Xəbər xətti

22 FEVRAL

0:56 Rusiyada 13 min 500 sayt bağlanılıb

0:48 “Google Pay” istifadəyə verildi

0:36 “Sanksiyalar Rusiya büdcəsinə 3 milyard dollar ziyan vurub”

0:27 Ukrayna: “Rusiya 50 ildən tez süqut edəcək”

0:14 “Bu futbolun yazılmayan qanunudur”

0:04 Bu gün bürcünüz nələr vəd edir?

21 FEVRAL

23:58 Peruda sərnişin avtobusu dərəyə yuvarlanıb: 44 ölü, 10 yaralı

23:41 Lənkəranda naməlum kişi meyiti tapıldı

23:37 Azərbaycan Səhiyyə Nazirliyi nəzarəti gücləndirdi

23:23 Bayram ərəfəsində 500-dək məhkum əfv edilə bilər

23:14 Rusiya “qanuni oğruları” deportasiya edir

23:07 Bakıda 200-ə yaxın pandus quraşdırılıb

22:56 Türkiyə-ABŞ münasibətləri düzəlir

22:41 Saakaşviliyə Ukraynaya daxil olmaq qadağan edildi

22:33 Teyyub Qurban vəfat etdi

22:28 Onlayn əldə edilən dərman və vitaminlər fəsadlar verə bilər

22:16 “İnsanı bu cür qocaltmaq düzgün deyil”

22:02 ABŞ kosmosda müharibəyə hazırlaşır

21:59 Lavrov Afrinə görə ABŞ-ı günahlandırdı

21:48 “Zeytun budağı” əməliyyatının son statistikası

21:35 Mingəçevirdə qadın əri tərəfindən döyülüb

21:27 Siqaret çəkmək boyun ağrılarına səbəb olur

21:14 Türkiyə - İran sərhəd keçid məntəqələri fasiləsiz işləyəcək

21:09 Putin Azərbaycan nümayəndə heyəti ilə görüşəcək

20:56 Qaxda 28 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb

20:48 “Mercedes Benz” avtomobillərini geri çağırır

20:35 Türkiyədə heyvanlara pasport veriləcək

20:29 Cəbhədə düşmən kvadrokopteri ələ keçirilib

20:14 Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

20:02 Livan prezidenti Yerevana gedib

19:55 Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilib

19:50 Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir

19:46 Avtobus dərəyə yuvarlandı: 30 ölü

19:41 Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

19:37 70-ə yaxın qanunsuz agac kəsildi

19:33 Amerikalı diplomatların gizli xəstəliyi açıqlandı

19:29 Qaxda gənc oğlan parkda bıçaqlanıb

19:25 Akademik Musa Əliyevin 110 illiyi qeyd ediləcək

19:20 Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edə bilər

19:16 Azercell Qubada təlimlər təşkil edib

19:11 “Problemli kreditlərin amnistiyası elan olunsun”

19:06 Əsəd rejimi qətliama davam edir: 300 ölü

19:03 İlham Əliyev sərəncam imzalayıb

18:58 Rəşadət Eyvazova “Əməkdar Mühəndis” fəxri adı verilib

18:52 Mübariz Qurbanlı türkiyəli səfirlə görüşüb

18:47 Üç ölkənin deputatları Ankarada toplaşır

18:40 Artur Rasi-zadə: “Ermənistan perspektivsiz siyasət aparır”

18:36 Türkiyə insansız tank istehsal edəcək

18:31 Erməni əsgər hərbi hissədə ölüb

18:27 “IdeAll - Psixologiya və İnkişaf Mərkəzi” yeni məkanda - Fotolar

18:23 Məzahir Pənahov ATƏT və Aİ rəsmiləri ilə seçkilərə hazırlığı müzakirə edib

18:17 Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac edəcək

18:12 Dünyanın ən innovativ şirkətinin adı açıqlandı

18:08 Sabahın proqnozu

18:04 Putinin qərargahına hücum edildi

18:00 Türkiyədə heyvanlara pasport veriləcək

17:54 Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir

17:48 Pakistanlı general: “Xocalıda törədilən vəhşiliklərin oxşarını görməmişəm”

17:43 Karyerasına son qoyub körpəsini böyütmək istəyir

17:38 ABŞ dünya banklarını 243 milyard cərimələdi

17:33 Bill Geyts məşhur serialda rol alacaq

17:28 Ramil Usubov qalmaqallı polis rəisini işdən çıxartdı

17:23 Şagirdlərə “2” yazılması qadağan edilə bilər

17:18 Ronaldo bu gün oynamayacaq

17:14 BP: “2030-cu illərin sonunda neftə tələbat hədsiz yüksələcək”

17:10 Xəstəlik yayan pullar dezinfeksiya edilirmi? - Mərkəzi Bankdan cavab

17:05 Keçmiş qalmaqal yenidən alovlandı

17:00 Nazirlik ağacların qanunsuz kəsilməsinə görə Baş Prokurorluğa müraciət etdi

16:56 İraqda iki türk hərbçisi həlak olub

16:50 Azərbaycan idmançısına sanksiya tətbiq edildi

16:43 Afrin–Türkiyə-İran rəqabətinin yeni cəbhəsi: Yaxşı variantlar azdır

16:35 BP: “Şahdəniz-2” layihəsi üzrə quruda tikinti işləri yekunlaşıb

16:30 1-ci sinfə qəbul zamanı uşaqlara güzəşt ediləcək

16:23 Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar cinayət işi başlanıb

16:16 Məktəbdən qayıdan şagirdi maşın vurdu

16:11 Ermənistan – Azərbaycan oyununun vaxtı dəqiqləşib

16:05 Naxçıvan gömrüklərində nə baş verir?

15:59 Sumqayıtda oğlu ilə mübahisə edən ana özünü bıçaqladı

15:59 Yaponiyalı alim öz robot-oxşarını yaratdı

15:53 Elmar Məmmədyarov Cenevrəyə səfər edəcək

15:53 “Azərbaycanla İran arasında hərbi və hərbi-texniki sahədə münasibətlər uğurla inkişaf edir”

15:46 Avrokomissar Mogerinidən Azərbaycana dair misli görünməmiş bəyanat

15:41 Yeni doğulanlar daha çox hansı ölkədə ölür? - Siyahı

15:36 “Türkiyənin Dəməşqdəki rejimlə rəsmi təmas qurması mümkün deyil”

15:31 Neçə Milli Qəhrəman var?

15:25 İlyas Yalçıntaş Bakıya gəlir

15:20 YAP imzatoplama kampaniyasını başa çatdırıb

15:14 2040-cı ildə Türkiyə əhalisinin sayı 100 milyona çatacaq

15:05 Azərbaycanda valyuta satışı kəskin azalıb

15:00 “Sanksiyalardan Azərbaycan ordusu hansısa texniki gərginlik hiss edə bilər” - Hərbi ekspert

14:55 Musiqili Teatrın həftəsonu repertuarı

14:50 Millimizin iki futbolçusu evləndi

14:45 Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirilib

14:40 ABŞ-a məxsus F-16 qırıcılarının uçuşlarının dayandırılması tələb olunub - Yaponiyada

14:35 Elkoponenin “işə saldığı” iş adamları - Onların taleyi necə olacaq?

14:30 Azərbaycanın Olimpiadadakı yeganə təmsilçisi sabah starta çıxacaq

14:26 Yəməndə difteriya bəlası - 62 nəfər ölüb

14:21 Əkrəm Əylislinin pəncərə ağzına qoyduğu kitab

14:11 Kürdlərin təmsilçisi: “Suriya Milli Qüvvələri Afrindədir”

14:06 Rusiya 16 azərbaycanlı “qanuni oğru”nu ölkədən sürgün edir

14:01 İŞİD-in “Orta Asiya cəbhəsi” ən yaxın zamanda açılmaq üzrədir

13:56 Azərbaycanın həndbol komandaları dünya reytinqindən kənarda qaldı

13:33 “Bu münaqişənin həllinə sadiqliyimizi göstərir”

13:30 Prezidentin əmisi nəvəsinə 30 sutkalıq həbs - Riyad Əliyev saxlanıldı

13:28 “Ukrayna “Peçora” C-125M zenit-raket kompleksini modernləşdirməyə başlayır”

13:24 Sabahdan Bakıda I siniflərə elektron qəbul başlayır

13:19 “Əsəd rejimi Türkiyə ordusuna qarşı bizə yardım edəcək” – PYD

13:15 Bu gün Beynəlxalq Ana dili günüdür

13:11 “Yoldaşımdan 4 yaş böyüyəm” - Elnarə

13:07 “Seçkilərə hakimiyyətin “siqnal”ı ilə qatıldığımı iddia edənlər...” - Sərdar Cəlaloğlu

13:03 DSMF Suraxanı şöbəsində dövlət vəsaitlərinin mənimsənilməsi təsdiqlənib

12:58 Nazir oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə edib

12:54 “Nataşa”ya doğru gedən Azərbaycan genefondu - SOS

12:50 Bakıda marşrut avtobusu ağır qəza törətdi: Ölən var

12:46 Azərbaycanlı zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi məlum olub

12:41 Türkiyənin hərbi gəmiləri döyüş vəziyyətinə gətirilib

12:37 Bayılda sürüşmə zonasından təxliyyə olunanlara aylıq kirayə haqqı verildi

12:33 Sabah hava necə olacaq?

12:28 Kərim: “Adımı çəkməsin, yoxsa onun üçün çox pis olar”

12:24 ABŞ prezidenti silah satışını sərtləşdirməyə çağırdı



GÜNDƏM

...

“Azərbaycanın iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməkdir”

Tarix 15.11.17, 10:29

Font ölçüsü : - / +
bitmap-img6

"Azərbaycan hökuməti adından Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini təqdim etmək mənim üçün böyük şərəfdir"

 
APA-nın məlumatına görə, bunu noyabrın 14-də Parisdə Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil edilən qəbulda çıxışında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.
 
M. Əliyeva bildirib ki, Azərbaycan 2000-ci ildən “Expo” hərəkatının fəal üzvüdür: "Bizim pavilyonlarımız son üç sərgidə - 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb. Beynəlxalq Sərgilər Bürosunun işinə sadə töhfəmizin bu cür qiymətləndirilməsindən qürur duyuruq.
 
Ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də əminəm ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir.
 
Əsrlər boyu ölkəmiz qitələrin və sivilizasiyaların kəsişməsində yerləşib. Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticari, siyasi və mədəni körpü rolunu oynayır.
 
İki min il ərzində qədim İpək Yolu bugünkü Azərbaycandan keçib. Ümumdünya Sərgisi kimi bu yol bilik və bacarıqların paylaşılması üçün əhəmiyyətli bir dəhliz olub. Bu, ölkəmizin tarixini, mədəniyyətini və tolerant imicini formalaşdırıb.
 
Əsrlər boyu Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində birgə yaşayıblar. Etnik və dini müxtəliflik və multikulturalizm sadəcə dövlət siyasətimiz deyil, eyni zamanda, bizim həyat tərzimizdir. Bu, bizim tariximizdir və günümüzün reallığıdır. Biz dünyəvi, multikultural və çoxkonfessiyalı cəmiyyətik və bundan qürur duyuruq.
 
Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Biz hazırda dünyanın üzləşdiyi bir çox ciddi problemlərin daha səmərəli həll olunmasına imkan verəcək müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan insanlar arasında daha yaxşı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaradırıq. Tariximiz və bugünkü reallıq bunun mümkünlüyünü sübut edir. Mən Azərbaycanın təşəbbüsü ilə başlanan və BMT, YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı və İSESKO kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərəm. Bu siyasətə uyğun olaraq, biz 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etdik. 2015-ci ildə keçirilən birinci Avropa Oyunları və bu ilin əvvəlində təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi digər töhfədir.
 
Xanımlar və cənablar, gələn il biz müsəlman dünyasında ilk parlamentar və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edəcəyik. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu respublika irqindən, etnik mənsubiyyətindən, dinindən, cinsindən və sosial statusundan asılı olmayaraq bütün vətəndaşlarının hüquqlarının bərabərliyinə hörmət prinsipinə əsaslanan müasir Azərbaycan dövlətçiliyinin demokratik ənənəsinin təməlini qoymuşdur. Hələ 1918-ci ildə Azərbaycan dünyada kişilərlə bərabər qadınlara siyasi hüquqlar verən, o cümlədən səsvermə hüququ verən ilk ölkələrdən biri olub.
 
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra biz dərhal müstəqil dövlət kimi mövcudluğumuza real təhlükə yaradan böyük siyasi, iqtisadi və humanitar çağırışlarla üzləşdik. Bunlardan ən ciddisi qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunmuşdur və işğal hələ də davam edir. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilməlidir və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.
 
Münaqişəyə, yeni siyasi sistemə və bazar iqtisadiyyatına keçidin yaratdığı əlavə çağırışlara baxmayaraq, Azərbaycan uğurlu inkişaf strategiyasını tətbiq edərək, zəruri siyasi və iqtisadi islahatları həyata keçirə bilib. Bu bizə müstəqilliyimizi möhkəmləndirməyə, vətəndaşlarımızın həyat səviyyəsini yaxşılaşdırmağa və Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini təmin etməyə imkan verib. Siyasi, iqtisadi və sosial sabitlik uğurlu inkişafımızın möhkəm təməlini təşkil edir.
 
Nəticədə, 2004-cü ildən 2014-cü ilədək ümumi daxili məhsulumuzun həcmi üç dəfə artdı və Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevrildi. Bu müddətdə 1 milyon 600 mindən çox iş yeri yaradıldı. İşsizliyin səviyyəsi 5 faizdir – bu, dünyada ən aşağı göstəricilərdən biridir. Həmin dövr ərzində biz yoxsulluğun səviyyəsini 40 faizdən 5 faizədək azaltmağa nail olduq. Ölkə üzrə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana və 50-dən artıq idman kompleksi inşa edildi.
 
2009-cu ildə Azərbaycan Dünya Bankı tərəfindən “Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirildi. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik İndeksi” Azərbaycanı 137 ölkə arasında 35-ci yerə layiq gördü.
 
Azərbaycan öz nadir geostrateji mövqeyindən faydalanaraq Avropa ilə Asiya arasında qarşılıqlı əlaqəni yaradan əsas tərəfə çevrildi və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən biri oldu.
 
Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, 2017-ci il oktyabrın 30-da açılışı qeyd edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi bir sıra nəhəng beynəlxalq infrastruktur layihələrinin təşəbbüskarı olub və onları həyata keçirib. Uzunluğu 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən ən qısa yoldur.
 
Bu gün biz həmçinin beynəlxalq bazarlar üçün yeni təbii qaz mənbəyi olan və Avropanın enerji təhlükəsizliyini gücləndirən, dəyəri 40 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin reallaşmasında aparıcı rol oynayırıq. Bu nümunələrin hər zaman ən böyük dəyəri - müxtəlif qitələr, ölkələr, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu, bacarıq və biliklərin mübadiləsini təşviq edən qədim İpək Yolunun bərpasına Azərbaycanın verdiyi əməli töhfəni sübuta yetirir".
 
M. Əliyeva qeyd edib ki, Azərbaycan yüksələn xətlə inkişaf edən dövlətdir və indi ölkəmizin iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək və bütün dünyanı qəbul etmək hüququnu qazanmaqdır: "Bizim “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu həqiqətən hamını narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını – texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir. “Bakı Expo 2025” sərgisində düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək.
 
Biz insanları - dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq.
 
Bakıda keçiriləcək Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək imkanı verəcək. Bu sərgi yeni bölgədə, yeni dövrdə yeni tarix yazmaq imkanı yaradacaq. Bu sərgi, həmçinin Azərbaycan xalqına bizim Beynəlxalq Sərgilər Bürosunun mümkün olan ən yaxşı tərəfdaşlarından biri ola biləcəyini nümayiş etdirmək fürsətini verəcək.
 
Təklifimiz uğurlu olarsa, Bakı bütün Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər olacaq.
 
Biz sərgi məkanının yaradılmasına və istismarına bütün lazımi vəsaiti ayırmağa, həmçinin inkişaf etməkdə olan ölkələrin sərgidə iştirakını dəstəkləməyə hazırıq.
 
Sonda Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün bizim təklifimizi dəstəkləmək məqsədilə əsas məqamları bir daha diqqətinizə çatdırmaq istəyirəm:
 
1. Bizim müxtəlif dinlərə və etnik mənşəyə mənsub olan insanlar arasında multikulturalizm və qarşılıqlı hörmət ənənələri ilə zəngin olan qədim tariximiz var.
 
2. Avropa ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən coğrafi mövqeyimiz Ümumdünya Sərgisinin keçirilməsi üçün yeni bir məkandır.
 
3. Biz siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə malik gənc müstəqil ölkəyik.
 
4. Sürətlə inkişaf edən infrastruktura malik Bakı şəhəri özündə tarixin və müasirliyin nadir qarışığını təcəssüm etdirir.
 
5. Azərbaycan turist axınının sürətlə artdığı və 90-dan artıq ölkənin vətəndaşlarına asan girişi və onlara elektron vizaların verilməsini təmin edən ölkədir.
 
6. Zəngin mətbəximiz, xoş iqlimimiz və ənənəvi qonaqpərvərliyimiz əlbəttə ki, bizim üstünlüyümüzdür.
 
Bakı sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanıdılması üçün daha bir imkan olacaq.
 
Bu, həmçinin bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaq.
 
2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir. Əgər bu şərəfə layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda və gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq".

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

BP: “2030-cu illərin sonunda neftə tələbat hədsiz yüksələcək”

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

“Karqo Şamil”in obyektlərində əməliyyat - Saxlananlar var

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru