaq yardımı edəcək və “Cənub-Cənub” əməkdaşlığına yardım üçün BMT Fonduna bir milyard dollar həcmində əlavə pay verəcəyik. Çin 100 “xoşbəxt ev”, yoxsulluqla mübaruzə üzrə 100 layihə və “Qurşaq və yol” təşəbbüsünə qatılan ölkələrdə sağlamlığın müdafiəsi üçün 100 layihə işə salacaq. Çin bu təşəbbüsün iştirakçı ölkələrinə xeyir gətirəcək əməkdaşlıq layihələrinin gerçəkləşməsi üçün nüfuzlu beynəlxalq təşkilatlara bir milyard dollar təqdim edəcək.

Çin “Qurşaq və yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın möhkəmlənməsi üçün sıradakı mexanizmləri yaradacaq: forumun sonrakı tədbirlərinin əlaqələndirilməsi üçün əlaqə bürosu, Maliyyə və iqtisadi inkişaf araşdırma Mərkəzi, “Qurşaq və yol”un yaradılmasına yardım Mərkəzi, beynəlxalq inkişaf bankları ilə əməkdaşlıq edəcək Beynəlxalq maliyyə əməkdaşlığı inkişaf mərkəzi, həmçinin BVF-Çin potensialının inkişaf Mərkəzi. Biz “Qurşaq və yol” ölkələrində qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmləri, həmçinin beynəlxalq mübadilənin jurnalistika və musiqi təhsili sahəsində alyanslar kimi yeni platformalarını yaradacağıq.

“Qurşaq və yol” təşəbbüsünün təməlində qədim İpək yolu durur. Bu təşəbbüs birinci növbədə Asiya, Avropa və Afrika qitələrinə tuşlanıb, amma başqa ölkələr qarşısında da açıqdır. Asiya, Avropa və iki Amerikanın istənilən ölkəsi bu təşəbbüs çərçivəsində tərəfdaş ola bilər. Onun gerçəkləşməsi fəal və əhatəli məsləhətləşmələrlə müşayiət olunacaq və onun verdiyi üstünlüklərdən hamımız istifadə edə bilərik.

Xanımlar və cənablar, əziz dostlar!

Qədim Çin atalar sözündə deyildiyi kimi, uzun yolu yalnız addım-addım keçmək mümkündür. Bir ərəb atalar sözündə isə deyilir ki, yalnız daşı daş üstə qoymaqla ehram tikmək olar. Avropada deyirlər ki, Roma bir günə tikilməyib. “Qurşaq və yol” təşəbbüsü vaxt və məqsədyönlü səylər tələb edən geniş əhatəli başlanğıcdır. Gəlin, bu təşəbbüsü addımbaaddım gerçəkləşdirək və tədricən qoyulan hədəfə doğru gedək. Xalqlarımıza və bütün dünyaya bu cür əsil fayda gətirə bilərik.

“Bir qurşaq, bir yol” əməkdaşlığı beynəlxalq Forumunun bütün iştirakçılarına uğurlar diləyirəm!

Diqqətə görə təşəkkür edirəm.(Tərcümə Strateq.az)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

CNN-də Rusiya ilə bağlı sərt senzura tətbiq olunub

bitmap-img3

Rakurs

Maşın qiymətinə semest imtahanı – Seyidovun sələfi ADU-da “narıncı inqilab” edir?

bitmap-img3

Seçmələr

Taksi sürücüsü Artur Rasi-zadənin kortejinə belə “protiv” getdi - Video

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru