Xəbər xətti

19 APREL

21:20 Almaniya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

21:14 NASA “planet ovçusu“ peykini yola saldı

21:08 Armen Sarkisyan aksiya iştirakçılarını dialoqa çağırıb

21:02 Avropa Parlamenti Mark Sukerberqi dinləmək istəyir

20:57 “Barselona”nın Umtiti planı - 250 milyon avro

20:51 Çində böyük kriptovalyuta dələduzluğunun üstü açılıb

20:45 Tovuzda 2-ci qrup əlil özünü asdı

20:39 “Səfərə getməyə razılıq verdik” - Qurban Qurbanov

20:33 Avropa Komissiyasının prezidenti İlham Əliyevi təbrik edib

20:27 “Ərim deyirdi ki, hicab bağla, mən də ayrıldım” - Leyla

20:21 Ermənistanda həbs edilən müxalifətçilərin sayı 100-ə çatıb - Canlı

20:15 Əkrəm Həsənov: “Problemli kreditlər BOKT-larda da var”

20:09 “Ali Baş Komandan əmr verəcəyi halda…” - Şair Ramaldanov

20:03 Ermənistanda nümayişçilərlə polislər arasında toqquşma - Saxlanılanlar var

19:58 Samir Şərifov “Expo 2025”in ev sahibliyinin xərci barədə

19:54 “Müstəntiq mənə pul, ev təklif edir…” - “Alışanov işi”ndə ilginc bəyanat

19:52 Koreya lideri Əliyevi təbrik etdi

19:46 Kubokun finalına cəzalı duruma düşənlər

19:40 Bakıda tozun miqdarı 26 faizə düşüb

19:34 Derbidə bomba partladı

19:28 Kubanın yeni rəhbərinin adı məlum oldu

19:22 Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib

19:16 XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır

19:10 Stepan Danielyan: “Məmurlar da Sərkisyana inamını itirib”

19:04 Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - Video

18:59 Hakim generalla polkovnikə güzəşt etmədi

18:57 “Media Klub” yaradılıb

18:53 Üç əsrin insanı öldü: heç bir qohumu həyatda deyil

18:47 Prezident İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə edəcək

18:41 Ermənistanda polis xalq tərəfə keçir

18:35 400 minlik toy edən lift müdirinin qızı məhkəmədə dindiriləcək

18:29 NATO generalların Bakı görüşü barədə məlumat yayıb

18:23 Qonşusunun evini talayan şəxs tutuldu

18:17 Prezident Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinə sədr təyin edib

18:11 “Prezidentin fərmanı 8800 ailəyə şamil ediləcək” - Nazir

18:05 General oğlunun məhkəməsində şahid 200 manat cərimələnib

18:00 AZAL Səudiyyə və Monteneqro istiqamətində yeni reyslər açır

17:55 Daha 18 qanun dəyişəcək – Siyahı

17:49 Bakı və Abşeronda tozun miqdarı nisbətən aşağı düşüb

17:44 Nazim məhkəmənin qərarına etiraz etdi

17:38 Leyla Əliyevanın kitabı Tehranda nəşr olunub

17:33 Günəş sistemindən kənar planetlərin axtarışı üçün fəzaya teleskop göndərildi

17:29 “Həbsim qurama idi…” – Gülər Əhmədova keçmişin sirrini açır

17:24 Dollar sabah neçəyə olacaq?

17:20 Polşa prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

17:15 Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb

17:10 “İndi də məmurların “saxladıqları” qadınlar özbaşınalıq edir” - Deputat

17:05 İsrail səfirliyində Eynulla Fətullayevlə təhlükəsizlik əməkdaşları arasında qarşıdurma

17:00 “Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil”

16:55 “Əsgərə məktub” layihəsi Tərtərdə

16:50 Gerasimovla Skaparotti Bakıda görüşdü

16:43 Yunanıstan və Türkiyə müharibəyə doğru gedir

16:35 Şamaxı rayonunda hesabat yığıncağı keçirilib

16:30 “Çelsi”nin futbolçusuna sərt cəza

16:25 Türkiyədə sorğu keçirilib: Ərdoğan 55.6 faizlə liderdir… – AKP açıqladı

16:20 “Aliment fondunun yaradılması qaçılmaz zərurətdir”

16:15 Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edildi

16:10 Bakıda 3 azyaşlı yanğından xilas edildi - Yenilənib

16:05 Tovuz sakini özünü asıb

16:00 “Sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var”

15:56 Gülüstan Əliyeva əsəbiləşdi

15:52 İsrail ABŞ-ın Suriyada müharibəyə cəlb olunmasında niyə maraqlıdır?

15:47 Rusiya ABŞ-a qarşı hərəkətə keçdi – Kompensasiya tələbi qaldırıldı

15:44 “Apple” iki SİM-kartlı “iPhone” buraxacaq

15:41 Ermənistanda kütləvi həbslər davam edir – Daha 100 nəfər saxlanıldı

15:30 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıdıb

15:25 “Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq

15:20 DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

15:07 Hollivud ulduzu İlham Əliyevi təbrik etdi

15:03 Prezident İlham Əliyev Corc Buşa başsağlığı verib

14:57 Ağ evdə müzakirə: Suriyadan çəkilməli, yoxsa qalmalı?

14:53 “İqtidar komandasında yeniliklər olacaq” – Deputat

14:46 “Suriyada 1 ay öncə ruslarla çox amansız döyüşümüz oldu” – Tramp

14:40 Salyanda 5 kiloqram narkotiklə tutulan narkobaron necə azad olunub?

14:35 Ötən il Azərbaycanda 37 618 abort icra edilib

14:30 Bakıda yaşayış binası yanır

14:25 Yerevanda etirazçılar ABŞ səfirliyinə doğru hərəkət edir

14:20 Azərbaycan” Nəşriyyatı “Azərsu” ASC-ni məhkəməyə verdi

14:18 Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını açıqlayıb

14:13 “Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

14:08 “Hüquq müdafiəçisi üç polis əməkdaşına xəsarət yetirib” - DİN

14:04 Prezident NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

13:32 “Faytonçu Nazim” məhkəməni uduzdu

13:27 Şəmkir-Gədəbəy yolunda ağır qəza: Yaralılar var

13:25 “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!”

13:23 Bu gün və sabah Bakının əsas yollarında hərəkət məhdudlaşdırılacaq

13:19 Duyğularını təmizlə...

13:15 Bakıda oğurluqla məşğul olanlar tutuldu

13:11 Kəmaləddin Heydərov Atom Enerjisi Agentliyinin rəhbəri ilə görüşüb

13:07 Rusiya və ABŞ generalları yenidən Bakıdadır

13:03 Ermənistanda aksiya zamanı jurnalist döyüldü

12:58 “Aygün Kazımovaya oxşamaq istəmişik” - Pişik Günel

12:54 Qurban Qurbanov: “Futbol həmişə sürprizlərlə doludur”

12:49 Qırğızıstan hökuməti istefaya göndərildi

12:45 “Rahat” marketlər şəbəkəsi: “Yazılanlar doğru deyil”

12:41 Sərkisyan İrəvana xüsusi dəstə yeritdi – Video

12:37 Yağış yağacaq, temperatur 4-8 dərəcə enəcək - Xəbərdarlıq

12:33 ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 37 faiz yuxarıdır

12:28 Rusiyalı hərbi ekspertdən müharibə anonsu

12:24 DİM: Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik

12:19 Elçin Şıxlı: “Arada bir neçə nəfərin başı gedəcək”

12:15 “İran Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq” – İsrailli general

12:11 Azərbaycanda dələduzluq edən şəxs İnterpol xətti ilə axtarılır

12:07 Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək

12:03 “Forbes”: Vahid Ələkbərov 16,4 mlrd. dollarlıq sərvətlə Rusiyanın 4-cü ən varlı iş adamıdır

11:59 Bakı sakinindən 5 kq narkotik götürülüb

11:55 Amaliya Pənahovanın yeni görünüşü təəccübləndirdi – Foto

11:51 Ombudsmanın hesabatı aprelin 24-də Milli Məclisdə müzakirəyə çıxarılacaq

11:47 Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız

11:43 Hacıqabulda yük maşını aşdı, 30 ton sement yola dağıldı

11:39 Təhlükəli selfi: Məktəblini cərəyan vurdu

11:35 Yerevanda onlarla müxalifətçi saxlanıldı

11:31 Azərbaycan Gürcüstandan avtomobil idxalını 6 dəfəyə yaxın artırıb

11:27 Məmur olmaq istəyən yaşlı namizədlərin heç biri imtahanda uğur qazana bilməyib

11:23 İranda güclü zəlzələ oldu – 5,9 bal gücündə

11:17 Toy edənlərə xəbərdarlıq

11:13 Merkel Trampa: “Rusiyaya sanksiya dayansın”

11:08 Türk-İran yaxınlaşmasına ərəb baxışı

11:04 Bu gün Şəmkirdə Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq

11:00 Hindistanda fırtına 18 nəfərin ölümünə səbəb olub



MÜSAHİBƏ

...

“Azərbaycan “İslam Həmrəyliyi İli” çərçivəsində multikultural təcrübə ortaya qoydu”

Tarix 22.12.17, 16:22

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun
müsahibəsi təqdim edirik


- Yola saldığımız 2017-ci ili necə qiymətləndirirsiniz?

- 2017-ci il müstəqil Azərbaycanımızın tarixində növbəti şərəfli səhifə oldu. Bu il ərzində Azərbaycanda dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və xalqın maddi rifah halının yaxşılaşdırılması ilə bağlı böyük hadisələr yaşandı. Dünya, yaxın, ətraf və uzaq ölkələr gözümüz önündədir, artıq hər kəs informasiya vasitələri sayəsində baş verən hadisələri görür və qiymətləndirir. Böyük uğurlara nail olan Azərbaycana qonşu, tərəfdaş və dost ölkələr üçün də 2017-ci il uğurlu il kimi qiymətləndirilə bilər.

Müstəqilliyimizin ilk, fəlakətli illərində Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildi, Naxçıvanı bəlalardan, işğaldan qorudu. Daha sonra Heydər Əliyev xalqımızın təkidi ilə müstəqil Azərbaycanın rəhbərliyinə gəldi. Bu, tarixi bir səlnamədir. Heydər Əliyev məharəti, siyasi təcrübəsi, təmkini, xalqımıza və torpağımıza böyük sevgisi, məhəbbəti ilə Azərbaycanın müstəqilliyinin əbədi, daimi və uğurlu olması üçün böyük bir yol kəşf etdi. Heydər Əliyev ömrünün ən kamil çağlarında 10 il bu yolu davam etdirdi və bu yolu qabiliyyətli, Azərbaycan xalqının böyük rəğbət və inam bəslədiyi prezident İlham Əliyevə həvalə etdi. Prezident İlham Əliyev 14 ildir, bu yolu uğurla davam etdirir. Ötən 14 ilin hər biri Heydər Əliyevin açdığı uğurlu yolun davamı kimi xalqımıza böyük uğurlar bəxş edib, müstəqilliyimizin əbədi olmasına, xalqımızın rifah halının yüksəlməsinə öz töhfəsini verib. Bu 14 ilin hər biri öz xüsusiyyəti ilə tarixə yazıldı. Bu illər ərzində Azərbaycan iqtisadi cəhətdən inkişaf etdi, maddi, mənəvi sərvətləri artdı, dünyada tanınan möhtəşəm bir dövlətə çevrildi.

Bu günlərdə yola salacağımız 2017-ci il də özünəməxsus çalarları ilə yadda qaldı. Heydər Əliyevin açdığı yolun fundamentində, əsasında nə dururdu? Bu yolun əsasında duran bu idi ki, Azərbaycan müstəqil dövlət olaraq xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirsin. Yəni bu xalqın özünə məxsus nələri varsa, bu keyfiyyətləri əxz etsin. Heydər Əliyev hələ Naxçıvanda olarkən bu yolun iqtisadi cəhətlərini kəşf etmiş və tətbiq etmişdi. Başqa sözlə, SSRİ-nin tərkibindən və kommunizmin təsirindən çıxandan sonra yeni yol açılmalı idi. Heydər Əliyev o yolu kəşf etdi. O yol xalqın milli-mənəvi sərvətlərini özünə qaytarmaq, bu sahədəki problemləri aradan qaldırmaqdan başlayırdı. Heydər Əliyev Naxçıvanda olduğu qısa müddətdə Naxçıvanı işğal fəlakətindən qurtardı. Bu, böyük, qlobal məsələ idi. Eyni zamanda həmin dövrdə ağır sosial-iqtisadi durumda olan Naxçıvanın problemlərinin həlli istiqamətində böyük işlər gördü, qonşu dövlətlər olan Türkiyə və İranla əlaqələri inkişaf etdirdi. Beləliklə, blokadada olan muxtar respublikanı böyük fəlakətlərdən qurtardı. İkincisi, Heydər Əliyev Naxçıvanda xalqımızın mənəvi dəyərlərinin qorunması və inkişafını təmin etdi. Söhbət mənəvi, dini, mədəni və məfkurəvi dəyərlərdən gedir. Naxçıvanda məscidlərin tikintisi elə o dövrdən başladı. Xalqın təkidi ilə Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev 10 il ərzində dövlətimizə rəhbərlik etdi, həmin yolu Azərbaycan miqyasında tətbiq etdi, bunu öz şəxsi fəaliyyəti ilə ortaya qoydu. Azərbaycanın hər yerində dini məbədlər, məscidlər bərpa edilərək xalqın istifadəsinə verildi. Bu, bir yol idi. Bu yol bu günə qədər də davam edir. İndi Azərbaycana xarici ölkələrdən gələn müsəlmanların və digər dinlərin təmsilçilərinin həm də ibadətlərini yerinə yetirmələri üçün ölkəmizdə hər cür şərait var. Azərbaycanda məscidlərin sayı o dövrdən indiyə qədər 50-60 dəfə artıb. Bu, həm də xalqımızın mənəvi dəyərlərinin bərpası idi.

Heydər Əliyev Azərbaycan tarixindəki işıqlı insanları, ziyalıları, incəsənət, ədəbiyyat və elm xadimlərinin hər birini qiymətləndirərək onların yubileylərini keçirdi, əsərlərinin yenidən çapını təmin etdi. Bu istiqamətdə ulu öndərin böyük xidmətləri oldu, həmin böyük şəxsiyyətlərə soyuq, mənfi münasibətləri aradan qaldırdı. Bu gün əldə olunan nəticə odur ki, prezident İlham Əliyev tərəfindən bu yol daha uğurla davam etdirilir. Diqqət tək maddi-mənəvi sərvətlərimizin mühafizəsi, bərpası yox, həm də bu sahədə yeni bir sistemin yaradılmasına yönəldi. İndi Azərbaycanın elə bir kəndi yoxdur ki, orada məscid olmasın.

- Prezident İlham Əliyev tərəfindən 2017-ci il “İslam Həmrəyliyi İli” elan edildi. “İslam Həmrəyliyi İli” ilə bağlı təəssüratlarınız necədir?

- Xalqımızın mənəvi tələbatının ödənilməsi ilə bağlı işlər görülməsəydi, belə cəsarətli addım atmaq olmazdı. Dünyada İslam ölkəsi çoxdur, on, yüz milyonlarla əhalisi olan İslam ölkələri var. Amma Azərbaycan cəsarət edib, bu ili “İslam Həmrəyliyi İli” elan etdi. 2017-ci ilin ən uğurlu məqamlarından biri də məhz budur. Prezident İlham Əliyevin həyata keçirdiyi işlər bu sahədə mühüm rol oynadı. 

Bu gün Azərbaycanda tək-tük kənd qalıb ki, orada yeni məktəb binası tikilməsin. Məktəb bilik ocağı, gənc nəslin sabahının, gələcəyinin başladığı məkandır. Tədris prosesinin müasir səviyyədə qurulması üçün məktəblər müasir avadanlıqlarla təchiz olunub. Bu il xüsusən daha çox  sayda xəstəxana, idman sağlamlıq mərkəzi, o cümlədən məscid, dini məbədlər tikilərək xalqımızın istifadəsinə verilib. “İslam Həmrəyliyi İli” çərçivəsində bir multikultural təcrübə ortaya qoyuldu. Azərbaycanda multikultural bir yaşam tərzi var, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri bir-birinə hörmətlə yanaşırlar. Din xadimləri əsas qayə - insana xidmətlə məşğuldurlar. Multikulturalizmin də mahiyyəti insana, onun yaşamına, gələcəyinə xidmətdir. Multikulturalizm insanın mənəvi və maddi durumunun yaxşılaşmasına xidmət edən birgəyaşayış sistemidir. Multikulturalizm və İslam həmrəyliyi, dinlərarası həmrəylik Azərbaycan prezidentinin ortaya qoyduğu qlobal məsələ idi. İl ərzində həm ölkəmiz daxilində, həm də xaricdə mötəbər tədbirlər keçirildi. Bu tədbirlər qlobal müstəvidə böyük məna kəsb edir. Bu günlərdə də “İslam Həmrəyliyi İli” çərçivəsində 50-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə böyük tədbir təşkil olundu. 

Heydər Əliyevin rəhbərlikdə olmadığı müstəqilliyimizin ilk, qarışıq illərində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 20 min şəhid vermişik. Torpaqlarımızın işğal edilməsi nəticəsində meydana çıxan 1 milyondan çox qaçqın və məcburi köçkünlərin problemləri ilə bu günə qədər də məşğuluq. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət və sosial problemlərini həll etmək asan məsələ deyildi. Bu istiqamətində görülən işlər çox böyük miqyasdadır. Bu il bu çərçivədə daha böyük işlər görüldü.

Dünyanın şərqində, qərbində, şimalında, cənubunda insanlığa xas olmayan proseslər gedir. Milli-etnik toqquşmalar, dövlətlərin qarşıdurması, müharibələr insanın qəlbini ağrıdır. Allahın yaratdığı heç bir bəndə müharibə istəmir. Ancaq həyata keçirilən siyasət səhv olanda, yalnız öz iqtisadi maraqlarını güdən ölkələrin fəaliyyəti öndə olanda nələrin baş verdiyi gözümüz önündədir. Milyonlarla insan qaçqın və məcburi köçkün durumuna düşüb, dənizlərdə qərq olur. Ölkələrində müharibədən, fəlakətdən, dənizlərdə qərq olmaqdan can qurtarsalar da, sonradan həyatlarını təmin etmələri, iş tapmaları böyük bir problemə çevrilib. Belə bir vəziyyətdə Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən müstəqil Azərbaycanımız işıqlı ulduz kimi görünür. Çünki Azərbaycan bu sahədə bir nümunədir və bu il ərzində görülən işlər də bunu göstərdi. Azərbaycan nümunə göstərir ki, işğala son qoyulsun, problemlər sülh yolu ilə həll olunsun. Baxmayaraq ki, torpaqlarımız 25 ildən artıqdır işğal olunub, yenə də çağırışımız budur ki, torpaqlarımız sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun olaraq azad olunsun. Yoxsa güclü xalqımız, güclü iqtisadiyyatımız, qüdrətli ordumuz var və çox qısa müddətdə bu məsələni hərbi yolla həll edə bilərik. Amma prezidentimizin apardığı siyasət ondan ibarətdir ki, bir gənc, bir ahıl, bir körpə, kim olursa olsun, insanlarımızı sevirik, qayğısına qalırıq, xoşbəxtliyini istəyirik.

Bu il Azərbaycanla turizm sahəsində də nümunəvi işlər görüldü.

- Bu sahədə hansı nailiyyətləri qeyd etmək olar?

- Azərbaycanın dilbər guşələrinin əksəriyyətində xarici ölkə vətəndaşlarını cəlb edən, onlarda ölkəmizə gəlmək üçün maraq oyadan böyük işlər görülüb. Məsələn, Şahdağ Qış-Yay Turizm Kompleksini qeyd etmək istəyirəm. Şahdağ əvvəllər çox uzaqlardan görünən bir məkan olub, ona ancaq uzaqdan baxmaq mümkün idi. Bu gün isə Şahdağa dünyanın hər yerindən gələn insanlar bu təbiət möcüzəsinin imkanlarından istifadə edir, ailəvi istirahət edir, Azərbaycanın gözəlliklərini görürlər. O əcnəbilər Azərbaycan insanları görür, Azərbaycan nemətlərindən dadır və bizim Azərbaycanın nələrə qadir olduğunun şahidi olurlar.

Məsələn, mənim millət vəkili seçildiyim Qəbələ müstəqilliyimizin ilk illərində adi kənd rayonu idi. Müstəqilliyimizin ilk illərində hər kəndin yanında şəhidlər məzarlığı vardı. Əhali həmin dövrlərdə bilmirdi ki, güzəranının qayğısına qalsın, işsizliyin, yaxud şəhidinin dərdini çəksin. Çox xaotik dövr yaranmışdı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə xalqımız o fəlakətlərdən də qurtardı və Heydər Əliyev siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Qəbələ də dünyanın hər yerindən görünür. Bir məqamı qeyd edim. Mən ilk dəfə deputatlığa namizədliyimi vermək üçün Qəbələyə gedən zaman Qəbələdə qonaqların qalması üçün yer yox idi. Mən dostlarımın evində qalırdım. Təbii qaz yox idi, meşələri yanacaq məqsədilə qırırdılar. Amma indi Qəbələ əsl turizm məkanına çevrilib. Qəbələdə olan beşulduzlu, dördulduzlu mehmanxanalara dünyanın hər yerindən - ABŞ-dan, İngiltərədən, Şərq ölkələrindən turistlər gəlir və oranın gözəl təbiətini seyr edir. Yeri gəlmişkən, ulu öndər Heydər Əliyev bir dəfə Qəbələyə gəlmişdi. Heydər Əliyev əhali ilə görüşdükdən sonra həmin turizm məkanlarından birində mənə dedi ki, bu yerlər Azərbaycanın İsveçrəsidir. Böyük şəxsiyyətin, müdrikin, Azərbaycanın vurğunu olan bir insanın dilindən çıxan sözlər bu gün həqiqətə çevrildi. Bu gün Qəbələ dünyanın heç yerindən, heç İsveçrədən aşağı görünmür, ondan da yüksək səviyyədə görünür. Gələn turistlər Azərbaycan, ölkəmizin tarixi barədə məlumat alır, insanlarımızla təmasda olaraq böyük təəssüratla ölkələrinə qayıdırlar.

Bu il turizm sahəsində də böyük işlər görüldü. Ağsaqqallar Şurasında müzakirələr zamanı da ağsaqqallar bildirirlər ki, artıq kəndlərimiz şəhər səviyyəsindədir. Azərbaycan kəndləri artıq bir çox ölkələrin şəhərləri səviyyəsindədir. Bakımız regionda nümunəvi bir paytaxt şəhərinə çevrilir. Bakıda yaxşı vəziyyətdə olmayan, insanların dözülməz şəraitdə yaşadığı  məhəllələr, uçuq evlər vardı, bunların hamısı yeniləri ilə əvəz olunur. Bakıya yeni bir nəfəs verildi. Artıq Bakımız dünyanın hər yerindən gözəl görünür. Şübhəsiz ki, Xəzər sahilləri hər zaman gözəl olub. Amma dənizkənarı parkımız çox kiçik, primitiv idi. İndi Xəzər sahili dünyanın ən gözəl dəniz sahillərindən birinə çevrilib, ən inkişaf etmiş ölkələrin timsalı ilə müqayisə etmək olar.         

Bakıda “Qara şəhər” adlandırdığımız yaşayış məskəni vardı, indi “Ağ şəhər”lə əvəz olunub. Qaranı ağa çevirmək nə deməkdir? Bu, çox böyük fəlsəfi məna daşıyır. Bu, Azərbaycan insanına xidmətdir. Bütün bunlar bu illər ərzində, xüsusən 2017-ci il ərzində görülən işlərdir. Əsas məsələ yolun düz seçilməsidir. Bütün müqəddəs kitablarda öncə insanlara müraciət edilərək onu tanıması təlqin olunur. İnsanlar Allaha üz tutaraq ilk olaraq bir arzularını dilə gətirirlər ki, "Allahım, məni düz, insanlara məsləhət gördüyün yolla apar". Bu, “Qurani-Kərim”in ilk surəsidir. Bu gün Heydər Əliyevin Azərbaycan üçün yaratdığı yol həmin düz yoldur. Biz əbədi olaraq bu yolla gedəcəyik. Bu yolda uğurlar, xalqın səadəti, sülh, əmin-amanlıq, iqtisadi inkişaf, insanlarımızın yüksək təhsil alması, insanlarımızın dünyanın müxtəlif yerlərində şöhrət qazanması var. Azərbaycanda müxtəlif sahələr üzrə strateji çoxillik proqramlar təsdiqlənir və həyata keçirilir. Bütün bunlar hamısı Azərbaycanın rifahına xidmət edir.

Azərbaycanın neft-qaz strategiyasına da toxunmaq istəyirəm. Bu strategiya  2017-ci ildə də uğurla davam etdirildi. TAP, TANAP qaz kəmərlərinin çəkilişini bu çərçivədə xüsusi qeyd etmək istərdim. Bakı-Tbilisi-Qars dəmir yolunun da 2017-ci ildə istifadəyə verilməsi tarixi hadisədir. Əslində, bu üç nöqtə tək Bakıdan Qarasa olan məsafə deyil, Çindən İngiltərəyə qədər olan məsafəni əhatə edən dəmir yoludur. Bu, tək dövlətlərin iqtisadi əlaqələrinin inkişafına xidmət etməyəcək, həm də humanitar missiyanı yerinə yetirəcək. İnsanlar bu dəmir yolu ilə bir-biri ilə dostluq əlaqələri quracaq, mədəni sərvətlərin mübadiləsi aparılacaq. Görülən bu işlər Azərbaycana böyük uğur, şöhrət gətirib. İnşallah, yeni il bu uğurların, nailiyyətlərin davamı olacaq. Arzum budur ki, Azərbaycanımız daha da inkişaf etsin, gündən-günə çiçəklənsin. Böyük, gözəl gənc nəsil yetişir. Bu nəslin xalqımızın adət-ənənələrini yaşatmasını, xalqımızı dünyada daha çox tanıtmasını arzulayıram. Gənclərimiz xoşbəxt yaşasın, bizim gördüyümüz çətinlikləri, fəlakətləri görməsin.(APA)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Media Klub” yaradılıb

bitmap-img3

Rakurs

“Lider” şirkətindən mal əti salosu fırıldağı - Foto

bitmap-img3

Seçmələr

Ramiz Mehdiyev kadr siyasətindən yazdı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru