Xəbər xətti

19 APREL

21:32 “Zəngəzur” sənədli filmi sosial şəbəkələrdə də paylaşıldı

21:26 Rusiya ABŞ-dan təzminat istəyir

21:20 Almaniya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

21:14 NASA “planet ovçusu“ peykini yola saldı

21:08 Armen Sarkisyan aksiya iştirakçılarını dialoqa çağırıb

21:02 Avropa Parlamenti Mark Sukerberqi dinləmək istəyir

20:57 “Barselona”nın Umtiti planı - 250 milyon avro

20:51 Çində böyük kriptovalyuta dələduzluğunun üstü açılıb

20:45 Tovuzda 2-ci qrup əlil özünü asdı

20:39 “Səfərə getməyə razılıq verdik” - Qurban Qurbanov

20:33 Avropa Komissiyasının prezidenti İlham Əliyevi təbrik edib

20:27 “Ərim deyirdi ki, hicab bağla, mən də ayrıldım” - Leyla

20:21 Ermənistanda həbs edilən müxalifətçilərin sayı 100-ə çatıb - Canlı

20:15 Əkrəm Həsənov: “Problemli kreditlər BOKT-larda da var”

20:09 “Ali Baş Komandan əmr verəcəyi halda…” - Şair Ramaldanov

20:03 Ermənistanda nümayişçilərlə polislər arasında toqquşma - Saxlanılanlar var

19:58 Samir Şərifov “Expo 2025”in ev sahibliyinin xərci barədə

19:54 “Müstəntiq mənə pul, ev təklif edir…” - “Alışanov işi”ndə ilginc bəyanat

19:52 Koreya lideri Əliyevi təbrik etdi

19:46 Kubokun finalına cəzalı duruma düşənlər

19:40 Bakıda tozun miqdarı 26 faizə düşüb

19:34 Derbidə bomba partladı

19:28 Kubanın yeni rəhbərinin adı məlum oldu

19:22 Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib

19:16 XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır

19:10 Stepan Danielyan: “Məmurlar da Sərkisyana inamını itirib”

19:04 Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - Video

18:59 Hakim generalla polkovnikə güzəşt etmədi

18:57 “Media Klub” yaradılıb

18:53 Üç əsrin insanı öldü: heç bir qohumu həyatda deyil

18:47 Prezident İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə edəcək

18:41 Ermənistanda polis xalq tərəfə keçir

18:35 400 minlik toy edən lift müdirinin qızı məhkəmədə dindiriləcək

18:29 NATO generalların Bakı görüşü barədə məlumat yayıb

18:23 Qonşusunun evini talayan şəxs tutuldu

18:17 Prezident Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinə sədr təyin edib

18:11 “Prezidentin fərmanı 8800 ailəyə şamil ediləcək” - Nazir

18:05 General oğlunun məhkəməsində şahid 200 manat cərimələnib

18:00 AZAL Səudiyyə və Monteneqro istiqamətində yeni reyslər açır

17:55 Daha 18 qanun dəyişəcək – Siyahı

17:49 Bakı və Abşeronda tozun miqdarı nisbətən aşağı düşüb

17:44 Nazim məhkəmənin qərarına etiraz etdi

17:38 Leyla Əliyevanın kitabı Tehranda nəşr olunub

17:33 Günəş sistemindən kənar planetlərin axtarışı üçün fəzaya teleskop göndərildi

17:29 “Həbsim qurama idi…” – Gülər Əhmədova keçmişin sirrini açır

17:24 Dollar sabah neçəyə olacaq?

17:20 Polşa prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

17:15 Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb

17:10 “İndi də məmurların “saxladıqları” qadınlar özbaşınalıq edir” - Deputat

17:05 İsrail səfirliyində Eynulla Fətullayevlə təhlükəsizlik əməkdaşları arasında qarşıdurma

17:00 “Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil”

16:55 “Əsgərə məktub” layihəsi Tərtərdə

16:50 Gerasimovla Skaparotti Bakıda görüşdü

16:43 Yunanıstan və Türkiyə müharibəyə doğru gedir

16:35 Şamaxı rayonunda hesabat yığıncağı keçirilib

16:30 “Çelsi”nin futbolçusuna sərt cəza

16:25 Türkiyədə sorğu keçirilib: Ərdoğan 55.6 faizlə liderdir… – AKP açıqladı

16:20 “Aliment fondunun yaradılması qaçılmaz zərurətdir”

16:15 Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edildi

16:10 Bakıda 3 azyaşlı yanğından xilas edildi - Yenilənib

16:05 Tovuz sakini özünü asıb

16:00 “Sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var”

15:56 Gülüstan Əliyeva əsəbiləşdi

15:52 İsrail ABŞ-ın Suriyada müharibəyə cəlb olunmasında niyə maraqlıdır?

15:47 Rusiya ABŞ-a qarşı hərəkətə keçdi – Kompensasiya tələbi qaldırıldı

15:44 “Apple” iki SİM-kartlı “iPhone” buraxacaq

15:41 Ermənistanda kütləvi həbslər davam edir – Daha 100 nəfər saxlanıldı

15:30 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıdıb

15:25 “Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq

15:20 DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

15:07 Hollivud ulduzu İlham Əliyevi təbrik etdi

15:03 Prezident İlham Əliyev Corc Buşa başsağlığı verib

14:57 Ağ evdə müzakirə: Suriyadan çəkilməli, yoxsa qalmalı?

14:53 “İqtidar komandasında yeniliklər olacaq” – Deputat

14:46 “Suriyada 1 ay öncə ruslarla çox amansız döyüşümüz oldu” – Tramp

14:40 Salyanda 5 kiloqram narkotiklə tutulan narkobaron necə azad olunub?

14:35 Ötən il Azərbaycanda 37 618 abort icra edilib

14:30 Bakıda yaşayış binası yanır

14:25 Yerevanda etirazçılar ABŞ səfirliyinə doğru hərəkət edir

14:20 Azərbaycan” Nəşriyyatı “Azərsu” ASC-ni məhkəməyə verdi

14:18 Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını açıqlayıb

14:13 “Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

14:08 “Hüquq müdafiəçisi üç polis əməkdaşına xəsarət yetirib” - DİN

14:04 Prezident NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

13:32 “Faytonçu Nazim” məhkəməni uduzdu

13:27 Şəmkir-Gədəbəy yolunda ağır qəza: Yaralılar var

13:25 “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!”

13:23 Bu gün və sabah Bakının əsas yollarında hərəkət məhdudlaşdırılacaq

13:19 Duyğularını təmizlə...

13:15 Bakıda oğurluqla məşğul olanlar tutuldu

13:11 Kəmaləddin Heydərov Atom Enerjisi Agentliyinin rəhbəri ilə görüşüb

13:07 Rusiya və ABŞ generalları yenidən Bakıdadır

13:03 Ermənistanda aksiya zamanı jurnalist döyüldü

12:58 “Aygün Kazımovaya oxşamaq istəmişik” - Pişik Günel

12:54 Qurban Qurbanov: “Futbol həmişə sürprizlərlə doludur”

12:49 Qırğızıstan hökuməti istefaya göndərildi

12:45 “Rahat” marketlər şəbəkəsi: “Yazılanlar doğru deyil”

12:41 Sərkisyan İrəvana xüsusi dəstə yeritdi – Video

12:37 Yağış yağacaq, temperatur 4-8 dərəcə enəcək - Xəbərdarlıq

12:33 ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 37 faiz yuxarıdır

12:28 Rusiyalı hərbi ekspertdən müharibə anonsu

12:24 DİM: Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik

12:19 Elçin Şıxlı: “Arada bir neçə nəfərin başı gedəcək”

12:15 “İran Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq” – İsrailli general

12:11 Azərbaycanda dələduzluq edən şəxs İnterpol xətti ilə axtarılır

12:07 Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək

12:03 “Forbes”: Vahid Ələkbərov 16,4 mlrd. dollarlıq sərvətlə Rusiyanın 4-cü ən varlı iş adamıdır

11:59 Bakı sakinindən 5 kq narkotik götürülüb

11:55 Amaliya Pənahovanın yeni görünüşü təəccübləndirdi – Foto

11:51 Ombudsmanın hesabatı aprelin 24-də Milli Məclisdə müzakirəyə çıxarılacaq

11:47 Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız

11:43 Hacıqabulda yük maşını aşdı, 30 ton sement yola dağıldı

11:39 Təhlükəli selfi: Məktəblini cərəyan vurdu

11:35 Yerevanda onlarla müxalifətçi saxlanıldı

11:31 Azərbaycan Gürcüstandan avtomobil idxalını 6 dəfəyə yaxın artırıb

11:27 Məmur olmaq istəyən yaşlı namizədlərin heç biri imtahanda uğur qazana bilməyib

11:23 İranda güclü zəlzələ oldu – 5,9 bal gücündə

11:17 Toy edənlərə xəbərdarlıq

11:13 Merkel Trampa: “Rusiyaya sanksiya dayansın”

11:08 Türk-İran yaxınlaşmasına ərəb baxışı



MÜSAHİBƏ

...

“Azərbaycandakı multikulturalizmi və tolerantlığı nümunə göstərmək olar”

Tarix 28.12.17, 13:11

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycandakı multikulturalizmi və tolerantlığı nümunə göstərmək olar” - Əli Həsənov


Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin “The Jerusalem Post” qəzetinə müsahibə verib.

PİA.AZ "Azərtac"a istinadla müəllifi beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, jurnalist Arye Qut olan müsahibəni təqdim edir.

-Müasir dövrdə dünyanın bir çox ölkələrində separatizm meyillərinin, xüsusilə də etnik separatizmin güclənməsi regional və beynəlxalq təhlükəsizliyə hansı təhdidlər yaradır? Bu problemin səbəbləri barədə nə demək olar?

-Müasir dövrdə dünyada etnik, dini, irqi və digər fərqliliklər əsasında separatizm hallarının artması regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. Etnik separatizm bir qayda olaraq, millətlərarası, bəzən dövlətlərarası, hətta mədəniyyətlərarası münaqişələr doğurur ki, onların da çoxu hərbi toqquşmalarla müşayiət olunur. Bu münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Təəssüflə qeyd etməliyik ki, Yaxın və Orta Şərqdə, Asiyanın digər regionlarında, Afrika, Avropa və Amerikada bu cür münaqişələr və qarşıdurmalar uzun illərdir davam edir.

Soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğası meydana gəldi. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an sarsıda biləcək potensial təhlükə mənbəyidir. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin ciddi təhlükəyə məruz qalmasına gətirib çıxarır. Əgər beynəlxalq birlik, aparıcı dövlətlər etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmasa, proses daha geniş xarakter alaraq planetimizin böyük hissəsini irqi, milli və dini münaqişələr meydanına çevirə bilər. Artıq milli-etnik münaqişələrin həllinə biganəlik və hətta proseslərin süni şəkildə körüklənməsi özünün acı nəticələrini Avropada – İspaniyanın Kataloniya vilayətində etnik separatizmin baş qaldırması ilə əyanı şəkildə bir daha göstərdi.

Hazırda dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir. Qeyd edək ki, bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Azərbaycanın məruz qaldığı etnik təmizləmə və işğalçılıq siyasətinin nəticələrinin və dünyanın müxtəlif regionlarında milli zəmində cərəyan edən qarşıdurmaların təhlilinə əsasən əminliklə demək olar ki, etnik separatizm heç bir halda xalqların daxili ehtiyacından deyil, müəyyən siyasi qüvvələrin məhdud mənafelərindən və beynəlxalq dairələrin mövqeyindən qaynaqlanır.

-Qeyd etdiyiniz kimi, Azərbaycan da etnik separatizmə və işğala məruz qalıb. Ermənistanın Azərbaycana qarşı yeritdiyi bu siyasətin kökündə nə dayanır?

-Ermənistanın başlıca məqsədi Azərbaycanın torpaqları hesabına öz ərazisini genişləndirməkdən ibarətdir. Əslində erməni millətçiləri uzun illərdir ki, bütün resurslarını bu istiqamətdə səfərbər ediblər. Erməni ideoloqları mifik “Böyük Ermənistan” ideyasını ortaya ataraq, ermənilərin bir neçə nəslini qonşu xalqlara qarşı nifrət ruhunda tərbiyə ediblər.

Rusiya imperiyasının süqutundan sonra, 1918-ci ildə Cənubi Qafqazda üç müstəqil dövlət - Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları yarandı. Hələ o zaman 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası İrəvanı (indiki Yerevan) yeni elan olunmuş, lakin özünə paytaxt tapa bilməyən Ermənistan Respublikasına güzəştə getdi. Buna baxmayaraq, həmin razılaşmalardakı şərtləri pozan ermənilər Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürərək, Qarabağa və başqa ərazilərə göz dikdilər.

Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri nisbətən səngiyərək fəal fazadan közərən münaqişə fazasına keçsə də, Ermənistanda tarixən yığcam şəkildə yaşayan çoxsaylı azərbaycanlının mərkəzi hökumətin əli ilə deportasiyası davam etdirildi. 1948-1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə 150 minədək azərbaycanlı Ermənistandakı öz tarixi torpaqlarından kütləvi şəkildə Azərbaycana deportasiya olundu. SSRİ-nin süqutu ərəfəsində o vaxtkı SSRİ rəhbərliyinin gizli razılığı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi məsələsi qaldırıldı. Bu proseslər fonunda Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı da öz ata-baba yurdundan zorla qovuldu, başqa sözlə, rəsmi Yerevan bir daha etnik təmizləmə həyata keçirdi. SSRİ dağıldıqdan sonra isə Ermənistan açıq silahlı təcavüzə başladı və 1992-ci ilin fevral ayında Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı Xocalı şəhərini dağıdaraq əhalisinə qarşı soyqırımı törətdi. Ermənistan işğalı davam etdirərək, Dağlıq Qarabağı və ətrafındakı daha 7 rayonu, yəni, Azərbaycanın 20 faiz ərazisini zəbt etdi. İşğal edilmiş ərazilərdə etnik təmizləmələr aparıldı və 1 milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü. Ermənistanın hərbi-siyasi dəstəyi ilə Azərbaycanın ərazisində yaradılmış qondarma “Dağlıq Qarabağ” separatçı rejiminin fəaliyyəti beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması deməkdir. BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı dörd qətnamə qəbul etsə də, onların icrasından imtina edən işğalçı Ermənistana qarşı təəssüf ki, təsirli tədbirlər görmədi. Bu günün özündə də BMT başda olmaqla, beynəlxalq hüququn prinsiplərini təmin etmək missiyasını yerinə yetirməli olan əksər təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri açıq işğal faktına seyrçi mövqe tutmaqda davam edir.

-ATƏT-in Minsk qrupu və digər təşkilatlar vaxtaşırı Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri qarşılıqlı kompromisə çağırır. Sizin buna münasibətiniz necədir?

-Hər bir münaqişədə haqlı və haqsız tərəf olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də problemin haradan yarandığı əslində heç kimə sirr deyil. Məsələyə beynəlxalq hüquq prinsiplərinə uyğun obyektiv meyarlar əsasında yanaşmaq lazımdır. Belə halda aydın olar ki, Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalmış, ərazılərinin 20 faizini itirmiş və 1 milyondan çox qaçqın və məcburi köçkün əhalisi olan bir ölkədir. İşğalçı ilə işğala məruz qalan ölkəni kompromisə çağırmağın özü səhv və təhlükəli mövqedir. Bu mövqe gələcəkdə davakar etnik separatizmi təşviq edə, digər ölkələri də işğalçılığa sürükləyə, yaxud həvəsləndirə bilər. Belə ki, 30 il bundan əvvəl Dağlıq Qarabağda başlayan separatızm dalğası bu gün İspaniya, Böyük Britaniya və başqa ölkələrə çatıb. Hazırkı dövrdə heç bir ölkə bundan sığortalanmayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Bu mövqe BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Şurasına, bütün dünya ictimaiyyətinə çatdırılıb. Azərbaycanın məsələyə yanaşması ondan ibarətdir ki, münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn normalarına əməl olunmalıdır. Yəni, Ermənistanın işğalçı qoşunları Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmalı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilməli, məcburi köçkün sakinlər öz yurdlarına qaytarılmalıdırlar. Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüququn normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində zorakı üsullara və silahlı vasitələrə əl atılması yolverilməzdir.

Əlbəttə, biz müəyyən kompromisə və problemin konstruktiv həllinə hazırıq. Bu baxımdan, Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın tərkibində əvvəlkindən daha geniş muxtariyyətin verilməsini, orada yaşayan erməni əhalisinin vətəndaş hüquqlarının, sosial-iqtisadi, mədəni haqlarının Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüququn normalarına uyğun şəkildə tam təmin olunmasına zəmanəti münaqişənin davamlı, səmərəli və ədalətli tənzimlənməsinin əsas yolu hesab edirik.

-Sizin fikrinizcə, müasir dövrdə böyük təhlükəyə çevrilmiş etnik separatizmin aradan qaldırılması, millətlərarası və dinlərarası etimadın möhkəmləndirilməsi üçün daha nə etmək lazımdır?

-Etnik separatizm regional və qlobal səviyyələrdə getdikcə daha çox təhlükə yaradan amilə, hətta mən deyərdim ki, bəlaya çevrilir. Təəssüf ki, bir çox hallarda iri dövlətlər bu bəladan öz geostrateji maraqlarını təmin etmək, başqa ölkələrin daxili və xarici siyasətini yönləndirmək üçün yararlanmağa çalışır, beynəlxalq təşkilatlar isə prinsipial mövqe nümayiş etdirə bilmirlər. Bu hal vəziyyəti daha da çətinləşdirir, etnik separatizmin radikal, davakar səviyyəyə keçməsinə rəvac verir, milyonlarla insanın faciəsinə səbəb olur. Təcrübə göstərir ki, etnik separatizm meyillərini hüququn, o cümlədən beynəlxalq hüququn gücü ilə, yəni, hamılıqla qəbul edilmiş norma və prinsiplərə söykənərək dayandırmaq mümkündür. Bunun üçün sadəcə olaraq, bütün tərəflər həm ərazisində separatizmin baş qaldırdığı dövlətin haqlarına və qanunlarına, həm də beynəlxalq hüququn tələblərinə hörmətlə yanaşmalıdırlar. Dövlət beynəlxalq hüququn əsas, həlledici subyektidir. Beynəlxalq təşkilatları yaradan da, beynəlxalq hüququn təsbit olunduğu sənədləri qəbul edən də məhz suveren dövlətlərdir. Ona görə də dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüququn başlıca prinsipidir. Heç bir halda xalqların öz müqəddəratını təyin etmək hüququ həmin müddəaya zidd şəkildə şərh oluna və ya dövlətin qanunlarının pozulması üçün arqument kimi təqdim edilə bilməz. Beynəlxalq birliyin İspaniyanın Kataloniya vilayətində baş verənlərə məhz bu mövqedən yanaşması proseslərin nəzarətdən çıxmasının qarşısını aldı, yaranmış böhranın hüquqi müstəvidə həllinə şərait yaratdı. Bu, bir daha göstərdi ki, separatizm məsələsində məhdud maraqlardan və ikili standartlardan çıxış etmək yolverilməzdir. Dünyada söz sahibi olan böyük dövlətlər və təşkilatlar vaxtilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış erməni separatizminə təəssüf ki, eyni münasibəti göstərmədilər. Baxmayaraq ki, Ermənistanla heç bir coğrafi bağlılığı olmayan Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi tələbi və ya həmin ərazinin müstəqilliyinin elan edilməsi həm beynəlxalq hüquqa, həm də Azərbaycanın qanunvericiliyinə tamamilə zidd idi.

Etnik separatizmin qarşısının alınmasına həm də hər bir ölkədə etnik, mədəni və konfessional rəngarəngliyin milli sərvət, bəşəri dəyər kimi qəbul edilməsi, müxtəlifliyin harmoniyasına nail olunması mühüm töhfə verə bilər. Bu baxımdan, Azərbaycandakı multikulturalizmi və tolerantlığı nümunə göstərmək olar. Hazırda bu bəşəri dəyərlərin təşviqi ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırılıb və cəmiyyətin həyat tərzinə çevrilib. Azərbaycan bu gün fərqli sivilizasiyalar arasında körpü rolunu oynayır. Prezident İlham Əliyev son on ildə mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın təşviqinə yönələn çox sayda təşəbbüslə çıxış edib və beynəlxalq miqyaslı tədbirlər keçirib. Ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər təşkil edilib. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, bir neçə dəfə keçirilmiş və ənənəvi xarakter alan Mədəniyyətlərarası Dialoq Forumunu, Bakı Beynəlxalq Humanitar Forumunu, ilk Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını və s. qeyd etmək olar. Xatırladım ki, 2008-ci ilin dekabrında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına İslam ölkələri mədəniyyət nazirləri də dəvət edilmiş və həmin tədbirdə sivilizasiyalar, xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülmüşdür. Ötən on il ərzində ölkədə “Bakı Prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr həyata keçirilib. Hesab edirəm ki, Azərbaycanın bu təcrübəsi başqaları üçün də faydalı ola bilər. Azərbaycan bu işə maraq göstərən dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığa həmişə hazırdır. Bununla sülhə, xalqların dinc birgəyaşayışına və qarşılıqlı anlaşmaya sanballı töhfə vermək mümkündür.

-Qeyd etdiyiniz kimi, Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməsində, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həllində dünya birliyini daha fəal olmağa çağırır. Yəqin razılaşarsınız ki, bunun üçün münaqişə və onun fəsadları barədə dünya ictimaiyyətinin məlumatlandırılması da çox vacibdir. Ölkəniz bu sahədə hansı işləri görür və nəticələr nədən ibarətdir?

-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin bütün dünya ictimaiyyətinə çatdırılması sahəsində geniş tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, ölkəmizin nümayəndələri ötən müddətdə işğal faktı və onun nəticələri, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və ədalətli həlli yolları və sair ilə bağlı bütün beynəlxalq təşkilatlarda, müxtəlif konfranslarda və mətbuat orqanlarında ətraflı məlumat verib, dövlətimizin konstruktiv və prinsipial mövqeyini ifadə ediblər. Nəticə nədən ibarətdir? Azərbaycanın üzv olduğu və ya əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlar çərçivəsində işğala son qoyulması və bu münaqişənin həlli ilə bağlı ölkəmizin haqlı mövqeyi dəstəklənib. BMT Təhlükəsizlik Şurasının münaqışəyə dair 1992-1993-cü illərdə qəbul etdiyi 4 qətnamədə Ermənistandan işğalçı qoşunlarını Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarması tələb olunub. Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, üzv olduğumuz və tərəfdaşlıq etdiyimiz digər qurumların əksəriyyəti Azərbaycan ərazilərinin işğal faktını tanıyıb, erməni işğalçı qoşunlarının torpaqlarımızdan çıxarılmasının zəruriliyini qeyd edib, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Lakin çox təəssüf ki, hazırda dünyada hökm sürən ikili standartlara görə Ermənistan bu qətnamələrə əməl etmir. Bəzi hallarda beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qərarları dərhal icra edildiyi halda, Azərbaycanla bağlı çoxsaylı sənədlər 25 ildir ki, kağız üzərində qalır. Buna görə də işğal hələ də davam edir.

Dağlıq Qarabağ münaqişəsinin ən faciəli hadisələrindən biri Xocalı soyqırımıdır. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri bu qanlı aksiya indiyədək bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı kimi daxil olub və bütün dünyada geniş əks-səda doğurub. Azərbaycan dövləti və Heydər Əliyev Fondu Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində böyük işlər görür. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il yüzdən çox ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Xocalı soyqırımı haqqında həqiqətin dünyaya çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət, müxtəlif ölkələrdə təşkil olunan konfranslar, sərgilər, mitinqlər, yürüşlər və digər tədbirlər nəticəsində dünyada erməni qəsbkarlarının insanlığa sığmayan cinayətləri haqqında getdikcə daha dolğun təsəvvür formalaşdırılır, Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən xəbərdar olan tərəqqipərvər ictimaiyyət qətliamı kəskin şəkildə pisləyir. Dünyanın 10-dan çox ölkəsi, ABŞ-ın 20-dən artıq ştatı parlament və ya hökumət səviyyəsində Xocalı soyqırımını tanıyıb. Bu sahədə fəaliyyətimiz davam edir.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Media Klub” yaradılıb

bitmap-img3

Rakurs

“Lider” şirkətindən mal əti salosu fırıldağı - Foto

bitmap-img3

Seçmələr

Ramiz Mehdiyev kadr siyasətindən yazdı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru