rezonans

Xəbər xətti

23 İYUN

21:55 Çin havanı ən çox çirkləndirən ölkələr arasında liderdir

21:40 “BMW” şirkəti ehtiyat variantlar axtarışındadır- “Brexit”dən sonra

21:33 DÇ-2018:Meksika Almaniyadan sonra Koreyanı da məğlub etdi

21:25 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

21:15 Zimbabve prezidentinə sui-qəsd edilib

21:13 Borca görə axtarışda olan 10 nəfər saxlanıldı

20:50 Bərdədə 3 il əvvəl törədilmiş avtomobil oğurluğunun üstü açıldı

20:44 Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı

20:38 Dünya Çempionatı 2018: Lionel Messiyə nə olub?

20:16 Putin həqiqətən dünya çempionatını alıbmı?

20:05 Sevgilisini ailəsi ilə tanış etdi

19:40 Azərbaycan nefti bahalaşdı

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb



MÜSAHİBƏ

...

“Azərbaycan Avropa İttifaqından ədalətli və vicdanlı münasibət gözləyir”

Tarix 22.05.18, 9:46

Font ölçüsü : - / +
bitmap-img6


Bu günlərdə Avropa mətbuatının ən geniş xəbər şəbəkələrindən biri olan Euractiv saytının müxbiri Bencamin Foks Milli Məclisin üzvü, Avropa İttifaqı (Aİ) - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevlə görüşüb və ondan müsahibə alıb


 PİA.AZ modern.az saytına istinadən London Euractiv xəbərlər şəbəkəsində dərc olunmuş müsahibənin tərcüməsini oxucuların diqqətinə təqdim edir:

Bencamin Foks: 2015 - 2016-cı illərdə Aİ-Azərbaycan əlaqələri xüsusilə mürəkkəb idi. Amma bu gün sizin Parlament Əməkdaşlıq Komitəsi ilə və onun həmsədri Səccad Kərimlə münasibətlərinizin doğrudan da isti olduğu görünür. Belə demək olarmı ki, Aİ-Azərbaycan əlaqələri tamamilə bərpa olunub və əgər belədirsə, bu necə mümkün oldu?

Cavanşir Feyziyev: Doğrudan da, bizim münasibətlərimiz 2014-2016-cı illərdə ən çətin dövrünü yaşayıb. Lakin biz dialoq yolu ilə bu çətin sınaqdan keçə bildik. Bu gün əminliklə deyə bilərik ki, parlamentlər səviyyəsində Aİ-Azərbaycan əlaqələri doğrudan da qənaətbəxşdir və münasibətlərimiz tam bərpa olunub. Apardığımız açıq və səmimi fikir mübadiləsi qısa bir zamanda bu problemin aradan qalxmasına gətirib çıxardı. O zaman münasibətlərin gərginləşməsinə əsas səbəb Azərbaycandakı siyasi vəziyyətin Avropa Parlamentində yanlış şərh olunması idi. Mən dialoq mühitinin bərpa olunması və Milli Məclislə Avropa Parlamenti arasında əlaqələrin sonrakı inkişafı üçün  Avropa Parlamentindən olan həmkarlarıma o zaman göstərdikləri səmimi, konstruktiv və praqmatik yanaşmaya görə bir daha minnətdaram.

Bencamin Foks: Bu dəfəki iclaslarınız necə keçdi və ümumiyyətlə yeni tərəfdaşlıq müqaviləsi üzrə aparılan danışıqlar kontekstində  Parlament Əməkdaşlıq Komitəsinin rolu nədən ibarətdir?

Cavanşir Feyziyev: Parlament Əməkdaşlıq Komitəsi bizim üçün Aİ ilə Azərbaycan arasında ikitərəfli parlamentlərarası əlaqələri müzakirə etmək və eləcə də hökümətlərarası əməkdaşlığın səviyyəsini dəyərləndirmək baxımından yeganə ikitərəfli formatdır. Bir qayda olaraq, hər iki tərəfdən icra strukturlarının təmsilçiləri bizim iclaslara dəvət olunurlar. Xüsusilə, hər iki tərəfdən Aİ və Azərbaycan arasında yeni hərtərəfli əməkdaşlıq müqaviləsi üzrə danışıqları aparan hökümət nümayəndələri Parlament Əməkdaşlıq Komitəsinin bütün iclaslarında iştirak edir və danışıqların gedişi barədə bizi məlumatlandırırlar.

Bencamin Foks: Yeri gəlmişkən, yeni  ikitərəfli Aİ-Azərbaycan Müqaviləsi  üzrə danışıqlar necə gedir? Razılıq əldə edilməsi üçün hər hansı vaxt çərçivəsi müəyyən edilibmi?

Cavanşir Feyziyev: Aİ-Azərbaycan arasında yeni ikitərəfli müqavilə gələcək əməkdaşlığımızın bütün sferalarını, o cümlədən, ticarət və investisiyaları, insan haqları və qanunun aliliyini, təhsil, ətraf mühit, enerji və nəqliyyat məsələləri də  daxil olmaqla  siyasi, iqtisadi, social və mədəni əməkdaşlığın bütün aspektlərini özündə ehtiva etməlidir. Danışıqların aparılması və bütün razılıqların əldə olunması üçün heç bir vaxt məhdudiyyəti yoxdur, amma onu deyə bilərəm ki, danışıq tərəfləri prosesi sürətləndirmək üçün əllərindən gələni edirlər. Biz inanırıq ki, bu ilin sonunadək hökümətlərimiz bütün danışıqları yekunlaşdıra biləcəklər və yeni müqavilə 2019-cu ilin birinci yarısında imzalanmağa hazır olacaq.

Bencamin Foks: Azərbaycan Aİ-na  nə vəd edə bilər və ya əksinə Aİ Azərbaycana nə verə bilər? 

Cavanşir Feyziyev: Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 80 %-ə sahib olmaqla regionun ən böyük ölkəsidir. Bura tarixi İpək yolu üzərində yeləşən və Qərblə Şərqi bir-birinə bağlayan geostrateji bi məkandır. Sonuncu 3 onillikdə Azərbaycan regional və continental əməkdaşlığı asanlaşdıran nəhəng infrastruktur layihələri həyata keçirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizləri və nəhayət, Cənub Qaz Dəhlizi qitənin ən böyük iqtisadi layihələridir ki, bütün bunların da təşəbbüskarı və icraçısı Azərbaycandır. Cənub Qaz Dəhlizi Aİ üçün Xəzər dənizi hövzəsinin və Mərkəzi Asiya ölkələrinin enerji resurslarını Avropa bazarına gətirmək və Aİ enerji təchizatını şaxələndirmək üçün yeganə alternativ mənbədir. Bütün bu layihələr qitənin bütün ölkələri arasında çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir və əminəm ki, Aİ da bunda maraqlı olmalıdır. Azərbaycan da öz növbəsində ən böyük ticarət tərəfdaşı və müasir elmi-texnoloji yeniliklərin təminatçısı kimi Avropa Birliyi ilə əməkdaşlıqda maraqlıdır.

Bencamin Foks: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın Avropa İttifaqından gözləntiləri nədir?

Cavanşir Feyziyev: Dağlıq Qarabağ münaqişəsi regionun iki müstəqil və suveren dövlətinin təhrik və cəlb olunduqları uzun müddət davam edən  bir münaqişədir. Münaqişənin yaradılmasına səbəb bu ölkələri Avropa ailəsinə inteqrasiya proseslərindən kənarda saxlamaq və buna imkan verməməkdir. Bu münaqişə bütövlükdə regionu inkişafdan və müstəqil siyasət yeritmək imkanlarından məhrum edir. Qitənin ən böyük siyasi güc mərkəzi kimi Aİ münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verməlidir. Azərbaycan Aİ-dən hadisələrə ədalətli, şəffaf və vicdanlı münasibət sərgiləməklə münaqişənin beynəlxalq norma və prinsiplərə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verməsini gözləyir.

Bencamin Foks: Aİ-Azərbaycan əlaqələri üçün əsas risklər nədən ibarətdir? Regionda qeyri-sabitlik, o cümlədən Rusiyanın rolu?

Cavanşir Feyziyev: Cənubi Qafqaz Avropanın bütün qitədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından  çox vacib geostrateji  bölgəsidir. Sovetlər dönəmində bu bölgə Avropa və Asiyanı bir-birindən ayırmaq üçün istifadə olunurdu. Öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan sivil dünyaya inteqrasiya olunmaq və Avropa iləı Asiya arasında birləşdirici körpü olmaq yolunu seçdi. Lakin regionda müstəqil siyasət yeritməyin hələ də o qədər asan olmadığı üzə çıxdı. Nəticədə biz ədalətsiz bir müharibəyə cəlb olunduq və müvəqqəti olaraq torpaqlarımızın 20 %-ni itirdik. SSRİ-nin varisi kimi Rusiyanın regionda təsiri hələ də böyükdür. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna kimi keçmiş sovet ölkələrinin hər biri eyni ssenari üzrə eyni problemlə üzləşib. Ancaq mən inanıram ki, qloballaşma qarşısıalınmaz bir prosesdir və  heç bir qüvvə xalqları əmin-aman və xoşbəxt gələcək uğrunda öz səylərindən döndərə bilməz.  Mən əminəm ki, beynəlxalq birliklə sıx əməkdaşlıqda biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və bütün regionun sülh şəraitində inkişafını təmin edəcəyik. Bu isə öz növbəsində bütövlükdə Avropada sabitliyə və təhlükəsizliyə xidmət edəcək.

Bencamin Foks: Təşəkkür edirəm.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru