Xəbər xətti

19 APREL

21:26 Rusiya ABŞ-dan təzminat istəyir

21:20 Almaniya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

21:14 NASA “planet ovçusu“ peykini yola saldı

21:08 Armen Sarkisyan aksiya iştirakçılarını dialoqa çağırıb

21:02 Avropa Parlamenti Mark Sukerberqi dinləmək istəyir

20:57 “Barselona”nın Umtiti planı - 250 milyon avro

20:51 Çində böyük kriptovalyuta dələduzluğunun üstü açılıb

20:45 Tovuzda 2-ci qrup əlil özünü asdı

20:39 “Səfərə getməyə razılıq verdik” - Qurban Qurbanov

20:33 Avropa Komissiyasının prezidenti İlham Əliyevi təbrik edib

20:27 “Ərim deyirdi ki, hicab bağla, mən də ayrıldım” - Leyla

20:21 Ermənistanda həbs edilən müxalifətçilərin sayı 100-ə çatıb - Canlı

20:15 Əkrəm Həsənov: “Problemli kreditlər BOKT-larda da var”

20:09 “Ali Baş Komandan əmr verəcəyi halda…” - Şair Ramaldanov

20:03 Ermənistanda nümayişçilərlə polislər arasında toqquşma - Saxlanılanlar var

19:58 Samir Şərifov “Expo 2025”in ev sahibliyinin xərci barədə

19:54 “Müstəntiq mənə pul, ev təklif edir…” - “Alışanov işi”ndə ilginc bəyanat

19:52 Koreya lideri Əliyevi təbrik etdi

19:46 Kubokun finalına cəzalı duruma düşənlər

19:40 Bakıda tozun miqdarı 26 faizə düşüb

19:34 Derbidə bomba partladı

19:28 Kubanın yeni rəhbərinin adı məlum oldu

19:22 Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib

19:16 XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır

19:10 Stepan Danielyan: “Məmurlar da Sərkisyana inamını itirib”

19:04 Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - Video

18:59 Hakim generalla polkovnikə güzəşt etmədi

18:57 “Media Klub” yaradılıb

18:53 Üç əsrin insanı öldü: heç bir qohumu həyatda deyil

18:47 Prezident İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə edəcək

18:41 Ermənistanda polis xalq tərəfə keçir

18:35 400 minlik toy edən lift müdirinin qızı məhkəmədə dindiriləcək

18:29 NATO generalların Bakı görüşü barədə məlumat yayıb

18:23 Qonşusunun evini talayan şəxs tutuldu

18:17 Prezident Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinə sədr təyin edib

18:11 “Prezidentin fərmanı 8800 ailəyə şamil ediləcək” - Nazir

18:05 General oğlunun məhkəməsində şahid 200 manat cərimələnib

18:00 AZAL Səudiyyə və Monteneqro istiqamətində yeni reyslər açır

17:55 Daha 18 qanun dəyişəcək – Siyahı

17:49 Bakı və Abşeronda tozun miqdarı nisbətən aşağı düşüb

17:44 Nazim məhkəmənin qərarına etiraz etdi

17:38 Leyla Əliyevanın kitabı Tehranda nəşr olunub

17:33 Günəş sistemindən kənar planetlərin axtarışı üçün fəzaya teleskop göndərildi

17:29 “Həbsim qurama idi…” – Gülər Əhmədova keçmişin sirrini açır

17:24 Dollar sabah neçəyə olacaq?

17:20 Polşa prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

17:15 Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb

17:10 “İndi də məmurların “saxladıqları” qadınlar özbaşınalıq edir” - Deputat

17:05 İsrail səfirliyində Eynulla Fətullayevlə təhlükəsizlik əməkdaşları arasında qarşıdurma

17:00 “Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil”

16:55 “Əsgərə məktub” layihəsi Tərtərdə

16:50 Gerasimovla Skaparotti Bakıda görüşdü

16:43 Yunanıstan və Türkiyə müharibəyə doğru gedir

16:35 Şamaxı rayonunda hesabat yığıncağı keçirilib

16:30 “Çelsi”nin futbolçusuna sərt cəza

16:25 Türkiyədə sorğu keçirilib: Ərdoğan 55.6 faizlə liderdir… – AKP açıqladı

16:20 “Aliment fondunun yaradılması qaçılmaz zərurətdir”

16:15 Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edildi

16:10 Bakıda 3 azyaşlı yanğından xilas edildi - Yenilənib

16:05 Tovuz sakini özünü asıb

16:00 “Sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var”

15:56 Gülüstan Əliyeva əsəbiləşdi

15:52 İsrail ABŞ-ın Suriyada müharibəyə cəlb olunmasında niyə maraqlıdır?

15:47 Rusiya ABŞ-a qarşı hərəkətə keçdi – Kompensasiya tələbi qaldırıldı

15:44 “Apple” iki SİM-kartlı “iPhone” buraxacaq

15:41 Ermənistanda kütləvi həbslər davam edir – Daha 100 nəfər saxlanıldı

15:30 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıdıb

15:25 “Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq

15:20 DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

15:07 Hollivud ulduzu İlham Əliyevi təbrik etdi

15:03 Prezident İlham Əliyev Corc Buşa başsağlığı verib

14:57 Ağ evdə müzakirə: Suriyadan çəkilməli, yoxsa qalmalı?

14:53 “İqtidar komandasında yeniliklər olacaq” – Deputat

14:46 “Suriyada 1 ay öncə ruslarla çox amansız döyüşümüz oldu” – Tramp

14:40 Salyanda 5 kiloqram narkotiklə tutulan narkobaron necə azad olunub?

14:35 Ötən il Azərbaycanda 37 618 abort icra edilib

14:30 Bakıda yaşayış binası yanır

14:25 Yerevanda etirazçılar ABŞ səfirliyinə doğru hərəkət edir

14:20 Azərbaycan” Nəşriyyatı “Azərsu” ASC-ni məhkəməyə verdi

14:18 Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını açıqlayıb

14:13 “Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

14:08 “Hüquq müdafiəçisi üç polis əməkdaşına xəsarət yetirib” - DİN

14:04 Prezident NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

13:32 “Faytonçu Nazim” məhkəməni uduzdu

13:27 Şəmkir-Gədəbəy yolunda ağır qəza: Yaralılar var

13:25 “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!”

13:23 Bu gün və sabah Bakının əsas yollarında hərəkət məhdudlaşdırılacaq

13:19 Duyğularını təmizlə...

13:15 Bakıda oğurluqla məşğul olanlar tutuldu

13:11 Kəmaləddin Heydərov Atom Enerjisi Agentliyinin rəhbəri ilə görüşüb

13:07 Rusiya və ABŞ generalları yenidən Bakıdadır

13:03 Ermənistanda aksiya zamanı jurnalist döyüldü

12:58 “Aygün Kazımovaya oxşamaq istəmişik” - Pişik Günel

12:54 Qurban Qurbanov: “Futbol həmişə sürprizlərlə doludur”

12:49 Qırğızıstan hökuməti istefaya göndərildi

12:45 “Rahat” marketlər şəbəkəsi: “Yazılanlar doğru deyil”

12:41 Sərkisyan İrəvana xüsusi dəstə yeritdi – Video

12:37 Yağış yağacaq, temperatur 4-8 dərəcə enəcək - Xəbərdarlıq

12:33 ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 37 faiz yuxarıdır

12:28 Rusiyalı hərbi ekspertdən müharibə anonsu

12:24 DİM: Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik

12:19 Elçin Şıxlı: “Arada bir neçə nəfərin başı gedəcək”

12:15 “İran Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq” – İsrailli general

12:11 Azərbaycanda dələduzluq edən şəxs İnterpol xətti ilə axtarılır

12:07 Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək

12:03 “Forbes”: Vahid Ələkbərov 16,4 mlrd. dollarlıq sərvətlə Rusiyanın 4-cü ən varlı iş adamıdır

11:59 Bakı sakinindən 5 kq narkotik götürülüb

11:55 Amaliya Pənahovanın yeni görünüşü təəccübləndirdi – Foto

11:51 Ombudsmanın hesabatı aprelin 24-də Milli Məclisdə müzakirəyə çıxarılacaq

11:47 Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız

11:43 Hacıqabulda yük maşını aşdı, 30 ton sement yola dağıldı

11:39 Təhlükəli selfi: Məktəblini cərəyan vurdu

11:35 Yerevanda onlarla müxalifətçi saxlanıldı

11:31 Azərbaycan Gürcüstandan avtomobil idxalını 6 dəfəyə yaxın artırıb

11:27 Məmur olmaq istəyən yaşlı namizədlərin heç biri imtahanda uğur qazana bilməyib

11:23 İranda güclü zəlzələ oldu – 5,9 bal gücündə

11:17 Toy edənlərə xəbərdarlıq

11:13 Merkel Trampa: “Rusiyaya sanksiya dayansın”

11:08 Türk-İran yaxınlaşmasına ərəb baxışı

11:04 Bu gün Şəmkirdə Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq



MÜSAHİBƏ

...

“Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın potensialı tam reallaşdırılmayıb”

Tarix 29.12.17, 12:44

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun müsahibəsini təqdim edirik


- Bu ilin noyabrında Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin 25 illiyi tamam oldu. Ötən dövrə nəzər salsaq, iki ölkə arasında münasibətlərin inkişafını necə qiymətləndirərdiniz?

- Azərbaycan və Gürcüstan arasında münasibətlər tarixi köklərə bağlıdır. Hər iki xalq tarixən biri-biri ilə yaxın və mehriban qonşuluq şəraitində yaşayıb. 1991-ci ildə Sovet İttifaqı iflasa uğradıqdan sonra hər iki dövlət yenidən müstəqillik əldə etmək imkanı qazandı. Doğrudur, müstəqilliyin ilk illərində münasibətlərin qurulması çətin keçdi, hər iki ölkədə mövcud olan hərc-mərclik və o vaxtkı siyasi iqtidarın səriştəsizliyi buna imkan vermədi. Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması ilə Azərbaycan-Gürcüstan əlaqələri yeni mərhələyə qədəm qoydu. Ulu öndər qonşu dövlətlərlə, o cümlədən Gürcüstan ilə münasibətlərə  xüsusi önəm verdi. Həm siyasi, iqtisadi, enerji, mədəni, həm də digər sahələrdə münasibətlər inkişaf etməyə başladı. Bu inkişaf indi də davam etməkdədir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hər iki dövlət arasında əlaqələri yüksək səviyyəyə çatdırdı. İkitərəfli səfərlər, imzalanan bir  sıra sazişlər və icra olunan regional layihələr, dövlətlərin bir-birinə qarşılıqlı dəstəyi bunun bariz sübutudur. İki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu dövrdə münasibətlər yüksək səviyyədədir. Azərbaycan və Gürcüstan  strateji müttəfiqlərdir və hər iki tərəf bu münasibətləri yüksək qiymətləndirir.

- 2017-ci il Azərbaycan-Gürcüstan münasibətləri üçün hansı hadisələrlə əlamətdar oldu?

- Hər iki tərəf arasında inkişaf edən münasibətlər 2017-ci ildə də yüksələn xətlə davam edib. Sözsüz ki, ilin ən mühüm hadisəsi artıq çoxdan gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsidir. Bu ilin 30 oktyabr tarixində dəmir yolunun təntənəli açılış mərasimi keçirildi. Bu layihə region dövlətlərini həm siyasi, həm də iqtisadi cəhətdən möhkəm bağlayacaq və münasibətlərə yeni təkan verəcək. Layihə nəinki regionda, eləcə də Şərq və Qərb arasında bir körpü rolunu oynayacaq, Şərqdən Avropaya gedən yüklərin daşınmasına müsbət təsir göstərəcək. Hesablamalara görə, ilkin mərhələdə bu dəmir yolu ilə 1 milyon sərnişin və 6-7 milyon ton yükün daşınacağı nəzərdə tutulub. Gözlənilir ki, sonrakı illərdə yükdaşımaların sayında artım olacaq. Enerji sahəsində də, həmişəki kimi, bu il də “SOCAR Georgia” şirkəti Gürcüstanın qaz təchizatında əsas pay sahibi olub. Ümumiyyətlə, Gürcüstanın qazla təmin olunmasında Azərbaycanın müstəsna xidməti danılmazdır və hesab edirəm ki, yaxın dövrlərdə də belə davam edəcək.

Bu il Azərbaycan və Gürcüstan arasında iqtisadi, elmi, mədəni və digər sahələrdə tədbirlər keçirilib. Belə ki, Azərbaycanın ictimai-siyasi xadimi, yazıçı Nəriman Nərimanovun doğulduğu Tiflis şəhərində xatirə muzeyinin açılması, bir sıra rəssamlarımızın sərgilərinin təşkil olunması, Azərbaycanın tarixi və ədəbiyyatına dair bir sıra nəşrlərin təqdimatlarının keçirilməsi və s. tədbirlər ikitərəfli əlaqələrə təsirsiz ötüşməyib. Xüsusilə mədəni tədbirlər içərisində bu ilin 9 dekabr tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə Tiflis şəhərində “Canlı həyat” sərgisinin keçirilməsini göstərmək olar ki, bu hadisə Gürcüstanın sənət elitasının, şəhər sakinlərinin böyük maraq və diqqətinə səbəb olub, Leyla xanım Əliyeva və başqa gənc rəssamların əsərləri sərgiyə toplaşan insanlarda böyük təəssürat oyadıb.

-  Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın mövcud potensialı tam reallaşdırılıbmı? Hansı istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var?

- Hesab edirəm ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın potensialı tam reallaşdırılmayıb. Ancaq eyni zamanda, onu da əlavə etmək lazımdır ki, hər iki dövlətin rəhbərliyinin sərgilədiyi siyasi iradə və əməli addımlar nəticəsində bu  əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir. Gürcüstan iqtisadiyyatına ən böyük sərmayə yatıran ölkələr içərisində Azərbaycan birinci yeri tutur. Gürcüstan və Azərbaycan ərazisində hər iki dövlətin çox sayda şirkətləri fəaliyyət göstərir. Məlumat üçün bildirim ki,  bu günə qədər iki ölkə arasında 100-dən çox sənəd imzalanıb və həmin sənədlərin 50-si iqtisadi sahəni əhatə edir, 250-dən artıq gürcü şirkəti Azərbaycanda, 1200-dən artıq Azərbaycan şirkəti Gürcüstanda qeydiyyatdan keçib. Düşünürəm ki, qarşılıqlı biznesin inkişafı üçün Azərbaycan və Gürcüstan şirkətlərinin birgə fəaliyyəti və əməkdaşlığı faydalı olardı. Ona görə də bu istiqamətdə birgə tədbirlərin, forumların keçirilməsinin böyük əhəmiyyəti var. Bu ildən etibarən Gürcüstan ərazisində “Caspian European Club”, “Caspian American Club” və “Caspian Energy International Media Group”un maraqlarını təmsil edən “Caspian Energy Georgia” şirkətinin təsis olunması və bu ölkə ərazisində mütəmadi olaraq “CEO lunch”ların keçirilməsi də bu qəbildən baş tutan tədbirlərdəndir. Cari ilin 29 sentyabr tarixində keçirilmiş ilk “CEO lunch”da Gürcüstanın baş naziri cənab Giorgi Kvirikaşvili və digər dövlət rəsmilərinin iştirakı tədbirə xüsusi önəm verib. Həmçinin tədbirdə iştirak etmiş Azərbaycan və gürcü iş adamlarının ünsiyyət qurması və birgə müzakirələr aparması faydalı olub. Nəzərə almalıyıq ki, Gürcüstan hökuməti ölkə ərazisində xarici investorların çalışması və iş qurması üçün geniş imkanlar yaradır. Hesab edirəm ki, bu istiqamətdə iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrində təcrübə mübadiləsinin aparılması vacibdir. Xüsusilə son illər Gürcüstana gələn xarici turistlərin sayı artmaqdadır. Statistik məlumata əsasən bu il Gürcüstana gələn turistlərin sayı 7 milyona yaxınlaşır. Gürcüstana səfər edən turistlər eyni zamanda, Azərbaycana da səfər edir və bununla onlar regionla daha yaxından tanış olmaq imkanı qazanırlar. Düşünürəm ki, hər iki ölkə arasında birgə turizm layihələrinin həyata keçirilməsi də sözügedən sahə ilə məşğul olan Azərbaycan və gürcü şirkətlərinin maraq dairəsində olmalıdır.  

- Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi ləng irəliləyir. Mübahisəli ərazilərlə bağlı razılıq əldə olunması üçün hansı işlər aparılır? Yaxın vaxtlarda komissiyasının iclasının keçirilməsi gözlənilirmi?

- Qeyd etməliyəm ki, bu sahədə danışıqlar davam etdirilir. Bu, asan olmayan uzun prosesdir. Hələ ki yekun razılaşma əldə olunmayıb və mövcud komissiya danışıqları davam etdirir. Gələn ilin əvvəllərində Gürcüstanla danışıqların növbəti mərhələsinin keçirilməsi gözlənilir.

- Gürcüstanda Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliğatı istiqamətində səfirlik tərəfindən hansı işlər görülür və gələcək illərdə bu istiqamətdə hansı planlar var?

- Əlbəttə ki, bu, səfirliyin fəaliyyət istiqamətlərindən biridir. Bununla bağlı, bayaq qeyd etdiyim kimi, səfirliyin il ərzində keçirdiyi tədbirləri, kitab nəşrlərini nümunə gətirmək olar. Eyni zamanda, Gürcüstanda yaşayan soydaşlarımızın, gənclərin və Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin də bu istiqamətdə fəaliyyəti mühüm rol oynayır, çünki onlar da belə desək, mənəvi vətənləri olan Azərbaycanın qeyri-rəsmi elçiləridir və hər biri oxuduqları təhsil müəssisəsi və yaxud çalışdıqları təşkilat daxilində Azərbaycan həqiqətləri, tarixi, mədəniyyəti haqqında məlumatlar verməli və ölkəmizin milli-mədəni dəyərlərini tanıtmalıdır. Bu ilin noyabr ayında səfirliyin təşəbbüsü ilə səfirlikdə Gürcüstanda yaşayan, işləyən və təhsil alan azərbaycanlı gənclərlə görüş keçirdik. Həmin görüşdə Azərbaycan hökumətinin gənclər siyasətinə verdiyi önəm və bu istiqamətdə qəbul etdiyi qərarlar barədə məlumatlar verdik, eyni zamanda, gənclərin qarşılaşdığı çətinliklər və onların problemləri, qayğıları barədə faydalı müzakirələr apardıq. Həmin görüşdə mən bir daha gənclərə onları narahat edən məsələlər barədə hər zaman səfirliyə üz tuta biləcəklərini bildirərək, öz problemlərini bizimlə bölüşməyi tövsiyə etdim. Səfirlik hər zaman onları dinləməyə açıqdır. Sözsüz ki, səfirliyin ölkəmizin təbliği istiqamətində planları çoxdur və növbəti ildə də biz onları həyata keçirəcəyik. Bizi narahat edən əsas məsələ Tiflis şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının binasının acınacaqlı durumudur. Bu istiqamətdə 2018-ci ildə öz səylərimizi artıracağıq.

- Son illər Gürcüstanda yaşayan soydaşlarımızın ölkənin ictimai-siyasi həyatında fəaliyyətinə necə qiymət verərdiniz? Hazırda soydaşlarımızı narahat edən əsas problemlər hansılardır və onların həlli ilə bağlı səfirlik səlahiyyətləri çərçivəsində hansı işləri görə bilir?

- Soydaşlarımızın Gürcüstanın ictimai-siyasi həyatında fəaliyyətini səfirlik yaxından izləyir. Zənnimcə, soydaşlarımızın diqqət göstərəcəyi əsas məqam təhsil olmalıdır. Həmçinin soydaşlarımız Gürcüstan cəmiyyətinə inteqrasiya və onun bir hissəsi olmaqdan ötrü dövlət dili olan gürcü dilini mükəmməl bilməlidirlər. Azərbaycan Respublikasının Gürcüstandakı səfiri olaraq mən azərbaycanlı gənclərlə, regionlarda yaşayan sakinlərlə görüşlərim zamanı bu məsələni dəfələrlə vurğulamışam. Qeyd etmək istərdim ki, işsizlik, xüsusən də gənclərin işlə təmin olunması problemi çox aktual xarakter daşıyır. Bununla bağlı Gürcüstanda biznes fəaliyyəti ilə məşğul olan Azərbaycan şirkətlərinin soydaşlarımızın kompakt yaşadığı bölgələrdə iş qurmaları məsələyə qismən də olsa, öz faydasını verə bilərdi. Gürcüstanda yaşayan soydaşlarımızın bir araya toplanması və təşkilatlanması baxımından azərbaycanlıların sıx yaşadığı ərazilərdə Azərbaycan icmaları fəaliyyətlərini artırmalıdır. Belə ki, Gürcüstanda olan Azərbaycan icmalarının mərkəzləşmiş şəkildə fəaliyyət göstərməsi çox vacibdir.

Səfirlik il ərzində keçirdiyi ölkəmizin əlamətdar günlərində və anım tədbirlərində Azərbaycan icmasının nümayəndələrini, soydaşları dəvət edir, onların bir arada toplaşmasına şərait yaradır. Məsələn, bu yaxınlarda səfirliyin və SOCAR-ın təşkilatçılığı ilə Gürcüstanda yaşayan azərbaycanlı idmançıların beynəlxalq arenada qazandığı nailiyyətlərlə bağlı tədbir keçirildi. Həmin tədbirdə azərbaycanlı idmançıları və onların məşqçilərini bir araya toplayıb təbrik etdik, fərqlənən idmançılara tərifnamələr və hədiyyələr təqdim etdik. Hesab edirəm ki, bu cür tədbirlərin təşkili soydaşlarımıza həm mənəvi dəstəkdir, həm də əlavə stimul verir. 

- Qeyd etdiyiniz kimi, bu il Tbilisidə Nəriman Nərimanovun ev muzeyinin açılışı olub. Amma Cəlil Məmmədquluzadənin ev muzeyi illərdir ki, baxımsız və qəzalı vəziyyətdədir. Bu ilin aprel ayında səfirlik tərəfindən muzeyə baxış keçirilib. Muzeyin bərpası istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulub?

- Tiflis bir sıra Azərbaycan ədəbiyyat xadimləri və görkəmli ziyalılarımızın yaşadığı və fəaliyyət göstərdiyi şəhərdir. Mirzə Fətəli Axundzadənin, Nəriman Nərimanovun muzeyləri Azərbaycanın bir mədəniyyət ocağı kimi fəaliyyət göstərir. Ədəbiyyatımızın görkəmli nümayəndəsi Mirzə Cəlil Məmmədquluzadənin də ev muzeyinin bərpası səfirliyin diqqət mərkəzindədir. Bununla bağlı maliyyə problemləri olsa da, ümid edirəm ki, bu məsələ də tezliklə həllini tapacaq və bərpa-təmir işlərindən sonra Mirzə Cəlilin ev muzeyi də digər muzeylərimiz kimi öz qapısını ziyarətçilərin üzünə açacaq.

- Bildiyiniz kimi, gələn il Azərbaycan və Gürcüstanda ilk müstəqil respublikaların yaranmasının 100 illiyi tamam olacaq. Azərbaycan Demokratik Respublikasının elan olunduğu Tbilisidə yubileyə həsr olunmuş tədbirlərin təşkili nəzərdə tutulubmu?

- Bu il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi bağlı müvafiq sərəncam verib. Sərəncama əsasən xarici ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən tədbirlər keçiriləcək. Bununla bağlı müvafiq Tədbirlər Planının işlənib hazırlanması tapşırılıb. Həmçinin Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi tərəfindən Tədbirlər Planı tərtib olunub və Plana uyğun olaraq 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi bağlı yalnız İstiqlal Bəyannaməsinin qəbul olunduğu Tiflis şəhərində deyil, həmçinin ölkənin digər bölgələrində geniş, silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

- Dekabrın 21-də Gürcüstana səfir təyinatınızın bir ili tamam oldu. Sizin rəhbərliyiniz altında səfirliyin 1 illik fəaliyyətini necə qiymətləndirirsiniz?

- İlk növbədə qeyd edim ki, Gürcüstan kimi əhəmiyyətli bir ölkəyə səfir təyinatım cənab prezident tərəfindən göstərilən yüksək etimaddır və bu etimadı doğrultmaq  və mənə həvalə olunmuş bu şərəfli və olduqca məsuliyyətli missiyanı ləyaqətlə yerinə yetirmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Azərbaycan Respublikasının Gürcüstandakı səfiri kimi fəaliyyət göstərdiyim bir il ərzində iki dövlət arasında əlaqələr intensiv olub. Belə ki, dövlət rəsmilərinin yüksək səviyyəli qarşılıqlı səfərləri, keçirilmiş beynəlxalq tədbirlərdə nümayəndə heyətlərinin iştirakı, imzalanmış sazişlər, tərəflər arasında faydalı fikir mübadiləsinin aparılması və s. məsələlərdə aktivlik müşahidə edilib. Münasibətlərin bugünkü durumu əlaqələrin yüksək olmasından xəbər verir və inanıram ki, növbəti il – 2018-ci ildə də bu əlaqələrin inkişaf dinamikası davam edəcək. İşin qiymətləndirilməsinə gələndə, bunu biz yox, ilk növbədə ölkə rəhbərliyi və Xarici İşlər Nazirliyi verəcək. Lakin şəxsən hesab edirəm ki, qarşıda görüləsi çox işlər var və bunun üçün gücümüzü səfərbər etməli, hədəflədiyimiz məqsədlər naminə səylərimizi əsirgəməməli, nailiyyətlər əldə etmək üçün ardıcıl və sistemli şəkildə fəaliyyət göstərməliyik. 

Fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, eləcə də yeni təqvim ili münasibətilə soydaşlarımızı təbrik edir, onların hər birinə möhkəm cansağlığı, ailə səadəti, işlərində uğurlar və firavan həyat arzu edirəm.(APA)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Media Klub” yaradılıb

bitmap-img3

Rakurs

“Lider” şirkətindən mal əti salosu fırıldağı - Foto

bitmap-img3

Seçmələr

Ramiz Mehdiyev kadr siyasətindən yazdı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru