Çərşənbə axşamı, 26 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub”


“Bizim ticarət dövriyyəmiz artır və daha da artmalıdır. Qarşılıqlı sərmayə qoyuluşu da davam edəcək”- İlham Əliyev

 
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

İ.Əliyev qeyd edib ki, Ərdoğanla görüşdə daha öncə görülmüş işlər təhlil edilib, gələcək planlar haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidenti məlumat verib ki, bu zamana qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub. Türkiyə şirkətləri isə Azərbaycanda 12 milyard dollardan çox investisiya yatırıblar:

“Bu böyük rəqəmlər bizim əlaqələrimizin də hansı yerdə olduğunu göstərir. Çünki yalnız qardaş ölkələr bir-birinə bu qədər böyük sərmayə yatıra bilər. Bizim əlaqələrimiz çoxşaxəlidir və bunun təməlində xalqlarımızın birliyi, ortaq maraqlar dayanır”.

pia.az
Etiket:
loading...