Şənbə, 19 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Azərkosmos”a sədr müavinləri təyin edildi


"Azərkosmos" ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxdıqdan sonra ona 2 sədr müavini təyin edilib


Bunlar Dunay Bədirxanov və Rövşən Rüstəmovdur.

Xatırladaq ki, D. Qəhrəmanov 2009-cu ildə Sankt-Peterburq (Rusiya) Dövlət Universitetinin "Riyaziyyat-Mexanika" fakültəsini bitirib. O, əmək fəaliyyətinə 2011-ci il aprel ayında "Azərkosmos"un Aşağı-orbitli peyk sistemlərinin inkişafı şöbəsində mütəxəssis vəzifəsində başlayıb, 2012-2013-cü illərdə Peyk mühəndisliyi sektorunda peyk mühəndisi, 2013-2016-cı illərdə Peyk və yerüstü sistemlər departamentinin Peyk əməliyyatları qrupunun rəhbəri, 2016-2018-ci illərdə isə Peyk və yerüstü sistemlər departamentinin direktoru vəzifələrində işləyib.

R.Rüstəmov isə 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını, "İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub, 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb, 2004-2012-ci illərdə NRYTN yanında "Azərpoçt" MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini, 2012-2014-ci illərdə "Azərkosmos"da korporativ idarəetmə üzrə menecer, 2014-2018-ci illərdə NRYTN yanında "Azərkosmos"un sədr müavini vəzifələrində işləyib. (report.az)

pia.az
Etiket:
loading...