Xəbər xətti

23 FEVRAL

15:56 Tbilisidə Sorosun müqəvvası yandırılıb

15:52 Azərbaycanda internet istifadəçilərinin 66%-i spamla qarşılaşır

15:49 Rus polis azərbaycanlı qadını döydü

15:45 Mikayıl Cabbarov vətəndaşlarla görüşəcək

15:42 Azərbaycanda tələbələrə təhsil kreditinin ayrılması mümkün olacaq?

15:41 Yaponiyada səfirliyə od vurdular

15:37 Bakıdakı həkimlər rayonlara ezam olunur - Səbəb

15:33 İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirildi

15:29 Nazir və generala ağır itki

15:24 Azərbaycanda yeni medal təsis edilib

15:18 “Bitcoin”lər pulsuz satıldı

15:15 Bakıda 24 mindən çox uşaq 1-ci sinfə qəbul olunub

15:11 Hüsnü Mahalli: “Türkiyə Əsədlə razılığa gəlsə, hər şey həll olunar”

15:07 Azərbaycanda standartlaşdırma üzrə milli proqram hazırlanacaq

15:01 Tələbə ailəsinin qətlini sifariş verdi

14:56 Rusiyalı jurnalistin adı XİN-in “qara siyahı”sından çıxarılıb

14:53 Tramp Koreyaya gedib

14:49 Bakıda 10 evi su basdı

14:45 Səbail rayonunda Xocalı faciəsinin ildönümü anılıb

14:42 “Vəkillərin sayını Avropa standartlarına çatdırmaq lazımdır”

14:37 XİN-dən Niderland parlamentinə etiraz

14:33 Avroliqada irqçilik qalmaqalı

14:29 Əli Hüseynli: “1500-ə yaxın şəxs həbsdən azad ediləcək”

14:25 “Mən varam” deyən və insanları etiraza təhrik edən “şeytan”

14:20 Sərnişin və yük daşımaları ilə bağlı dəyişikliklər təsdiq olundu

14:16 Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

14:11 Deputatdan soyadların milliləşdirilməsi barədə növbəti təklif

14:08 Deputat quzuların kəsilməsinə qarşı çıxdı

14:05 Şərqi Qutada Əsəd, Rusiya və İran terrorunun dəhşətləri öz zirvəsinə çatıb

14:02 Sabahın hava proqnozu

13:59 Dopinq qalmaqalı: İdmançılarımızın medalları geri alına bilər

13:54 Ərdoğan Pentaqon rəsmisini əxlaqsız adlandırdı

13:49 Gömrükdə ov bıçağı müsadirə edildi

13:45 Nura Suri: “Qadın belə xəyanətkar olmaz”

13:42 Spiker: “Azərbaycanda böyük əfv gözlənilir”

13:38 Ermənilərin Xocalı faciəsi

13:34 “Alpinistlərin tapılması üçün bütün vasitələr səfərbər olunub”

13:30 Sabiri necə tənqid etməli?

13:26 Qaçırdığı maşınla arvadını və uşaqlarını yasa apardı

13:21 Səməd Səmədov: “24 yaşında oğlum dünyasını dəyişib”

13:17 Allahşükür Paşazadə Vyanaya gedir

13:13 Ayaz Mütəllibov: “Xocalını çəkməyi Çingizə mən tapşırdım”

13:11 Abid Şərifov: “Nazirlər Kabineti 25 nəfəri ölümdən xilas etdi”

13:08 Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur”

13:05 Anası ölən uşaqdan niyə utanırdım

13:01 Vətəndaşlarının bir ildə aldığı dolların həcmi açıqlanıb

12:58 “Neftçi”nin ermənisi: “Bakı üçün darıxıram”

12:54 Dünyanı qarşıdakı 10 ildə gözləyən təhlükələr

12:50 Avropa Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat verəcək

12:46 İlham Əliyev: “Ölkəmizdə yeddi yeni aeroport inşa edilib”

12:43 Oqtay Əsədov Fəttah Heydərovu təbrik etdi

12:38 Tacir Şahmaloğlu Fədayə Laçından danışdı

12:35 Bakıda 1 yaşlı uşağın qarnına mil batdı

12:30 “Mehriban Əliyeva ona həvalə olunmuş vəzifələri uğurla həyata keçirib”

12:26 “Uşaqlara Tufan, Sunami və Qazax adını qoymaq üçün müraciətlər edilib”

12:21 Rusiya səfirliyində 400 kq kokain aşkarlanıb

12:17 “Tramp hal-hazırda öz dövlətinin marağından daha çox İsrailin mövqeyin müdafiə edir” - Politoloq

12:13 İranın müdafiə naziri: “Azərbaycanın bizim üçün xüsusi yeri var”

12:08 Xoşqədəm: “Onu yaxınlarının yalvarışlarına görə bağışlayıram”

12:05 “Bəzi əldə qayırma şirkətlər kütləvi sənaye terroru ilə məşğuldurlar”

12:02 “AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada

11:57 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

11:54 Kəmaləddin Heydərov Lənkəranda qəbul keçirəcək

11:49 PKK liderləri toplantı sırasında vuruldu

11:46 Arif Əsgərovun baldızı oğlu məhkəmə zalından həbs edildi

11:43 AzTV sədrini öldürmək istəyən şəxslərin məhkəməsi başlayıb

11:40 Dünyanın ilk rəssamları neandertal insanlar olub

11:36 Lavrovdan Suriya ilə bağlı yeni qətnaməyə şərh

11:33 KXCP-də gərginlik: Mirəlioğlu - Gülalıyev qarşıdurması

11:29 Türkiyə Əsəd ordusuna zərbələr endirib

11:25 Fransa prezidenti tamaşada oynayacaq

11:22 YAP imzaları MSK-ya təqdim edib

11:18 Xocalı

11:13 “PAZ” kosmosa göndərildi - Video

11:08 Şəmkirdə sərnişin taksi sürücüsünü öldürüb

11:04 Xalq artisti televiziya aparıcılarını təhqir etdi

11:01 “Ermənilər Lələtəpəni qaytarmaq istəsə, yeni mövqeləri itirəcəklər”

10:55 Əfvin hansı ayda imzalanacağı dəqiq deyil

10:50 Sürətli yemək piylənmə riskini artırır

10:46 Dəb ədəbiyyatı: Dəbiyyat

10:41 Avstraliya baş nazirinin müavini istefa verib

10:37 Əli Həsənov: “Bir çox şəhər və kəndlər xarabalığa çevrildi”

10:32 Bu gün Milli Məclisdə 19 məsələ müzakirə ediləcək

10:28 Bakıda bu film yayımdan qaldırıldı

10:24 “Münaqişənin həlli ilə bağlı nikbin yanaşmalar görürük”

10:20 “Ermənilər Sovet rəhbərliyinin razılığını almışdı”

10:16 Prezident “Boeing” şirkətinin rəhbərini qəbul edib

10:12 Beyləqanda yol qəzası: 2 ölü, 3 yaralı

10:08 Bakıda kütləvi dava: 3 yaralı

10:04 Leyla Əliyeva Xocalı faciəsinin ildönümü ilə bağlı tamaşanın təqdimatında iştirak edib

10:00 Siyəzəndə iki yük avtomobili toqquşub

9:56 1997-сi ildə müxalifət lideri Etibar Məmmədov öldürüləcəkmiş?

9:52 Xocalı faciəsinin şahidi: “Ərimin ürəyini diri-diri çıxartdılar...”

9:48 İnterpol qətl törədən şəxsi axtarışa verdi

9:44 Atəşkəs rejimi 122 dəfə pozulub

9:44 Sumqayıtda avtomobil gənc oğlanı vuraraq öldürüb

9:39 Zakir Həsənov Qırmızı ordunun yubileyinə qatılmadı

9:34 Bosfor bağlandı, hərəkət durdu

9:30 Neft ucuzlaşıb

9:25 Bu gün Avropa Liqasının püşkatma mərasimi keçiriləcək

9:21 “Afrindəki hadisələr diqqəti İŞİD-lə mübarizədən yayındırır”

9:17 ATƏT-in xüsusi missiyası seçkiyə görə Bakıya gəldi

9:13 Vaşinqton: Türkiyə ilə münasibətlərimizdən əminik

9:09 Parlament seçkiləri də erkən keçiriləcək - iddia

9:05 ABŞ Konqres üzvü 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib

9:01 Azərbaycanın korrupsiya indeksi: 180 ölkə arasında 122-ci sıra...

0:40 Çində Yeni il şənlikləri 51 nəfəri “yandırdı”

0:29 İran hədələdi: “Nüvə razılaşmasını tərk edəcəyik”

0:15 “Boko Haram” 111 məktəbli qızı qaçırdı

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 FEVRAL

23:55 Mahmud Abbas ABŞ-da xəstəxanalıq oldu

23:47 Azərbaycanda 877 tələbə bir ali məktəbdən digərinə köçürüldü

23:41 Alişan əməliyyat olunacaq

23:30 Hollandiya “erməni soyqırımı”nı tanıdı

23:19 Beyləqanda ağır yol qəzası: 2 ölü, 3 yaralı

23:06 “Qarabağda erməni muxtariyyətinin yaradılması başlanğıc nöqtəsi oldu”

22:55 Putin müdafiə nazirləri ilə görüşdü

22:50 Türkmənistanda un və çörək böhranı…

22:43 Bitkoinin qiyməti yenidən 10 min dollardan aşağı düşüb

22:35 “Nə etsələr də, biz dünyanın 10 ən böyük dövlətindən biri olacağıq”



ANALİZ

...

“Azərbaycan heç zaman İranın Vaşinqtonun hədəfində olmasını istəməz”

Tarix 19.06.17, 10:18

Font ölçüsü : - / +
bitmap-img6


Sülhəddin Əkbər: “İran məsələsinin gündəmə gəlməsi Azərbaycan məsələsinin də gündəmə gəlməsi deməkdir”


ABŞ prezidenti Donald Tramp Mayamidə öz tərəfdarları qarşısında çıxışında sələfi Barak Obamanın Kuba və İranla bağlı son illərdə yürütdüyü siyasəti kəskin tənqid edib və onun imzaladığı sazişlərin əksəriyyətindən imtina edib.

Yada salaq ki, Barak Obama dönəmində istər İran, istərsə də Kuba ilə siyasi dialoq, sanksiyalar məsələsində ABŞ Konqresindəki respublikaçılar sərt mövqedə olublar. Hətta respublikaçı çoxluq “Altılığ”ın İranla iki il öncəki məlum anlaşmasını sabotaj eləməyə, sıfırlamağa çalışmışdı. İndi artıq ABŞ-ın respublikaçı prezidenti kimi D.Tramp da eyni mövqe sərgiləyir. Çıxışından açıq görünür ki, yeni prezident ABŞ-ı Kuba və İranla “soyuq müharibə” dönəminə qaytarmağa çalışır.

Venesuela, Kuba və İran rejimlərini təhdid edən Tramp bəyan edib ki, bu ölkələrə qarşı əvvəlki sanksiyalar, blokada qüvvədə qalacaq: “Mən əvvəlki administrasiyanın qərarını ləğv edirəm. Qərarım dərhal qüvvəyə minir”, - deyə o vurğulayıb. Tramp İrana qarşı yeni sanksiyaların qəbul ediləcəyini, hədəfində İranın olacağını da bəyan edib. Bir gün öncə isə ABŞ Senatı Rusiya ilə yanaşı, İrana qarşı da sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edib.

Ekspertlərə görə, cənub qonşumuz İranın hədəf alınması və ona qarşı yeni sanksiyaların tətbiqi qonşu ölkə kimi Azərbaycanı regionda daha çevik və həssas siyasət aparmaq, İranın maraqlarına daha diqqətli yanaşmaq, hətta seçim qarşısında qoya bilər. Beləliklə, getdikcə məlum olur ki, Barak Obama hakimiyyətinin son illərində İranla münasibətlərin yumşaldılması strategiyasının üstündən prezident Donald Tramp xətt çəkməkdə israrlıdır. ABŞ Barak Obama hakimiyyətinin son illərindən öncəki on illər ərzində tutulan siyasi xəttə-İranla konfrantasiya xəttinə qayıdır. Bu siyasətə qayıdışın isə təkcə İrana deyil, ətraf ölkələri də müxtəlif formalarda təsir edəcəyini ekspertlər vurğulayırlar. Azərbaycanın İranla sərhəd qonşusu, sıx əlaqələri olduğunu nəzərə alsaq, ABŞ-ın İranı yenidən sərt şəkildə hədəfə almaq siyasətinə qayıdışının xeyirimizə, yoxsa zərərimizə olacağı sualı aktuallaşır.

Politoloq Qabil Hüseynli bu mövzuda “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan heç zaman İranın Vaşinqtonun hədəfində olmasını istəməz: “Bunun birinci səbəbi ondan ibarətdir ki, İran qonşu dövlətdir və bizi həmin ölkə ilə tarixi, mədəni, dini bağlar bağlayır. İkincisi ondan ibarətdir ki, orada 35 milyona yaxın soydaşlarımız yaşayır. Yəni hədəfdə sanki həm də bizim soydaşlarımız olacaq. Üçüncüsü, Trampın bu siyasəti heç də dəqiqliklə dünya reallıqlarını özündə əks etdirmir. İrana qarşı sanksiyaların bir qismi götürülmüşdü və İran sanki dünyaya açılmağa başlamışdı. İndi təzədən İranla münasibətlərin əvvəlki gərginliyə qaytarılması yaxın Şərqi həddindən artıq təlatümlərə gətirib çıxaracaq. Heç bir dövlət istəməz ki, qonşuluğunda müharibə alovlansın. Çünki o alovun sıçrama ehtimalı böyükdür. Vaşinqtonun İrana qarşı düşündüklərinin içində rejim dəyişikliyi məsələsi, hətta hərbi müdaxilə variantı da var. Bu, xeyli qaçqınlar ordusu yarada bilər. Bundan əziyyət çəkən əsas ölkələrdən biri məhz Azərbaycan olar. İrana qarşı güc tətbiqi Azərbaycan da daxil, əksər bölgə dövlətləri üçün ciddi təhlükələr yarada bilər. Tramp Obama dövrünü təftiş etməklə yanlışlıqlara yol verir. Xüsusilə İran siyasətində yanlışlıqların olduğu qənaətindəyəm. İrana qarşı ənənəvi sərt siyasətə qayıdış, sərt addımlar onun qonşuluğunda olan Azərbaycanın ABŞ üçün əhəmiyyətini artıra bilər. Ancaq əhəmiyyətin artması heç də həmişə müsbət effekt vermir, ölkəyə xeyir gətirmir”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirdi ki, Donald Trampın İranı konkret olaraq hədəfə çıxarmaqda məqsədinin nə olduğunu şərh etdikdə öncə onun komandasına diqqət etmək, yəhudi lobbisinin, İsrailin onun hakimiyyətə gəlməsində roluna baxmaq lazımdır: “Tramp əgər hakimiyyətdə konstitusiyanın ona verdiyi müddətdə qala biləcəksə, İran siyasətinə öncəlik verəcəyi ortadadır. Rusiya məsələsinin sərt şəkildə gündəmə gəlib-gəlməyəcəyi isə Rusiyanın İran məsələsində davranışına bağlı olacaq. Mənə belə gəlir ki, Rusiyaya doğru reveransların Tramp tərəfindən edilməsinin bir səbəbi də ondan ibarətdir ki, Tramp Rusiyanı sadəlövhcəsinə neytrallaşdırmaq niyyətindədir. Hansı ki, praktiki olaraq bunun mümkün olma ehtimalı sıfıra yaxındır. Rusiyanın 300 illik cənub strategiyasından imtina etməsini düşünmək sadəlövhlük olardı. Digər tərəfdən ABŞ-da daxili vəziyyəti nəzərə alsaq, Konqresin, Senatın, Maliyyə Palatasının xarici siyasətdə rolunu nəzərə alsaq, düşünürəm ki, Trampın bu strategiyanı həyata keçirməsi qeyri-mümkün olacaq. Amerika daxili balanslaşdırıcı güclər buna imkan verməyəcək və Tramp yenidən qlobal strategiyaya dönməli olacaq. Amma İran məsələsi gündəmdə olacaq. Çünki bunda maraqlı olan başqa böyük güclər də var. İran məsələsinin gündəmə gəlməsi, İranın hədəf seçilməsi ehtimalı çox yüksəkdir”.



S.Əkbərin fikrincə, İran məsələsinin gündəmə gəlməsi Azərbaycan məsələsinin də gündəmə gəlməsi deməkdir: “Çünki Azərbaycanın tarixi coğrafiyasının böyük hissəsi İranda yerləşir, Azərbaycan türklərinin böyük hissəsi İranda yaşayır. Azərbaycan Respublikasının da İranla həmsərhəd olduğunu nəzərə alsaq əminliklə deyə bilərik ki, İran məsələsi həm də Azərbaycan məsələsidir. İran məsələsi gündəmə gələcəksə, bu o deməkdir ki, istər Cənubi Azərbaycan, istər Şimali Azərbaycan məsələsi gündəmə gələcək. Onu da nəzərə alaq ki, ABŞ İranda yumşaq dəyişiklik strategiyasını həyata keçirmək istəyir. Bu isə o deməkdir ki, Vaşinqton yumşaq gücdən, İrandaxili faktorlardan, ilk növbədə Cənubi Azərbaycan məsələsindən daha çox istifadə etməyə çalışacaq. Belə vəziyyətdə isə Azərbaycan Respublikasının da kənarda qalması demək olar praktiki imkansız olacaq. Biz istəsək də, istəməsək də bu məsələyə-prosesə cəlb olunacağıq. Azərbaycanı bu məsələdə tərəf seçməyə həm Rusiya, həm də ABŞ məcbur etməyə çalışacaq. Bütövlükdə region qızışacaq, Azərbaycan Respublikasının ABŞ, Avropa Birliyi və İsrail üçün önəmi artacaq”. (musavat.com)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

“Alpinistlərin tapılması üçün bütün vasitələr səfərbər olunub”

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

İş adamı Şirzad Abdullayevə verdiyi 10 milyonu tələb edir

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru